Məhkəmə qərarları › İş №2(003)-96/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-96/2021

22.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-96/2021 22.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış evinə köçürülməsi, topraq sahəsinin natura qaydasında bölünməsi və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu azyaşlı 09.11.2015-ci il təvəllüdlü X6 ilə birlikdə xüsusi mülkiyyətində olan ünvan 3 evə köçürülməklə, torpaq sahəsinin natura qaydasında bölünməsinə evdən və torpaq sahəsindən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. ünvan 3 evdə öz ailə üzvüləri ilə birlikdə yaşamışdır. O 05.10.1996-cı il tarixdə X8 ilə rəsmi olaraq nigaha daxil olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Nizami küçəsi 15 saylı evə gəlin köçmüşdür. Onların birgə nigahlarından iki uşaqları olub. Bundan sonra həyat yoldaşı ilə aralarında münasibətləri pozulduğundan onların aralarında olan nigahları 23.06 2015-ci il tarixdə məhkəmə qətnaməsi əsasında pozulmuş və o iki uşaqları ilə birlikdə gəlin köçdüyü evdən çıxmışdır. Bundan sonra o X9 ilə qeyri rəsmi olaraq nigaha daxil olmuş və onların qeyri-rəsmi nigahlarından 09.11.2015ci il təvəllüdlü bir oğlan uşağı olmuşdur. Onun atası X4 09.01.2019-cu il tarixdə vəfat etmişdir. Atamın vəfatından sonra yuxarıda adı qeyd edilən ünvan 3 evin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 1/6 hissəsi ona verilmişdir. Bundan sonra isə 17.02.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən ünvan 3 evə dair onun adına çıxarış verilmişdir. Hazırda da o qeyd edilən ünvanın pasport qeydiyyatındadır və atasından qalmış miras payın 1/6 hissəsi onun xüsusi mülkiyyətindədir. Hazırda o azyaşlı uşağı ilə birlikdə kirayədə yaşayır və dəfələrlə o mülkiyyətində olan evə köçməklə miras qalmış torpaq sahəsinin natura qaydasında bölünməsi üçün cavabdehlərə müraciət etmiş, lakin cavabdehlər onu evə buraxmırlar və bu barədə də heç bir tədbir görməyiblər. Daha sonra İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində dəyişiklik edərək cavabdeh kimi qeyd etdiyi X1 iddia tələbindən çıxarılaraq xüsusi mülkiyyətində olan ünvan 3 evə köçürülməklə, torpaq sahərsinin natura qaydasında bölünməsinə evdən və torpaq sahəsindən istifadə qaydalarının müəyyən edilməsinə dair qətnamə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Həmçinin məhkəmənin 21.10.2021-ci il tarixli iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qanun üzrə vərəsəlik haqqında 12.09.2019-cu il tarixli şəhadətnaməsinin surətindən görünür ki, X2 vərəsəsi qızı İddiaçı ünvan 2 və o miras əmlakdan 1/6 hissədə pay almışdır. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 36,2 m2 yaşayış sahəsi 25,8 m2 yardımçı sahəsi 10,4 m2 olan 2 (iki) oataqlı fərdi yaşayış evindən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli 17.02.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 3 evin 1/6 hissəsinə İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır. Mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsininin katiqoriyası dövlət mülkiyyətində olan torpaq sahəsidir. İş materillarında olan Bakı şəhəri Xəzər RPİ QvŞV şöbəsi tərəfindən 02.03.2020-ci il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi ev 75 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07.09.2020-ci il tarixli, 10/1490 saylı ekspert rəyində qeyd edilmişdir ki, ünvan 3 ünvanda yerləşən evin tərəflərin 1/6 və 5/6 paylarına uyğun olaraq real şəkildə bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89 un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyəsinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. ünvan 3 ünvanda yerləşən yaşayış evinin tərəflərin 1/6 və 5/6 paylarına uyğun olaraq real bölgüsü mümkün olmadığından bu sual üzrə tədqiqat aparılmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19.03.2021-ci il tarixli, 10/3323 saylı ekspert rəyində qeyd edilmişdir ki, ünvan 3 ünvanda yerləşən torpaq sahəsinin İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında (dörd hissəyə) naturada bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından qərardadın sualı üzrə tədqiqat aparılmadı. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29.06.2021-ci il tarixli, 10/2023 saylı ekspert rəyində qeyd edilmişdir ki, ünvan 3 ünvanda yerləşən torpaq sahəsində bölgü aparılacağı təqdirdə torpaq sahələrinin hər birinə ayrı-ayrılqda giriş-çıxış yolunun açılmasının mümkünlüyünü nəzərə alaraq həmin torpaq sahəsnin 5/6 və 1/6 hissələrə texniki cəhətdən mümkün olduğu müəyyən olunur (torpaq sahəsinin bölgü variantı rəyə əlavə olunmuş plan sxemdə ətraflı göstərilmişdir). Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı atası X2 vərəsəsi kimi ünvan 2 və o miras əmlakdan 1/6 hissədə pay almışdır. Mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 36,2 m2 yaşayış sahəsi 25,8 m2 yardımçı sahəsi 10,4 m2 olan 2 (iki) otaqlı fərdi yaşayış evindən ibarətdir. Həmçinin müəyyən edildi ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli 17.02.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 3 evin 1/6 hissəsinə İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır. Eyni zamanda ünvan 3 evin 1/6 hissəsinə İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır. Mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsininin katiqoriyası dövlət mülkiyyətində olan torpaq sahəsi olduğu müəyyən edilmişdir. İş üzrə aparılmış olan ekspertiza tədqiqatının nəticələri olaraq müəyyən edilmişdir ki, ünvan 3 ünvanda yerləşən evin tərəflərin 1/6 və 5/6 paylarına uyğun olaraq real şəkildə bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89 un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyəsinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Həmçinin ekspertiza tədqiqatının nəticəsi olaraq ünvan 3 ünvanda yerləşən torpaq sahəsinin İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında (dörd hissəyə) naturada bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Eyni zamanda ekspertiza tədqiqatının nəticəsi olaraq ünvan 3 ünvanda yerləşən torpaq sahəsində bölgü aparılacağı təqdirdə torpaq sahələrinin hər birinə ayrı-ayrılqda giriş-çıxış yolunun açılmasının mümkünlüyünü nəzərə alaraq həmin torpaq sahəsnin 5/6 və 1/6 hissələrə texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Məhkəmə ekspertiza üzrə aparılmış ekspertiza tədqiqatlarının (19.03.2021-ci il tarixli, 10/3323 saylı) nəticələrinə münasibətdə qeyd edir ki, göründüyü kimi ünvan 3 ünvanda yerləşən evin tərəflərin 1/6 və 5/6 paylarına uyğun olaraq real şəkildə bölünməsi və evin naturada bölünməsi mümkün deyildir. Aparılmış olan sonuncu ekspertiza (29.06.2021-ci il tarixli, 10/2023 sayll) tədqiqatının nəticəsi olaraq isə ünvan 3 ünvanda yerləşən torpaq sahəsində bölgü aparılacağı təqdirdə torpaq sahələrinin hər birinə ayrı-ayrılqda giriş-çıxış yolunun açılmasının mümkünlüyünü nəzərə alaraq həmin torpaq sahəsnin 5/6 və 1/6 hissələrə texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Lakin iş üzrə aparılmış olan əvvəlki tədqiqatların nəticəsi olaraq real şəkildə və naturada bölünməsi texniki cəhətdən mümkün olmamışdır. Həmçinin iddiaçının ünvan 3 ünvanda yerləşən evin (pay üzrə) mülkiyyətçisi olması və Azərbaycan Respublikası Konstitusiyasına əsasən mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquq olduğundan hazırkı prizmadan yanaşılaraq iddiaçının mülkiyyət hüquqları qorunmalıdır. Mülki qanunvericiliyin tələblərinə uyğun olaraq mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququdur. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçı mübahisəli evin paylı mülkiyyətçisidir, onun həmin evə köçmələri üçün hüquqi əsasları vardır. Odur ki, iddia qeyd olunan hissədə əsaslıdır və təmin edilməlidir. İddiaçının tələbinin torpaq sahərsinin natura qaydasında bölünməsinə torpaq sahəsindən istifadə qaydalarının müəyyən edilməsi hissəsinə münasibətdə isə məhkəmə hesab edir ki, torpaq sahəsi dövlət mülkiyyətində olduğundan və həyətyanı sahəsinin yalniz ümumi istifadəyə olduğundan tərəflərin torpaq sahəsi üzərəində sərəncam vermək hüququ mövcud deyildir. Belə halda isə torpaq sahəsi bölnməsi və ondan istifadə qaydlarının müəyyən edilməsi qanuna müvafiq deyildir və iddia bu hissədə rədd edilməlidir. Məhkəmə həmçinin iddiaçının tələbinin evin naturada bölünməsi və istifadə qaydalarının bölünməsi hissəsinə münasibətdə qeyd edir ki, evin naturada bölünməsi ekspert rəyinə görə texniki cəhətdən mümkün olmadığından qeyd edilən hissədə iddia rədd edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı mülkiyyət hüququ əsasında ünvan 3 evə köçürülməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manatın, 125 (bir yüz iyirmi beş) manatı iddiaçıya, 125 (bir yüz iyirmi beş) manatı isə cavabdehlərə aid edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində pulun 125 (bir yüz iyirmi beş) manatı İddiaçı, 125 (bir yüz iyirmi beş) manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub X3, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ünvan 3 evə köçürülsün. İddia qalan hissədə rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində pulun 125 (bir yüz iyirmi beş) manatı İddiaçı, 125 (bir yüz iyirmi beş) manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub X3, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar