Məhkəmə qərarları › İş №2(003)-958/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-958/2024

30.04.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-958/2024 30.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti üçüncü şəxs qismində cəlb olunmaqla "əmək müqaviləsinə xitam verilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti üçüncü şəxs qismində cəlb olunmaqla "əmək müqaviləsinə xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC ilə onun arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh MMC-də operator vəzifəsinə işə qəbul edilmişdir. O, təxminən 3-4 ay, 2020-c ilin mart ayına qədər, pandemiya başlayanadək işləmişdir. Pandemiya başlayanda ona MMC-nin fəaliyyətinin dayandırıldığı bildirilmişdir. Pandemiya bitdikdən sonra həmin şirkətin fəaliyyət göstərdiyi yer bağlanmışdır. O, bir ildir ki, onları tapa bilmir. Şirkətin rəhbəri xarici vətəndaşdır. Onlar heç yerdə fəaliyyət göstərmirlər. Ona görə də “Əmək və Məşğulluq” altsistemində onun əmək müqaviləsi ləğv edilməmiş qalmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq iş üzrə cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin 13 mart 2023-cü il tarixli, 3-17-5/2-Ə-8346/2023 nömrəli, İddiaçı ünvanlanmış məktubundan görünür ki, həmin şəxsin barəsində aktiv əmək müqaviləsinin olması barədə 09 fevral 2023-ü il tarixli müraciətə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətində baxılmışdır. Müraciətdə qeyd olunan məsələyə münasibət bildirilməsi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməklə zəruri sənədlərin təqdim edilməsi ilə bağlı hüquqi şəxs Cavabdeh MMC-nin ünvanına rəsmi məktub göndərilmiş, lakin bugünədək məktuba cavab verilməmişdir. Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırıldığından müraciətdə göstərilən halı yerində araşdırılması mümkün olmamışdır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi X1 Xidmətinin səlahiyyətləri xaricindədir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürə tərəfindən bu vəzifə icra edilmirsə və ya bunun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin ba.şqa həll yolu məhkəmə tərəfindən müəyyən edilməklə X1 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi hüququ X1 Xidmətinə həvalə edilməlidir. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı Cavabdehndə operator vəzifəsində çalışır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin ərizəsindən görünür ki, mülki iş üzrə əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar olaraq əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsinin X1 Xidmətinə həvalə edilməsinə etiraz edilmədiyi bildirişmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı xxxxxxx000200 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Cavabdeh MMC-də operator vəzifəsində çalışması və aylıq əmək haqqının məbləğinin 250 manat olması, işə başlama tarixinin xx.xx.2019-cu il tarixli olması ilə bağlı işçi İddiaçı ilə işəgötürən Cavabdeh MMC xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh MMC-nin (VÖEN: **********) xx.xx.2018-ci il tarixdə ********** nömrəli VÖEN-lə uçota alınması, fəaliyyətinin xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırılması, xx.xx.2019-cu il tarixdən bərpa olunması, xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. Hazırda vergi ödəyicisinin fəaliyyəti dayandırılmış vəziyyətdədir. Cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 1mişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 4-cü maddəsinə əsasən Bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında «müəssisələr»), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 12-ci maddəsinin 1-ci hissəsinin h) bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürənin əsas vəzifələrindədir. 49-cu maddəsinin 1-ci hissəsinə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmişdir Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydaların 3.5-ci bəndinə əsasən işəgötürən xidmətə daxil olduqda, sistem tərəfindən onun təkmil sertifikatına əsasən soyadı, adı, atasının adı, gücləndirilmiş elektron imza (dövlət orqanları və ya hüquqi şəxslərlə münasibətdə möhür vurmaq səlahiyyəti olan) kartının nömrəsi və fərdi identifikasiya nömrəsi (FİN) müəyyən edilir. İşəgötürən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxiletmə səlahiyyətini etibar etdiyi şəxsin (şəxslərin) gücləndirilmiş elektron imza kartının nömrəsini, fərdi identifikasiya nömrəsini (FİN), səlahiyyətin etibar edilmə müddətini müəyyən edilmiş formada sistemə daxil edərək təsdiqləməlidir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iş üzrə iddiaçı işçi İddiaçı ilə Cavabdeh MMC arasında müddətsiz əmək müqavilələri bağlanmış və həmin əmək müqavilələri hazırda qüvvədədir. Məhkəmə hesab edir ki, iş üzrə Cavabdeh MMC-nin fəaliyyətinin dayandırılmış vəziyyətdə olması səbəbi ilə əlaqədar İddiaçı təşəbbüsü ilə Cavabdeh MMC ilə bağlanmış əmək müqaviləsinin ləğvi qeyri-mümkün olduğundan iddiaçı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Odur ki, hazırki halda iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin işəgötürən, yəni cavabdeh tərəfindən ləğv edilməsi mümkün olmadığına görə məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməlidir. Həmçinin məhkəmə qanunvericiliyin tələblərini, yəni əmək müqaviləsinə xitam verilməsi ilə bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə əmək müqaviləsi bildirişinin daxil edilməsi işəgötürənin vəzifəsinin olmasını nəzərə alaraq hesab edir ki, hazırki halda əmək müqaviləsinə xitam verilməsi ilə bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə əmək müqaviləsi bildirişinin işəgötürən şəxs tərəfindən həyata keçirilməsi qeyri-mümkün olduğundan bu məsələ Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməli, əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin elektron informasiya sistemində qeydə alınması məsələsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC (VÖEN: **********) ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə (xxxxxxx000200 nömrəli əmək müqaviləsi bildirişi) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilsin. Əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin elektron informasiya sistemində qeydə alınması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar