Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-96/2022 08.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Şüvəlan bələdiyyəsinin 28 noyabr 2005-ci il tarixli, 24 nömrəli qərarı ilə fərdi evin tikilməsi üçün İddiaçı Şüvəlan qəsəbəsində ayrılmış 1200 kv.m torpaq sahəsindən çıxıralaraq həmin torpaq sahəsi İddiaçı istifadə və sahibliyinə verilməsi, həmin torpaq sahəsində cavabdehlər tərəfindən inşa olunmuş tikili onların hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şüvəlan Bələdiyyəsinin 28 noyabr 2005-ci il tarixli sərəncamına əsasən ona Şüvəlan qəsəbəsində fərdi yaşayış evi tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmış və bələdiyyə ilə aralarında alqı-satqı müqavilə bağlanmışdır. O torpaq sahəsini 2.4 metr hündürlüyündə daş hasara almış, lakin maddi çətinlik səbəbindən tikinti işlərini dayandırmışdır. Cavabdehlər ona məxsus olan torpaq sahəsini zəbt etmişdir. Onların qanunsuz hərəkətlərinə görə polis müraciət etmişdir. Polisin qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh1 polisə verdiyi izahatında qeyd etdiyi faktların hamısını etiraf etmişdir. İddia ərizəsinə əlavə etdiyi cizgi və xəritədən çıxarışdan görünür ki, Şüvəlan Bələdiyyəsinin 28 noyabr 2005-ci il tarixli sərəncamına əsasən ona ayrılmış Şüvəlan qəsəbəsində fərdi yaşayış evi tikmək üçün 1200 kv.m torpaq sahəsinin cizgi və xəritədən çıxarışı təsdiq edilmiş və torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izhat verərək, iddianın təmin edilməsini xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Şüvəlan bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 22 nömrəli sərancamına əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Şüvəlan qəsəbəsində 1200 m2 torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Şüvəlan bələdiyyəsi ilə İddiaçı arasında torpaqların alqısatqısına dair xx.xx.2005-ci il tarixli müqavilədən görünür ki, Şüvəlan qəsəbəsində 1200 m2 torpaq sahəsi sonuncuya satılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödənş qəbzindən görünür ki, İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hesabına 311 manat ödəniş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 22 aprel 2022-ci il tarixli **********16 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 22 saylı sərəncamı əsasında iddiaçı X4 ayrılmış 0.12 ha topaq sahəsi Xəzər rayonu, Şüvəlan Bələdiyyəsinin sədri İ.İslamov tərəfindən təsdiqlənmiş torpaq sahəsinin cizgisi və xəritədən çıxarışa əsasən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən zəbt edilməsi iddia olunan və naturada göstərdiyi dörd tərəfdən daş hasarla bərkidilmiş 0.1506 ha topaq sahəsinin daxilində yerləşir. Elektron kadastr məlumat bazasına əsasən, mübahisəli torpaq sahəsi Xəzər rayonu, Şüvəlan “X8”na (Mədəniyyət haziriyinə BİU-nə ayrılmışdır) ayrılmış ərazidə yerləşməklə dövlət mülkiyyəti torpağıdır. Torpaq sahəsinin qonşuluğunda 3952v və 3952y saylı bağ sahələri qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/3247 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinin X1 mütəxəssis rəyinə əsasən, Xəzər rayonu Şüvəlan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 22 saylı sərəncamı əsasında İddiaçı ayrılmış 0.12 ha torpaq sahəsinin Xəzər rayonu, Şüvəlan bələdiyyəsinin sədri İ.İslamov tərəfindən təsdiqlənmiş torpaq sahəsinin cizgisi və xəritədən çıxarışa əsasən, cavabdehlər Cavabdeh1 Cavabdeh2 və Cavabdeh3 tərəfindən zəbt edilməsi iddia olunan və naturada göstərdiyi dörd tərəfdən daş hasarla bərkidilmiş 0.1506 ha torpaq sahəsinin daxilində yerləşdiyi, elektron kadastr məlumat bazasına əsasən, mübahisəli torpaq sahəsinin Xəzər rayonu, Şüvəlan “X6”na (Mədəniyyət Nazirliyinə BİU-nə ayrılmışdır) ayrılmış ərazidə yerləşməklə dövlət mülkiyyəti torpağı olduğu və torpaq sahəsinin qonşuluğunda 3952v və 3952y saylı bağ sahələrinin qeydiyyatdan keçdiyi müəyyən edildi. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şüvəlan Bələdiyyəsinin 28 noyabr 2005-ci il tarixli sərəncamına əsasən ona Şüvəlan qəsəbəsində fərdi yaşayış evi tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmış və bələdiyyə ilə aralarında alqı-satqı müqavilə bağlanmışdır. İddiaçıa ayrılmış torpaq sahəsi barədə Şüvəlan bələdiyyəsinin sərəncamı və alqı satqı müqaviləsi mübahisələndirilməmiş və hazırda qüvvədədir. Eyni zamanda mütəxəssis və ekspertiza tədqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 22 saylı sərəncamı əsasında iddiaçı X4 ayrılmış 0.12 ha topaq sahəsi Xəzər rayonu, Şüvəlan Bələdiyyəsinin sədri İ.İslamov tərəfindən təsdiqlənmiş torpaq sahəsinin cizgisi və xəritədən çıxarışa əsasən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən zəbt edilməsi iddia olunan və naturada göstərdiyi dörd tərəfdən daş hasarla bərkidilmiş 0.1506 ha topaq sahəsinin daxilində yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. V.Q. Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarnda qeyd edilmişdir ki, mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında ifadə etdiyi hüquqi mövqeyini bir daha təsdiq edir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun “F.Ə. Hüseynovun və A.Ə. Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2004-cü il tarixli qərarı). Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Mhəkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi İddiaçı hüququnu daşınmaz əmlkaın dövlət reyestrində qeydə alınmasa da, bələdiyyə sərəncamı əsasında ona ayrılmış sahədən sahiblik və istifadə hüquqlarının həyata keçirə bilmək üçün iddiaçı kimi həmin sahənin başqasının qeyri-qanuni sahibliyindən qaytarılmasını tələb etməkdə haqlıdır. Eyni zamanda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mülkiyyətlə bağlı yanaşmasından da göründüyü kimi “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Şüvəlan bələdiyyəsinin 28 noyabr 2005-ci il tarixli, 24 nömrəli qərarı ilə fərdi evin tikilməsi üçün İddiaçı Şüvəlan qəsəbəsində ayrılmış 1200 kv.m torpaq sahəsindən çıxıralmalı, həmin torpaq sahəsi İddiaçı istifadə və sahibliyinə verilməli, həmin torpaq sahəsində cavabdehlər tərəfindən inşa olunmuş tikili onların hesabına sökülməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutulmalıdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində hazırlanmış mütəxəssiss rəyinin verilməsinə dair iddiaçı tərəfindən çəkilən xərclərin dəyəri 311 manat təşkil edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 50 manat və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində hazırlanmış mütəxəssiss rəyinin verilməsinə dair iddiaçı tərəfindən çəkilən xərclərin dəyəri 311 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Bakı şəhəri Şüvəlan bələdiyyəsinin 28 noyabr 2005-ci il tarixli, 24 nömrəli qərarı ilə fərdi evin tikilməsi üçün İddiaçı Şüvəlan qəsəbəsində ayrılmış 1200 kv.m torpaq sahəsindən çıxıralsın, həmin torpaq sahəsi İddiaçı istifadə və sahibliyinə verilsin, həmin torpaq sahəsində cavabdehlər tərəfindən inşa olunmuş tikili onların hesabına sökülsün. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə aparılmış mütəxəssiss tədqiqatının dəyəri olan 311 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3dan tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-96/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-96/2022
08.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver