Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1045/2023 03.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi Cavabdeh Cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı kredit borcunun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə kompleks bank xidmətləri müqaviləsi üzrə 60 ABŞ dolları əsas, 37,8 ABŞ dolları faiz və iddianın verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli, 035437 nömrəli kompleks bank xidmətləri müqaviləsinə əsasən Cavabdeh Master kart debet kartı verilmişdir. xx.xx.2020-ci il tarixli kart əməliyyatı nəticəsində 60 ABŞ dolları məbləğində cavabdeh tərəfindən Banka borc məbləği (overdraf) yaranmışdır. Kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə olan borcun məbləği əsas borc üzrə 60 ABŞ dolları, faizlər üzrə 37,80 ABŞ dolları təşkil edir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbini müdafiə etdiyini bildirərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh və nümayəndəsi iddiaya etiraz edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İzahatlarında göstərmişlər ki, cavabdeh bankın yaxşı müştərisi olduğu üçün ona həmin kart hədiyyə edilmişdir. Kart hədiyyə edilərkən ona həmin kartdan istifadə nəticəsində hər-hansı məbləğin ödəniləcəyi ona bildirilməmişdir. Həmin kart debet kartı deyil, həmin kart kart sahibinə hava limanlarında VİP xidmətlərindən üstünlük hüququ verir. xx.xx.2020-ci il tarixdə cavabdeh hava limanında olmamış və hər-hansı ölkəyə üçmamışdır. Məhkəmə cavabdehin və nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İş materiallarına əlavə edilmiş: Müqavilədən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli, 035437 nömrəli kompleks bank xidmətləri müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizə əsasında ona 547453****247 nömrəli Master kart debet kartı verilmişdir. Ərizənin özündən də görünür ki, cavabdehə verilmiş həmin kart ödəniş kartıdır. xx.xx.2022-ci il tarixli çıxarışa əsasən 547453****247 nömrəli plastik kart üzrə Cavabdeh İddiaçı ASC-yə 60 ABŞ dolları əsas, 38,92 ABŞ dolları faiz borcu vardır. Həmin borc xx.xx.2020-ci il tarixdə aparılmış əməliyyat nəticəsində yaranmışdır. xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh borcun ödənilməsi ilə bağlı bildiriş göndərilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, təqdim edilmiş sübutlarla cavabdeh tərəfindən overdrafta yol verməsi, yəni bank kartında olan vəsaitdən artıq vəsait çıxarması təsdiq edildiyindən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən iddia əsaslıdır və təmin edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, bank kartının özünün müştəriyə hədiyyə kimi verilməsi müştərini həmin kartla apardığı əməliyyatlara görə yaranan borcu ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyi üçün 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 60 ABŞ dolları əsas, 37,8 ABŞ dolları faiz, cəmi 97,8 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) borc və 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elekron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-1045/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1045/2023
03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver