Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1038/2021 12.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı əmrin qismən ləğv edilməsi və işə bərpa tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı əmrin qismən ləğv edilməsi və işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xeyli müddətdir ki, əhalinin sosial müdafiəsi sahəsində çalışır. 2014-cü ilin oktyabr ayından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Saatlı rayon Şöbəsində müdir müavini işləmişdir. 2017-ci ildən isə həmin şöbənin müdir əvəzi vəzifəsini icra etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********6 saylı xx xxxxxxxx 2019-cu il tarixli əmri ilə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33.1.6-cı və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ilə tutduğu vəzifədən azad olunmaqla əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrin 3-cü bəndində göstərilir ki, Nazirliyin aparatının Ümumi Şöbəsi bu əmrin surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin. Qeyd etmək istəyir ki, əmrin surəti, nə də əmək kitabçası bu günə kimi rəsmi qaydada ona təqdim edilməmiş, bu isə onun başqa işə girməyinə mane olur. Bundan sonra Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırma aprılmışdır. Həmin İdarənin “Sübutların qiymətləndirilməsi barədə” xx xxx 2020-ci il tarixli qərarının nəticə hissəsinin 3-cü bəndində deyilir ki: İddiaçı və X1 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən Azəraycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2ci maddəsinə əsasən barələrində cinayət təqibinin başlanması rədd edilsin. Bu qərar ona rəsmi qaydada 2020-ci ilin iyul ayının axırlarında təqdim edilmişdir. Bundan sonra o, ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək onun işdən azad olunmağı barədə əmrin ləğv edilməsi və onun öz xahişi ilə işdən azd olunmağını xahiş etmişdir. Nazirliyin xx xxxx 2020-ci il tarixli, **********8 heç bir əsas göstərmədən onun haqlı xahişindən imtina edilmişdir. Əmrin surəti və əmək kitabçası rəsmi qaydada hələ də ona təqdim edilmədiyi üçün iddia müddəti ötürülməmişdir. Göstərilənlərə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx xxxxxxxx 2019-cu il tarixli, **********6 saylı əmrinin qismən - İddiaçı "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33.1.6-cı və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi işdən azad olunması hissəsində ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələblərinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X6 oğlu iddia tələbini qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, iddiaçının prosessual müddəti mümkün sayılmamalıdır. İddiaçı xx xxxxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən işdən azad edilmişdir. İddiaçı Əmək və X3 Nazirliyinə ünvanladığı xx.xx.2020-ci il tarixli müraciətindən göründüyü kimi onun əmək müqaviləsi hansı vaxtdan və hansı əmrlə xitam verilməsi ona bəlli idi. İddiaçı sonuncu iş günü Nazirliyə dəvət edilmiş ona işdən çıxarılma səbəbi izah edilmiş və işdən çıxarılma əmri ona elan edilmişdir. İşin mahiyyəti üzrə bildirir ki, İddiaçı işdən çıxarılması üçün əsas Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2019-cu il tarixli ********** nömrəli Xidməti məruzəsi olmuşdur. Məruzədə göstərilmişdir ki, Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsi tərəfindən təqdim olunan məlumata əsasən xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək olan dövrə 269 nəfərə əmək pensiyası təyinatı aparılmışdır ki, bununda 71 ədədi avtomatlaşdırılmış qaydada aparılmış işlərdir. Şöbə tərəfindən təyinatı aparılan işlərin araşdırılması zamanı güzəştli şərtlərlə təyinatı aparılmış işlərdə bir sıra nöqsanlar aşkar edilmişdir. Belə ki, vətəndaşa güzəştli şərtlərlə pensiya təyinatına hüquq verən sənədlərin düzgünlüyü araşdırılmamış, qeyd olunan təşkilatda işləyib işləməməsi qarşılıqlı yoxlanılmamamış, işləmiş olduqları təşkilatların sosial sığorta ödəyicisi olub olmaması və ya həmin təşkilatların hansı dövrə qədər fəaliyyət göstərməsi müəyyənləşdirilməmişdir. Araşdırmaya əsasən məlum olmuşdur ki, 5 nömrəli səyyar mexanikləşdirilmiş dəstə kimi qeyd olunan təşkilatın möhürü Daimi yaşayış yerlərini məcburən tərk etmiş şəxslərlə iş üzrə Dövlət Komitəsi kimi qeyd olunmuşdur. Halbuki qeyd olunan Komitə Azərbaycan SSR Ali Sovetinin xx xxxxxxxx 1989cu il tarixli Qərarı ilə yaradılmış və xx xxxxxx 1993-cü il tarixdən Azərbaycan Respublikasaı Prezidentinin 369 nömrəli Fərmanı ilə Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinə çevrilmişdir. Eləcə də 144 nömrəli Təsərrüfatlararası mexanikləşdirilmiş səyyar dəstə kimi qeyd olunan təşkilatın möhürü Azərbaycan aqrar sənaye komitəsinin təşkilatının idarəsi kimi qeyd edilir. Halbuki Azərbaycan Aqrar sənaye Komitəsi Azərbaycan Kommunist Partiyası və Nazirlər Sovetinin x xxxxxx 1985-ci il tarixli 392 nömrəli qərarı ilə yaradılmış və 1993-cü ildən yenidən Kənd Təsərrüfatı Nazirliyinə çevrilmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, bu nazirliklərin 1970-ci ildə və ya 1993 cü illərdən sonrakı dövrə adları ilə qeyd olunan təşkilatların fəaliyyəti ola bilməz (məlumat üçün nəzərə çatdırır ki, Azərbaycan Respublikasının Prezidentinin x xxxx 1995-ci il tarixli 290 nömrəli Fərmanı ilə “Sovxoz və kolxozların islahatı haqqında” Qanunun 5-ci maddəsi əsas tutularaq Aqrar islahat Komissiyası yaradılmışdır). Ötürülmüş müddət üçün vətəndaşlara pensiya təyinatı aparılması zamanı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələbləri pozulmuşdur. Beləliklə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsi üzrə 31 iş üzrə keçmiş dövrə hesablanmış 372667 manat olmuşdur ki, bu məbləğin 94946.3 manatı, Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsi üzrə qeyd olunan 44 iş üzrə əvvəlki dövrə ödənilməsi nəzərdə tutulan pensiya məbləği 319835.35 manat təşkil edir ki, bu məbləğin 68660 manatı ötürülmüş dövr kimi ödənilmiş, aylıq pensiya məbləği şəklində isə hər ay 8412.06 manat olmaqla ödənilir. Həmçinin, Fondun Saatlı rayon şöbələsində əmək və icra intizamı sahəsində vəziyyət araşdırılması zamanı müəyyən olunmuşdur ki, 2019-cu il ərzində (xx xxxxxx 2019-cu il tarixinədək) Fondun Saatlı rayon şöbəsinə “ESDAS” alt sistemi vasitəsilə 3904 sənəd daxil olması qeydə alınmışdır. Bunlardan 196 sənəd bağlanmamış icradadır. Araşdırma zamanı gecikmədə olan 196 müraciətin tezliklə bağlanmalı olduğu şöbənin rəhbərliyinə bildirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsi 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb tədqiq edərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2016cı il tarixli, 09/11-747 saylı əmrinin surətindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən əmək haqqı ştat cədvəlinə uyğun olaraq ödənilməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Saatlı rayon şöbəsinin müdir müavini vəzifəsinə müvəqqəti təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019cu il tarixli, **********6 saylı əmrinin surətindən görünür ki, “Dövlət Qulluğu Haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Saatlı rayon şöbəsinin müdir müavini vəzifəsində çalışan İddiaçı xx.xx.2019-cu il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı və sonun tərəfindən xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmiş ərizədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən azad olunması barədə əmək kitabçasında yazılan qeydin etibarsız sayılmasını və onu öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5904/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı əmrin qismən ləğv edilməsi, öz xahişi ilə işdən azad edilmə vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsu əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Həmin Məcəllənin: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. - 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. - 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə baxışı zamanı cavabdeh tərəf etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin iddia müddətinin ötürülməsi ilə verildiyindən rədd edilməsini xahiş etmiş və bu ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı sonuncu iş günü Nazirliyə dəvət edilmiş ona işdən çıxarılma səbəbi izah edilmiş və işdən çıxarılma əmri ona elan edilmişdir. Odur ki, hesab edir ki, iddia tələbi iddia müddətinin ötürülməsi ilə verildiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hisssində göstərilən haldan başqa qalan bütün hallarda işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2016-cı il tarixli, 09/11-747 saylı əmrinə əsasən, İddiaçı xx.xx.2016-cı il tarixdən əmək haqqı ştat cədvəlinə uyğun olaraq ödənilməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Saatlı rayon şöbəsinin müdir müavini vəzifəsinə müvəqqəti təyin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019-cu il tarixli, **********6 saylı əmrinə əsasən isə “Dövlət Qulluğu Haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Saatlı rayon şöbəsinin müdir müavini vəzifəsində çalışan İddiaçı xx.xx.2019-cu il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iclasında iddiaçı tərəf müvafiq əmrin və əmək tibaçasının ona rəsmi qaydada təqdim edilmədiyindən məhkəməyə müraciə etmək üçün iddia müddətini ötürmədiyini bildirsə də, məhkəmə iddiaçının bu dəlilərinə tənqidi yanaşır. Belə ki, iş materiallarında olan İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı və sonun tərəfindən xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmiş ərizəsindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən azad olunması barədə əmək kitabçasında yazılan qeydin etibarsız sayılmasını və onu öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı əmrin qismən ləğv edilməsi, öz xahişi ilə işdən azad edilmə vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2-1(112)-5904/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadındana əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı əmrin qismən ləğv edilməsi, öz xahişi ilə işdən azad edilmə vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarına əsasən iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. «E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin Məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. X4 Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə çıx surətdə bağlıdır. Vətəndşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı əmrin qismən ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 360- 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı əmrin qismən ləğv edilməsi və işə bərpa tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-1038/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1038/2021
12.02.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver