Məhkəmə qərarları › İş №2(102)-3439/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3439/2025

25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Ban
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3439/2025 25.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmanət müqaviləsi üzrə pulun ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 6 avqust 2025-ci il tarixli 2(103)-4144/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 25 noyabr 2025-ci il Ali Məhkəməni n inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. "xxxx" ASC ilə İddiaçı arasında bağlanan xx.xx.2014-cü il tarixli, ********* nömrəli bank əmanəti müqaviləsinə (“Göy Əmanət”) əsasən, Bank əmanətçidən və ya əmanətçi üçün daxil olmuş pul məbləğini qəbul etməyi və əmanət məbləğini müqavilə ilə müəyyən olunmuş qaydada əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür (bənd 1.1). Əmanət xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək 18 ay müddətinə qəbul edilir (bənd 1.4). Bu müqavilə üzrə bank tərəfindən qəbul edilən məbləğ 15000 ABŞ dolları təşkil edir (bənd 1.5). Bank əmanət üzrə əmanətçiyə əmanətin saxlanma müddətindən asılı olaraq müddətin sonunda illik 9 faiz ödəyir (bənd 1.6, 1.6.1).

2. Bakı Apellyasiya Məhkəməsi nin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(103)-3194/17 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış, yəni sığorta hadisəsi baş vermişdir. X4 Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir.

3. İddiaçı tərəfindən Əmanətlərin Sığortalanması Fonduna ünvanlanan xx.xx.2025-ci il tarixli pretenziya məktubuna görə xx.xx.2014-cü il tarixdə İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış bank əmanəti müqaviləsi üzrə qalmış 12177 ABŞ dolların 3 gün müddətində ödənilməsi xahiş edilmiş, əks halda tərəfindən məhkəməyə müraciət ediləcəyi barədə qabaqcadan xəbərdarlıq edilmişdir.

4. Ləğv prosesində olan "xxxx" ASC tərəfindən verilən 18 yanvar 2018-ci il tarixli, 0138 nömrəli kreditor tələblərinin qeydiyyatı barədə qəbzdən görünür ki, kreditor İddiaçı Ləğv prosesində olan "xxxx" ASC qarşısında 15287 ABŞ dolları məbləğində kreditor tələbi qeydə alınmışdır.

5. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna İddiaçı tərəfindən ünvanlanan xx.xx.2020 və xx.xx.2021-ci il tarixli ərizələrdə qeyd olunmuşdur ki, İddiaçı "xxxx" ASC-də ona məxsus qorunmayan əmanət məbləğinin 2 və 3-cü tranş üzrə ödəniləcək hissəsinin əlavədə qeyd edilən rekvizitlərə köçürülməsi üçün göstəriş verilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12177 ABŞ dolların, faizi 2025 ABŞ dolların və hazırkı iddia tələbi üçün ödənilən 163 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

7. İddiaçı iddia tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırmışdır ki, o, Bankın ləğvedicisi cavabdeh Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək Bankda olan əmanətlərinin və ona hesablanmış faizlərin geri qaytarılmasını tələb etsə də, cavabdeh bundan boyun qaçırmışdır. Onun 2014-cü il tarixdə Banka qoyduğu əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. Belə ki, hazırkı iş üzrə İddiaçı banka qoyduğu əmanət müqavilə üzrə sadalanan qorunmayan əmanətlər sırasına daxil olmadığından, iddiaçının əmanəti qorunan əmanət hesab edilir.

8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə q ətnamə çıxarılmasını xahiş etmiş, əlavə suala cavab olaraq isə müqavilənin 9 faiz dərəcəsi ilə bağlandığını, sonradan eyni şərtlərlə uzadıldığını bildirmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının da qeyd etdiyi kimi, müqavilə illik 9 faiz dərəcəsi ilə müəyyənləşdirilmiş və qoyulan məbləğ ABŞ dolları ilə olmuş, eyni şərtlərlə də uzadılmışdır. Müqavilə uzadıldıqdan sonra da illik 9 faiz dərəcəsi şərti olmuşdur. İddiaçı tərəfindən iş materiallarına Ali Məhkəmənin bir qərarı yerləşdirilmişdir ki, qarşı tərəf bu iş üzrə həmin qərarın analogiya olduğunu düşünür. Lakin həmin işdə vəziyyət tamamilə fərqlidir. Hal-hazırkı işdə illik 9 faiz dərəcəsi müəyyənləşdirilmişdir və bank müflis olana qədər də 9 faiz dərəcəsi olmuşdur. “Əmanətlərin Sığortalanması haqqında” Qanunda qorunan əmanət anlayışındakı ilk şərtlərdən biri müəyyən edilən faiz dərəcəsidir ki, həmin dövrdə faiz dərəcəsi dollara münasibətdə 3 faiz olmuşdur. Bu səbəbdən sözügedən əmanət qorunan əmanət hesab olunmur. Fond tərəfindən yalnız qorunan əmanətlər kompensasiya edilir. Digər tələblər isə banka qarşı kreditor tələblər kimi qeydə alınır. Artıq iddiaçıya vəsaitlər də ödənilmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(006)-2474/2025 nömrəli iş üzrə 13 may 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia rədd edilmişdir.

11. Məhkəmə müəyyən etmişdir ki, işi n araşdırılan hallarından göründüyü kimi İddiaçı ilə "xxxx" ASC arasında bank əmanəti müqaviləsi bağlanan zaman tərəflər əmanətin 9 faiz-lə qoyulması barədə razılığa gəlmişlər. Araşdırma zamanı müəyyən edilmişdir ki, Banka əmanət olaraq qoyulan məbləğ ABŞ dolları ilə olmuş, sonradan müqavilə eyni şərtlərlə də (9 faiz olmaqla) uzadılmışdır, yəni müqavilə uzadıldıqdan sonra da illik 9 faiz dərəcəsi şərti olmuşdur. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, müqavilə ikitərəfli qaydada imzalandıqdan (qüvvəyə mindikdən) sonra hər hansı əlavə və dəyişikliklərə ehtiyac yaranardısa, bu, qarşılıqlı razılıq əsasında və yazılı qaydada həyata keçirilməli idi (xx.xx.2014-cü il tarixli X3 8.3-cü maddəsi). Mülki iş üzrə aparılan icraat zamanı isə müqaviləyə əlavə və dəyişikliklərin edilməsi, o cümlədən müva fiq illik faiz dərəcəsinin yuxarı həddinin tərəflərin razılığına əsasən dəyişdirilməsi barədə məhkəməyə sənəd təqdim edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 21(103)-3194/17 nömrəli qərarı ilə "xxxx" ASC-nin iflas proseduruna başlanılmış, bununla da sığorta hadisəsi baş vermişdir.

12. Məhkəmə qeyd etmişdir ki, sığorta hadisəsi baş verdiyi zaman X2 2016-cı il 2 mart tarixli qərarı qüvvədə olmuş və həmin qərara əsasən qorunan əmanətlər üzrə xarici valyutada illik faiz dərəcəsinin yuxarı həddi 3 faiz müəyyən edildikdən sonra belə İddiaçı ilə LPO "xxxx" ASC arasında xx.xx.2014-cü il tarixli müqaviləyə əlavə və ya dəyişiklik edilməsinə dair razılaşma olmamışdır. Buna görə də iddia tələbi əmanətin ödənilməsi hissəsində əsassızdır və rədd edilməlidir.

13. Məhkəmə iddi a tələbinin bank faizinin cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlamış xx.xx.2014-cü il tarixli bank Əmanəti Müqaviləsi üzrə banka verilmiş 15000 ABŞ dolları məbləğində əmanət qorunan əmanət hesab edilmədiyindən və buna görə kompensasiya cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilməli olmadığından həmin əmanət məbləğinə müvafiq olaraq yaranmış faiz məbləğinin də cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tələb edilməsi əsassızdır və rədd edilməsi məqsədəmüvafiqdir.

14. Birinci instansiya məhkəməsi öz mövqeyini “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.1, 2.1.2, 2.1.2.6, 2.1.9, 2.1.10, 2.1.11 və 8.1.20-ci maddələrinə, “Əmanətlə rin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 3, 4.1 və 5-ci maddələrinə, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 sentyabr 2018-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 390.1, 390.2, 405.1, 421.1, 423.1 və 944.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1 və 950.1-ci maddələrinin tələblərinə, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanuna, “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa və “Banklar haqqında” AR Qanununa istinadən onunla əsaslandırılmışdır ki, məlum olduğu kimi, xx.xx.2017-ci il tarixində AR Maliyyə Bazarlarına Nəzarət X1 qərarı ilə "xxxx" ASC-nin lisenziyası ləğv edilmişdir. Həmin qərara əsasən "xxxx" ASC Əmanətlərin Sığortalanması Fonduna üzv bank olduğundan əhalinin bu bankda qorunan əmanətlərin Fond tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4144/2025 nömrəli, 6 avqust 2025 -ci il tarixli qətnaməsi ilə (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və F.Ş.Talışınski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya məhkəməsi şikayətin “əmanətin ödənilməsi” dəlilinə münasibətdə hesab etmişdir ki, xx.xx.2014-cü il tarixli X3 8.3-cü maddəsindən göründüyü kimi, müqavilə ikitərəfli qaydada imzalandıqdan (qüvvəyə mindikdən) sonra hər hansı əlavə və dəyişikliklərə ehtiyac yaranardısa, bu, qarşılıqlı razılıq əsasında və yazılı qaydada həyata keçirilməli idi. Birinci instansiya və apellyasiya icraatı zamanı müqaviləyə əlavə və dəyişikliklərin edilməsi, o cümlədən müvafiq illik faiz dərəcəsinin yuxarı həddinin tərəflərin razılığına əsasən dəyişdirilməsi barədə məhkəməyə sənəd təqdim edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(103)-3194/17 nömrəli qərarı ilə "xxxx" ASC-nin iflas proseduruna başlanılmış, bununla da sığorta hadisəsi baş vermişdir. Sığorta hadisəsi baş verdiyi zaman X2 2016-cı il 02 mart tarixli qərarı qüvvədə olmuş və həmin qərara əsasən qorunan əmanətlər üzrə xarici valyutada illik faiz dərəcəsinin yuxarı həddi 3 faiz müəyyən edildikdən sonra belə İddiaçı ilə LPO "xxxx" ASC arasında xx.xx.2014-cü il tarixli müqaviləyə əlavə və ya dəyişiklik edilməsinə dair razılaşma olmamışdır.

19. Məhkəmə tələbin “bank faizinin cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə hesab etmişdir ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlamış xx.xx.2014-cü il tarixli bank Əmanəti Müqaviləsi üzrə banka verilmiş 15.000 ABŞ dolları məbləğində əmanət qorunan əmanət hesab edilmədiyindən və buna görə kompensasiya cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilməli olmadığından həmin əmanət məbləğinə müvafiq olaraq yaranmış faiz məbləğinin də cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tələb edilməsi əsassızdır. Belə ki, qorunan əmanətlərə münasibətdə Əmanətlərin Sığortalanması Fondu məsuliyyət daşıya bildiyi halda, qorunmayan əmanətlər bankın bilavasitə bank fəaliyyəti ilə bağlı öhdəlikləri hesab olunur.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 405.1, 944.1, “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2, 2.1.9, 2.1.10, 2.1.11, 8.1.20-ci maddələrinə, “Əmanətlərin tam sığortalanması haqqında” Azərbay can Respublikası Qanununun 3, 4.1, 5-ci bəndlərinə, həmçinin “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 sentyabr 2018-ci il tarixli Qərarına istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1 və 950.1-ci maddələrinin tələblərinə, “Əmanətlərin sığo rtalanması haqqında” Azərbaycan Respublikası Qanuna, “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa istinadən onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması ilə nəticələnmiş qətnamə qəbul etmiş, həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olmuşdur ki, bu da qətnamənin ləğv edilməsi üçün əsasdır. b)

23. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 389.1 mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

25. Maddə 405.1 tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

26. Maddə 944.1. Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunu

27. Maddə 2.1.2. qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – Fond) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir.

28. Aşağıdakı əmanətlər qorunan əmanətlərə aid edilmir: 2.1.2.6. cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər. 2.1.9 sığorta hadisəsi – iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq ə manətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən təsdiq edilməsidir. 2.1.10 sığorta hadisəsinin baş verdiyi gün – bu qanuna müvafiq olaraq Mərkəzi Bank tərəfindən Fonda göndərilən bildirişdə sığorta hadisəsinin baş verməsi günü kimi qeyd olunan tarixdir. 2.1.11 kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir.

29. Maddə 8.1.20. qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. “Əmanətlərin t am sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunu 30. 3-cü maddəsinə görə bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 2021-ci il 5 aprel tarixinədək tam sığortalanır. 31. 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dər əcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. 32. 5-ci maddəsinə görə Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. Bu Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş müddət bitdikdən sonra tam sığortalanmış əmanətlər üzrə kompensasiyaların həcmi “Əmanətlərin sığortalanması haqqında ” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları d üzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

42. İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apell yasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

43. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəld iyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

44. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq nor maları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4144/2025 nömrəli iş üzrə 6 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar