Məhkəmə qərarları › İş №2(004)-1041/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-1041/2022

01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1041/2022 01.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə 11.01.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 33 ünvanında inşa edilmiş yaşayış binasının 2-ci giriş, 8-ci mərtəbəsində yerləşən 2 otaqdan ibarət 110 saylı mənzildən istifadə və təmir hüququnun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə 10.02.2022-ci ildə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək İddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 33 ünvanında inşa edilmiş yaşayış binasının 2-ci giriş, 8-ci mərtəbəsində yerləşən 2 otaqdan ibarət 110 saylı mənzildən istifadə və mənzilin təmir edilməsinə cavabdeh tərəfindən yaradılmış məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirir ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 33 ünvanda yerləşən yüksək mərtəbəli yaşayış binasını tikən “İnşaat Konstruksiyaları" MMC-nin direktoru Cavabdeh2 ilə görüşüb MMC-yə məxsus yaşayış binasında 2-ci blok,. 8-ci mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 92,4 m2 olan 110 saylı mənzilin hər m2 1000 manata olmaqla razılaşmışdır və həmin mənzilə dair alğı-satqı müqaviləsi bağlamışlar. 30 oktyabr 2017-ci il tarixli, 110002 saylı müqavilə üzrə mənzilin ümumi qiymətinin 82%, yəni 76000 manatını nağd şəkildə MMC-yə ödəmişdir. Qalan 16,400 manatı ilə hissə-hissə ödəmək üçün ona vaxt verilmişdir. 1 saylı bina 6 ilə tikilib təhvil verilməli idi. İddiaçı mənzilə olan borcunu ödəyərkən “İnşaat Konstruksiyaları" MMC-nin direktoru Cavabdeh2 ona əlavə 1 otaqlı mənzili verə biləcəyini və həmin mənzildə 2 otaqlıya birləşdirə biləcəyəni bildirmişdir. O verilmiş mənzilin yanında olan 54 kv.m sahəyə malik 1 otaqlı mənzil üçün əlavə 32900 manat pul ödəmişdir. MMC-nin direktoru ilə danışığa görə ödəniş qurtardıqdan sonra iddiaçıya verilmiş müqavilə dəyişdirilərək, 3 otaqlı ev kimi yazılmalı idi. 2017-ci ildən hal-hazıra kimi bina tikilib təhvil verilməmiş, payçılar arasında narazıçılıq yaranmışdır. MMC-nin direktoru ödədiyi pulun müqabilində iddiaçıya verilmiş 110002 saylı alğı-satqı müqaviləsinin dəyişdirib 3 otaqlı sahəsi 144,9 kv.m. olan mənzil kimi göstərilməsini tələb etsə də, direktor öz qulluq mövqeyindən,istifadə edərək onunla yeni müqavilə bağlamaq istəmir. Direktorun ona qarşı etdiyi hərəkətlərin cinayət olması barədə Bakı şəhəri, Yasamal rayonu Prokurorluğuna şikayət etmişdir. Bütün bunlara baxmayaraq "xxxx" MMC-nin direktoru 30.10.2017-ci il tarixli, 110002 saylı müqavilə üzrə dəyəri tam ödənilmiş Yasamal rayonu, A.Şərifzadə küçəsi, ev 33-də yerləşən yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən 110 saylı mənzildən istifadə və təmir etmək hüququnu məhdudlaşdıraraq buna imkan vermir. İddianın təmin edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Yasamal Rayon Məhkəməsinin 01.03.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxılması qəraran alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 30.10.2017-ci il tarixli alğı-satqı müqaviləsinin surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 33 ünvanında inşa edilmiş yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən 2 otaqdan ibarət ümumi sahəsi 92,4 m2 olan 110 nömrəli mənzil 92400 manat müqabilində ilkin olaraq 76000 manat ödənilməklə İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş. 29.07.2017-ci, 10.11.2019-cu, 07.10.2019-cu, 10.05.2019-cu, 03.01.2019-cu, 30.11.2018-ci, 20.10.2018ci, 11.08.2018-ci, 19.06.2018-ci, 09.06.2018-ci, 04.06.2018-ci, 23.05.2018-ci, 02.04- 05.2018-ci, 01.03.2018-ci, 26.01.2018-ci, 16.12.2017-ci və 01.12.2017-ci il tarixli arayışların surətinə əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 33 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən 2 otaqdan ibarət ümumi sahəsi 92,4 m2 olan 110 nömrəli mənzilin dəyərindən 48900 manat ödəmişdir. İş materiallarında olan Sabirabad şəhər ərazi idarəsi tərəfindən verilmiş 06.01.2022ci il tarixli , 15 nömrəli arayışa əsasən İddiaçı Sabirabad rayonu, İ.İsgəndərov küçəsi, dalan 1, 3 nömrəli evdə ailəsi ilə birlikdə yaşayır. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı "xxxx" MMC ilə yaşayış sahəsindən pay barədə müqavilə bağlamış, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək şirkətə ilkin olaraq 76000 manat, daha sonra isə hissə-hissə cəmi 48900 manat məbləğində ödəniş etmişdir. Buna baxmayaraq cavabdeh "xxxx" MMC-nin rəhbəri iddiaçının mənzilindən istifadəsinə maneə törədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. AR Mülki Məcəlləsinin 15.12.2017-ci il tarixli dəyişikliyə qədər qüvvədə olan 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Məhkəmə qeyd edir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 33 ünvanında inşa edilmiş yaşayış binasının 2-ci giriş, 8-ci mərtəbəsində yerləşən 2 otaqdan ibarət 110 saylı mənzildən istifadə və mənzilin təmir edilməsinə cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh2 tərəfindən yaradılmış məhdudiyyətlər aradan aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 33 ünvanında inşa edilmiş yaşayış binasının 2-ci giriş, 8-ci mərtəbəsində yerləşən 2 otaqdan ibarət 110 saylı mənzildən istifadə və mənzilin təmir edilməsinə cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh2 tərəfindən yaradılmış məhdudiyyətlər aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində cavabdeh həmin qətnamənin ləğvi üçün Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar