Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-991/2021 22.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqavilə üzrə borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçıAçıq Səhmdar Cəmiyyəti Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Zaqulba küçəsində yerləşən ümumi sahəsi 201,90 m2, yaşayış sahəsi 59,5 m2, yardımçı sahəsi 142,4 m2 olan 3 otaqlı 14 nömrəli fərdi yaşayış evinin cavabdehlər tərəfindən boşaldılmasına, bütün əşyaların çıxarıldılmaqla boşaldılmış vəziyyətdə İddiaçı ASC-yə təhvil verilməsi, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Zaqulba küçəsində yerləşən ümumi sahəsi 201,90 m2, yaşayış sahəsi 59,5 m2, yardımçı sahəsi 142,4 m2 olan 3 otaqlı 14 nömrəli fərdi yaşayış evinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, yetkinlik yaşına çatmayan X1 istifadə hüquqlarının itirilmiş hesab olunması, ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı ASC-yə geri qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 25.04.2017-ci il tarixli 2(003)-2330/2017 saylı qətnaməsinə əsasən İddiaçı ASC-nin iddiası qismən təmin edilərək, cavabdeh X5 84238,25 manat məbləğində əsas, 28780,67 manat faiz borcu, 500 manat cərimə borcu olmaqla, cəmi 113 518,92 manat məbləğində borc iddiaçı tərəfindən iddia ərizəsinə görə 30 manat, bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu, ümumilikdə 113 558,92 manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Zaqulba küçəsində yerləşən ümumi sdahəsi 201,9 kv.m, yaşayış sahəsi 59.5 kv.m, yardımçı sahəsi, 142,4 kv.m olan 3 otaqlı 14 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, 170 000 manat ilkin satış qiyməti ilə hərracda satılması və satışdan əldə olunacağ məbləğin hesabına 113 558,92 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. "xxxx" MMC-nin hərracın nəticələri haqqında 12.07.2018-ci il tarixli Y-238 saylı yekun Protokoluna əsasən ilkin hərrac qiyməti 170 000 AZN olan ipoteka predmeti olan X7 mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Zaqulba küçəsində yerləşən ümumi sdahəsi 201,9 kv.m, yaşayış sahəsi 59.5 kv.m, yardımçı sahəsi, 142,4 kv.m olan 3 otaqlı 14 nömrəli fərdi yaşayış evi 108 375 manata satılmışdır. Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə 12.07.2018-ci il tarixli müqaviləyə əsasən ipoteka predmeti olan X7 mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Zaqulba küçəsində yerləşən ümumi sdahəsi 201,9 kv.m, yaşayış sahəsi 59.5 kv.m, yardımçı sahəsi, 142,4 kv.m olan 3 otaqlı 14 nömrəli fərdi yaşayış evi İddiaçı ASC-nin mülkiyyətinə verilmişdir. Məhkəmə tərəfindən çıxarılmış qətnaməyə, keçirilmiş hərracın yekunlarına dair protokola məhəl qoymayaraq cavabdehlər fərdi yaşayış evini boşaltmaqdan imtina edir. Bu da İddiaçı ASC-nin öz qanuni mülkiyyət hüququnu həyata keçirməyə imkan vermir. “Elektron Notariat” Avtomatlaşdırılmış İnformasiya sistemindən 03.12.2020-ci il tarixli çıxarışa əsasən Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh3 sözügedən fərdi yaşayış evində qeydiyyatdadırlar. X3 yetkinlik yaşına çatmadığı üçün tərəflərindən cavabdehlər siyahısına salınmamışdır. Daha sonra İddiaçı ASC iddianın azaldılması barədə məhkəməyə ərizə təqdim edərək, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Zaqulba küçəsində yerləşən ümumi sahəsi 201,90 m2, yaşayış sahəsi 59,5 m2, yardımçı sahəsi 142,4 m2 olan 3 otaqlı 14 nömrəli fərdi yaşayış evinin cavabdehlər tərəfindən boşaldılmasına, bütün əşyaların çıxarıldılmaqla boşaldılmış vəziyyətdə İddiaçı ASC-yə təhvil verilməsi, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Zaqulba küçəsində yerləşən ümumi sahəsi 201,90 m2, yaşayış sahəsi 59,5 m2, yardımçı sahəsi 142,4 m2 olan 3 otaqlı 14 nömrəli fərdi yaşayış evinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh2 yetkinlik yaşına çatmayan X1 istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X10 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan "xxxx" MMC-nin hərracın nəticələri haqqında 12.07.2018-ci il tarixli Y-238 saylı yekun Protokolundan görünür ki, ilkin hərrac qiyməti 170000 AZN olan ipoteka predmeti olan X7 mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Zaqulba küçəsində yerləşən ümumi sdahəsi 201,9 kv.m, yaşayış sahəsi 59.5 kv.m, yardımçı sahəsi, 142,4 kv.m olan 3 otaqlı 14 nömrəli fərdi yaşayış evi 108 375 manata satılmışdır. İş materiallarında olan hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 12.07.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, ipoteka predmeti olan X7 mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Zaqulba küçəsində yerləşən ümumi sahəsi 201,9 kv.m, yaşayış sahəsi 59.5 kv.m, yardımçı sahəsi, 142,4 kv.m olan 3 otaqlı 14 nömrəli fərdi yaşayış evi İddiaçı ASC-nin mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli 17.09.2018-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1 İddiaçı ASCnin mülkiyyətindədir. İş materiallarında olan “Elektron Notariat” Avtomatlaşdırılmış İnformasiya sistemindən 03.12.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh3 ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25.04.2017-ci il tarixli 2(003)-2330/2017 nömrəli mülki iş üzrə məhkəmə qətnaməsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, cavabdeh X5 84238.25 manat əsas borc, 28780.67 manat faiz borcu, 500 manat cərimə borcu, cəmi 113518,92 manat məbləğində borc və iddiaçı tərəfindən iddia ərizəsinə görə 30 manat, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində, dövlət rüsumu, ümumilikdə 113558,92 (bir yüz on üç min beş yüz əlli səkkiz manat doxsan iki qəpik) manat məbləğində pul vəsaitinin tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Zaqulba küçəsində yerləşən ümumi sahəsi 201.9 kv.m, yaşayış sahəsi 59.5 kv.m, yardımçı sahəsi 142.4 kv.m olan 3 otaqlı 14 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin 170000 (bir yüz yetmiş min) manat ilkin satış qiyməti ilə açıq hərracda satılması və satışdan əldə olunacaq məbləğ hesabına 113558,92 (bir yüz on üç min beş yüz əlli səkkiz manat doxsan iki qəpik) manat məbləğində pul vəsitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, cavabdehlər X11, X12 və Cavabdeh1 Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Zaqulba küçəsində ümumi sahəsi 201.9 kv.m, yaşayış sahəsi 59.5 kv.m, yardımçı sahəsi 142.4 kv.m olan 3 otaqlı 14 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ən geci bir ay ərzində həmin evin boşaldılaraq evdən çıxarılmaları, iddia tələbi qalan hissədə rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mübahisəli ev evin keçmiş mülkiyyətçisi olan cavabdeh X11 tərəfindən ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, sonuncu və digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh2 (yetkinlik yaşına çatmayan X2) isə qeyd edilən evdən çıxmadığından, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli evə dair daşınmaz əmlakın dövlət reyestrində X6 adına olan qeydiyyat yazısının ləğv edilərək, həmin evə dair İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində cavabdehlərin hüquqlarına xitam verilmiş, iddiaçının isə bu mənzil üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. Buna görə də, cavabdehlərin mübahisəli evdə istifadə hüquqları qala bilməz. Odur ki, iddia göstərilən hissədə təmin edilərək, cavabdehlərin mübahisəli evdən istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə həmçinin iddia tələbinin “cavabdehlərin mübahisəli mənzildən əşyaları ilə birlikdə çıxarılması” hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, mübahisəli evə dair daşınmaz əmlakın dövlət reyestrində X6 adına olan qeydiyyat yazısının ləğv edilərək, həmin evə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində X6 hüquqlarına xitam verilmiş, iddiaçının isə bu fərdi yaşayış evi üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli fərdi yaşayış evinə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehlər mübahisəli fərdi yaşayış evindən könüllü olaraq çıxmaması nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan fərdi yaşayış evindən cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli fərdi yaşayış evinə dair hüquqlara malikdir. Lakin cavabdehlər mübahisəli evdən könüllü olaraq çıxmamaqla (özlərinə məxsus əşyaları ilə birlikdə) faktiki olaraq yaşadıqlarından iddiaçı öz mülahizəsinə görə mübahisəli evdən istifadə edə bilmir. Buna görə də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, iddia qeyd edilən hissədə təmin edilərək, cavabdehlərin mübahisəli fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu da cavabdehlər Cavabdeh1 və Cavabdeh2dan alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh2 yetkinlik yaşına çatmayan X1 Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Zaqulba küçəsi 14 nömrəli fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. Cavabdeh2 (Cavabdeh2 yetkinlik yaşına çatmayan X2) Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Zaqulba küçəsində yerləşən ümumi sahəsi 201,90 m2, yaşayış sahəsi 59,5 m2, yardımçı sahəsi 142,4 m2 olan 3 otaqlı 14 nömrəli fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-991/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-991/2021
22.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver