Məhkəmə qərarları › İş №2(004)-1063/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1063/2023

26.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1063/2023 26.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə məcburi qaydada köçürülmə” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə məcburi qaydada köçürülmə” tələbinə dair iddia qaldırmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh1 ilə xx.xx.1987-ci il tarixdə nikaha daxil olmuşdur. Cavabdeh1 Bakı şəhəri, Şərifzadə 166 ünvanı, 2 otaqlı mənzilə gəlin köçmüş, həmin mənzil 2 ədəd 1 otaqlı mənzilə dəyişdirilmiş və tərəflər Şərifzadə küçəsi, ev 180 ünvanında yaşamışlar. Həmin mənzil iddiaçının adına mənzil kirayə müqaviləsi əsasında rəsmiləşdirilmiş və onun adına order əsasında verilmişdir. Mənzil dövlət arasında münasibətlər pisləşmişdir. Həmin vaxtdan cavabdeh tərəfindən iddiaçı evə buraxılmamışdır. İddiaçı həmin vaxtdan bacısı X1 evində yaşamışdır. Göstərilən xüsusatlar nəzərə alınmaqla, ünvan 2 ünvanına məcburi köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsində qeyd olunan xüsusatlara uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada cavabdehlər məlumatlandırılsalar da, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İş materiallarında olan notarial qaydada tərcümə və təsdiq edilmiş 074005 nömrəli xx.xx.1987-ci il tarixli orderin surətinə əsasən müəyyən olunur ki, ünvan 3 ünvanında sahəsi 29,33 kv.m. olan iki otaqdan ibarət mənzildə yaşayan dadaşov Rafiz Əzizoviçə verilib və onunla birgə həmin mənzildə yaşayan iki nəfərə ondan ötrü ki, onlar vət. K.İ.Qrapovskaya ilə dəyişdirmə qaydasında ünvan 4 ünvanında yerləşən sahəsi 16,22 kv.m. olan, ayrıca bir otaqlı mənzilə köçmək hüququna malikdir. Yaşayış sahəsinə hüquqları olanlar İddiaçı, Cavabdeh1 və Cavabdeh2dur. İş materiallarında olan 56 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli 300 nömrəli arayışına əsasən müəyyən olunur ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. Həmçinin, İddiaçı arvadı Cavabdeh1, oğlu Cavabdeh2 və qızı Cavabdeh3 sözügedən ünvanda qeydiyyatdadırlar. İş materiallarında olan 56 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 102 nömrəli arayışına əsasən müəyyən olunur ki, İddiaçı xx.xx.1987-ci il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-2649/2018 nömrəli qətnaməsinə əsasən müəyyən olunur ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “ünvan 4 ünvanına istifadə hüququnun itirilməsi” tələbinə dair iş üzrə iddia tələbi təmin edilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəli hüquq münasibəti 1994-cü ildə yaranmışdır və həmin dövrdə qüvvədə olmuş maddi hüquq normaları tətbiq edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 08 iyul 1982-ci il tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (bundan sonra: MM) 48 və 87-ci maddələri çıxış edir. MM-in 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. MM-in 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, iş materiallarından görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil order əsasında İddiaçı verilmişdir. Həmin mənzildə hazırda İddiaçı, arvadı Cavabdeh1, oğlu Cavabdeh2 və qızı Cavabdeh3 qeydiyyatdadırlar. Cavabdeh1 cavabdeh İddiaçı qarşı “ünvan 4 ünvanına istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)- 2649/2018 nömrəli qətnaməsinə əsasən iddia tələbi rədd edilmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Bu səbəbdən, sözügedən qətnaməsi preyudisial əhəmiyyətə malikdir. Həmçinin, sözügedən mənzildə iddiaçı tərəfindən özünə məxsus olan 1 otağı uzun illər əvvəl satması, digər otaqda isə yaşamayaraq könüllü olaraq başqa ünvana köçməsi halı sübuta yetirilməmişdir. Nəticə etibarilə, mülkiyyət hüququnun təmin olunması məqsədilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə məcburi qaydada köçürülmə” tələbinə dair iddiası qanuni və əsaslı olduğundan təmin olunmalı, İddiaçı ünvan 4 ünvanına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə məcburi qaydada köçürülmə” tələbinə dair iddiası təmin edilsin. İddiaçı ünvan 4 saylı yaşayış sahəsinə köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar