Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1059/2025 13.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma və s.” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əlisgəndər qızının Bakı şəhəri, Yasamal rayonu, Qanlı gölün qərb sahili, 101 saylı evin 0,5 sot torpaq sahəsindən və həmin 0,5 sot torpaq sahəsində inşa edilmiş yaşayış sahəsindən çıxarılması, Cavabdeh Əlisgəndər qızına tərəfindən təmənnasız verilmiş 8 sot torpaq sahəsinin tərkib hissəsi olan 1,5 sot torpaq sahəsinin sahibliyində və istifadəsində olan 6,5 sot torpaq sahəsindən onun maliyyə vəsaiti hesabına təcrid olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona Bakı şəhəri Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Yasamal rayonu Qanlı gölün qərb sahili 101 ünvanda yerləşən torpaq sahəsinin Hesabatının 6-cı səhifəsindəki torpaq sahəsinin planında göstərilən küçədən girişin sağ tərəfində yerləşən və cavabdehə verilmiş 1,5 sot torpaq sahəsində yerləşən iki otaqlı tikilinin qarşı tərəfində - ona məxsus olan 0,5 sot torpaq sahəsində inşa edilmiş yaşayış sahəsindən cavabdehin çıxarılması, həmin yaşayış sahəsinin ona təhvil verilməsi, cavabdehə aid olan və ona məxsus 8 sot torpaq sahəsinin tərkib hissəsi olan həmin 1,5 sot torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşərək cavabdehin istifadəsində olan iki otaqlı tikilinin onun sahibliyində və istifadəsində olan 6,5 sot torpaq sahəsindən onun maliyyə vəsaiti hesabına təcrid olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh mərhum X1nun həyat yoldaşı olmuşdur. X1 mənzil sahəsi ilə təmin olunmadığı üçün onun istifadəsində olan Yasamal rayonu, Qanlı Gölün qərb sahili, ev 101 saylı 8 sot torpaq sahəsi üzərində inşa etdiyi tikilidən 2 otaq və kommunal xidmətləri mərhum qardaşına və cavabdehə vermişdir, həmçinin həmin öz torpaq sahəsindən 1,5 sot torpaq sahəsini təmənnasız ayıraraq qardaşına və cavabdehə vermişdir ki, orada özlərinə yaşayış sahəsi inşa etməklə və gələcəkdə həmin inşa edəcəkləri yaşayış sahəsinə köçməklə onun onların istifadəsinə verdiyi tikilini özünə təhvil versinlər. Qardaşı və cavabdeh arasında münasibətlər gərginləşmiş və sonda onlar arasında nikah 2016-cı ildə pozulmuşdur. Hazırda cavabdeh onun mərhum qardaşına və onun istifadəsinə verdiyi tikilini geri qaytarmır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddianı müdafiə edir. İddia ərizəsinə əlavə etdiyi xx.xx.2005-ci il tarixli, Bakı şəhəri Tİ və MHQİ tərəfindən təsdiqlənmiş torpaq sahəsinin hesabatı haqqında eskiz-layihə ilə təsdiq edilir ki, qeyd edilən 8 sot torpaq sahəsi uzun illərdir ki, iddiaçının valideynlərinə məxsus olmuş və 2005-ci ildə iddiaçının adına eskiz-layihə tərtib edilmişdir. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Sözügedən evi (tikilini) özü tikdirmişdir. O, iddiaçının qardaşına ərə gəldikdən sonra həmin evdə yaşamışdır. Əri rəhmətə getdikdən sonra, iddiaçı onu uzun müddətdir ki gəlin köçüb yaşadığı evdən çıxarmaq istəmişdir. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya məxsus tikili təcrid olunmuş şəkildə onun evinin qarşısında yerləşir. İddianın rədd edilməsini xahiş edir. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi tikilidə hazırda kirayəçi yaşayır. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan 2(004)-1059/2025 saylı, xx.xx.2025-ci il tarixli yerli baxış protokolundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qanlı gölün qərb sahili, 101 A saylı evə baxış keçirilmiş, yerli baxış zamanı Bakı şəhəri, Yasamal rayonu, Qanlı gölün qərb sahili, 101 A saylı evdə kirayəçinin yaşadığı məum olmuşdur. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində bildirmişdir ki, iddiaçını tanıyır. Təxminən 2004-2006-cı illərdə qızı iddiaçıya məxsus olan, fotoşəkildə sağ tərəfdə yerləşən evdə kirayəçi olaraq yaşamışdır. Həmin evə su xəttini də o çəkmişdir. Həmin evdən başqa 2 otaqlı ev də var idi. Həmin evdə kimin yaşadığını bilmir. Məhkəmə iclasında dindirilmiş şahid X5 ifadəsində bildirmişdir ki, iddiaçı və cavabdehi tanıyır. Fotoşəkildə sağ tərəfdə yerləşən ev iddiaçıya məxsusdur. Həmin evə sürücü olaraq qum və sementi o daşımışdır. Həmin evdə kirayəçi yaşayırdı. İddiaçının mübahisələndirdiyi evdə Cavabdeh yaşayırdı. İddiaçı nə hazırda mübahisələndirdiyi evdə, nə də ki özünə məxsus tikilidə yaşamamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli yaşayış sahəsi özbaşına tikili olmaqla, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. İstinad olunan maddələrin tələbinə əsasən mənzildən çıxarılma hüququ mülkiyyətçiyə məxsusdur. İddiaçı isə mülkiyyətçi deyil və mübahisəli ev üzərində onun hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı mübahsəli yaşayış sahəsinin (özbaşına tikilinin) ona məxsus olması barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, məhkəmə iclasında iddiaçının vəsatəti ilə dəvət olunmuş şahid X5 ifadəsində bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi evdə Cavabdeh yaşamışdır. İddiaçı nə hazırda mübahisələndirdiyi evdə, nə də ki özünə məxsus tikilidə yaşamamışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi sübuta yetirilmədiyi üçün təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma və s.” tələbi barədə iddiası təmin edilməməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma və s.” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-1059/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1059/2025
13.03.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver