Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1064/2020 16.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “xxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti cəlb olunmaqla “ipoteka qoyanın reqress tələbi” nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “xxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti cəlb olunmaqla “ipoteka qoyanın reqress tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “xxxxxxxxxxxxxxx” ASC qarşısında xx.xx.2008-ci il tarixli, 0750/0801 saylı və xx.xx.2008-ci il tarixli, 080832-0107/070750 saylı kredit müqavilələri üzrə yaranmış 487720,56 ABŞ dolları məbləğində əsas kredit borcu İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 213 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən 162 kv.m ümumi, 114 kv.m yaşayış sahəsindən ibarət 6 otaqlı, 18 nömrəli və Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 213 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən 20 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 21 nömrəli mənzilləri hesabına ödəndiyindən, həmin mənzillər “X1 Mərkəzi” MMC tərəfindən 765000 manat ilkin satış qiymətinə açıq hərracdan satışa çıxarılaraq realizə olunduğundan və həmin mənzillərin realizə edilməsi hesabına Cavabdeh kreditor qarşısında borc öhdəlikləri icra olunduğundan iddiaçı X2 məxsus 765000 manata realizə edilmiş həmin mənzillərin ilkin satış qiymətinin reqress qaydada Cavabdeh tutularaq iddiaçı X2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının verdiyi 2(103)-3532/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı “xxxxxxxxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı kredit müqavilələrinin ləğvi və s. tələbləri barədə iddiası qismən təmin edilmiş, iddiaçı “xxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 0750/0801 saylı və xx.xx.2008-ci il tarixli, 080832-0107/070750 saylı kredit müqavilələrinin ləğv edilməsi, xx.xx.2008-ci il tarixli 080832-0107/070750 saylı kredit müqaviləsi üzrə yaranmış 487720,56 ABŞ dolları məbləğində əsas kredit borcunun Cavabdeh tutulub iddiaçı "xxxxxxxxxxxxxxx” ASC-yə ödənilməsi, tutmanın cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 213 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən 162 kv.m ümumi, 114 kv.m yaşayış sahəsindən ibarət 6 otaqlı, 18 nömrəli və Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 213 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən 20 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 21 nömrəli mənzillərə yönəldilməsi, həmin mənzillərin 750000 manat ilkin satış qiyməti ilə açıq hərraca çıxarılması və satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh “xxxxxxxxxxxxxxx” ASC-yə olan 487720,56 ABŞ dolları borcunun ödənilməsi, həmin mənzillər satıldıqda 1 ay ərzində boşaldılması qət edilmişdir. Həmin icra sənədi icraya yönəldilmiş və Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru T.Ədilovun xx.xx.2016-cı il tarixli qərarı ilə icraata başlanılmış, daha sonra həmin icra şöbəsi tərəfindən “X1 Mərkəzi” MMC-yə xx/xx-2412/1 saylı, xx.xx.2016-cı il tarixli sifariş məktubu ilə hərrac sifarişi verilmişdir. Beləliklə, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 213 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən 162 kv.m ümumi, 114 kv.m yaşayış sahəsindən ibarət 6 otaqlı, 18 nömrəli və Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 213 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində,yaşayış sahəsindən ibarət 1 otaqlı 21 nömrəli mənzillər “X1 Mərkəzi” MMC tərəfindən 765000 manat ilkin satış qiymətinə açıq hərracdan satışa çıxarılmış, keçirilmiş hərraclar baş tutmadığından sözügedən ipoteka predmeti olan mənzillər “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən “xxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 0750/0801 saylı və xx.xx.2008-ci il tarixli, 080832-0107/070750 saylı kredit müqavilələri üzrə yaranmış 487720,56 ABŞ dolları məbləğində əsas kredit borcunun ipoteka təminatı kimi ipoteka saxlayan “xxxxxxxxxxxxxxx” ASC tərəfindən “X1 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş Y-750 saylı xx xxxx 2018-ci il tarixli hərracın nəticələri haqqında yekun protokola və həmin tarixli müvafiq alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş, hərracın yekunlarına dair istinad olunan protokola əsasən “xxxxxxxxxxxxxxx” ASC-yə sözügedən mənzillərə dair mülkiyyət hüquqlarına dair AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən hüquqların qeydiyyatına dair çıxarış verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə2 yuxarıda qeyd olunan məzmunda izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdeh və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(103)-3532/2015 saylı qətnaməsindən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-107S/2014 saylı, xx xxxxx 2014-cü il tarixli qətnaməsi ilə “xxxxxxxxxxxxxxx” ASC-nin iddia tələbi qismən təmin edilərək “xxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 0750/0801 saylı və xx.xx.2008-ci il tarixli, 080832- 0107/070750 saylı kredit müqavilələri ləğv olunması, Cavabdeh iddiaçı “xxxxxxxxxxxxxxx” ASC-nın xeyrinə iddiaçı “xxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 0760/0801 saylı kredit müqaviləsi üzrə öhdəliklərin lazımı qaydada icra edilməməsinə görə hesablanmış faiz olan 203258 (iki yüz üç min iki yüz əlli səkkiz) ABŞ dolları, iddiaçı “xxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 080832-0107/070750 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə qalıq 515.248 (beş yüz on beş min iki yüz qırx səkkiz) ABŞ dolları 21 (iyirmi bir) sent, iddiaçı “xxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 080832-0107/070750 saylı kredit müqaviləsinə əsasən hesablanmış faiz üzrə 1.874.373 (bir milyon səkkiz yüz yetmiş dörd min üç yüz yetmjş üç) ABŞ dolları, iddiaçı “xxxxxxxxxxxxxxx” AŞC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 0750/0801 saylı (20.000 ABŞ dolları) və xx.xx.2008-ci il tarixli, 080832-0107/070750 saylı (32.000 ABŞ dolları) kredit müqavilələrinə əsasən hesablanmış penya üzrə 52.000(əlli iki min) ABŞ dolları, iddia tələbi üzrə cəmi 2.644.879 (iki milyon altı yüz qırx dörd min səkkiz yüz yetmiş doqquz) ABŞ dolları 21 (iyirmi bir) sent məbləğində pul vəsaitin ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidini manatla miqdarı tutulması, iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun və 100 (bir yüz) manat ekspertiza xərcinin 58 (əlli səkkiz) manatı cavabdelılərə, 62 (altmış iki) manatı isə iddiaçıya aid edilməsi, cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 213 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən 162 kv.m ümumi, 114 kv.m yaşayış sahəsindən ibarət 6 otaqlı 18 nömrəli və Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 213 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən 20 kv.m yaşayış sahəsindən (barət 1 otaqlı 21 nömrəli mənzillərə tutmanın yönəldilməsi, həmin mənzillərin açıq " hərracda satılması və satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh “xxxxxxxxxxxxxxx” ASC-yə olan 2.644 879 (iki milyon altı yüz qırx dörd min səkkiz yüz yetmiş doqquz) ABŞ dolları 21 (iyirmi bir) sent və 58 (əlli səkkiz) manat məbləğində borcun ödənilməsi, həmin mənzillər satıldıqda həmin əmlakların 1 (bir) ay ərzində boşaldılması qət edilmişdir. Qalan hissədə iddia təmin olunmamışdır. Qətnamədən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(103)- 3532/2015 saylı qətnaməsinə əsasən iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli qətnaməsi qismən, yəni iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, “xxxxxxxxxxxxxxx” ASC-nin iddiası qismən təmin edilmiş, iddiaçı “xxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 0750/0801 saylı və xx.xx.2008-ci il tarixli, 080832- 0107/070750 saylı kredit müqavilələrinin ləğv olunması, xx.xx.2008-ci il tarixli, 080832-0107/070750 saylı kredit müqaviləsi üzrə yaranmış 487720,56 (dörd yüz səksən yeddi min yeddi yüz iyirmi) ABŞ dolları məbləğində əsas kredit borcu (ödəniş vaxtı ABŞ dollarının Azərbaycan manatına məzənnəyə uyğun Azərbaycan Respublikasının pul vahidi olan manatla) Cavabdeh tutulub iddiaçı “xxxxxxxxxxxxxxx” ASC-yə ödənilməsi, tutmanın cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 213 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən 162 kv.m ümumi, 114 kv.m yaşayış sahəsindən ibarət altı otaqlı 18 nömrəli və Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 213 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən 20 kv.m yaşayış sahəsindən ibarət bir otaqlı 21 nömrəli mənzillərə yönəldilməsi, həmin mənzillərin 765000 manat ilkin satış qiyməti ilə satışa açıq hərraca çıxarılması və satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh “xxxxxxxxxxxxxxx” ASCyə olan 487720,56 (dörd yüz səksən yeddi min yeddi yüz iyirmi) ABŞ dolları məbləğində (ödəniş vaxtı ABŞ dollarının Azərbaycan manatına məzənnəyə uyğun Azərbaycan Respublikasının pul vahidi olan manatla) əsas kredit borcu ödənilməsi, həmin mənzillərin hərracda satıldıqda 1 ay ərzində boşaldılması qət edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi iddianın təmin olunmaması hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(102)-663/2016 saylı qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(103)-3532/2015 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli İcra vərəqəsindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(103)-3532/2015 saylı qətnaməsi icra edilməsi üçün Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İş materiallarında olan “X1 Mərkəzi” Hərracın nəticələri haqqında protokoldan görünür ki, Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin sifarişi keçirilmiş hərracda İddiaçı mülkiyyətində olan 2 mənzil - ünvan 1 ünvanında yerləşən 18 saylı və ünvan 1 ünvanında yerləşən 21 saylı mənzillər ümumilikdə 487688 manat məbləğində satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 18 saylı və ünvan 1 ünvanında yerləşən 21 saylı mənzillər xxxxxxxxxxxxxxx ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini məqsədilə ipoteka ilə yüklü edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3532/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən iddiaçı “xxxxxxxxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı kredit müqavilələrinin ləğvi və s. tələbləri barədə iddia ərizəsi qismən təmin edilmiş, iddiaçı “xxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 0750/0801 saylı və xx.xx.2008-ci il tarixli, 080832-0107/070750 saylı kredit müqavilələrinin ləğv edilməsi, xx.xx.2008-ci il tarixli 080832-0107/070750 saylı kredit müqaviləsi üzrə yaranmış 487720,56 ABŞ dolları məbləğində əsas kredit borcunun Cavabdeh tutulub iddiaçı "xxxxxxxxxxxxxxx” ASC-yə ödənilməsi, tutmanın cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 213 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən 162 kv.m ümumi, 114 kv.m yaşayış sahəsindən ibarət 6 otaqlı, 18 nömrəli və Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 213 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən 20 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 21 nömrəli mənzillərə yönəldilməsi, həmin mənzillərin 750000 manat ilkin satış qiyməti ilə açıq hərraca çıxarılması və satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh “xxxxxxxxxxxxxxx” ASC-yə olan 487720,56 ABŞ dolları borcunun ödənilməsi, həmin mənzillər satıldıqda 1 ay ərzində boşaldılması qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Daha sonra “X1 Mərkəzi” tərəfindən təşkil edilmiş hərracın nəticələrinə görə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 18 saylı və ünvan 1 ünvanında yerləşən 21 saylı mənzillər Cavabdeh “xxxxxxxxxxxxxxx” ASC qarşısında olan öhdəliyinin təmin edilməsi məqsədi ilə 487688 manata satılmışdır. Hazırda İddiaçı Cavabdeh qarşı reqress tələbi ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, iddiaçının reqress hüququ yarandığından, iddia tələbi qismən əsaslıdır və həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 431.2-ci maddəsinə əsasən kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Bundan əlavə həmin Məcəllənin 431.3-cü maddəsinə əsasən əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı reqres qaydada tələb hüququ yaranır. İş materiallarında olan “X1 Mərkəzi” Hərracın nəticələri haqqında protokoldan görünür ki, Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin sifarişi ilə keçirilmiş hərracda İddiaçı mülkiyyətində olan 2 mənzil - ünvan 1 ünvanında yerləşən 18 saylı və ünvan 1 ünvanında yerləşən 21 saylı mənzillər ümumilikdə 487688 manat məbləğində satılmış və bununla da borclu Cavabdeh “xxxxxxxxxxxxxxx” ASC-yə olan ümumi borcu 487688 AZN hissəsində İddiaçı məxsus əmlaklar hesabına ödənilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh 487688 AZN məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəh-bər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 487688 (dörd yüz səksən yeddi min altı yüz səksən səkkiz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-1064/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1064/2020
16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver