Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-947/2025 03.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, İşin halları İddiaçı cavabdeh İsgəndərov Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məxsus olan ünvan 1ünvanında yerləşən evdən Cavabdeh və üç azyalı övladları ilə birlikdə çıxarılmasına və həmin evin boşaldılaraq ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2007-ci il tarixli Bakı şəhəri, Xəzər rayonu, Buzovna Bərələdiyyəsi sədrinin səerəncamına əsasən 120m2 torpaq sahəsi bağ evinin tikilməsi üçün vətəndaş X6 verilmiş sərəncam xx.xx.2011-ci il tarixli AR № 24221 saylı etibarnaməyə əsasən ona etibar edilmişdir. Tərəfindən qeyd edilən ərizədə fərdi yaşayış evi tikilmişdir. ünvan 2ünvanında inşa edilmiş fərdi yaşayış evi ona məxsusdur. Fərdi yaşayış evinə aid bütün suya, qaza, işığa aid və digər sənədlərdə onun adınadır. O, öz razılığı ilə bacısının xahişi ilə öz bacısı oğlu X8 və onun həyat yoldaşı olan Cavabdeh onların yaşayış yeriləri olmadığına görə sözügüdən fərdi yaşayış evində qeydiyyatsız və kirayə haqqı almadan yaşamağa icazə verdi. (aralarında heç bir müqavilə bağlanmayıb) onlar iddiaçıya məxsus fərdi yaşayış evində 6-ilə yaxın yaşadılar. Son zamanlar tərəflər arasnda olan evlilik nikah rəsmi qaydada pozulmuş və onların iddiaçıya məxsus fərdi yaşayış evindən məsələsi gündəmə gəlmişdir. Səxavət Əhmədzdə könüllü olaraq çıxmağa razı olmasına baxmayaraq onun keçmiş həyat yoldaşı Cavabdeh üç azyaşlı övladı ilə fərdi yaşayış evini tərk etmək istəmir. Bu barədə dəfələrdə Xəzər PPİ-nin 2-ci PŞ-nə müraciət etmişəm Və mənə bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət olunması bildirirlmişdir Cavabdeh də dəfələrlə fərdi yaşayış evini könüllü olaraq boşatmasını bildirsə də Cavabdeh hər cür bəhanələr gətirərək evi tərk etmək istəmir. Onun iddiaçıya məxsus fərdi yaşayış evinə heç bir aidiyyatı, hüququ yoxdur, sadəcə olaraq yaşamasına icazə verilmişdir. Cavabdeh onun mülkiyyətində olan ünvan 3ünvanında yerləsən evinə heç bir istifadə hüququ yoxdur. Lakin yuxarıda göstərdikləri nəzərə alınmamışdır. Və heç bir əsas olmadan üzərinə düşən öhdəliyi yerinə yetirməkdən imtina edərək ona məxsus fərdi yaşayış evindən çıxmaq istəmir, əksinə onu hədələyir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda izahatında göstərdi ki, onun sərəncamı var, lakin çıxarışı yoxdur. Evin bütün tikinti və təmir xərclərini o çəkib, ustaların pulunu o ödəyib. Buna görə də iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, hazırki torpaq sahəsini iddiaçı 10 min manata onun keçmiş həyat yoldaşına satıb və evin tikintisində atası və onun dostları iştirak edib. Evin işığı da həyat yoldaşının adına çəkilmiş, həmçinin hal-hazıra kimi də evin bütün kommunal xərclərini özləri ödəyir. İddia ərizəsinə etirazın dəlilləri Cavabdeh məhkəməyə yazılı etirazla müraciət edərək, iddiaçı F.A. Mustafayevanın iddia ərizəsi üzrə iddia tələbini qəbul etmədiyini bildirdi. Çünki, onun iddia ərizəsində göstərdikləri yalnız öz təxəyyülü və gətirdiyi arqumentlərinə əsasən dəlil-sübutsuz, iddia tələbi isə aşağıdakı səbəblərdən demək olar ki əsassızdır. İddiaçı Mustafayeva məlum iddia ərizəsində özünü, evin, sanki de-fakto sahibi kimi, hətta həmin fərdi yaşayış evini özünün tərəfindən tikildiyini və s. və ilaxır digər işlər gördüyünü göstərsə də, əslində bu heç də belə deyildir. Belə ki, iddiaçı Mustafayevanın bacısı oğlu olan X12 onun sabiq həyat yoldaşıdır və onunla aralarında qeyd edilmiş nikah, 05 dekabr 2024-cü ildə pozulmuşdur. Səxavətlə nikahları 2015-ci ildə qeyd edilsə də, 2016-cı ilin fevralında o, el adəti üzrə onun anası evinə - Neftçala rayonunun Bankə qəsəbəsinə gəlin köçmüşdür. Cəmi 5-6 ay qayınanasıgildə yaşadıqdan sonra atasıgilə gəldi ki, onlar, yəni atasıgil qarşı tərəflə birlikdə həmin bu Buzovna qəsəbəsindəki sözügedən artıq tikməyə başladıqları evi tikib-bitirsinlər ki, onlar da tezliklə ailəlikcə oraya köçsünlər. Bəli, məhz həmin iddia olunan evin torpağını iddiaçı Mustafayeva hələ 2016-cı ildə - toydan az sonra sabiq əri Səxavətə 10 min manata satmışdır. O, 2 sot da öz bacısına torpaq sahəsi satmış, qalan 2 sotda isə özünə ev tikərək hazırda da orada yaşayır. Yəni, hər 3 ailə eyni həyətdə və Eyni ünvanda yaşayırlar. Evlərini isə bir-birindən sadəcə çəpərlər ayırır. Bildirir ki, iddia olunan yaşadıqları həmin evi atası, qardaşının, atasının dostları və yaxın qohum-əqrəba yığışıb köməkləşərək birlikdə tikiblər ki, onlar, üşaqlarla çöldə qalmasınlar. Evin tikinti materiallarının pulunun əsas hissəsini həyat yoldaşı Səxavət vermişdi. Ev isə indiyədək də təmirsizdir. Qeyd edir ki, atası evin tikintisinə həm də 1000 manat və əlavə bacardığı köməkliyi göstərib. 2017-ci ildə ilk uşaqları doğuldu və ondan az sonra onlar, daimi yaşamaq üçün birdəfəlik rayonu tərk edib, ailəlikcə həmin bu evə köçmüşlər. Toylarından yığılmış pul qarşı tərəfdən veriləcək cehizlik və qızıl-zinət əşyalarının pulu, habelə qayınanama verdiyim etibarnamə ilə onun aldığı ailənin 3 illik sosial yardım pulunun və həm də sosial müavinət qismində körpə uşaqlarına verilən yardım pulları da hamısı məhz hazırda yaşadıqları 4-5 otaqdan və s. yardımçı tikililərdən ibarət, iddia olunan evinəmin bir əziyyətlə tikib qurduqları evə sərf olunmuşdur ki, bütün bunları da hesaba alsalar, təxminən 30-35 min manat məbləğində pul vəsaiti edir ki, bütün bu vəsait də demək olar ki, təkcə ona aiddir. Evin işığı da həyat yoldaşının adına çəkilmiş, həmçinin hal-hazıra kimi də evin bütün kommunal xərclərini özləri ödəməklə - ödəniş qəbzlərinin də əksəriyyəti onun öz adlarınadır. Həyat yoldaşı Səxavətin özünün bu evə qoyduğu pula gəldikdə isə, qeyd edir ki, biz evlənəndən bəri yoldaşı Səxavət bütün illərini xarici ölkələrdə işləməkdə keçirərək, qazandığı xeyli miqdarda (ayda təxminən 1500-2000 manat hesabı ilə) pulları da məhz bu evə sərf etmişdir ki, ailənin və 3 körpə qız uşağı çöldə qalmasın. Hazırda özünün də eyni ünvanda və həyətdə ayrıca tam təmirli 4-5 otaqlı fərdi yaşayış evi ola-ola və heç bir evə, yaşayış sahəsinə və s. qəti ehtiyacı olmayan iddiaçı Mustafayeva hansı maraq və məqsədlə onu və 3 azyaşlı körpə qız balalarını, öz halal zəhməti ilə tikib, artıq 7-8 ildir ki, tam qanuni əsasla yaşadıqları doğma, isti ocağından - evindən çıxardıb çölə atmağa çalışır. Səxavətlə ailə münasibətləri pozulandan və boşandıqdan sonra isə iddiaçı onu və qayınanamı da öz tərəfinə çəkib təsir altına salaraq onları da bu işə cəlb edib. Səxavətlə boşanmağına da səbəb, onun mütəmadi olaraq döyüb və onu xəsarətləndirdiyinə görə açılmış cinayət işi ilə əlaqədar məhkum olmuşdur. Hazırda da o, buna görə ayağında elektron qolbaq daşıyır. Daha sonra iddiaçı Mustafayeva iddia ərizəsində guya onların evə mülkiyyət hüquqlu “mülkiyyətçi” kimi AR Mülki Məcəlləsinin mülkiyyət hüququ ilə bağlı olan 146, 148, 152, 157-ci və s. maddələrinə istinad edir. Halbuki, o evin mülkiyyətçisi deyil və ola da bilməz. Mülkiyyətçinin mülkiyyət hüququ isə, bəlli olduğu kimi, daşınmaz əmlakın dövlət reyestrində rəsmən qeydiyyata alındığı andan yaranır. Göründüyü kimi, iddiaçının evə dair Çıxarışı (kupçası) vardır. Belə olan halda hansı “mülkiyyətçilik”dən və “mülkiyyət hüququ”ndan söhbət gedə bilməz. Sadəcə, görünən odur ki, sözügedən ərazidəki torpağın əsl sahibi olmuş X10 müvafiq etibarnamə ilə həmin torpaq sahəsi üzərindəki müəyyən hüquqlarını ona etibar etmişdir. O, 3 körpə qız uşağımla birlikdə çox çətinliklə də olsa sakit həyatını yaşayır, bir kimsə ilə heç bir işi yoxdur. O özü də din əhli olmaqla namaz qılan bir insanam. Öz ailə qayğıları və digər problemləri də ifayət qədərdir. Qızların da ikisi məktəblidir. Onların da özlərinə məxsus xeyli problemi vardır. Belə halda iddiaçənən qanunsuz və absurd iddialarının məntiqini başa düşmək olmur. Məlumdur ki, Mülki Prosessual Məcəllədə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar. Məlum iddia üzrə isə iddiaçının öz tələbi üzrə heç bir konkret sənədi, dəlili və sübutu yoxdur. Qanunvericilik daim humanizmin tərəfində olmaqla məhkəmələrə hər zaman istənilən məhkəmə aktını qəbul edərkən ədalətli olmağı və ədalət prinsiplərini və meyarlarını daim uca tutmağı tövsiyə edir. O da qanunsevər və həmişə, hər işdə haqq-ədalət uman bir insan kimi qanunun bu müddəalarını tamamilə qəbul və müdafiə edir. Buna görə də bütün yuxarıda göstərdiyi xüsusatları, işin digər faktiki hallarını, mövcud qanunvericiliyin tələblərini və bu tələblərdən irəli gələn hüquq və vəzifələri, hazırda ikisi məktəbli olmaqla 3 azyaşlı qız uşağı ila birlikdə çox çətin maddi və s. durumda yaşamağını və s. mövcud vəziyyəti nəzərə alıb, iddiaçı Mustafayevanın ona qarşı məlum iddiasını tamamilə əsassız və qanunsuz olduğundan, təmin edilməməsi barədə qətnamə qət etməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş sənədlər - Azərbaycan Respublikası Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 2325 saylı arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbə İzmir küçəsində yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır. - Bakı şəhəri Əzizbəyov rayonu Buzovna bələdiyyəsi sədrinin xx.xx.2007-ci il tarixli sərerəncamına əsasən 120m2 torpaq sahəsi bağ evinin tikilməsi üçün vətəndaş X3 istifadəsinə verilmişdir. xx.xx.2011-ci il tarixli AR № 24221 saylı etibarnaməyə əsasən X1 qəsəbəsi qəsəbədaxili ərazidə yerləşən 1200 kvm.torpağın üzərində hüquqi hərəkətləri həyata keçirməyi İddiaçı etibar edilmişdir. Doğum haqqında şəhadətnamələrin sürətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X2, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-cı il təvəllüdlü X7 anası Cavabdehdı atası isə X9r. - Neftçala Rayon Məhkəməsinin 2(0530-1222/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən X14 ilə Cavabdeh arasında 07 sentyabr 2012-ci il tarixdə bağlanmış və həmin tarixdə Neftçala rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 262 nömrə ilə qeydə alınmış nikah pozulmuş hesab edilmiş,10 dekabr 2016-cı il təvəllüdlü X2, 13 fevral 2019-cu il təvəllüdlü X4 və 10 may 2021-ci il təvəllüdlü X7 nikah pozulduqdan sonra Cavabdeh yanında qalmaları müəyyən edilmiş və 10 dekabr 2016-cı il təvəllüdlü X2, 13 fevral 2019-cu il təvəllüdlü X4 və 10 may 2021-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün iddiaçı X5 hər ay hər bir uşağa görə 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. - Buzovna Bələdiyyəsi 001189 saylı bildirişin sürətindən görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbə İzmir küçəsi döngə 1 ev 20 üçün torpaq vergisi ödəyicisidir. Tətbiq edilən hüquq Azərbaycan Respubikasının MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.7-ci maddəsinə əsasən, istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci hissəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinin 1-ci hissəsinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Həmçinin, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Lakin, dövlət yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İşin faktiki halları ilə müəyyən olunur ki, mübahisə predmetinə aid olan ünvanda yerləşən ev üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Cavabdeh ailə üzvləri ilə birlikdə həmin fərdi yaşayış evində yaşayır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisə predmetinə aid olan ev daşınmaz əmlakın dövlət reyestrində nə iddiaçının, nə də cavabdehin adına qeydə alınmadığından, iddiaçı mübahisəli evə və həmin ünvanda yerləşən evə mülkiyyət hüququ əmələ gəlməmişdir. Göründüyü kimi, mübahisə predmetinə aid olan ev daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmadığından, onun cavabdehin və onun ailə üzvlərini mübahisəli evə dair istifadə hüquqlarına xitam verilməsi tələbi ilə çıxış etmək hüququ da olmamışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə olan halda, iddiaçının həmin evə dair hər hansı bir qanuni hüququ olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir. Ona görə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. Mübahisə predmetinə aid olan ev və həmin ünvanda yerləşən torpaq sahəsi iddiaçının mülkiyyətində deyildir və o həmin əmlaka faktiki sahiblik etmir. Belə ki, ev özbaşına tikilidir. Azərbaycan Respublikasının qanunvericiliyi isə mülkiyyətində olmayan cavabdehə qarşı mövcud tələblə çıxış etmək hüquqlarını ümumiyyətlə nəzərdə tutmur. İddia üzrə iddiaçı özünün irəli sürdüyü tələbinin qanuni əsasını göstərə bilməmişdir. Əgər qanunda iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-947/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-947/2025
03.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver