Məhkəmə qərarları › İş №2(004)-105/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-105/2022

13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-105/2022 13.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili Nümayəndə, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “mənzilin təmirinə çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi, həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “vurulmuş ziyanın əvəzinin tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “mənzilin təmirinə çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında olan yaşayış binasındakı 1-ci giriş, 6-cı mərtəbədə yerləşən 2 otaqlı, 64 saylı mənzilinin təmir işlərinə onun tərəfindən xərclənmiş 47.000 manatın Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddia tələbi onunla əsaslandırılmışdır ki, o, “ünvan 2 ünvanında olan yaşayış binasındakı 1-ci giriş, 6-cı mərtəbədə yerləşən 2 otaqlı, 64 saylı mənzili 2017-ci ilin yanvar ayının 25-də Ruhin Əsgərovdan almışdır. Həmin mənzilə BŞİH MKTİ tərəfindən 01 saylı protokol xx.xx.2017-ci il tarixdə protokoldan çıxarış və tam ödəniş etməyi barədə həmin tarixli maliyyə arayışı təqdim etmişdir. "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2017-ci il tarixli 01 nömrəli iclas protokulundan, protokoldan çıxarışdan və həmin tarixli mailiyə arayışından görünür ki, ünvan 3 nömrəli evin 64-cü mənzili İddiaçı satılmışdır. Həmin sənədlər Emil Məhərrəmov tərəfindən imzalanmış və Kooperativin möhürü ilə təsdiqlənmişdir. Sənədləşmə aparıldıqdan sonra mənzilin bütün kommunal xidmətlərini və telefon nömrəsini öz adına sənədləşdirmiş və həmin mənzili təmir etdirmiş, təmirə 47.000 manat məbləğində pul xərcləmişdir. Tərəflərindən mənzil almaq məqsədi ilə Bakı şəhərində yerəşən ev alqı-satqı ofislərinə məlumat verilmiş, həmçinin internet saytlarında mənzil axtarmağa başlamışlar. ünvan 3 ünvanında olan hündür mərtəbəli yaşayış binasında 2 otaqlı mənzilin satılmasını bilmişlər. Ona görə 2017-ci il yanvar ayının sonlarında həmin mənzilə baxmağa getmiş və mənzilin sahibi X7 ilə tanış olmuşlar. X7 mənzilin ona məxsus olduğunu və təcili satmaq istədiyini bildirmişdir. Onlar 64 nömrəli mənzilə baxdıqdan sonra mənzili bəyəndiklərinə görə X2 96.000 manata almağa razılaşmışlar. Ruhin Əsgərov mənzilin alqı-satqısı aparıldıqdan sonra ona 7.000 manat əlavə verməklərini tələb etmiş və onunla razılaşaraq xx.xx.2017-ci il tarixdə onlar birlikdə Emil Məhərrəmovun yanına getmişlər. Emil Məhərrəmov ona onun adına xx.xx.2017-ci il tarixli 01 saylı protokol, protokoldan çıxarış və tam ödəniş etməyi barədə həmin tarixli maliyyə arayışı təqdim etmişdir. Həmin sənədlər Emil Məhərrəmov tərəfindən imzalanmış və Kooperativin möhürü ilə təsdiqlənmişdir. O, “ünvan 2 ünvanında olan yaşayış binasındakı 1-ci giriş, 6-cı mərtəbədə yerləşən 2 otaqlı 64 saylı mənzili 2017-ci ilin yanvar ayının 25-də Ruhin Əsgərovdan almış, 47.000 manat pul vəsaiti xərcləyərək təmir etdirmiş və bir müddət sonra məlum olmuşdur ki, həmin mənzil Cavabdeh məxsus olmuşdur. Bundan sonra iddiaçı Cavabdehlər İddiaçı, X6 və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MK tərəfindən İddiaçı adına verilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışının, "xxxx" MK-nın üzvlərinin ümumi yığıncağının xx.xx.2017-ci il tarixli 02 saylı Protokolunun, X1 üzv qəbul edilməsi və ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 84.7 kv.m olan 2 otaqlı 64 saylı mənzilinin onun adına keçirilməsi barədə "xxxx" MK-nın xx.xx.2015-ci il tarixli 09 saylı protokolunun və maliyyə arayışının etibarsız hesab edilməsi, X5 ailə üzvləri ilə birlikdə həmin mənzildən məcburi çıxarılması və mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli 2(004)- 279/2019 saylı qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli qətnamə ləğv edilərək iddia tələbləri təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 iyun 2020-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 05 noyabr 2019cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 avqust 2020-ci il tarixli 2(103)-6053/2020 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-279/2019 saylı iş üzrə 02 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə həmin iş üzrə yeni qətnamə çıxarılmış, Cavabdeh İddiaçı, X6 və X4 qarşı “əqdin etibarsız hesab edilməsi, mənzilin boşaldılaraq ona təhvil verilməsi" tələblərinə dair iddiası təmin olunmuş, "xxxx" MK tərəfindən İddiaçı adına verilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışı, "xxxx" MK-nın üzvlərinin ümumi yığıncağının xx.xx.2017-ci il tarixli 02 saylı Protokolu, X1 üzv qəbul edilməsi və ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 84,7 kv.m olan 2 otaqlı 64 saylı mənzilin onun adına keçirilməsi barədə "xxxx" MK-nın xx.xx.2015-ci il tarixli 09 saylı protokolu və maliyyə arayışı etibarsız hesab edilməsi, X5 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, İ. Qutqaşınlı küçəsi 4 nömrəli evin 64 saylı mənzilindən çıxarılması və mənzilin Cavabdeh təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 may 2020-ci il tarixli 2(102)-2921/2021 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 27 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin həqiqi halı kimi əvvəla o, vicdanlı alıcı və mənzilin mülkiyyətçisidir. Yəni lazımi qaydada evi satıcıdan almışdır. Sənədlərinin rəsmiləşdirilməsi üçün bütün tədbirləri görmüşdür. Mübahisəli mənzildə tərəfindən edilən yaxşılaşdırma (təmir işləri) mənzillə birlikdə gələcəkdə Cavabdeh sahibliyi və istifadəsinə keçdiyi təqdirdə və həmin yaxşılaşdırmanı mənzildən ayırmaq mümkün olmadığı üçün hesab edir ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “vurulmuş ziyanın əvəzinin tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı iddiasının rədd olunması, eyni zamanda İddiaçı tərəfindən ona vurulmuş 119.000 manat ziyanın əvəzinin ondan tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı irəli sürdüyü hazırki iddianı AR Mülki Məcəlləsinin 157, 452, 1091 və 1092-ci maddələrinə istinad etməklə əsaslandırmağa çalışır və iddia edir ki, o, onun hesabına əsassız olaraq varlanmışdır. Buna görə də, o guya mənzilə qoyduğu təmir xərcini əmlakının dəyəri kimi onun qanunsuz sahibliyindən geri tələb edir. İddiaçı bu iddiaları heç bir qanuni əsaslara söykənmir. Əksinə o 4 ildən artıqdır ki, İddiaçı təqsiri üzündən öz mənzilindən istifadə etmək hüququndan məhrum olmuş, külli miqdarda maddi itkilərə məruz qalmış və öz hüquqlarının məhkəmə qaydasında müdafiəsi üçün bütün bu müddət ərzində məhkəmə çəkişmələrinə cəlb olunmuşdur. İddiaçı onun mənzilinə qanunsuz və əsassız olaraq sahib olduğunu bildiyi və ya bilməli olduğu halda, onun tələbinə əməl edib, mənzili boşaldıb ona vermək əvəzinə, orada yaşamağa davam etmiş, ona qarşı uzun-uzadı məhkəmə çəkişmələrini rəvac görmüşdür. Nəticədə o öz mənzilində yaşamaq və ya mənzili kirayəyə verməklə gəlir əldə etmək imkanından 4 il məhrum olmuşdur. Eyni zamanda bu dövr ərzində başqa yerdə mənzil kirayələmək məcburiyyətində qalaraq, hər ay 300 manat ziyan çəkmişdir. 4 ildən artıq (50 ay) müddət ərzində kirayə mənzillərə 15.000 manat məbləğində kirayə haqqı ödəmişdir. Bütün bu çəkdiyi ziyan məhz hazırki qarşılıqlı iddia tələbi üzrə cavabdeh kimi gördüyü İddiaçı təqsiri üzündən baş vermişdir. İddiaçı iddia edir ki, güya o onun mənzilində əsaslı təmir işləri görmüş və bu yolda 47.000 manat vəsait xərcləmişdir. Lakin bu 47000 manatın haradan əmələ gəldiyini izah etməmişdir. İddiaçı unudur ki, tələbləri üzrə cavabdeh o deyil, ona qarşı cinayət törətməklə onun mənzilini ona satmış və törətdiyi bu cinayət əməlinə görə məhkum olunmuş "xxxx" MTK-nın rəhbərliyidir və iddiasını da onlara qarşı irəli sürməli idi. O isə nədənsə iddiasını ona qarşı yönəltmişdir. Müvafiq mübahisə ilə bağlı baxılan ********* saylı cinayət işi üzrə ittiham aktının 62-ci səhifəsində yerləşən ifadəsində İddiaçı onun mənzilində 37.000 manat dəyərində təmir işləri apardığını iddia edərək, iddiasını "xxxx" MTK-nin rəhbərliyinə qarşı irəli sürdüyü halda, indi həmin təmir işinin dəyərini 47.000 manat kimi dəyərləndirirək, ondan tələb edir. Halbuki, o, həqiqətən də əgər onun mənzilində təmir işləri aparmaqla ziyana düşmüşdürsə bu ziyanı onu aldatmış, dələduzluq yolu ilə vəsaitini ələ keçirmiş təqsirkar, cinayətkar şəxslərdən tələb etməldir, ondan yox. O bu cinayət hadisəsi ilə əslində hamıdan çox zərər çəkmişdir. Bu zərər ona bilavasitə kooperativ rəhbərləri tərəfindən deyil, irəli sürdüyü iddia üzrə cavabdeh Ə. Rzayev tərəfindən vurulmuşdur. Belə ki, mübahisə predmetinə çevrilmiş, ona məxsus olan mənzil tərəfindən hadisə baş verməzdən öncə, əsaslı “Avro” təmirə məruz qalmışdı. Yəni öz mənzilini ən yüksək səviyyədə təmir edib, istifadəyə yararlı hala salmışdır. Onun mənzilinin bütün qapı və pəncərələri bahalı ağac materiallarından hazırlanmışdır. Mənzilin döşəməsinə ən bahalı materiallardan şəbəkəli parket döşənmişdir. Təəssüf ki, bütün bu müddət ərzində cavabdeh onu öz mənzilinə buraxmadığından, orada hansı yeni təmir işləri görüldüyü ona məlum deyil. Lakin, fakt odur ki, onun mənzili təmirə heç bir ehtiyacı olmayan, tam təmirli vəziyyətdə olmuşdur. Mənzildə eyni zamanda müasir tələblərə cavab verən su, istilik və sərinlətmə sistemi quraşdırılmışdır. Mənzilin bütün otaqları təzə mebellər ilə təchiz edilmiş vəziyyətdə olmuşdur. Əgər Ə. Rzayev tərəfindən hər hansı yeni təmir işləri həyata keçirilmişdirsə, bu ona yalnız ziyan vurulması ilə nəticələnə bilərdi. Onda olan qeyri-rəsmi məlumata görə ona məxsus mebellər, digər ev əşyaları və ləvazimatlar cavabdeh İddiaçı tərəfindən çıxarılaraq onun bağ evinə daşınmışdır. Bu da ona yenidən külli miqdarda ziyan vurulması ilə nəticələnmişdir. Mənzil ondan ələ keçirilərkən orada ərizəsində sadalanan əmlaklar mövcud olmuşdur. Beləliklə mənzilində olan əşyaların ümüumi dəyəri tərəfindən 49.000 manat qiymətləndirilir. Beləliklə cavabdeh İddiaçı tərəfindən ona vurulan ziyanın ümumi məbləği 100.000 manatdan çoxdur. Buraya onun mənzilində cavabdehin 4 ildən artıq (52 ay) yaşamaqla, hər ay ən azı 1000 manat olmaqla ödəmədiyi, əldən çıxmış gəlir - 52.000 manat, bu müddət ərzində kirayədə yaşamaqla, hər ay 300 manat olmaqla ödəmiş olduğu 15.000 manatlıq kirayə haqqı, ona məxsus mebel və digər əşyalarının mənzildən daşınıb aparılması nəticəsində onun əmlakına vurulmuş 49.000 manat məbləğində ziyanın məbləği və hüquqlarının müdafiəsini təmin etmək üçün iştirak etdiyi məhkəmə instansiyalarında vəkillərin iştirakına sərf etdiyi 3000 manat müdafiə xərcləri daxildir. Beləliklə ona cavabdeh tərəfindən ən minimum hesablamalarla 119.000 manat məbləğində ziyan yetirilmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili Nümayəndə izahatında bildirdi ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mənzil əldə etmək istəmiş və bu istiqamətdə mənzil alqı-satqısı ilə məşğul olan şəxslərlə maraqlanaraq hazırkı mənzilin, yəni ünvan 1 ünvanında olan yaşayış binasındakı 1-ci giriş, 6-cı mərtəbədə yerləşən 2 otaqlı, 64 saylı mənzilin satılması ilə bağlı məlumat əldə etmişdir. Mübahisəli mənzilin sənədlərdə mülkiyyətçisi kimi qeyd edildiyi Ruhin Əsgərov adlı şəxslə mənzilin qiyməti barədə razılaşdıqdan sonra İddiaçı xx.xx.2017-ci il tarixdə mənzili almış və "xxxx" Mənzil Tikinti Kooperativliyi tərəfindən ona iclas protokolları, maliyyə arayışı təqdim edilmişdir. İddiaçı mənzildə 3 ay ərzində təmir işləri apardıqdan sonra həmin mənzilə köçərək yaşamışdır. Bir ildən sonra isə ona məlum olmuşdur ki, orada tək bu mənzilin deyil, Kooperativin sədri tərəfindən bir mənzilin bir neçə şəxsə satılması faktları mövcuddur, bu barədə məhkəmə mübahisələri getmişdir. İddiaçı tərəfindən mənzilə 47000 manat pul xərclənmiş və hazırda mənzil Cavabdeh qaldığı tərzdə İddiaçı həmin mənzilə çəkilmiş xərcləri tələb edir. Belə ki, İddiaçı qeyd olunan mənzili alarkən həmin mənzilin başqa şəxsə satılması barədə hər hansı bir məlumatı olmamışdır. Mənzilin təmiri başa çatdıqdan sonra orada yaşamağa başlamış və sonra xəbər tutmuşdur ki mənzil başqa şəxsə satılıb. Mənzil alınarkən 1990-cı illərdən qalma təmir olmuş, mənzildə tavan, döşəmə, divar kağızı, sanitar qovşaq, mətbəx olsa da, qənaətbəxş olmadığı üçün yenidən təmir edilmişdir. Hazırkı vəziyyətdə İddiaçı tərəfindən bu mənzilə görə 100000 manatdan artıq pul verilmişdir. Ruhin Əsgərova qarşı tələbləri olacaqdır. Hazırda isə Cavabdeh mənzilin təmirinə görə çəkilmiş xərci tələb edirlər. İzahatına əlavə olaraq o bildirdi ki, ekspert mənzilə baxış keçirdikdən sonra kombi aparatı mənzildən çıxarılmışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh izahatında bildirdi ki, mübahisəli mənzildə hal-hazıradək kommunal ödənişlər onun adına gəlmiş, bunu isə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı görməli idi. Belə ki, o, həmin mənzildə 4 il yaşamışdır. Qeyd edilən mənzildə mozayka parket, 7000 ABŞ dolları dəyərində mətbəx mebeli, 10000 ABŞ dolları dəyərində qoz ağacı materialından olan qapılar olmuşdur. İddiaçı əvvəllər təmir xərcinə 37000 manat vəsait xərclədiyini iddia edirdisə hazırda bu məbləğ 47000 manata çatmışdır. Onun təmirli mənzilinə əlavə təmir etməyə gərək yox idi. Mənzilin təmirini bəyənməyib, yenidən təmir etdiribsə bu onun təqsiri deyil. O, mənzilini əvvəlki vəziyyətində tələb edir. İzahatına əlavə olaraq ilkin iddia tələbinin təmin edilməməsi və qarşılıqlı idda ərizəsinin təmin edilməsinə dair məhkəmə qətnaməsinin çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasda iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia ərizəsi qismən təmin edilməli, qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6053/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməyə əsasən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-279/2019 saylı iş üzrə 02 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə həmin iş üzrə yeni qətnamənin çıxarılması, Cavabdeh İddiaçı, X6 və X4 qarşı “əqdin etibarsız hesab edilməsi, mənzilin boşaldılaraq ona təhvil verilməsi" tələblərinə dair iddiasının təmin olunması, "xxxx" MK tərəfindən İddiaçı adına verilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışının, "xxxx" MK-nın üzvlərinin ümumi yığıncağının xx.xx.2017-ci il tarixli 02 saylı Protokolunun, X1 üzv qəbul edilməsi və ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 84,7 kv.m olan 2 otaqlı 64 saylı mənzilin onun adına keçirilməsi barədə "xxxx" MK-nın xx.xx.2015-ci il tarixli 09 saylı protokolun və maliyyə arayışının etibarsız hesab edilməsi , X5 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, İ. Qutqaşınlı küçəsi 4 nömrəli evin 64 saylı mənzilindən çıxarılması və mənzilin Cavabdeh təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-136/2019 saylı, 03 iyun 2019-cu il tarixli hökmünə əsasən X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci, 32.5,308.2-ci və 32.5,313-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətə dövlət və yerliözünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci, 32.5,308.2-ci və 32.5,313-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətə dövlət və yerliözünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/753 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 1 ünvanda inşa edilmiş yaşayış binasının 64 saylı mənzili üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 22275,4 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir:

1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya;

2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında olan yaşayış binasındakı 1-ci giriş, 6-cı mərtəbədə yerləşən 2 otaqlı, 64 saylı mənzil cinayət yolu ilə bir neçə şəxsə satılmışdır. Uzunmüddətli məhkəmə çəkişmələrindən sonra Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6053/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-279/2019 saylı iş üzrə 02 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə həmin iş üzrə yeni qətnamənin çıxarılması, Cavabdeh İddiaçı, X6 və X4 qarşı “əqdin etibarsız hesab edilməsi, mənzilin boşaldılaraq ona təhvil verilməsi" tələblərinə dair iddiasının təmin olunması, "xxxx" MK tərəfindən İddiaçı adına verilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışının, "xxxx" MK-nın üzvlərinin ümumi yığıncağının xx.xx.2017-ci il tarixli 02 saylı Protokolunun, X1 üzv qəbul edilməsi və ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 84,7 kv.m olan 2 otaqlı 64 saylı mənzilin onun adına keçirilməsi barədə "xxxx" MK-nın xx.xx.2015-ci il tarixli 09 saylı protokolun və maliyyə arayışının etibarsız hesab edilməsi, X5 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, İ. Qutqaşınlı küçəsi 4 nömrəli evin 64 saylı mənzilindən çıxarılması və mənzilin Cavabdeh təhvil verilməsi qət edilmiş və bununla da mübahizəli mənzil Cavabdeh mülkiyyəti hesab olunmuşdur. Hazırda ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “mənzilin təmirinə çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında olan yaşayış binasındakı 1-ci giriş, 6-cı mərtəbədə yerləşən 2 otaqlı, 64 saylı mənzilinin təmir işlərinə onun tərəfindən xərclənmiş 47.000 manatın Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “vurulmuş ziyanın əvəzinin tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı iddiasının rədd olunması, eyni zamanda İddiaçı tərəfindən ona vurulmuş 119.000 manat ziyanın əvəzinin ondan tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla İddiaçı 21275.40 manat məbləğində təmirə pul xərclədiyi öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/753 nömrəli ekspert rəyinə əsasən ünvan 1 ünvanda inşa edilmiş yaşayış binasının 64 saylı mənzili üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 22275,4 manat məbləğində müəyyən edilmişdir. Bununla da ilkin iddia üzrə Cavabdeh hər hansı hüquqi əsas olmadan İddiaçı mənzilə çəkilmiş təmir-tikinti işləri hesabına əsassız olaraq varlanmışdır. Bundan əlavə məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili Nümayəndə izahatında ekspertiza tədqiqatı aparıldıqdan sonra kombi aparatının mənzildən çıxarıldığını qeyd etmişdir. Kombi aparatının dəyərinin 1000 manat məbləğində müəyyənləşdirildiyini nəzərə alaraq sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən qanuni və əsaslı olduğundan ilkin iddia üzrə Cavabdeh 21275.40 (iyirmi bir min iki yüz yetmiş beş manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq ilkin iddia üzrə İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti ilkin iddia üzrə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Habelə məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “vurulmuş ziyanın əvəzinin tutulması” tələbi əsassız olduğundan qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Belə ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi faktları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İlkin iddia ərizəsi qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh 21275.40 (iyirmi bir min iki yüz yetmiş beş manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq ilkin iddia üzrə İddiaçı xeyrinə ödənilsin. İlkin iddia ərizəsi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti ilkin iddia üzrə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar