Məhkəmə qərarları › İş №e-2(004)-398/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-398/2025

25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-398/2025 25.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, cavabdeh "xxxx" ASC-nin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “pul”tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “pul”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 "xxxx" İKB ASC-dəki hesablarına 3-83478-18 nömrəli əmanət müqaviləsi əsasında qoyulmuş 15000 (on beş min) manat, 3-83478-21 nömrəli əmanət müqaviləsi əsasında qoyulmuş 40000 (qırx min) manat, 3-83478-64 nömrəli əmanət müqaviləsi əsasında qoyulmuş 17500 (on yeddi min beş yüz) ABŞ dolları, 3-83478-71 nömrəli əmanət müqaviləsi əsasında qoyulmuş 25000 (iyirmi beş min) manat, 3-83478- 84 nömrəli əmanət müqaviləsi əsasında qoyulmuş 6000 (altı min) manat, 3-83478-96 nömrəli əmanət müqaviləsi əsasında qoyulmuş 37000 (otuz yeddi min) manat, 3-83478- 98 nömrəli əmanət müqaviləsi əsasında qoyulmuş 51000 (əlli bir min) manat, 3- 83478- 117 nömrəli əmanət müqaviləsi əsasında qoyulmuş 25000 (iyirmi beş min) ABŞ dolları, 3-83478-124 nömrəli əmanət müqaviləsi əsasında qoyulmuş 25000 (iyirmi beş min) manat əmanətlərin və həmin əmanətlərin üzərinə hesablanmış faizlərin ½ hissəsinə İddiaçı miras pay hüququnun müəyyən edilməsi və həmin vəsaitlərin Cavabdeh ASCdən İddiaçı xeyrinə tutulması; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-3183/2019 saylı qətnaməsi əsasında ödənilməli olan 167.836,98 (yüz altmış yeddi min səkkiz yüz otuz altı dollar doxsan səkkiz sent) ABŞ dolları pulun 51.072,98 (əlli bir min yetmiş iki dollar doxsan səkkiz sent) ABŞ dolları hissəsinin ödənilməsinin gecikdirilməsinə görə illik 5 (beş) faiz hesablanmaqla 4.408,96 (dörd min dörd yüz səkkiz dollar doxsan altı sent) ABŞ dolları pulun və dövlət rüsumuna görə ödənilmiş 434 (dörd yüz otuz dörd) manat pulun Cavabdeh ASC-dən İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası – X10 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra xx.xx.2017-ci il tarixli, 2V-71 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ona miras qalmış əmlakları qəbul etmişdir. Lakin sonradan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olmuş İddiaçı Cavabdeh ASC-yə qarşı “əqdlərin etibarsız hesab edilməsi, əmanət pul və onun üzərinə hesablanmış faizlərin ödənilməsi tələblərinə dair” məhkəmə araşdırmaları zamanı Cavabdeh ASC tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışlar əsasında məlum olmuşdur ki, mərhum X2 ilə "xxxx" ASC arasında bağlanmış əmanət müqavilələri əsasında X10 onun "xxxx" ASC-də olan hesablarına aşağıdakı məbləğlərdə əmanət pullar qoymuşdur: 1) 3-83478-18 nömrəli əmanət müqaviləsi əsasında 3-83478-18 nömrəli hesaba 15.000 manat; 2) 3-83478-21 nömrəli əmanət müqaviləsi əsasında 3-83478-21 nömrəli hesaba 40.000 manat; 3) 3- 83478-64 nömrəli əmanət müqaviləsi əsasında 3-83478-64 nömrəli hesaba 17.500 ABŞ dolları; 4) 3-83478-71 nömrəli əmanət müqaviləsi əsasında 3-83478-71 nömrəli hesaba 25.000 manat; 5) 3-83478-84 nömrəli əmanət müqaviləsi əsasında 3-83478-84 nömrəli hesaba 6.000 manat; 6) 3-83478-96 nömrəli əmanət müqaviləsi əsasında 3-83478-96 nömrəli hesaba 37.000 manat; 7) 3-83478-98 nömrəli əmanət müqaviləsi əsasında 3- 83478-98 nömrəli hesaba 51.000 manat; 8) 3-83478-117 nömrəli əmanət müqaviləsi əsasında 3-83478-117 nömrəli hesaba 25.000 dollar; 9) 3-83478-124 nömrəli əmanət müqavilə əsasında 3-83478-124 nömrəli hesaba 25.000 manat. Həmin mülki iş üzrə məhkəmə araşdırmaları zamanı keçirilən ekspertiza nəticəsində müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan əmanət pullardan 40.000 manat, 25.000 manat və 6.000 manat 24 may 2013-cü il tarixli, 3-D5-12-0-250-13 nömrəli kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilmiş və hesabdan silinmişdir. Lakin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)-177/2022 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək 24 may 2013-cü il tarixli, 3-D5-12-0-250-13 nömrəli kredit müqaviləsi və 24 may 2013-cü il tarixli, 3-D5-12-0-250-13 nömrəli əmanətin girov müqaviləri etibarsız hesab edilmiş və həmin qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Yəni, sözügedən 40.000 manat, 25.000 manat və 6.000 manat əmanət məbləğlərinin X1nun hesabından silinməsinə əsas olan kredit və girov müqavilələri məhkəmə qərarları ilə etibarsız hesab edilmişdir. Həmçinin sözügedən mülki iş üzrə məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, sadalanan əmanət məbləğlərdən ikisi, yəni 15.000 manat və 17.500 ABŞ dolları barəsində sonradan heç bir əməliyyat aparılmamışdır. Atasının qanun üzrə vərəsəsi o, və qardaşı X3r. Ona görə də hesab edir ki, X1nun "xxxx" İKB ASC-dəki bank hesablarına qoyulmuş yuxarıdakı əmanət məbləğləri və onların üzərinə hesablanmış faizlərin ½ hissəsi miras əmlak kimi ona verilməlidir. Bununla yanaşı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(006)-3183/2019 saylı qətnaməsinin icrası ilə əlaqədar olaraq Cavabdeh ASC tərəfindən İddiaçı ödənilməli olan məbləğ 167.836,98 ABŞ dolları təşkil etmişdir. Cavabdeh ASC həmin puldan 116.764 ABŞ dolları xx.xx.2022-ci il tarixdə ödəsə də, qalan məbləğin ödənilməsini gecikdirmişdir. Qalan məbləğin 32.725 ABŞ dolları 2024-cü ilin iyul ayında, 18.347,98 ABŞ dolları isə 2024-cü ilin sentyabr ayında ona ödənilmişdir. Ona görə də hesab edir ki, qanunvericiliyin tələbinə uyğun olaraq 32.725 ABŞ dolları pulun ödənilməsinin gecikdirilməsinə görə xx.xx.2022-ci tarixdən 2024-cü ilin iyul ayına qədər illik 5 faiz hesablanmaqla 2.727,08 ABŞ dolları, 18.347,98 ABŞ dolları pulun ödənilməsinin gecikdirilməsinə görə isə xx.xx.2022-ci tarixdən 2024-cü ilin sentyabr ayına qədər illik 5 faiz hesablanmaqla 1.681,88 ABŞ dolları olmaqla, ümumilikdə 4.408,96 ABŞ dolları da ona ödənilməlidi. Daha sonra iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə təqdim edərək,xx.xx.2013-cü il tarixdə qoyulmuş 6.000 (altı min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 6.000 (altı min) manat əmanət pulun üzərinə illik 12 faiz hesablanmaqla faizin;xx.xx.2012-ci il tarixdə qoyulmuş 17.500 (on yeddi min beş yüz) ABŞ dolları əmanətin və həmin əmanət məbləğin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 17.500 (on yeddi min beş yüz) ABŞ dolları əmanət pulun üzərinə illik 11.6 faiz hesablanmaqla faizin;xx.xx.2014-cü il tarixdə qoyulmuş 25.000 (iyirmi beş min) ABŞ dolları əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraqonun qaytarıldığı günün əvvəlki gününədək 25 000 (İyirmi beş min) ABŞ dolları əmanət pulun üzərinə illik 12.1 faiz hesablanmaqla faizin;xx.xx.2011-ci il tarixdə qoyulmuş 8000 (səkkiz min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 8000 (səkkiz min) manat əmanət pulun üzərinə illik 13.5 faiz hesablanmaqla faizin;xx.xx.2011-ci il tarixdə qoyulmuş 7000 (yeddi min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 7000 (yeddi min) manat əmanət pulun üzərinə illik 13.5 faiz hesablanmaqla faizin;xx.xx.2013-cü il tarixdə qoyulmuş 17.000 (on yeddi min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 17.000 (on yeddi min) manat əmanət pulun üzərinə illik 13.2 faiz hesablanmaqla faizin;xx.xx.2014-cü il tarixdə qoyulmuş 3.000 (üç min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 3.000 (üç min) manat əmanət pulun üzərinə illik 13.2 faiz hesablanmaqla faizin;xx.xx.2012-ci il tarixdə qoyulmuş 25.000 (iyirmi beş min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 25.000 (iyirmi beş min) manat əmanət pulun üzərinə illik 12 faiz hesablanmaqla faizin,xx.xx.2014-cü il tarixdə qoyulmuş 25.000 (iyirmi beş min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 25.000 (iyirmi beş min) manat əmanət pulun üzərinə illik 12 faiz hesablanmaqla faizin;xx.xx.2011-ci il tarixdə qoyulmuş 40.000 (qırx min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 40.000 (qırx min) manat əmanət pulun üzərinə illik 13 faiz hesablanmaqla faizin;xx.xx.2013-cü il tarixdə qoyulmuş 40.000 (qırx min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 40.000 (qırx min) manat əmanət pulun üzərinə illik 13.2 faiz hesablanmaqla faizin ½ hissəsinə İddiaçı miras pay hüququnun müəyyən edilməsi və həmin vəsaitlərin Cavabdeh ASC-dən İddiaçı xeyrinə tutulması;Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)- 3183/2019 saylı qətnaməsi əsasında ödənilməli olan 167.836,98 (yüz altmış yeddi min səkkiz yüz otuz altı dollar doxsan səkkiz sent) ABŞ dolları pulun 51.072,98 (əlli bir min yetmiş iki dollar doxsan səkkiz sent) ABŞ dolları hissəsinin ödənilməsinin gecikdirilməsinə görə illik 5 (beş) faiz hesablanmaqla 4.408,96 (dörd min dörd yüz səkkiz dollar doxsan altı sent) ABŞ dolları pulun və dövlət rüsumuna görə ödənilmiş 434 (dörd yüz otuz dörd) manat pulun cavabdeh "Yelo Bank” ASC-dən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə təqdim edərək, xx.xx.2013-cü il tarixdə qoyulmuş 6.000 (altı min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 6.000 (altı min) manat əmanət pulun üzərinə illik 12 faiz hesablanmaqla faizin;xx.xx.2013-cü il tarixdə qoyulmuş 17.000 (on yeddi min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 17.000 (on yeddi min) manat əmanət pulun üzərinə illik 13.2 faiz hesablanmaqla faizin;xx.xx.2014-cü il tarixdə qoyulmuş 3.000 (üç min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 3.000 (üç min) manat əmanət pulun üzərinə illik 13.2 faiz hesablanmaqla faizin; xx.xx.2014-cü il tarixdə qoyulmuş 25.000 (iyirmi beş min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 25.000 (iyirmi beş min) manat əmanət pulun üzərinə illik 12 faiz hesablanmaqla faizin;xx.xx.2014-cü il tarixdə qoyulmuş 25.000 (iyirmi beş min) ABŞ dolları əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 25.000 (iyirmi beş min) ABŞ dolları əmanət pulun üzərinə illik 12.1 faiz hesablanmaqla faizin;xx.xx.2013-cü il tarixdə qoyulmuş 40.000 (qırx min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 40.000 (qırx min) manat əmanət pulun üzərinə illik 13.2 faiz hesablanmaqla faizin ½ hissəsinə İddiaçı miras pay hüququnun müəyyən edilməsi və həmin vəsaitlərin Cavabdeh ASC-dən İddiaçı xeyrinə tutulması; xx.xx.2013cü il tarixli, 3-D5-12-0-250-13 saylı kredit müqaviləsi üzrə artıq ödənilmiş 13.704,83 (on üç min yeddi yüz dörd manat səksən üç qəpik) manat və həmin pulun ödənilməsinin gecikdirilməsinə görə xx.xx.2015-ci il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək illik 5 (beş) faiz hesablanmaqla 6.852,42 (altı min səkkiz yüzəlli iki manat qırx iki qəpik) manat gecikmə faizinin Cavabdeh ASC-dən İddiaçı xeyrinə tutulması; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-3183/2019 saylı qətnaməsi əsasında ödənilməli olan 167.836,98 (yüz altmış yeddi min səkkiz yüz otuz altı dollar doxsan səkkiz sent) ABŞ dolları pulun 51.072,98 (əlli bir min yetmiş iki dollar doxsan səkkiz sent) ABŞ dolları hissəsinin ödənilməsinin gecikdirilməsinə görə illik 5 (beş) faiz hesablanmaqla 4.408,96 (dörd min dörd yüz səkkiz dollar doxsan altı sent) ABŞ dolları pulun və dövlət rüsumuna görə ödənilmiş 434 (dörd yüz otuz dörd) manat pulun Cavabdeh ASC-dən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 xx.xx.2025-ci il tarixdə AZEMİS elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmir. Bildirmişdir ki, iddia tələbinin əsasını təşkil edən sübutlar məhkəməyə təqdim edilmişdir. Hazırki mərhələdə məhkəməyə təqdim ediləcək hər hansı sübutları və vəsatətləri yoxdur.Əlavə olaraq qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmiş “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizədə “...həmin vəsaitlərin Cavabdeh ASC-dən İddiaçı xeyrinə tutulması...” ifadəsində “həmin vəsaitlər” dedikdə tələb olunan əmanətlər və onların üzərinə hesablanmış faizlərin ½ hissəsi nəzərdə tutulmuşdur. Odur ki, e-2(004)- 398/2025 saylı mülki iş üzrə xx.xx.2025-ci il saat 14:30-a tarixə təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməməyini nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qismən qəbul edərək, ona verilən suallara cavab olaraq bildirdi ki, xx.xx.2013-cü il tarixdə qoyulmuş 6.000 manat əmanətin və həmin əmanət məbləğinin üzərinə illik 12 faiz hesablanmaqla faizin; xx.xx.2013-cü il tarixdə qoyulmuş 17.000 manat əmanətin və həmin əmanət məbləğinin üzərinə illik 13.2 faiz hesablanmaqla faizin; xx.xx.2014-cü il tarixdə qoyulmuş 3.000 manat əmanətin və həmin əmanət məbləğinin üzərinə illik 13.2 faiz hesablanmaqla faizin; xx.xx.2014-cü il tarixdə qoyulmuş 25.000 manat əmanətin və həmin əmanət məbləğinin üzərinə illik 12 faiz hesablanmaqla faizin; xx.xx.2013-cü il tarixdə qoyulmuş 40.000 (qırx min) manat əmanətin və həmin əmanət üzərinə illik 13.2 faiz hesablanmaqla faizin ½ hissəsinin iddiaçının xeyrinə tutulması hissəsində iddianı qəbul edirlər. 25000 ABŞ dolları hissəsində iddianı qəbul etmirlər, belə ki, hesabdan çıxarışdan da görünür ki, 25000 ABŞ dolları mərhum tərəfindən məxaric olunmuşdur. Həmin dövrə aid kassa məxaric ordərləri bir müddət sonra məhv edilmişdir. Qətnaməyə izah verilmişdir. Məxaric məbləği 25000 ABŞ dollarıdır. xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə artıq ödənilmiş 13.704,83 manat və həmin pulun ödənilməsinin gecikdirilməsinə görə xx.xx.2015-ci il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək illik faiz hesablanmaqla 6.852,42 manat gecikmə faizinin tutulması hissəsində iddianı qəbul etmirlər. Eləcə də, əvvəlki qətnamənin gec icra olunmasına görə pul tələbini də qəbul etmirlər. Həmin qətnaməyə izah verilmişdir. Qətnamədə yazılmışdır ki, əmanətlərin üzərinə hesablanmış faizlər ödənilsin. Konkret faiz olmadığı üçün illər üzrə bankda olan əmanət fazilərini Mərkəzi Bankın müəyyən etdiyi faizlə 17 noyabr 2022-ci ildə vəsaiti ödəyirlər və icra məmuru tərəfindən icraata xitam verilir. İddiaçı həmin qərarı mübahisələndirir və təmin olunur, icra vərəqəsi icraya yenidən qayıdır. 18 iyulda banka könüllü icra müddəti barədə bildiriş gəlir. Həmin müddətdə də icra sənədi icra olunur, yəni gecikmə yoxdur. Bu səbəbdən iddianı həmin hissədə də qəbul etmirlər. Məhkəmədən iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 cavabdehin nümayəndəsi Nümayəndə1 ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -İX-JQ 490998 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1984-cü ildə anadan olmuşdur. X2, anası X5r. - 04 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 842177 saylı, 22 oktyabr 2016-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X10 03 sentyabr 2016-cı il tarixdə ölmüşdür. - X6 məxsus hesabdan çıxarışlardan görünür ki, X4 3-83478-18 nömrəli, 3-83478- 21 nömrəli, 3-83478-64 nömrəli, 3-83478-71 nömrəli, 3-83478-84 nömrəli, 3-83478-96 nömrəli, 3-83478-98 nömrəli, 3- 83478-117 nömrəli və 3- 83478-124 nömrəli əmanət hesabları mövcud olmuşdur. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-177/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, Cavabdeh ASC ("xxxx" İKB ASC) ilə X10 arasında bağlanmış 3-D5-12-0-250-13 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi və 3-D5-12-0-250-13 saylı, xx.xx.2013-cü il tarixli əmanətin girov müqaviləsinin (müqavilələri) etibarsız hesab edilməsi, xx.xx.2017-ci il tarixli, 2V-71 reyestr nömrəli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən Cavabdeh ASC-nin ("xxxx" İKB ASC) 3 saylı filialının 3-83478-100-41220 nömrəli bank hesabına qoyulmuş 25000 (iyirmi beş min) ABŞ dolları (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla), məbləğində əmanət pulu və əmanət pulları banka daxil olduğu günün (xx.xx.2014-cü il) növbəti günündən başlayaraq illik 12.1 % hesablanmaqla qətnamə icra olunanadək onun üzərinə (əmanətin) hesablanmış faiz məbləği Cavabdeh ASC-dən ("xxxx" İKB ASC) İddiaçı xeyrinə tutulması, xx.xx.2017-ci il tarixli, 2V-71 reyestr nömrəli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən Cavabdeh ASC-nin ("xxxx" İKB ASC) 3 saylı filialının 3-83478-130-41210 nömrəli bank hesabına qoyulmuş 5000 (beş min) manat məbləğində əmanət pulu və əmanət pulları banka daxil olduğu günün (xx.xx.2015-ci il) növbəti günündən başlayaraq illik 13.3 % hesablanmaqla qətnamə icra olunanadək onun üzərinə (əmanətin) hesablanmış faiz məbləğinin Cavabdeh ASC-dən ("xxxx" İKB ASC) İddiaçı xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyəri olan 258 (iki yüz əlli səkkiz) manat (138 manat +120 manat) Cavabdeh ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1737 saylı, xx.xx.2021-ci il tarixli rəyində qeyd olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 84-86-cı vərəqlərində olan 9 sentyabr 2006-cı il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsində “Alıcı” qrafalarındakı imzalar X10 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 95-96-cı vərəqlərində "xxxx" İKB ASC ilə X4 adlarında olan xx.xx.2013-cü il tarixli, 3D5-12-0-250-13 nömrəli kredit müqaviləsində “Borcalan” qrafasındakı imzalar və 97-101-ci vərəqlərində olan xx.xx.2013-cü il tarixli, 3- D5-12-0-250-13 nömrəli əmanətin girov müqaviləsində “Girovqoyan” qrafalarındakı imzalar X10 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. - İddiaçı Cavabdeh ASC-yə ünvanladığı ərizəyə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olmuş İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əqdlərin etibarsız hesab edilməsi, əmanət pul və onun üzərinə hesablanmış faizlərin ödənilməsi tələblərinə dair" məhkəmə araşdırmaları zamanı "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışlar əsasında məlum olmuşdur ki, mərhum X2 ilə “Nikoyl İKB" ASC arasında bağlanmış aşağıdakı əmanət müqavilələri əsasında X10 onun "xxxx" ASC-də olan hesablarına aşağıdakı məbləğlərdə əmanət pullar qoymuşdur:3- 83478-18 nömrəli əmanət müqaviləsi əsasında 3-83478-18 nömrəli hesaba 15000 manat;3-83478-21 nömrəli əmanət müqaviləsi əsasında 3-83478-21 nömrəli hesaba 40000 manat;3-83478-64 nömrəli əmanət müqaviləsi əsasında 3-83478-64 nömrəli hesaba17.500 ABŞ dolları;3-83478-71 nömrəli əmanət müqaviləsi əsasında 3-83478-71 nömrəli hesaba 25000 manat; 3-83478-84 nömrəli əmanət müqaviləsi əsasında 3- 83478-84 nömrəli hesaba 6.000manat; 3-83478-96 nömrəli əmanət müqaviləsi əsasında 3-83478-96 nömrəli hesaba 37000 manat; 3-83478-98 nömrəli əmanət müqaviləsi əsasında 3-83478-98 nömrəli hesaba 51000 manat; 3-83478-117 nömrəli əmanət müqaviləsi əsasında 3-83478-117 nömrəli hesaba 25000 dollar; 3-83478-124 nömrəli əmanət müqavilə əsasında 3-83478-124 nömrəli hesaba 25000 manat.Həmçinin mülki iş üzrə məhkəmə araşdırmaları zamanı keçirilən ekspertiza nəticəsində müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan əmanət pullardan 40.000 manat, 25000 manat və 6.000 manat 24 may 2013-cü il tarixli, 3-D5-12-0-250-13 nömrəli kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilmiş və hesabdan silinmiş, sadalanan əmanət məbləğlərdən ikisi, yəni 15.000 manat və 17.500 ABŞ dolları pulları barəsində isə heç bir əməliyyat aparılmamışdır.Buna görə də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2{004)-177/2022 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək 24 may 2013-cü il tarixli, 3-D5-12-0-250-13 nömrəli kredit müqaviləsi və 24 may 2013-cü il tarixli, 3-D5-12-0-250-13 nömrəli əmanətin girov müqaviləri etibarsız hesab edilmiş və həmin qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Bu halda hesab edir ki, X1nun "xxxx" İKB ASC-dəki bank hesablarına qoyulmuş yuxarıdakı əmanət məbləğləri və onların üzərinə hesablanmış faizlər miras əmlak kimi onun qanun üzrə vərəsəsi İddiaçı verilməlidir.Bununla yanaşı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05,08.2019-cu il tarixli, 2(006)-3183/2019 saylı qətnaməsinin icrası ilə əlaqədar olaraq Cavabdeh ASC tərəfindən İddiaçı ödənilməli olan məbləğ 285.322 manat təşkil etmişdir. Cavabdeh ASC həmin puldan 198.500 manat hissəni xx.xx.2022ci il tarixdə ödəsə də, qalan hissənin, yəni 86.822 manatın ödənilməsini gecikdirmiş və bu məbləği 2024-cü ilin avqust ayında ona ödəmişdir. Ona görə də hesab edir ki, qanunvericiliyin tələbinə uyğun olaraq 86.822 manat pulun gecikdirilməsinə görə 2022-ci ilin noyabr ayından 2024-cü ilin avqust ayınadək illik 5 faiz hesablanılmaqla 7.958 manat pul da ona ödənilməlidir.Odur ki, qeyd olunan halları nəzərə alaraq, X4 "xxxx" İKB ASC-dəki hesablarına 3-83478-18 nömrəli əmanət müqaviləsi əsasında qoyulmuş 15.000 manat, 3-83478-21 nömrəli əmanət müqaviləsi əsasında qoyulmuş 40.000 manat, 3-83478-64 nömrəli əmanət müqaviləsi əsasında qoyulmuş 17.500 ABŞ dolları, 3-83478-71 nömrəli əmanət müqaviləsi əsasında qoyulmuş 25.000 manat, 3-83478-84 nömrəli əmanət müqaviləsi əsasında qoyulmuş 6.000 manat, 3-83478-96 nömrəli əmanət müqaviləsi əsasında qoyulmuş 37.000 manat, 3-83478-98 nömrəli əmanət müqaviləsi əsasında qoyulmuş 51.000 manat, 3-83478-117 nömrəli əmanət müqaviləsi əsasında qoyulmuş 25.000 dollar, 3-83478-124 nömrəli əmanət müqavilə əsasında qoyulmuş 25.000 manat və X4 adına "xxxx" İKB ASC-yə qoyulmuş digər əmanətlərin və həmin əmanətlərin üzərinə hesablanmış faizlərin, həmçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-3183/2019 saylı qətnaməsi əsasında ödənilməli olan 285.322 manat pulun 86.822 manat hissəsinin gecikdirilməsinə görə hesablanmış 7.958 manat pulun İddiaçı ödənilməsi xahiş olunur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2022-ci il tarixli ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş, mülki işin 95-96-cı vərəqlərində olan 24 may 2013-cü il tarixli, 3-D5-12-0-250-13 nömrəli kredit müqaviləsində "Borcalan" qrafalarındakı imzalar, 24 may 2013-cü il tarixli, 3-D5-12-0- 250-13 nömrəli əmanətin girov müqavilələrində (i.v.97-101) “Girovqoyan” qrafalarındakı imzalar, xx.xx.2014-cü il tarixli 1430 nömrəli (141-142) və xx.xx.2015-ci il tarixli nömrəsiz müddətli əmanət müqavilələrdə (i.v.139-140) “Müşteri”qrafalarındakı imzalar –X7 tərəfindən icra olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2022-ci il tarixli ekspert rəyindən eyni zamanda, görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, 24 may 2013-cü il tarixli, 3-D5- 12-0-250-13 nömrəli kredit müqaviləsində qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən X4 xx.xx.2022-ci il tarixə 13704,83 manat məbləğində artıq ödənişi müəyyən edilir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1962/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 5 fevral 2024-cü il tarixli, 2(103)-643/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - "xxxx" ASC-nin məhkəməyə ünvanladığı 7145 saylı, --- dekabr 2024-cü il tarixli məktubuna əsasən X1 ilə "xxxx" İKB ASC arasında bağlanmış əmanət müqavilələrinin məhkəməyə təqdim edilməsi mümkün deyildir. Belə ki, əmanət müqavilələri Azərbaycan Respublikası Mərkəzi Bankının 15 avqust 2013-cü il tarixli “Bank sistemində arxiv işinin təşkili” təlimatına əsasən saxlama müddəti keçdiyinə görə ləğv edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3183/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, "xxxx" İKB ASC-nin 5 saylı filialı ilə X10 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, D13/218 nömrəli müddətli əmanət müqaviləsinə əsasən 15-83478-107-41220 nömrəli bank hesabında olan 50.000 ABŞ dolları məbləğində pulun girov qoyulmasına dair "xxxx" İKB ASC ilə X10 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 15-D-1-50-158-15 saylı əmanətin girov müqaviləsinin etibarsız hesab edilməsi, "xxxx" İKB ASC-nin 5 saylı filialı ilə X10 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, D14/023 nömrəli müddətli əmanət müqaviləsinə əsasən 15- 83478-110-41220 nömrəli bank hesabında olan 28.500 ABŞ dolları məbləğində pulun girov qoyulmasına dair "xxxx" İKB ASC ilə X8 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 15-D-2-0-180-15 saylı əmanətin girov müqaviləsinin etibarsız hesab edilməsi, "xxxx" İKB ASC-nin 5 saylı filialı ilə X10 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, D13/218 nömrəli müddətli əmanət müqaviləsinə əsasən 15-83478-107-41220 nömrəli bank hesabında qoyulmuş 50.000 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlər və "xxxx" İKB ASC-nin 5 saylı filialı ilə X10 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, D14/023 nömrəli müddətli əmanət müqaviləsinə əsasən 15- 83478-110-41220 nömrəli bank hesabında qoyulmuş 28.500 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlərin cavabdeh "xxxx" X11 Açıq Səhmdar Cəmiyyəti tərəfindən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamə 04 aprel 2022-ci il tarixdə qanuni qüvvəsini almış və 12 aprel 2022-ci il tarixdə icraya yönəlmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-177/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən tələbkar İddiaçı şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 88(006)-90/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş və icra məmurunun qərarının ləğv edilməsi barədə tələbkar İddiaçı şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” xx/xx-80310/26 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3183/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədini icra edilməsi üçün Bakı şəhəri Yasamal rayon icra şöbəsinə geri qaytarılması qərara alınmışdır. - Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Səvxan Abasovun xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3183/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Səvxan Abasovun xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişinə əsasən borclu "xxxx" ASC icra sənədində göstərilən tələbin 10 gün müddətində icra edilməsi barədə xəbərdar olunmuşdur. - "xxxx" ASC-nin Bakı şəhəri Yasamal rayon icra şöbəsinə ünvanladığı xx.xx.2024cü il tarixli məktubuna əsasən məktublarında qeyd olunan 31031,83 manat pul vəsaiti xx.xx.2024-cü il tarixində Bakı şəhəri Yasamal rayon icra şöbəsinin depozit hesabına köçürülmüşdür. Yuxarıda qeyd olunanları nəzərə alaraq icraatlarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3183/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin icraatına xitam veriməsini xahiş etmişdir. - Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Səvxan Abasovun xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3183/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə xitam verilmişdir. - "xxxx" ASC-nin məhkəməyə ünvanladığı məktuba əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli e-2(004)-398/2025 saylı qərardadında göstərilən şəxslər haqqında məlumatlara əsasən araşdırma aparılmışdır. "xxxx" ASC-də X6 məxsus olan AZ25NİCB**********0018A41210 saylı əmanət hesabı xx.xx.2013-cü il tarixdə, AZ27NİCB**********0021A41210 saylı əmanət hesabı xx.xx.2013-cü il tarixdə, AZ32NİCB**********0064U41220 saylı əmanət hesabı xx.xx.2014-cü il tarixdə, AZ06NİCB**********0071A41210 saylı əmanət hesabı xx.xx.2014-cü il tarixdə, AZ05NİCB**********0084A41210 saylı əmanət hesabı xx.xx.2015-ci il tarixdə, AZ19NİCB**********0096A41210 saylı əmanət hesabı xx.xx.2015-ci il tarixdə, AZ13NİCB**********0117U41220 saylı əmanət hesabı xx.xx.2015-ci il tarixdə, AZ84NİCB**********0012A41210 saylı əmanət hesabı xx.xx.2015-ci il tarixdə bağlanmışdır. “Azərbaycan Respublikasının Bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”a uyğun olaraq X6 aid sənədlər saxlama müddəti başa çatdığı üçün məhv edilmişdir. - "xxxx" ASC-nin məhkəməyə ünvanladığı 24 yanvar 2025-ci il tarixli soröuya cavab məktubuna əsasən Yasamal rayon Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli e- 2(004)-398/2025 saylı qərardadının icrası ilə bağlı bildiririk ki, qərardadda qeyd olunan məlumatların məhkəməyə təqdim edilməsi məqsədilə Bankın 3 müxtəlif ünvanda yerləşən arxivlərində tam məsuliyyətlə araşdırma aparılmışdır.Həmçinin bildiririk ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətində saxlama müddəti keçmiş sənədlər Azərbaycan Respublikası Mərkəzi Bankının 15 avqust 2013-cli il tarixli “Bank sistemində arxiv işinin təşkili” təlimatına əsasən saxlama müddəti keçdiyinə görə ləğv edilir. Bundan başqa, hesabdan çıxarış məlumatlarına əsasən bildiririk ki, X1 və “Nikoyl İKB" ASC arasında bağlanmış və qərardadda qeyd olunan əmanət müqavilələri ilə bağlı aşağıdakıları bildirmişlər: 3-83478-18 nömrəli (əmanət məbləği: 15.000 manat, əmanət qoyulan hesab nömrəsi: 3-83478-18) - xx.xx.2011-ci il tarixdə illik 13,5 % olmaqla 8.000 manat məbləğində əmanət qoyulmuşdur. xx.xx.2011-ci il tarixində qeyd olunan əmanət məbləğinə 7.000 manat əlavə olunmuşdur. xx.xx.2013-cü il tarixdə əmanət məbləği əmanətçinin cari hesabına köçürülmüş və həmin tarixdə əmanətin davamı olaraq illik 13.2 % olmaqla 17.000 manat (2.000 manat əlavə olunmaqla) məbləğində əmanət qoyulmuşdur. xx.xx.2014-cü il tarixində qeyd olunan əmanət məbləğinə 3.000 manat əlavə olunmuşdur. Yekunda, xx.xx.2015-ci il tarixdə 20.000 manat məbləğində vəsait əmanətçinin cari hesabına köçürülmüş, həmin vəsait həmin tarixdə əmanətçinin Bankda olan kreditinə silinmişdir. 3-83478-21 nömrəli (əmanət məbləği: 40.000 manat, əmanət qoyulan hesab nömrəsi: 3-83478-21 nömrəli) - xx.xx.2011-ci il tarixdə illik 13 % olmaqla 40.000 manat məbləğində əmanət qoyulmuşdur. xx.xx.2013-cü il tarixində qeyd olunan əmanət məbləği əmanətçinin cari hesabına köçürülmüş, həmin tarixdə də əmanətin davamı olaraq illik 13,2 % olmaqla 40.000 manat məbləğində əmanət qoyulmuşdur. xx.xx.2015-ci il tarixində həmin vəsait əmanətçinin cari hesabına köçürülmüş və həmin tarixdə əmanətçinin Bankda olan kreditinə silinmişdir. 3-83478-64 nömrəli (əmanət məbləği: 17.500 ABŞ dolları, əmanət qoyulan hesab nömrəsi: 3-83478-64) - xx.xx.2012ci il tarixdə illik 11,6 % olmaqla 17.500 USD məbləğində əmanət qoyulmuşdur. xx.xx.2014-cü il tarixində əmanət məbləğin əmanətçinin cari hesabına köçürülmüş, həmin tarixdə də əmanət məbləğinə 7.500 USD əlavə olunmaqla əmanətin davamı olaraq illik 12,1 % olmaqla 25.000 USD məbləğində əmanət qoyulmuşdur. xx.xx.2015-ci il tarixində 25.000 USD məbləğində vəsait əmanətçinin cari hesabına köçürülmüş, həmin vəsait əmanətçi tərəfindən məxaric edilmişdir. 3-83478-71 nömrəli (əmanət məbləği: 25.000 manat, əmanət qoyulan hesab nömrəsi: 3-83478-71) - xx.xx.2012-ci il tarixdə illik 12 % olmaqla 25.000 manat məbləğində əmanət qoyulmuşdur. xx.xx.2014ci.i il tarixdə həmin vəsait əmanətçinin cari hesabına köçürülmüş və əmanətin davamı olaraq illik 12 % olmaqla 25.000 manat məbləğində əmanət qoyulmuşdur. xx.xx.2015-ci il tarixində 25.000 manat məbləğində vəsait əmanətçinin cari hesabına köçürülmüş, həmin vəsait həmin tarixdə əmanətçinin Bankda olan kreditinə silinmişdir. 3-83478-84 nömrəli (əmanət məbləği: 6.000 manat, əmanət qoyulan hesab nömrəsi: 3- 83478-84) xx.xx.2013-cü il tarixdə illik 12 % olmaqla 6.000 manat məbləğində əmanət qoyulmuşdur. xx.xx.2015-ci il tarixində 6.000 manat məbləğində vəsait əmanətçinin cari hesabına köçürülmüş, həmin vəsait həmin tarixdə əmanətçinin Bankda olan kreditinə silinmişdir. 3-83478-96 nömrəli (əmanət məbləği: 37.000 manat, əmanət qoyulan hesab nömrəsi: 3- 83478-96) - bu əmanət müqaviləsi 3-83478-18 nömrəli (əmanət məbləği: 15.000 manat, əmanət qoyulan hesab nömrəsi: 3-83478-18) müqavilənin davamı olmuşdur və əmanətin məbləği 20.000 manat olmuşdur. 3-83478-98 nömrəli (əmanət məbləği: 51.000 manat, əmanət qoyulan hesab nömrəsi: 3-83478-98) - bu əmanət müqaviləsi 3-83478-21 nömrəli (əmanət məbləği: 40.000 manat, əmanət qoyulan hesab nömrəsi: 3-83478-21 nömrəli) müqavilənin davamı olmuşdur və əmanətin məbləği 40.000 manat olmuşdur. 3-83478-117 nömrəli (əmanət məbləği: 25.000 ABŞ dolları, əmanət qoyulan hesab nömrəsi: 3-83478-117) - 3-83478-64 nömrəli (əmanət məbləği: 17.500 ABŞ dolları, əmanət qoyulan hesab nömrəsi: 3-83478-64) müqavilənin davamı olmuşdur və əmanətin məbləği 25.000 ABŞ dolları olmuşdur. 3-83478-124 nömrəli (əmanət məbləği: 25.000 manat, əmanət qoyulan hesab nömrəsi: 3-83478-124) - bu əmanət müqaviləsi 3-83478-71 nömrəli (əmanət məbləği: 25.000 manat, əmanət qoyulan hesab nömrəsi: 3-83478-71) müqavilənin davamı olmuşdur və əmanətin məbləği 25.000 manat olmuşdur. Bundan başqa bildirmişlər ki, əmanətçinin Bankda olan kredit borcuna silinmiş əmanət müqavilələrinə əsasən cəmi əmanət məbləğinin 91.000 manat olmasına baxmayaraq, əmanətçinin Bankda olan kreditinə silinmiş vəsaitin məbləği ümumilikdə cəmi 86.431,20 manat təşkil edir. Qeyd olunanların nəzərə alınmasını xahiş etmişlər. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 sentyabr 2025-ci il tarixli ekspert rəyinə əsasən birinci sual üzrə: rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan X6 məxsus AZ25NİCB**********0018A41210 saylı (3-83478-18 nömrəli əmanət hesabı) hesabdan çıxarış məlumatlarından (C.İ.V. 154) göründüyü kimi, həmin hesaba xx.xx.2011 -ci il tarixdə 8.000,00 manat, xx.xx.2011 -ci il tarixdə 7.000,00 manat mədaxil edilmiş, xx.xx.2013-cü il tarixdə isə 15.000,00 manat məxaric edilmişdir. Hesab üzrə hər hansı digər əməliyyat yer almamışdır. Aparılan əməliyyatlar aşağıdakı cədvəldə əks edilir: Hesab № 3-83478-18 Əməliyyatın tarixi Mədaxil (AZN) Məxaric (AZN) xx.xx.2011 8000,00 xx.xx.2011 7000,00 xx.xx.2013 5000,00 İkinci sual üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan X6 məxsus AZ25NİCB**********0021A41210 saylı (3-83478-21 nömrəli əmanət hesabı) hesabdan çıxarış məlumatlarından (C.İ.V. 160.2) göründüyü kimi, həmin hesaba xx.xx.2011-ci il tarixdə 40.000,00 manat mədaxil edilmiş, xx.xx.2013-cü il tarixdə isə 40.000,00 manat məxaric edilmişdir. Hesab üzrə hər hansı digər əməliyyat yer almamışdır. Aparılan əməliyyatlar aşağıdakı cədvəldə əks edilir: Hesab № 3-83478-21 Əməliyyatın tarixi Mədaxil (AZN) Məxaric (AZN) xx.xx.2011 40000,00 xx.xx.2013 40000,00 Üçüncü sual üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan X6 məxsus AZ25NİCB**********0064U41210 saylı (3-83478-64 nömrəli əmanət hesabı) hesabdan çıxarış məlumatlarından (C.İ.V. 161.2) göründüyü kimi, həmin hesaba 19.11,2012-ci il tarixdə 17.500,00 ABŞ dolları mədaxil, xx.xx.2014- cü il tarixdə isə 17.500,00 ABŞ dolları məxaric edilmişdir. Hesab üzrə hər hansı digər əməliyyat yer almamışdır. Aparılan əməliyyatlar aşağıdakı cədvəldə əks edilir: Hesab № 3-83478-64 Əməliyyatın tarixi Mədaxil (AZN) Məxaric (AZN) xx.xx.2012 17500,00 xx.xx.2014 17500,00 Dördüncü sual üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan X6 məxsus AZ25NİCB**********0071A41210 saylı (3-83478-71 nömrəli əmanət hesabı) hesabdan çıxarış məlumatlarından (C.İ.V. 165) göründüyü kimi, həmin hesaba xx.xx.2012-ci il tarixdə 25.000,00 manat mədaxil, xx.xx.2014-cü il tarixdə isə 25.000,00 manat məxaric edilmişdir. Hesab üzrə hər hansı digər əməliyyat yer almamışdır. Aparılan əməliyyatlar aşağıdakı cədvəldə əks edilir: Hesab № 3-83478-71 Əməliyyatın tarixi Mədaxil (AZN) Məxaric (AZN) xx.xx.2012 25000,00 xx.xx.2014 25000,00 Beşinci sual üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan X6 məxsus AZ25NİCB**********0084A41210 saylı (3-83478-84 nömrəli əmanət hesabı) hesabdan çıxarış məlumatlarından (C.İ.V. 166) göründüyü kimi, həmin hesaba xx.xx.2013-cü il tarixdə 6.000,00 manat mədaxil, xx.xx.2015-ci il tarixdə isə 6000,00 manat məxaric edilmişdir. Hesab üzrə hər hansı digər əməliyyat yer almamışdır. Aparılan əməliyyatlar aşağıdakı cədvəldə əks edilir: Hesab № 3-83478-84 Əməliyyatın tarixi Mədaxil (AZN) Məxaric (AZN) xx.xx.2013 6000,00 xx.xx.2015 6000,00 Altıncı sual üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan X6 məxsus AZ25NİCB**********0096A41210 saylı (3-83478-96 nömrəli əmanət hesabı) hesabdan çıxarış məlumatlarından (C.İ.V. 154.2) göründüyü kimi, həmin hesaba xx.xx.2013-cü il tarixdə 17.000,00 manat mədaxil, xx.xx.2014-cü il tarixdə isə 3.000,00 manat mədaxil edilmiş, xx.xx.2015-ci il tarixdə isə 20.000,00 manat məxaric edilmişdir. Hesab üzrə hər hansı digər əməliyyat yer almamışdır. Aparılan əməliyyatlar aşağıdakı cədvəldə əks edilir: Hesab № 3-83478-96 Əməliyyatın tarixi Mədaxil (AZN) Məxaric (AZN) xx.xx.2013 17000,00 xx.xx.2014 3000,00 xx.xx.2015 20000,00 Yeddinci sual üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan X6 məxsus AZ25NİCB**********0098A41210 saylı (3-83478-98 nömrəli əmanət hesabı) hesabdan çıxarış məlumatlarından (C.İ.V. 161) göründüyü kimi, həmin hesaba xx.xx.2013-cü il tarixdə 40.000,00 manat mədaxil edilmiş, xx.xx.2015-ci il tarixdə isə 40.000,00 manat məxaric edilmişdir. Hesab üzrə hər hansı digər əməliyyat yer almamışdır. Aparılan əməliyyatlar aşağıdakı cədvəldə əks edilir: Hesab № 3-83478-98 Əməliyyatın tarixi Mədaxil (AZN) Məxaric (AZN) xx.xx.2013 40000,00 xx.xx.2015 40000,00 Səkkizinci sual üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan X6 məxsus AZ25NİCB**********0117U41210 saylı (3-83478-117 nömrəli əmanət hesabı) hesabdan çıxarış məlumatlarından (C.İ.V. 162) göründüyü kimi, həmin hesaba xx.xx.2014-cü il tarixdə 25.000,00 manat mədaxil edilmiş, xx.xx.2015-ci il tarixdə isə 25.000,00 manat məxaric edilmişdir. Hesab üzrə hər hansı digər əməliyyat yer almamışdır. Aparılan əməliyyatlar aşağıdakı cədvəldə əks edilir: Hesab № 3-83478-98 Əməliyyatın tarixi Mədaxil (AZN) Məxaric (AZN) xx.xx.2014 25000,00 xx.xx.2015 25000,00 Doqquzuncu sual üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan X6 məxsus AZ25NİCB**********0124A41210 saylı (3-83478-124 nömrəli əmanət hesabı) hesabdan çıxarış məlumatlarından (C.İ.V. 165.2) göründüyü kimi, həmin hesaba xx.xx.2014-cü il tarixdə 25.000,00 manat mədaxil edilmiş, xx.xx.2015-ci il tarixdə isə 25.000,00 manat məxaric edilmişdir. Hesab üzrə hər hansı digər əməliyyat yer almamışdır. Aparılan əməliyyatlar aşağıdakı cədvəldə əks edilir: Hesab № 3-83478-98 Əməliyyatın tarixi Mədaxil (AZN) Məxaric (AZN) xx.xx.2014 25000,00 xx.xx.2015 25000,00 Onuncu sual üzrə: Bildirilir ki, məhkəmə-mühasibat ekspertizası ilkin uçot sənədləri (ciddi mühasibat uçotu sənədləri) əsasında aparılan tədqiqatdır. Lakin hazırki ekspertiza tədqiqatına əmanət müqavilələri (və ya həmin müqavilələrin surətləri), əmanət məbləğlərinə hesablanan faiz hesablarından çıxarışlar təqdim edilmədiyindən, ekspert qarşısında qoyulmuş bu sual üzrə tədqiqatın aparılması mümkün olmadı. Bundan başqa, qeyd edilir ki, iş materiallarında olan Cavabdeh ASC tərəfindən Yasamal Rayon Məhkəməsinə göndərildiyi xx.xx.2025-ci il tarixli, 1-24/252-25 saylı məktubundan göründüyü kimi, yuxarıda qeyd edilən sənədlər, Azərbaycan Respublikası Mərkəzi Bankının 15 avqust 2013-cü il tarixli “Bank sistemində arxiv işinin təşkili” təlimatına əsasən saxlama müddəti keçdiyinə görə ləğv edilmişdir. Bu səbəbdən, ekspert həmin sənədlərin təqdim edilməsi üçün “əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim edilməsi barədə” vəsatətlə məhkəməyə müraciət etməmişdir. - Azərbaycan Respublikası Mərkəzi Bankının 09 aprel 2025-ci il tarixli rəyindən müəyyən olunur ki, bankda 7 əmanət müqaviləsi (3-83478-18 və 3-83478-96 nömrəli əmanət müqavilələri üzrə - 20000 manat, 3-83478-21 və 3-83478-98 nömrəli əmanət müqavilələri üzrə - 40000 manat, 3-83478-71 və 3-83478-124 nömrəli əmanət müqavilələri üzrə - 25000 manat və 3-83478-84 nömrəli əmanət müqaviləsi üzrə - 6000 manat) üzrə ümumilikdə 91000 manat məbləğdə və 2 əmanət müqaviləsi (3-83478-64 və 3-83478-117 nömrəli əmanət müqavilələri üzrə - 25000 ABŞ dolları) 25000 ABŞ dolları məbləğində əmanətləri olmuşdur. Əmanətçinin bankda olan hesablarından ümumilikdə 86431,20 manat məbləğində kredit ödənişlərinə vəsaitlər silinmişdir. Həmin rəyə əsasən 7-ci suala cavab olaraq qeyd olunmuşdur ki, 3-83478-117 nömrəli əmanət hesabına xx.xx.2014-cü il tarixdə 25000 ABŞ dolları məbləğində (17500 ABŞ dolları 3- 83478-64 nömrəli əmanət hesabından daxil olan vəsait hesabına) əmanət qoyulmuşdur. xx.xx.2015-cü il tarixdə 3-83478-117 nömrəli əmanət hesabında olan 25000 ABŞ dolları məbləğidə vəsait 3-83478-9 nömrəli cari hesaba köçürülmüş və həmin tarixdə də hesabdan nağd məxaric olunmuşdur (Bax 3-83478-117, 3-83478-64 və 3-83478-9 saylı hesablardan çıxarışlar). Məhkəmə iclasında iştirak edən mütəxəssis qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, Mərkəzi Bankın bankların fəaliyyətinə nəzarət departamentinin böyük inspektorudur. Rəyini müdafiə edir. Bildirir ki, Əmanət müqaviləsi bağlanılır və oradakı məbləğ cari hesaba keçir. Əgər əmanət girov kimi banka rəsmiləşdirilməsə, müddəti bitəndə cari hesaba düşür, bank isə cari hesabdan kredit borcunu silə bilər. Əmanət hesabına toxunula bilməz, cari hesab isə tələb olunandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli,iş görməli, xidmətlər göstərməli və i.a.vəya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 944-cu maddəsinə əsasən, 944.1. Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. 944.2. Əmanətin qoyulduğu hesab üzrə bank ilə əmanətçinin münasibətlərinə bank hesabı müqaviləsi haqqında qaydalar tətbiq olunur, bir şərtlə ki, bu Məcəllənin bu fəslinin müddəalarında ayrı hal nəzərdə tutulmasın və ya bank əmanəti müqaviləsinin mahiyyətindən ayrı hal irəli gəlməsin. Mülki Məcəllənin 945.2-ci maddəsinə əsasən, hüququ çatmayan şəxs tərəfindən və ya qanunla müəyyənləşdirilmiş qayda, yaxud qanuna uyğun qəbul edilmiş bank qaydaları pozulmaqla fiziki şəxsdən əmanət qəbul olunduqda əmanətçi əmanət məbləğinin dərhal qaytarılmasını, habelə onun üçün faizlər ödənilməsini və bundan əlavə, əmanətçiyə vurulmuş bütün zərərin əvəzinin verilməsini tələb edə bilər. Belə bir şəxs bank əmanəti müqaviləsinin şərtləri əsasında hüquqi şəxsin pul vəsaitini qəbul etdikdə, bu cür müqavilə etibarsızdır.[ Mülki Məcəllənin 948.1-ci maddəsinə əsasən, bank əmanətçiyə əmanətin məbləği üçün bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir. Müqavilədə ödənilən faizlərin miqdarı haqqında şərtlər olmadıqda bank faizləri bu Məcəllənin 449.1-ci maddəsinə uyğun müəyyənləşdirilən miqdarda ödəməlidir. Mülki Məcəllənin 949.1-ci və 949.2-ci maddələrinə əsasən, bank əmanətinin məbləğinə faizlər bu məbləğin banka daxil olduğu günün ertəsi günündən məbləğin əmanətçiyə qaytarılmasından və ya başqa əsaslarla əmanətçinin hesabından silinməsindən əvvəlki günədək hesablanır. Bu qayda bir günlük depozitlərə tətbiq edilmir. Əgər bank əmanəti müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bank əmanəti məbləğinə hesablanan faizlər əmanətçiyə hər rüb başa çatdıqdan sonra onun tələbi ilə əmanətin məbləğindən ayrılıqda ödənilir, həmin müddətdə tələb olunmamış faizlər isə üstünə faizlər hesablanan əmanətin məbləğini artırır. Əmanət qaytarıldıqda həmin anadək hesablanmış bütün faizlər ödənilir. Həmin Məcəllənin 950.4-cü maddəsinə əsasən, bank əmanətin qaytarılmasının təmin edilməsi üçün bank əmanəti müqaviləsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə, habelə əmanətin qaytarılması üçün təminat itirildikdə və ya onun şərtləri pisləşdikdə, əmanətçi bankdan əmanət məbləğini dərhal qaytarmağı, bu Məcəllənin 948.1-ci maddəsinə uyğun müəyyənləşdirilmiş miqdarda faizlər ödəməyi və vurulmuş zərərin əvəzini verməyi tələb edə bilər. Həmin Məcəllənin 963.1-ci və 963.2-ci maddələrinə əsasən, Hesabın kreditləşdirilməsi və bank xidmətlərinin haqqının ödənilməsi ilə bağlı bankın müştəriyə qarşı pul tələblərinə, habelə pul vəsaitindən istifadə üçün faizlərin ödənilməsi haqqında müştərinin banka qarşı tələblərinə əvəzləşdirmə yolu ilə xitam verilir, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı qayda nəzərdə tutulmasın. Göstərilən tələblər bank tərəfindən əvəzləşdirilir. Bank aparılmış əvəzləşdirmə haqqında müştəriyə müqavilədə nəzərdə tutulmuş qaydada və müddətlərdə, əgər tərəflər müvafiq şərtləri razılaşdırmayıblarsa, müvafiq hesabdakı pul vəsaitinin vəziyyəti haqqında müştərilərə məlumat verilməsinin bank praktikası üçün adi olan qaydada və müddətlərdə məlumat verməlidir. Həmin Məcəllənin 964.1-ci və 964.2-ci maddələrinə əsasən, hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. Müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən, 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159-cu maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 "xxxx" ASC-də 3-83478- 18 nömrəli, 3-83478-21 nömrəli, 3-83478-64 nömrəli, 3-83478-71 nömrəli, 3-83478-84 nömrəli, 3-83478-96 nömrəli, 3-83478-98 nömrəli, 3- 83478-117 nömrəli və 3- 83478- 124 nömrəli əmanət hesabları mövcud olmuşdur. Sözügedən əmanət hesablarına 91000 manat və 25 ABŞ dolları məbləğində əmanətlər qoyulmuşdur. Mərkəzi bankın və Ekspertiza Mərkəzinin müvafiq rəyləri ilə müəyyən edilmişdir ki, cəmi 91000 manat məbləğində əmanət 24 may 2013-cü il tarixli kredit müqaviləsinə silinmişdir. Müvafiq məhkəmə qətnaməsi ilə sözügedən kredit müqaviləsi etibarsız hesab edilmişdir. 25000 ABŞ dolları məbləğində əmanəti isə xx.xx.2015-ci ildə məxaric edilmişdir. X1 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. İddiaçı və X7 mərhumun birinci növbə qanun üzrə vərəsələridir. Vərəsə miras əmlakın daxil olduğu hüquqların yarısına qanuni vərəsəlik əsasında iddia edə bilər. Məhkəmə müəyyən etmişdir ki, mərhumun digər vərəsəsi olduğundan iddiaçı miras əmlakın yalnız ½ (yarısı) qədərinə iddia edə bilər. Bu baxımdan 91.000 manatlıq (6000 + 17000 + 3000 + 25000 + 40000) əmanət məbləğinin ½ hissəsi – 45.500 manat, həmçinin həmin əmanətlərə hesablanan faizlərin ½ hissəsi İddiaçı qanun üzrə vərəsə kimi miras payına daxildir. Məhkəmə, iddia tələbini əmanət müqavilələri üzrə əmanət məbləğlərinin faizləri ilə birlikdə geri qaytarılması hissəsində cavabdehin də qismən etirafını nəzərə alaraq, qismən əsaslı hesab edərək, qeyd edir ki, xx.xx.2013-cü il tarixdə qoyulmuş 6000 (altı min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 6000 (altı min) manat əmanət məbləğinin üzərinə illik 12 faiz hesablanmaqla; xx.xx.2013-cü il tarixdə qoyulmuş 17000 (on yeddi min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 17000 (on yeddi min) manat əmanət məbləğinin üzərinə illik 13,2 faiz hesablanmaqla; xx.xx.2014-cü il tarixdə qoyulmuş 3000 (üç min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 3000 (üç min) manat əmanət məbləğinin üzərinə illik 13,2 faiz hesablanmaqla; xx.xx.2014-cü il tarixdə qoyulmuş 25000 (iyirmi beş min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 25000 (iyirmi beş min) manat əmanət məbləğinin üzərinə illik 12 faiz hesablanmaqla; xx.xx.2013-cü il tarixdə qoyulmuş 40.000 (qırx min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 40.000 (qırx min) manat əmanət məbləğinin üzərinə illik 13.2 faiz hesablanmaqla, həmin əmanətlər və faizlər üzərində ½ hissəyə İddiaçı qanun üzrə vərəsə qismində miras payı müəyyən edilməli, - xx.xx.2013-cü il tarixdə qoyulmuş 6000 (altı min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 6000 (altı min) manat məbləğində əmanətin üzərinə illik 12 faiz hesablanmaqla; - xx.xx.2013-cü il tarixdə qoyulmuş 17000 (on yeddi min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 17000 (on yeddi min) manat məbləğində əmanətin üzərinə illik 13,2 faiz hesablanmaqla; - xx.xx.2014-cü il tarixdə qoyulmuş 3000 (üç min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 3000 (üç min) manat məbləğində əmanətin üzərinə illik 13,2 faiz hesablanmaqla;- xx.xx.2014-cü il tarixdə qoyulmuş 25000 (iyirmi beş min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 25000 (iyirmi beş min) manat məbləğində əmanətin üzərinə illik 12 faiz hesablanmaqla;- xx.xx.2013cü il tarixdə qoyulmuş 40.000 (qırx min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 40.000 (qırx min) manat məbləğində əmanətin üzərinə illik 13.2 faiz hesablanmaqla, cəmi 91000 manat pulun yarısı 45500 manat məbləğində pul və həmin əmanətlərin faiz dərəcələri üzrə hesablama aparılmaqla həmin faizlərin ½ hissəsi məbləğində pul Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, 25000 ABŞ dolları əmanət məbləği üzərində ½ hissədə miras payın müəyyən edilərək, məbləğin geri qaytarılması hissəsində əsaslı hesab etmir. Belə ki, hesabdan çıxarışdan da görünür ki, həmin məbləğ kredit məbləğinə silinməmiş, mərhumun sağlığında xx.xx.2015-ci ildə məxaric edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iddia tələbinin xx.xx.2013-cü il tarixli, 3-D5-12-0-250-13 saylı kredit müqaviləsi üzrə artıq ödənilmiş 13.704,83 (on üç min yeddi yüz dörd manat səksən üç qəpik) manat və həmin pulun ödənilməsinin gecikdirilməsinə görə xx.xx.2015-ci il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək illik 5 (beş) faiz hesablanmaqla 6.852,42 (altı min səkkiz yüzəlli iki manat qırx iki qəpik) manat gecikmə faizinin Cavabdeh ASCdən İddiaçı xeyrinə tutulması hissəsində iddianı qismən əsaslı hesab edir. Belə ki, əvvəlki məhkəmə mübahisəsi zamanı əldə edilmiş ekpert rəyi ilə müəyyən edilmişdir ki, 24 may 2013-cü il tarixli, 3-D5-12-0-250-13 nömrəli kredit müqaviləsində qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən X4 xx.xx.2022-ci il tarixə 13704,83 manat məbləğində artıq ödənişi mövcuddur. Sözügedən kredit müqaviləsi etibarsız hesab edildiyindən 13.704,83 (on üç min yeddi yüz dörd manat səksən üç qəpik) manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia əsaslıdır və təmin edilməlidir. İddiaçı tərəfindən artıq ödənildiyi sübut olunan 13704,83 manatın cavabdehdən tutulması Mülki Məcəllənin 1096-cı maddəsinə tam uyğundur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmə, 13.704,83 (on üç min yeddi yüz dörd manat səksən üç qəpik) manat məbləğində pulun gecikdirilməsinə görə illik 5 (beş) faiz hesablanmaqla 6.852,42 (altı min səkkiz yüzəlli iki manat qırx iki qəpik) manat gecikmə faizinin Cavabdeh ASC-dən İddiaçı xeyrinə tutulması hissəsində iddianı əsaslı hesab etmir. Belə ki, həmin məbləğin tutulması ilə bağlı iddia verilməmiş və hər hansı qüvvəyə minmiş qətnamə mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli qərarında göstərilir ki, öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz.Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin.Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)- 3183/2019 saylı qətnaməsi əsasında ödənilməli olan 167.836,98 (yüz altmış yeddi min səkkiz yüz otuz altı dollar doxsan səkkiz sent) ABŞ dolları pulun 51.072,98 (əlli bir min yetmiş iki dollar doxsan səkkiz sent) ABŞ dolları hissəsinin ödənilməsinin gecikdirilməsinə görə illik 5 (beş) faiz hesablanmaqla 4.408,96 (dörd min dörd yüz səkkiz dollar doxsan altı sent) ABŞ dolları pul tələbinə dair hissədə məhkəmə iddianı əsaslı hesab edir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3183/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə cavabdeh bank ödənişlərin bir hissəsini gecikdirmə ilə icra etmişdir. Məhkəmə soröusuna əsasən təqdim edilmiş icra işi materiallarından görünür ki, Cavabdeh ASC ödənilməli olan 167.836,98 ABŞ dolları məbləğində borcdan 116.764 ABŞ dolları xx.xx.2022-ci il tarixdə ödəilmiş, qalan məbləğin ödənilməsini gecikdirmişdir. Qalan məbləğin 32.725 ABŞ dolları 2024-cü ilin iyul ayında, 18.347,98 ABŞ dolları isə 2024-cü ilin sentyabr ayında tələbkara ödənilmişdir. Bu səbəbdən, 32.725 ABŞ dolları pulun ödənilməsinin gecikdirilməsinə görə xx.xx.2022-ci tarixdən 2024-cü ilin iyul ayına qədər illik 5 faiz hesablanmaqla 2.727,08 ABŞ dolları, 18.347,98 ABŞ dolları pulun ödənilməsinin gecikdirilməsinə görə isə xx.xx.2022-ci tarixdən 2024-cü ilin sentyabr ayına qədər illik 5 faiz hesablanmaqla 1.681,88 ABŞ dolları olmaqla, ümumilikdə 4.408,96 ABŞ dolları məbləğində pul ödənişin icar ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutulmalıdır. Məhkəmə, bu hissədə cavabdehin etirazı ilə razılaşmayaraq qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3183/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə 15 aprel 202-ci il tarixdə icraata başlanılmış və könüllü icra üçün 10 günlük müddət müəyyən edilmişdir. İcra icraatı zamanı qətnaməyə izahın verilməsi, eləcə də faizlərin ödənilməsi hissəsində ekspertiza təyin edilməsi, icra məmuru tərəfindən icraata xitam verilməsi və həmin qərarın ləğv edilərək icra sənədinin yenidən icraya yönəldilməsi qüvvəyə minmiş məhkəmə qərarının vaxtında icra edilməməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Bu hesablama əsasında iddiaçının gecikmə faizləri üzrə 4408,96 ABŞ dolları tələbi əsaslıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, xx.xx.2013cü il tarixdə qoyulmuş 6000 (altı min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 6000 (altı min) manat əmanət məbləğinin üzərinə illik 12 faiz hesablanmaqla; xx.xx.2013-cü il tarixdə qoyulmuş 17000 (on yeddi min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 17000 (on yeddi min) manat əmanət məbləğinin üzərinə illik 13,2 faiz hesablanmaqla; xx.xx.2014-cü il tarixdə qoyulmuş 3000 (üç min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 3000 (üç min) manat əmanət məbləğinin üzərinə illik 13,2 faiz hesablanmaqla; xx.xx.2014-cü il tarixdə qoyulmuş 25000 (iyirmi beş min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 25000 (iyirmi beş min) manat əmanət məbləğinin üzərinə illik 12 faiz hesablanmaqla; xx.xx.2013-cü il tarixdə qoyulmuş 40.000 (qırx min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 40.000 (qırx min) manat əmanət məbləğinin üzərinə illik 13.2 faiz hesablanmaqla, həmin əmanətlər və faizlər üzərində ½ hissəyə İddiaçı qanun üzrə vərəsə kimi miras pay hüququ tanınmalı, xx.xx.2013-cü il tarixdə qoyulmuş 6000 (altı min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 6000 (altı min) manat məbləğində əmanətin üzərinə illik 12 faiz hesablanmaqla; xx.xx.2013-cü il tarixdə qoyulmuş 17000 (on yeddi min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 17000 (on yeddi min) manat məbləğində əmanətin üzərinə illik 13,2 faiz hesablanmaqla; xx.xx.2014-cü il tarixdə qoyulmuş 3000 (üç min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 3000 (üç min) manat məbləğində əmanətin üzərinə illik 13,2 faiz hesablanmaqla; xx.xx.2014-cü il tarixdə qoyulmuş 25000 (iyirmi beş min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 25000 (iyirmi beş min) manat məbləğində əmanətin üzərinə illik 12 faiz hesablanmaqla; xx.xx.2013-cü il tarixdə qoyulmuş 40.000 (qırx min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 40.000 (qırx min) manat məbləğində əmanətin üzərinə illik 13.2 faiz hesablanmaqla, cəmi 91000 manat pulun yarısı 45500 manat məbləğində pul və həmin əmanətlərin faiz dərəcələri üzrə hesablama aparılmaqla həmin faizlərin ½ hissəsi məbləğində pul Cavabdeh ASCdən tutularaq İddiaçı ödənilməli, Cavabdeh ASC-dən xx.xx.2013-cü il tarixli, 3-D5-12-0- 250-13 saylı kredit müqaviləsi üzrə artıq ödənilmiş 13704,83 (on üç min yeddi yüz dörd manat səksən üç qəpik) manatməbləğində pul tutularaq İddiaçı ödənilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-3183/2019 saylı qətnaməsi əsasında ödənilməli olan 51072,98 (əlli bir min yetmiş iki dollar doxsan səkkiz sent) ABŞ dolları hissəsinin ödənilməsinin gecikdirilməsinə görə illik 5 (beş) faiz hesablanmaqla 4408,96 (dörd min dörd yüz səkkiz dollar doxsan altı sent) ABŞ dolları məbləğində pul (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilməli, iddia ərizəsi qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, ödənilmiş dövlət rüsumunun əvəzi olan 434 (dörd yüz otuz dörd) manatın 408 (dörd yüz səkkiz) manat hissəsi Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 50 (əlli) manat cavabdeh "xxxx" ASCdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X9, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2013-cü il tarixdə qoyulmuş 6000 (altı min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 6000 (altı min) manat əmanət məbləğinin üzərinə illik 12 faiz hesablanmaqla; xx.xx.2013-cü il tarixdə qoyulmuş 17000 (on yeddi min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 17000 (on yeddi min) manat əmanət məbləğinin üzərinə illik 13,2 faiz hesablanmaqla; xx.xx.2014-cü il tarixdə qoyulmuş 3000 (üç min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 3000 (üç min) manat əmanət məbləğinin üzərinə illik 13,2 faiz hesablanmaqla; xx.xx.2014-cü il tarixdə qoyulmuş 25000 (iyirmi beş min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 25000 (iyirmi beş min) manat əmanət məbləğinin üzərinə illik 12 faiz hesablanmaqla; xx.xx.2013-cü il tarixdə qoyulmuş 40.000 (qırx min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 40.000 (qırx min) manat əmanət məbləğinin üzərinə illik 13.2 faiz hesablanmaqla, həmin əmanətlər və faizlər üzərində ½ hissəyə İddiaçı qanun üzrə vərəsə kimi miras pay hüququ tanınsın. - xx.xx.2013-cü il tarixdə qoyulmuş 6000 (altı min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 6000 (altı min) manat məbləğində əmanətin üzərinə illik 12 faiz hesablanmaqla; - xx.xx.2013-cü il tarixdə qoyulmuş 17000 (on yeddi min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 17000 (on yeddi min) manat məbləğində əmanətin üzərinə illik 13,2 faiz hesablanmaqla; - xx.xx.2014-cü il tarixdə qoyulmuş 3000 (üç min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 3000 (üç min) manat məbləğində əmanətin üzərinə illik 13,2 faiz hesablanmaqla; - xx.xx.2014-cü il tarixdə qoyulmuş 25000 (iyirmi beş min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 25000 (iyirmi beş min) manat məbləğində əmanətin üzərinə illik 12 faiz hesablanmaqla; - xx.xx.2013-cü il tarixdə qoyulmuş 40.000 (qırx min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 40.000 (qırx min) manat məbləğində əmanətin üzərinə illik 13.2 faiz hesablanmaqla, cəmi 91000 manat pulun yarısı 45500 manat məbləğində pul və həmin əmanətlərin faiz dərəcələri üzrə hesablama aparılmaqla həmin faizlərin ½ hissəsi məbləğində pul Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilsin. Cavabdeh ASC-dən xx.xx.2013-cü il tarixli, 3-D5-12-0-250-13 saylı kredit müqaviləsi üzrə artıq ödənilmiş 13704,83 (on üç min yeddi yüz dörd manat səksən üç qəpik) manatməbləğində pul tutularaq İddiaçı ödənilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-3183/2019 saylı qətnaməsi əsasında ödənilməli olan 51072,98 (əlli bir min yetmiş iki dollar doxsan səkkiz sent) ABŞ dolları hissəsinin ödənilməsinin gecikdirilməsinə görə illik 5 (beş) faiz hesablanmaqla 4408,96 (dörd min dörd yüz səkkiz dollar doxsan altı sent) ABŞ dolları məbləğində pul (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla)Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 434 (dörd yüz otuz dörd) manatın 408 (dörd yüz səkkiz) manat hissəsi Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilsin, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 50 (əlli) manat cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X9, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar