Məhkəmə qərarları › İş №2(004)-1005/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1005/2024

14.03.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1005/2024 14.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X1” X4 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X1” X3rşı “əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X1” X3rşı “əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, onun Dövlət Məşğulluq Xidməti nəzdində Masallı rayon “Çaxırlı” kənd təsərrüfatı müəssisəsinin direktoru vəzifəsində işləməsinə dair onunla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X1” X6 arasında bağlanmış xx.xx.2009-cu il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X1” X5 həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, “X1” X4 nəzdində yaradılmış Masallı rayon “Çaxırlı” kənd təsərrüfatı müəssisəsinin direktoru vəzifəsinə təyin edilmişdir. xx.xx.2009-cu il tarixli əmək müqaviləsi xx.xx.2018-ci il tarixdə elektron imza ilə əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilmişdir. xx.xx.2018-ci il tarixdə “X1” X6 tərəfindən Masallı rayon “Çaxırlı” kənd təsərrüfatı müəssisəsi ləğv edilmişdir. Lakin onun işdən azad edilməsi ilə bağlı əmr verilməmiş və əmək müqaviləsinə xitam verilməsinə dair bildiriş elektron portala yerləşdirilməmişdir. Müəssisə ləğv edildiyinə görə məhkəmədən kənar qaydada mübahisəni həll etmək mümkün olmamışdır. Odur ki, iddianın təmin ediməsini xahiş edir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X1” X4 nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı etiraf etdi və bildirdi ki, İddiaçı xx.xx.2009-cu il tarixli əmək müqaviləsinə əsasən “X1” X4 nəzdində yaradılmış Masallı rayon “Çaxırlı” kənd təsərrüfatı müəssisəsinin direktoru vəzifəsinə təyin edilmişdir. xx.xx.2018-ci il tarixdə elektron imza ilə əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilmişdir. Sonradan Masallı rayon “Çaxırlı” kənd təsərrüfatı müəssisəsi ləğv edilsə də, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilməmişdir. Hazırda müəssisə fəaliyyət göstərmir. Bu səbəbdən iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin elektron informasiya sisteminə daxil edilməsi yalnız məhkəmə qətnaməsi çıxarıldıqdan sonra mümkündür. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X1” X4 nəzdində yaradılmış Masallı rayon “Çaxırlı” kənd təsərrüfatı müəssisəsində direktor işləməsinə dair İddiaçı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X1” X6 arasında xx.xx.2009-cu il tarixli müddətsiz əmək müqaviləsi bağlanmışdır və əmək haqqı 130 manatdır. Əmək müqaviləsinin bildirişi xx.xx.2018-ci il tarixdə elektron imza ilə elektron informasiya sisteminə daxil edilmişdir. (xx.xx.2018-ci il tarixli xxxxxxx000101 nömrəli bildiriş) İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə müraciətinə verilmiş xx.xx.2023-cü il tarixli 3-17-2/2-R-72978/3/2023 saylı cavab məktubundan müəyyən edilir ki, İddiaçı qeyd edilən məsələ ilə əlaqədar Masallı rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi əsasında Masallı rayon Məhkəməsində 2(050)- 4324/2023 nömrəli məhkəmə işi üzrə icraata başlanılmışdır. Masallı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(050)-4324/2023 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X1” X3rşı “əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Resublikası MPM-nin 35-ci maddəsinin tələbinə cavab vermədiyi üçün geri qaytarılmış və iddiaçıya Bakı şəhəri Yasamal Rayon Məhkməsinə müraciət etməsi izah edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin üçüncü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi prinsipinə əsaslanır. Əmək Məcəlləsinin 12-ci maddəsinin “h” bəndinə əsasən əmək münasibətləri sahəsində əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürənin əsas vəzifəsidir. Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında Nazirlər Kabinentinin 06 iyun 2014-cü il tarixli 183 nömrəli qərarının 1-ci bəndindən müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilir. Həmin qərarın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Göründüyü kimi, iddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin həmin orqan müəssisənin ləğv edildiyini əsas gətirərək imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, yalnız müvafiq məhkəmə onlara bu hüququ verdiyi təqdirdə əmək müqaviləsinə xitam verilməsini və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edə bilərlər. İddiaçı əmək müqaviləsinə xitam verilməsini və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsini məhkəmədən kənar başqa qaydada həyata keçirə bilmir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı Dövlət Məşğulluq Xidməti nəzdində Masallı rayon “Çaxırlı” kənd təsərrüfatı müəssisəsinin direktoru vəzifəsində işləməsinə dair İddiaçı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X1” X6 arasında bağlanmış xx.xx.2009-cu il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi cavabdehə həvalə edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Dövlət Məşğulluq Xidməti nəzdində Masallı rayon “Çaxırlı” kənd təsərrüfatı müəssisəsinin direktoru vəzifəsində işləməsinə dair İddiaçı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X1” X6 arasında bağlanmış xx.xx.2009-cu il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilsin və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X1” X5 həvalə edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar