Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1064/2024 11.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə “doğum haqqında akt qeydində soyadın dəyişdirilməsi” tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə “doğum haqqında akt qeydində soyadın dəyişdirilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “X1”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarına əsasən inzibati orqandır. İnzibati orqanların publik səlahiyyətləri ilə bağlı fiziki və hüquqi şəxslər arasında yaranan münasibətlər inzibati münasibətlərdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Beləliklə müəyyən olunur ki, ərizə xüsusi icraat qaudasında deyil, inzibati prosessual icraat qaydasında müvafiq məhkəmədə cavabdeh orqanın hərəkətlərindən şikayət qaydasında qaldırılmalıdır. Tərəflər arasındakı münasibətlər vətəndaş ilə dövlət arasında olan publik hüquq münasibətləri olduğundan və ərizədə qeyd olunan mübahisə predmeti inzibati orqanın publik (hakimiyyət xarakterli) fəaliyyəti nəticəsində qəbul edilmiş qərarla əlaqədar olduğundan inzibati orqanın hərəkətləri və ya hərəkətsizliyi ilə bağlı iddia mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında qaldırılmalıdır. Məhkəmə izah edir ki, mülki icraat qaydasında “doğumun qeyd edilmə” faktına baxıla bilər. Soyadın dəyişdirilməsi ilə bağlı mübahisə isə vətəndaşla dövlət arasında hakimiyyət xarakterli (publik) münasibətlərdən doğan məsələdir. Ərizəçi özü də ərizənin giriş hissəsində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45 və 46-cı maddələrinə, ərizənin təsviri hissəsində isə “İnzibati icraat” haqqında Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə istinad etmişdir. Qeyd olunanlar nəzərə alınmaqla, iddia ərizəsinin qəbulundan imtina edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalı və inzibati orqanın hərəkətləri və ya hərəkətsizliyi ilə bağlı iddianın inzibati prosessual hüquq normaları çərçivəsində aidiyyatı inzibati məhkəmədə qaldırılması hüququ izah olunmalıdır. Məhkəmə qeyd edir ki, MPM-in 114.1.3-cü maddəsinin tələblərinə əsasən, əsasən ödənilmiş dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Eyni Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə “doğum haqqında akt qeydində soyadın dəyişdirilməsi” tələbinə dair ərizəsinin qəbulundan imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən Ərizəçi qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-1064/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1064/2024
11.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver