Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-934/2021 17.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X3, Cavabdeh iştirakı ilə, İddiaçı Əsgərova-Əzimova Çingiz qızının Cavabdeh qarşı torpaq sahəsində tikilinin sökülməsi və maddi və mənəvi zərər tələbinə dair mülki iş üzrə İddiaçı tərəfindən işin baxılmamış saxlanması ərizəsinə və cavabdeh tərəfindən iddianın təmin tədbirinin ləğv edilməsi barədə vəsatətinə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi R.Məmmədhüseynov küçəsi 21 saylı birmərtəbəli evin 148,4 m2 olan həyətyanı torpaq sahəsində çəkdiyi daş hasarın onun hesabına sökülməsi və qarajın arxa divarında açılmış qapının götürülməklə həmin divarın onun hesabına bərpa edilməsi, həmin evin X2 adına verilmiş texniki pasprtda göstərilən həyətyanı torpaq sahəsi ilə qonşuluqda yerləşən Bakı şəhəri Əzizbəyov rayon İcraiyyə Komitəsinin 48/655 saylı 13.04.1979-cu il tarixli qərarı X5 ayrılmış Cavabdeh istifadəsində olan 2 mərtəbəli evin həyatyanı torpaq sahəsinin sərhədinin müəyyən edilməklə, əvvəllər mövcud olmuş daş hasarının Cavabdeh hesabına bərpa edilməsi, zəbt edilmiş torpaqdan istifadə qaydalarının müəyyən edilməklə sərbəs şəkildə sahiblik və istifadə hüquqlarının müəyyən edilməsi, maddi zərərin əvəzi kimi 10000 manat, mənəvi zərər əvəzi olaraq 20000 manat pul vəsaitlərinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə edərək, hasar qonşusu olan Cavabdeh sahibliyində olan ünvan 1 ünvanında yerləşən ünvan 2u il tarixli qərarı ilə atası X5 ayrılmış 484 kv.m, faktiki 400 kv.m olan 444 saylı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi, cavabdehin hesabına Bakı şəhəri, Binə qəsəbəsi, R. Məmmədhüseynov küçəsi, 21 saylı evin 1448,4 kv.m olan həyatyanı torpaq sahəsinin zəbt etdiyi hissəsindəözbaşına tikdirdiyi daş hasarın (mərzin) sökülməsi,faktiki 400 kv.m olan 444 saylı torpaq sahəsininsərhədi boyunca mövcüd olmuş daş hasarınmərzin bərpa edilməsi,həmin torpaq sahəsindən, üzərində olan bütün qurğu və tikililərdən istifadə etməyimə yaradılan maneələrin aradan qaldırlması, cavabdehin hesabına Bakı şəhəri, Binə qəsəbəsi, R.Məmmədhüseynov küçəsi, 21 saylı evin həyatyani torpaq sahəsində yerləşən qarayın içərdən bağladığı darvazasını açmaqla və yan divarında açdığıgırışıbağlamaqla həmin divarın, su quyusunun, hovuzun, həmçinin hamamın bərpa edilməsi, cavabdehin hesabına ünvan 1 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış 444 saylı torpaq sahəsi ilə mövcüd olmuş sərhəd mərzin - daş hasarın yerindəvə lazımi icazələr almadan 2 mərtəbəli, mansardlı və yeraltı qarailıözbaşına inşa edilmiş tikilinin - evinsökülməsi, maddi zərərin əvəzi kimi 10000 (on min) manat, mənəvi zərərin əvəzi kimi isə 20000 (iyirmi min) manat pul vəsaitlərinin cavabdehdən xeyrimə tutulması barədə qətnamə çıxaraılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Cavabdeh iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi və iddia ərizəsi baxılmamış saxlanıldığı üçün iddianın təmin etmə tədbiri olaraq, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Binə qəsəbi, R.Məhəmmədhüseynov küçəsi 443 saylı evin özgəninkiləşdirilməsi (cavabdehə və digər şəxslərə) qadağan edilməsi barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli 2(003)-934/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə, ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, qeyd olunan maddədə göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iddianın təmin etmə tədbiri olaraq, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Binə qəsəbi, R.Məhəmmədhüseynov küçəsi 443 saylı evin özgəninkiləşdirilməsi (cavabdehə və digər şəxslərə) qadağan edilməsi barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli 2(003)-934/2021 nömrəli qərardadının ləğv edilməsi barədə cavabdehin şifahi vəsatətinə münasibətdə hesab edir ki, vəsatət (şifahi) təmin edilməli və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli 2(003)- 934/2021 nömrəli qərardadının ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 162.1-ci maddəsinə əsasən, iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan, Cavabdeh mülkiyyətçisi olduğu Bakı şəhəri, Binə qəsəbi, R.Məhəmmədhüseynov küçəsi 443 saylı evin özgəninkiləşdirilməsi (cavabdehə və digər şəxslərə) qadağan edilməsi barədə təmin etmə tədbirinin ləğv edilməsini xahiş etdiyindən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli 2(003)-934/2021 nömrəli qərardadı ləğv edilməli və Bakı şəhəri, Binə qəsəbi, R.Məhəmmədhüseynov küçəsi 443 saylı evin özgəninkiləşdirilməsinin (cavabdehə və digər şəxslərə) qadağan edilməsi növündə seçilmiş iddianın təmin etmə tədbiri ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1, 260.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi R.Məmmədhüseynov küçəsi 21 saylı birmərtəbəli evin 148,4 m2 olan həyətyanı torpaq sahəsində çəkdiyi daş hasarın onun hesabına sökülməsi və qarajın arxa divarında açılmış qapının götürülməklə həmin divarın onun hesabına bərpa edilməsi, həmin evin X2 adına verilmiş texniki pasprtda göstərilən həyətyanı torpaq sahəsi ilə qonşuluqda yerləşən Bakı şəhəri Əzizbəyov rayon İcraiyyə Komitəsinin 48/655 saylı 13.04.1979-cu il tarixli qərarı X5 ayrılmış Cavabdeh istifadəsində olan 2 mərtəbəli evin həyatyanı torpaq sahəsinin sərhədinin müəyyən edilməklə, əvvəllər mövcud olmuş daş hasarının Cavabdeh hesabına bərpa edilməsi, zəbt edilmiş torpaqdan istifadə qaydalarının müəyyən edilməklə sərbəs şəkildə sahiblik və istifadə hüquqlarının müəyyən edilməsi, maddi zərərin əvəzi kimi 10000 manat, mənəvi zərər əvəzi olaraq 20000 manat pul vəsaitlərinin Cavabdeh onun xeyrinə tutulması barədə tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Cavabdeh vəsatəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli 2(003)-934/2021 nömrəli qərardadı ilə Bakı şəhəri, Binə qəsəbi, R.Məhəmmədhüseynov küçəsi 443 saylı evin özgəninkiləşdirilməsinin (cavabdehə və digər şəxslərə) qadağan edilməsi növündə seçilmiş iddianın təmin etmə tədbiri ləğv edilsin. Qərardaddan rəsmi qaydada verildikdən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-934/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-934/2021
17.06.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver