Məhkəmə qərarları › İş №2(003)-959/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-959/2024

17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-959/2024 17.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi və pul" tələbinə dair ilkin iddia ərizəsi, iddiaçı Cavabdeh İddiaçı qarşı "əqdin yalan əqd hesab edilməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi və pul" tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 13 iyul 2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsini və Cavabdeh onun xeyrinə 10000 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ilkin iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə onun arasında 13 iyul 2023-cü il tarixdə ilkin alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Mir Cəlal küçəsi, 34 nömrəli yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 115 kv. m. olan 3 otaqlı, 39 saylı mənzilin “Alıcı”ya 1 gün müddətində təhvil verməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndinə əsasən tərəflərin hər biri öz öhdəliyini yerinə yetirməzsə, digər tərəfin müqaviləni dəyişdirmək və çəkilmiş xərclərin ödənilməsini tələbetmək hüququ vardır. Müqavilənin 4.3-cü bəndinə əsasən tərəflər üzərinə götürdükləri öhdəlikləri vaxtında və lazımi qaydada icra etmək onların iradəsindən asılı olmayan səbəblərdən mümkün olmazsa, satıcı alıcıdan aldığı vəsaiti geri qaytarır və bu zaman tərəflərin ilkin vəziyyəti bərpa olunur. Cavabdeh tərəfindən mənzil ona təhvil verilməmişdir. Cavabdeh İddiaçı qarşı "əqdin yalan əqd hesab edilməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İsəndiyar oğlu və İddiaçı arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilənin yalan əqd olduğunu nəzərə alaraq tərəflər arasında beh müqaviləsinin qaydalarının tətbiq edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilkin İddiaçı iddia tələbinin əsası kimi tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanılmış “İlkin alqı-satqı müqaviləsi”nə istinad etmişdir. Həmin müqavilənin 1-ci və 2.1-ci bəndinə görə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Mir Cəlal küçəsi 34 nömrəli yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 115 kv. m. olan 3 otaqlı, 39 saylı mənzilin qiyməti 220000 manat məbləğində müəyyən olunmuşdur. Müqavilənin 2.2-ci bəndinə görə “Alıcı” əmlakın müqavilənin 2.1-ci bəndində göstərilən qiymətinin 10000 manatını “Satıcı”ya bankın notarius hesabına ödəyərək yerdə qalan 210000 manat pulu satıcıya 1 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq alıcı müqavilə üzrə götürdüyü öhdəliyi yerin yetirməmiş, ödənişdən 6 ay sonra Cavabdeh söügedən mənzili alqı-satqı yolu ilə başqa şəxsə satmaqla özgəninkiləşdirmişdir. Tərəflər sözügedən mənzilin alqı-satqısı gedişatında apardıqları danışıqlar, ilkin razılaşmalar üzrə “beh müqaviləsi” bağlamaq qərarına gəlmişlər. Bununla belə müqavilə “İlkin alqı-satqı müqaviləsi” kimi rəsmiləşdirilmişdir. xx.xx.2023-cü il tarixli müqavilə yalançıəqd olaraq etibarsızdır və hazırki mübahisəyə “Beh müqaviləsi”nin şərtləri tətbiq edilməlidir. Tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilə əhəmiyyətsiz əqd olmaqla yalan əqddir. Tərəflərin iradə ifadəsi əslində beh müqaviləsi bağlamaq olmuşdur. Lakin notariat ofisi mənzilin dövlət reyestrində qeydiyyata alınmamasını əsas gətirərək beh müqaviləsinin bağlanmasının mümkünsüz olduğunu tərəflərə bildirdikdən sonra hər iki tərəf beh müqaviləsini pərdələyən yalan əqd – ilkin alqısatqı müqaviləsini bağlamışlar. Tərəflərin danışıqları, yazışmaları, müqavilənin bağlanılması gedişatında iradə ifadələri, eyni zamanda buna şahid olan şəxslər də təsdiqləyə bilər ki, tərəflər əsl həqiqətdə beh müqaviləsi bağlamaq üçün razılaşmışlar. Tərəflər arasında beh müqaviləsinin bağlanılması faktını, eyni zamanda, xx.xx.2023-cü il tarixli müqavilənin 3-cü bəndi də təsdiq edir. Həmin bənddən görünür ki, Cavabdeh müqavilə bağlanandan sonra 1 gün müddətində mənzili İddiaçı verməli və 10 il ərzində əsas alqı-satqı müqaviləsini rəsmiləşdirməlidir. İddiaçı isə mənzilə sahiblik və istifadəni həyata keçirməklə 5 il ərzində əsas alqı-satqı müqaviləsini bağlamalıdır. 3-cü bənddə göstərilən öhdəliklər qanunvericiliyin tələbinə zidd, eyni zamanda absurd (müqavilə şərtlərinə görə mülkiyyətçi Cavabdeh mənzilini 10000 manat pulun müqabilində azı 5 il müddətinə itirmiş olur ki, bu Konstitusiya ilə müdafiə edilən mülkiyyət hüququnun kobud pozulması deməkdir) olmaqla tərəflərin həqiqi iradə ifadəsini əks etdirmir. Tərəflər arasında belə razılaşma heç bir zaman olmamış, onlar yalnız beh müqaviləsinin bağlanması barədə razılığa gəlmişlər. Eyni zamanda İddiaçı öhdəliyini vaxtında icra etməyəcəyi təqdirdə ödəmiş olduğu behdən məhrum olacağı da öncədən bildirilmişdir. Tərəflər beh müqaviləsi bağlamaq barədə razılığ gəlmiş, danışıqlar aparmış, müqavilənin şərtlərini müəyyən etmiş, müqaviləni yazılı bağlamaq niyyəti ilə notariat ofisinə müraciət etmişlər. Lakin Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X3 Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Mir Cəlal küçəsi, 34 saylı yaşayış binasının yanında inşa edilən yaşayış binasının 6-cı mərtəbəsində, ümumi sahəsi 115 kv. m. olan 3 otaqlı, 39 saylı mənzilin dövlət reyestrində qeydiyyatının olmamasını əsas gətirərək beh müqaviləsini rəsmiləşdirməmişdir. Bundan sonra tərəflər öz aralarında yalan əqd kimi ilkin alqı-satqı müqaviəsini bağlamaq barədə qərara gəlmişlər. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı əlavə olaraq qeyd etmişdir ki, mübahisəli mənzilə ailəsi ilə birlikdə baxıb həmin evi bəyənmişdir. O, öz evini şirkətə satmışdır. Şirkət onun evinin dəyəri olan pul məbləğini gec ödədiyinə görə o, Cavabdeh qalan 210000 manatı ödəyə bilməmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Vəkil əlavə olaraq qeyd etmişdir ki, mübahisəli mənzilin İddiaçı 220000 manat qiymətə satılması barədə razılıq əldə olunduqdan və İddiaçı 10000 manat beh alındıqdan sonra mübahisəli mənzilə 240000 manat təklif edən alıcı olmasına baxmayaraq İddiaçı ilə mübahisəli mənzilin satılması ilə bağlı razılıq əldə olunduğuna və İddiaçı beh alındığına görə evi həmin alıcıya satmaqdan imtina etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, o, mübahisəli mənzilin alqı-satqısı üçün aparılan danışıqlarda vasitəçi kimi iştirak etmişdir. O, mübahisəli mənzilin satılması üçün 10000 manat beh verilməsi barədə danışıqlarda vasitəçi kimi iştirak etsə də, həmin məbləğin ödənilməsi prosesində iştirak etməmişdir. Cavabdeh ona beh müqaviləsinin bağlanılması prosesində iştirak etməsinə ehtiyac olmadığını bildirmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, o, Cavabdeh qardaşıdır. Şahid əlavə olaraq qeyd etmişdir ki, mübahisəli mənzilin satılması üçün beh müqaviləsi imzalanmış və onlara 10000 manat məbləğində pul verilmişdir. həmin müqaviləni qardaşının əvəzinə o imzalamışdır. O, mübahisəli mənzilin satılması ilə bağlı aparılan danışıqlarda iştirak etmişdir. Həmin danışıqlarda İddiaçı həyat yoldaşı ilə birlikdə iştirak etmişdir. O, İddiaçı mübahisəli mənzilin satılması üçün beh verilməsini təklif etmişdir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış, notariat qaydasında təsdiq edilmiş, reyestrdə 3M-2754 № ilə qeyd edilmiş, “İlkin alqı-satqı müqaviləsi” adlanan 13 iyul 2023-cü il tarixli müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 22 aprel 2021-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Mir Cəlal küçəsi 34 yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasının 6-cı mərtəbəsində, ümumi sahəsi 115 kv. m. olan 3 otaqlı, 39 saylı mənzilinə dair alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün tərəflərin öhdəlikləridir. Bu müqavilənin predmeti olan əmlakın qiyməti 220000 manat məbləğində müəyyən olunmuşdur. Alıcı əmlakın qiymətinin 10000 manatını satıcıya ödəmişdir. Alıcı qalan 210000 manat pul məbləğini isə satıcıya 1 ay müddətində ödəməyi öhdəsinə götürür. Satıcı Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Mir Cəlal küçəsi 34 yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasının 6-cı mərtəbəsində, ümumi sahəsi 115 kv. m. olan 3 otaqlı, 39 saylı mənzili alıcıya 1 gün müddətində təhvl verməyi və 10 il ərzində əsas alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsini öz öhdəsinə götürür. Alıcı isə qeyd olunan əmlaka dair istifadə və sahiblik hüququnu, həmçinin bütün sənədləşdirmə işlərini, çıxarışın alınmasını və 5 il ərzində əsas alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsini öz öhdəsinə götürür. Tərəflərin hər biri öz öhdəliyini yerinə yetirməzsə, digər tərəfin müqaviləni dəyişdirmək və çəkilmiş xərclərin ödənilməsini tələb etmək hüququ vardır. Tərəflərdən üzərinə götürdükləri öhdəlikləri vaxtında və lazımi qaydada icra etmək onların iradəsindən asılı olmayan səbəblərdən mümkün olmazsa, satıcı alıcıdan aldıqları vəsaiti geri qaytarır və bu zaman tərəflərin ilkin vəziyyəti bərpa olunur. Həmin müqaviləni Cavabdeh əvəzinə etibarnamə əsasında nümayəndə olan X1 imzalamışdır. İş materiallarında olan diskdə “Whatsapp” mobil tətbiqində əks olunmuş videogörüntüdə 10000 manat məbləğində behin verilməsi, qalan məbləğin sonra ödənilməsi ilə bağlı ifadələrin səsləndirildiyi videogörüntü əks edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib məhkəməyə təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, ilkin iddia ərizəsi rədd, qarşılıqlı iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 491.1-491.2-ci maddəklərinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Məhkəmə İddiaçı Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi və pul" tələbinə münasibət bildirərək qeyd edir ki, həmin tələb əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, tərəflər 13 iyul 2023-cü il tarixli “İlkin alqı-satqı müqaviləsi” bağlamış, mübahisəli mənzilin gələcəkdə satılması üçün əmlakın qiyməti olan 220000 manatın 10000 manatı İddiaçı tərəfindən Cavabdeh ödənilmişdir. Həmin pul məbləğinin ödənilməsini məhkəmə iclasında həm iddiaçı tərəf, həm də cavabdeh tərəf etiraf etmişdir. İddiaçı mübahisəli mənzili alması üçün qalan pul vəsaitini ödəməyə maddi imkanı olmamışdır. Buna görə həmin müqavilənin 4.3-cü bəndinə əsasən tərəflərin ilkin vəziyyəti bərpa olunmalıdır. Cavabdeh İddiaçı qarşı "əqdin yalan əqd hesab edilməsi" tələbinə münasibət bildirərək qeyd edir ki, həmin tələb əsassız olduğundan rədd edilməlidir. Belə ki, həmin müqavilədə beh müqaviləsinə aid normalar nəzərdə tutulmamışdır. Həmmin müqavilə gələcəkdə daşınmaz əşyanın alqı-satqısı müqaviləsi bağlamaq üçün tərəflər arasında bağlanmış ilkin müqavilədir. Həmçinin həmin müqavilənin 4.3-cü bəndində nəzərdə tutulmuş şərtdə satıcının alıcıdan aldığı vəsaiti geri qaytarması və tərəflərin ilkin vəziyyətinin bərpa olunması barədə şərt nəzərdə tutulmuşdur. Həmçinin tərəflərin hər-hansı müqaviləni pərdələmək niyyəti olmamışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi və pul" tələbinə dair ilkin iddiası təmin edilməli, Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış, notariat qaydasında təsdiq edilmiş, reyestrdə 3M-2754 № ilə qeyd edilmiş, “İlkin alqı-satqı müqaviləsi” adlanan 13 iyul 2023-cü il tarixli müqavilə ləğv edilməli, Cavabdeh 10000 (on min) manat alınaraq İddiaçı verilməli, iddiaçı Cavabdeh İddiaçı qarşı "əqdin yalan əqd hesab edilməsi" tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi və pul" tələbinə dair ilkin iddiası təmin edilsin. Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış, notariat qaydasında təsdiq edilmiş, reyestrdə 3M-2754 № ilə qeyd edilmiş, “İlkin alqı-satqı müqaviləsi” adlanan 13 iyul 2023cü il tarixli müqavilə ləğv edilsin. Cavabdeh 10000 (on min) manat alınaraq İddiaçı verilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı "əqdin yalan əqd hesab edilməsi" tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar