Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1036/2021 01.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədirliyi, X1 oğlunun katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mirasda payın müəyyən olunmasına dair ilk, Cavabdeh2 İddiaçı və Cavabdeh1 qarşı mirasda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki iş üzrə cavabdehin bir-biri ilə əlaqdər olan işlərin bir icraatda birləşdirilməsinə dair Cavabdeh2 vəsatətinə Bakı şəhəri Yasamal rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mirasda payın müəyyən olunmasına tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda Cavabdeh2 İddiaçı və Cavabdeh1 qarşı mirasda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh2 vəsatətlə məhkəməyə müraciət edərək hazırki işin məhkəmənin icraatında olan iddiaçı olaraq onun cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı mirasda payların müəyyən edilməsi tələbinə dair 2(004)-685/2021 saylı mülki işlə bir icraatda birləşdirilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, hazırki mülki işlə həmin iş bir-biri ilə əlaqəli olduğundan bir icraatda baxılmalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, vəsatət əsaslıdır və təmin edilməlidir. Hazırki mülki iş məhkəmənin icaatına ilkin olaraq daxil olmuş iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı mirasda payların müəyyən edilməsi tələbinə dair 2(004)-685/2021 saylı mülki işə birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 395-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ : Cavabdeh2 vəsatəti təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mirasda payın müəyyən olunması tələbinə dair ilk, Cavabdeh2 İddiaçı və Cavabdeh1 qarşı mirasda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə 2(004)-1036/2021 saylı mülki iş Bakı şəhəri Yasamal rayon məhkəməsinin icraatına ilkin olaraq daxil olmuş İddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı mirasda payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə başlanmış 2(004)-685/2021 saylı mülki işə birləşdirilsin. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-1036/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1036/2021
01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver