Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1040/2025 13.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs cəlb edilməklə “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs cəlb edilməklə “doğum haqqında şəhadətnamənin bərpa edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi xx.xx.2025-ci il tarixdə tələbin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək tələbini “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” kimi müəyyən etmişdir. Ərizə icraata qəbul edilmişdir. Ərizəçi məhkəmə iclasında iştirak edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, Ərizəçi xx.xx.1971-ci il tarixdə Xocalı rayonu, Daşbulaq kəndində anadan olmuşdur. İş materiallarına Maraqlı şəxs doğum haqqında şəhadətnamənin verilməsindən imtina məktubu əlavə edilmişdir. Məhkəmə, hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin doğum faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Ərizəçi xx.xx.1971-ci il tarixdə Xocalı rayonu, Daşbulaq kəndində anadan olmuşdur. 1-ci Qarabağ Müharibəsi zamanı ərizəçi ailə üzvləri ilə birlikdə məcburi köçkün düşmüşdür. Ərizəçinin müvafiq doğum haqqında şəhadətnaməsi işğal altında olmuş Xocalı rayonunda qalmaqla arxiv sənədləri məhv olmuş, müvafiq sənədlərin bərpası mümkün deyil. Hazırda ərizəçinin şəxsiyyət vəsiqəsi olsa da, doğum haqqında şəhadətnaməsi mövcud deyildir. Maraqlı şəxs doğum haqqında şəhadətnamənin verilməsindən imtina məktubu ərizəçiyə təqdim edilmiş və məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ərizəçinin atası X1, anası X2 olmuşdur. Hazırki ərizə ilə məhkəməyə müraciət edilməsində ərizəçinin müvafiq sənədlərin bərpa edilməsi nöqteyi-nəzərdən hüquqi marağı vardır və ərizənin təmin edilməsi hüquqi nəticələrə səbəb olacaqdır. Deməli, hazırki ərizəyə xüsusi icraat qaydasında baxılması yolveriləndir. Məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, Ərizəçi xx.xx.1971-ci il tarixdə Xocalı rayonu, Daşbulaq kəndində anadan olması faktı müəyyən edilməli, ana qrafasında X2, ata qrafasında X1 qeyd edilməlidir. Qətnamə müvafiq doğum haqqında şəhadətnamənin verilməsi üçün hüquqi əsas qismində çıxış etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs cəlb edilməklə “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi xx.xx.1971-ci il tarixdə Xocalı rayonu, Daşbulaq kəndində anadan olması faktı müəyyən edilsin. Ana qrafasında X2, ata qrafasında X1 qeyd edilsin. Qətnamə müvafiq doğum haqqında şəhadətnamənin verilməsi üçün hüquqi əsas qismində çıxış etsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elekton məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-1040/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1040/2025
13.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver