Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1067/2025 13.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Bakı şəhəri 19 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin və onların əsasında verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Bakı şəhəri 19 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin və onların əsasında verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunması, Bakı şəhəri Yasamal rayonu V.Əliyev küçəsi,ev 29 ünvanda yerləşən fərdi yaşayış evinə görə xx.xx.2005-ci ildə vəfat etmiş X6 vərəsəsi kimi X5 adına verilmiş 10 iyun 2010-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin və bunun əsasında verilmiş Çıxarşın, X5 adından X7 adına Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin, bunun asasında verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi və Bakı şəhəri Yasamal rayonu V.Əliyev küçəsi,ev 29 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1933-cü ildə Şamaxı şəhərində anadan olmaqla,13 may 1954-cü ildə mərhum həyat yoldaşı X13 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. ünvan 2 ünvanda torpaq sahəsi əldə etməklə həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişlər. Həmin fərdi yaşayış evi xx.xx.1964-cü il tarixdə Bakı şəhəriində Bələdiyyələşdirilməmiş tikintilərin Reyestrində 236 saylı kitabın 15607 saylı səhifəsində qeydiyyata alınmış və müvafiq Çıxarış verilmişdir. Həmin yaşayış evi həyat yoldaşı ilə birgə nikah dövründə əldə olunmuş əmlak olaraq onların payları məlum olmayan ümumi mülkiyyətləri olmuşdur. X13 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir.Həyat yoldaşının vəfatından sonra ümumi mülkiyyətləri olan fərdi yaşayış evi miras əmlak kimi onun tərəfindən istifadə və sahiblik edilməklə faktiki qəbul olunmuşdur. X1 onu 2010-cu ildə Yasamal rayonunda yerləşən notariat ofisinə aparmışdır. Orada bir neçə sənədə imza etdirmişdir. Bundan sonra onu öz halal evində yaşamağa imkan verməmişdir. Bir neçə ay bundan əvvəl isə onu evdən zorla qovmuşdur. İddiaçı qovulandan sonra öyrənmişdir ki,cavabdeh nəvəsi onun evdən qeydiyyatdan çıxarılmağı haqqında məhkəmədə iddia qaldırmışdır. Bundan sonra o vəkil ilə müqavilə bağlamalı olmuş, vəkil sorğusu əsasında 2010-cu ildə aparılmış notariat işini əldə etmişlər. Bundan sonra, yəni 20 noyabr 2024-cü ildə notariat işi arxivdən əldə olunduqdan sonra ona məlum olmuşdur ki,mərhum həyat yoldaşı ilə ümumi birgə mülkiyyətləri olan Bakı şəhəri Yasamal rayonu V.Əliyev küçəsi,ev 29 ünvanda yerləşən fərdi yaşayış evi bütövlükdə oğlu X8 adına 10 iyun 2010-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə vermişdir.Bu Şəhadətnamə əsasında 119.30 kv.metr fərdi yaşayış evi mərhum X8 adına hüquqi qeydiyytadan keçirlmiş, bundan sonra isə xx.xx.2020-ci il tarixdə X7 adına ********** saylı qeydiyyat nömrəsi ilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət resytrindən Çıxarış verilmişdir. Bütün bu X8 və X7 adına ********** saylı qeydiyyat nömrəsi ilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət resytrindən Çıxarışlar qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Ona görə ki, həmin fərdi yaşayış evi mərhum həyat yoldaşı ilə birgə nikah dövründə əldə edildiyindən ½ hissəsi onun mülkiyyətidir. Evin bütövlükdə əvvəlcə X8 və sonuncu olaraq X7 adına rəsmiləşdirilməsi (vərəsəlik hüququ haqqında şəhadətnamə və hüquqların dövlət reyestrində qeydə alınması) tam qanunsuz olmuşdur. Mərhum həyat yoldaşı X6 adından vərəslik hüququ haqqında şəhadətnamə və müvafiq çıxarış əsasında bötövlükdə X8 adına və sonradan X1nun adına qeydiyyatdan keçrilməsi onun mülkiyyət hüquqlarını pozmuşdur. Bakı şəhəri Yasamal rayonu V.Əliyev küçəsi,ev 29 ünvanda yerləşən fərdi yaşayış evi mərhum həyat yoldaşı ilə onun ümumi birgə mülkiyyətləri olmuş, həmin evin ½ hissəsi isə onun xüsusi mülkiyyəti olmuş, mərhum həyat yoldaşının adından qardaşının adına onun ölümündən 4 il sonra vərəsəlikdən imtina haqqında ərizələr yazılmaqla rəsmiləşdirilmişdir ki, bu yolverilməzdir. Məhkəmə qaydasında vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməli və bu əsasda verilmiş müvafiq Çıxarışlar ləğv edilməli, Bakı şəhəri Yasamal rayonu V.Əliyev küçəsi,ev 29 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarıı bərpa edilməlidir. Daha sonra, Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə2 xx.xx.2025-ci il tarixdə etirazla məhkəməyə müraciət edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 19 saylı Dövlət Notariat Ofisində açılmış 2v/153 saylı notariat işinə əsasən, X11 (iddiaçı Cavabdeh3 babası) mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsi, 29 nömrəli yaşayış sahəsi əlaqədar xx.xx.2005-ci il tarixdə notariat işi açılmışdır. Həmin notariat işində X15 (cavabdehin atası) X23 (cavabdehin bibisi), X24 (cavabdehin bibisi) və İddiaçı (cavabdehin nənəsi) qanun üzrə vərəsələr qismində qeyd edilmişlər. Bundan sonra cavabdehin atası X15 digər vərəsələrə kompensasiya ödəmiş və həmin vərəsələr miras əmlak üzərinə öz paylarında imtina etmişlər. Belə ki, xx.xx.2010cu il tarixdə İddiaçı, xx.xx.2010-cu il tarixdə isə S.Qurbanova və T.Axundova ərizə yazaraq öz miras paylarından imtina etmişlər və gələcəkdə həmin əmlakla bağlı heç bir tələb irəli sürməyəcəklərini ərizədə qeyd etmişlər. Həmin xx.xx.2010-cu il tarixli ərizənin məzmununa baxsaq görərik ki, İddiaçı ərizədə həmçinin, qeyd etmişdir ki, “həmin həyət evinin X8 adına keçməsinə etirazım yoxdur”. Göründüyü kimi İddiaçı xx.xx.2010-cu il tarixli ərizəsi birtərəfli əqd olmaqla onun iradə ifadəsini özündə ehtiva edir. Yəni, Cavabdeh3 atası İbrahimxəlil Axundov öz anasına həm miras əmlakdakı payına görə, həm də ümumi əmlakda olan payına görə pul şəklində kompensasiya ödəmiş, İddiaçı isə həmin əqdlə (yəni, ərizəsi ilə) həm ona çatası miras payından, həm də ümumilikdə ona məxsus paydan imtina etmişdir. Yəni, birtərəfli əqddə (ərizədə) olan “həmin həyət evinin X8 adına keçməsinə etirazım yoxdur” ifadəsi həm iddiaçıya çatan miras payının, həm də ümumi birgə mülkiyyətdən onun özünə məxsus olan hissədən imtinanı özündə ehtiva edir. Bu səbəbdən də mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsi, 29 nömrəli yaşayış sahəsinin iddiaçının atası X8 adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması əsassız olmamış, tamamilə qanuni olmuşdur. Yəni, cavabdehin atası İ.Axunndov tərəfindən iddiaçıya mübahisə predmeti olan əmlakın real bazar qiyməti əsasında müəyyən edilmiş məbləğdə kompensasiya ödənildikdən sonra iddiaçı öz payından imtina etmişdir. Eləcə də AR Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Cavabdehin atası İ.Axundov həmin mübahisə predmeti olan əmlakın onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması hissəsində vicdanlı olmuş, İddiaçı kompensasiya ödəyərək onun heç bir hüququnu pozmamış və həmin əmlakı vicdanlı olaraq əldə etmişdir. İddiaçı mübahisə predmeti olan əmlaka dair pozulduğunu iddia etdiyi hüquqlarının müdafiəsi üçün iddia müddətini də ötürmüşdür. Belə ki, AR Ailə Məcəlləsinin 4-cü fəsli (14-24-cü maddələr) “nikaha xitam verilməsi” adlanır. Mahiyyət etibarı ilə nikaha xitam verilməsi və nikahın pozulması eyni mahiyyətli anlayışlardır. Həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Yəni, İddiaçı 2010-cu ildə mübahisə predmeti olan əmlakın cavabdehin atası İ.Axundovun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından xəbərdar olmuş, buna heç bir etiraz bildirməmiş, hətta həmin əmlakın oğlunun adına qeydiyyata alınmasına razılığını bildirmişdir. Beləliklə də iddiaçı həmin hazırkı mübahisə üzrə AR Ailə Məcəlləsində təsbit edilmiş 3 illik iddia müddətini ötürmüşdür. Göründüyü kimi, iddiaçının hazırkı tələbi üzrə müəyyən edilmiş 3 illik iddia müddəti 2010-cu ildə başlamış və 2013-cü ildə başa çatmışdır. Bu səbəbdən də iddiaçı artıq iddia müddətini ötürdüyündən onun iddia tələbi əsaslı hesab edilə bilməz və rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. 2010-cu il tarixli vərəsəlik işindən görünür ki, iddiaçı miras qalmış əmlakdan ona düşən payın kompensasiyanı almış, bu barədə gələcəkdə heç bir iddia qaldırmayacağını bildirmişdir. Həmin ərizədə iddiaçı həmin həyət evinin X5 adına keçməsinə etirazının olmadığını bildirmişdir. Həmçinin, digər vərəsəlik işi üzrə də iddiaçı miras qalmış əmlakın ona düşən miras payından imtina etdiyini bildirmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlər Bakı şəhəri 19 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehlərin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehərin məhkəmə iclasına gəlməmələrinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, İş materiallarında olan Bakı şəhəri Yasamal rayonu VVADQ şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 377465 nömrəli Ölüm haqqında Şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 xx.xx.2005-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 557 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.2010-cu il tarixli, 2V/153 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, 11 aprel 2005-ci ildə vəfat etmiş X6 vərəsəsi Bakı şəhəri, V.Əliyev küçəsi,ev 29 ünvanında qeydiyyatda olan oğlu X9r, o miras əmlakdan irs almalıdır. Bakı şəhərində Bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən kitab 236, səh 15607, xx.xx.1964-cü il tarixdə verilmiş çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi 67.1 kv.m, ümumi sahəsi 119.3 kv.m olan 4 otaqlı evdən ibarətdir. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli ərizəyə əsasən müəyyən olunur ki, o xx.xx.2005-ci il tarixdə vəfat etmiş əri X6 ölümündən sonra miras qalmış əmlak olan ünvan 5 ünvanda yerləşən həyət evinin ona çatacaq hissəsi X15 tərəfindən kompensasiya-pul şəklində ödənilmişdir. Həmin həyət evinin X8 adına keçirilməsinə etiraz etmir. Bu barədə gələcəkdə heç bir iddia qaldırmayacaqdır. İş materiallarında olan X24 tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş ərizəyə əsasən müəyyən olunur ki, xx.xx.2005-ci ildə atası X13 vəfat etmişdir. Ondan qalmış miras əmlak Bakı şəhəri, V.Əliyev küçəsi,ev 29 ünvanında yerləşən həyət evi qalmışdır. Vərəsəlikdən ona çatası hissə vərəsə X12 tərəfindən kompensasiya (pul şəklində) ona ödənilmişdir. O, həmin həyət evinin X5 adına keçirilməsinə etiraz etməmiş və bu barədə gələcəkdə heç bir iddia qaldırmayacağını qeyd etmişdir. İş materiallarında olan X23 tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş ərizəyə əsasən müəyyən olunur ki, xx.xx.2005-ci ildə atası X13 vəfat etmişdir. Ondan qalmış miras əmlak Bakı şəhəri, V.Əliyev küçəsi,ev 29 ünvanında yerləşən həyət evi qalmışdır. Vərəsəlikdən ona çatası hissə vərəsə X12 tərəfindən kompensasiya (pul şəklində) ona ödənilmişdir. O, həmin həyət evinin X5 adına keçirilməsinə etiraz etməmiş və bu barədə gələcəkdə heç bir iddia qaldırmayacağını qeyd etmişdir. İş materiallarında olan MA ******* seriya nömrəli Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında ümumi sahəsi 119.30 m2 olan yaşayış sahəsi 67.1 kv/m, yardımçı sahəsi 52.2 kv/m olan fərdi yaşayış evinin yerləşdiyi 0,01483 ha torpaq sahəsi X5 adına tam payda xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2010-cu il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 046584 Ölüm haqqında Şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.2019-cu il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 1680 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 2V-184 reyestr nömrəli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X5 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notaraiat ofisində xx.xx.2015-ci il tarixdə təsdiq edilən 2V/355 reyestrli vəsiyyətnaməyə əsasən vərəsəsi Bakı şəhəri, V.Əliyev küçəsi,ev 29 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh3 və o miras əmlakdan tam payda irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinin Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmışş hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixli, ********** nömrəli arayışa və ƏMDK-NİN yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx/xx/2010 tarixdə X10 verilmiş **********52-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, V.Əliyev küçəsi,ev 29 ünvanında yerləşən ümumi sahəsi 119.3 kv/m, yaşayış sahəsi 67.1 kv/m, yardımçı sahəsi 52.2 kv/m olan 4 otaqlı mənzildən ibarətdir. İş materiallarında olan Cavabdeh3 tərəfindən notariat ofisinə ünvanlanmış ərizəyə əsasən müəyyən olunur ki, Cavabdeh3 ünvan 7 ünvanında yaşamış 20 avqust 2019-cu il tarixində vəfat etmiş atası X2 qalmış miras əmlakı qəbul etmişdir.Miras əmlak Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi,ev 29 ünvanında yerləşən fərdi yaşayış evindən ibarətdir. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş notariat qaydada təsdiq olunmuş xx.xx.2020-ci il tarixli, 8İ-7052 nömrəli ərizəyə əsasən müəyyən olunur ki, o xx.xx.2019-cu il tarixdə vəfat etmiş mərhum oğlu X8 ölümündən sonra miras qalmış əmlakın ona düşən payından imtina etmişdir. İş materiallarında olan X16 tərəfindən verilmiş notariat qaydada təsdiq olunmuş xx.xx.2020-ci il tarixli, 8İ-7742 nömrəli ərizəyə əsasən müəyyən olunur ki, o xx.xx.2019-cu il tarixdə vəfat etmiş əri X5 ölümündən sonra miras qalmış əmlakdan ona çatası payından imtina etmişdir. İş materiallarında olan X3 tərəfindən verilmiş notariat qaydada təsdiq olunmuş xx.xx.2020-ci il tarixli, 8İ-7743 nömrəli ərizəyə əsasən müəyyən olunur ki, o xx.xx.2019-cu il tarixdə vəfat etmiş atası X5 ölümündən sonra miras qalmış əmlakdan ona çatası payından imtina etmişdir İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında ümumi sahəsi 119.30 m2 olan fərdi yaşayış evinin yerləşdiyi 0,01483 ha torpaq sahəsi Cavabdeh3 adına tam payda xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2020-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı 13 may 1954-cü ildə mərhum həyat yoldaşı X13 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. ünvan 2 ünvanda torpaq sahəsi əldə etməklə həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişlər. Həmin fərdi yaşayış evi xx.xx.1964-cü il tarixdə Bakı şəhəriində Bələdiyyələşdirilməmiş tikintilərin Reyestrində 236 saylı kitabın 15607 saylı səhifəsində qeydiyyata alınmış və müvafiq Çıxarış verilmişdir. Həmin yaşayış evi həyat yoldaşı ilə birgə nikah dövründə əldə olunmuş əmlak olaraq onların payları məlum olmayan ümumi mülkiyyətləri olmuşdur. X13 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 19 saylı Dövlət Notariat Ofisində açılmış 2- v/153 saylı notariat işinə əsasən, X11 (iddiaçı Cavabdeh3 babası) mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsi, 29 nömrəli yaşayış sahəsi əlaqədar xx.xx.2005-ci il tarixdə notariat işi açılmışdır. Həmin notariat işində X15 (cavabdehin atası) X23 (cavabdehin bibisi), X24 (cavabdehin bibisi) və İddiaçı (cavabdehin nənəsi) qanun üzrə vərəsələr qismində qeyd edilmişlər. Bundan sonra cavabdehin atası X15 digər vərəsələrə kompensasiya ödəmiş və həmin vərəsələr miras əmlak üzərinə öz paylarında imtina etmişlər. Belə ki, xx.xx.2010-cu il tarixdə İddiaçı, xx.xx.2010-cu il tarixdə isə S.Qurbanova və T.Axundova ərizə yazaraq öz miras paylarından imtina etmişlər və gələcəkdə həmin əmlakla bağlı heç bir tələb irəli sürməyəcəklərini ərizədə qeyd etmişlər. Həmin xx.xx.2010-cu il tarixli ərizədə İddiaçı ərizədə həmçinin, qeyd etmişdir ki, “həmin həyət evinin X8 adına keçməsinə etirazım yoxdur”. Bakı şəhəri Yasamal rayonu V.Əliyev küçəsi,ev 29 ünvanda yerləşən fərdi yaşayış evi bütövlükdə oğlu X8 adına 10 iyun 2010-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə vermişdir.Bu Şəhadətnamə əsasında 119.30 kv.metr fərdi yaşayış evi mərhum X8 adına hüquqi qeydiyytadan keçirlmişdir. Daha sonra X15 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. X8 vərəsələri İddiaçı, X16, X3, X14 olmuşdur. İddiaçı tərəfindən verilmiş notariat qaydada təsdiq olunmuş xx.xx.2020-ci il tarixli, 8İ-7052 nömrəli ərizəyə əsasən o xx.xx.2019-cu il tarixdə vəfat etmiş mərhum oğlu X8 ölümündən sonra miras qalmış əmlakın ona düşən payından imtina etmişdir.X16 tərəfindən verilmiş notariat qaydada təsdiq olunmuş xx.xx.2020-ci il tarixli, 8İ-7742 nömrəli ərizəyə əsasən o xx.xx.2019-cu il tarixdə vəfat etmiş əri X5 ölümündən sonra miras qalmış əmlakdan ona çatası payından imtina etmişdir. X3 tərəfindən verilmiş notariat qaydada təsdiq olunmuş xx.xx.2020ci il tarixli, 8İ-7743 nömrəli ərizəyə əsasən o xx.xx.2019-cu il tarixdə vəfat etmiş atası X5 ölümündən sonra miras qalmış əmlakdan ona çatası payından imtina etmişdir. Bundan sonra isə xx.xx.2020-ci il tarixdə X7 adına ********** saylı qeydiyyat nömrəsi ilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət resytrindən Çıxarış verilmişdir.Hazırda iddiaçı Bakı şəhəri Yasamal rayonu V.Əliyev küçəsi,ev 29 ünvanda yerləşən fərdi yaşayış evinə görə xx.xx.2005-ci ildə vəfat etmiş X6 vərəsəsi kimi X5 adına verilmiş 10 iyun 2010-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin və bunun əsasında verilmiş Çıxarşın, X5 adından X7 adına Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin, bunun asasında verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi və Bakı şəhəri Yasamal rayonu V.Əliyev küçəsi,ev 29 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin qeyd edilən maddələrinə əsasən: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə araşdırması zamanı müəyyən edilən hallardan və yuxarıda sadalanan normalardan gəlinən nəticə odur ki, iddia rədd edilməlidir. Belə ki, X13 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. X4 miras əmlak olaraq ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi qalmışdır. Onun vərəsələri İddiaçı, X24, X12 və X23 olmuşdur. İddiaçı tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli ərizəyə əsasən o xx.xx.2005-ci il tarixdə vəfat etmiş əri X6 ölümündən sonra miras qalmış əmlak olan ünvan 5 ünvanda yerləşən həyət evinin ona çatacaq hissəsi X15 tərəfindən kompensasiya-pul şəklində ödənilmişdir. Həmin həyət evinin X8 adına keçirilməsinə etiraz etmir. Bu barədə gələcəkdə heç bir iddia qaldırmayacaqdır. X24 tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş ərizəyə əsasən xx.xx.2005-ci ildə atası X13 vəfat etmişdir. Ondan qalmış miras əmlak Bakı şəhəri, V.Əliyev küçəsi,ev 29 ünvanında yerləşən həyət evi qalmışdır. Vərəsəlikdən ona çatası hissə vərəsə X12 tərəfindən kompensasiya (pul şəklində) ona ödənilmişdir. O, həmin həyət evinin X5 adına keçirilməsinə etiraz etməmiş və bu barədə gələcəkdə heç bir iddia qaldırmayacağını qeyd etmişdir. X23 tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş ərizəyə əsasən o, xx.xx.2005-ci ildə atası X13 vəfat etmişdir. Ondan qalmış miras əmlak Bakı şəhəri, V.Əliyev küçəsi,ev 29 ünvanında yerləşən həyət evi qalmışdır. Vərəsəlikdən ona çatası hissə vərəsə X12 tərəfindən kompensasiya (pul şəklində) ona ödənilmişdir. O, həmin həyət evinin X5 adına keçirilməsinə etiraz etməmiş və bu barədə gələcəkdə heç bir iddia qaldırmayacağını qeyd etmişdir. Bu səbəbdən də qeyd olunan əmlak üzrə X12 yeganə vərəsə olmuş və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini tərəfindən verilmiş MA ******* seriya nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 6 ünvanında ümumi sahəsi 119.30 m2 olan yaşayış sahəsi 67.1 kv/m, yardımçı sahəsi 52.2 kv/m olan fərdi yaşayış evinin yerləşdiyi 0,01483 ha torpaq sahəsi X5 adına tam payda xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2010-cu il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. Göründüyü kimi, İddiaçı öz iradəsi ilə notariat ofisində ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən ona çatacaq paydan imtina etmişdir. Belə ki, o, həm vərəsəlik üzrə ona çatacaq paydan, həm də əmlak nikah dövründə alındığı üçün həmin əmlakın ona çatacaq ½ hissəsindən imtina etmişdir. Ona çatacaq payın qarşılığının pul şəklində oğlu X12 tərəfindən ödənildiyini qeyd etmişdir. Odur ki, iddia tələbi Bakı şəhəri Yasamal rayonu V.Əliyev küçəsi,ev 29 ünvanda yerləşən fərdi yaşayış evinə görə xx.xx.2005-ci ildə vəfat etmiş X6 vərəsəsi kimi X5 adına verilmiş 10 iyun 2010cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin və bunun əsasında verilmiş Çıxarşınləğv edilməsi hissəsində təmin edilməməlidir. Daha sonra, X12 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. X8 vərəsələri İddiaçı, X16, X3, X14 olmuşdur. İddiaçı tərəfindən verilmiş notariat qaydada təsdiq olunmuş xx.xx.2020-ci il tarixli, 8İ-7052 nömrəli ərizəyə əsasən o xx.xx.2019-cu il tarixdə vəfat etmiş mərhum oğlu X8 ölümündən sonra miras qalmış əmlakın ona düşən payından imtina etmişdir. X16 tərəfindən verilmiş notariat qaydada təsdiq olunmuş xx.xx.2020-ci il tarixli, 8İ-7742 nömrəli ərizəyə əsasən o xx.xx.2019-cu il tarixdə vəfat etmiş əri X5 ölümündən sonra miras qalmış əmlakdan ona çatası payından imtina etmişdir. X3 tərəfindən verilmiş notariat qaydada təsdiq olunmuş xx.xx.2020-ci il tarixli, 8İ-7743 nömrəli ərizəyə əsasən o xx.xx.2019-cu il tarixdə vəfat etmiş atası X5 ölümündən sonra miras qalmış əmlakdan ona çatası payından imtina etmişdir. Bundan sonra isə xx.xx.2020-ci il tarixdə X7 adına ********** saylı qeydiyyat nömrəsi ilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət resytrindən Çıxarış verilmişdir. Göründüyü kimi, İddiaçı X15 1-ci növbəli vərəsəsi olmuş, lakin oğlundan miras qalacaq əmlakdan ona çatacaq hissədə X1nun xeyrinə imtina etmişdir. Odur ki, iddia tələbi X5 adından X7 adına Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin, bunun asasında verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi hissəsində də təmin edilməməlidir. Həmçinin iddia tələbi Bakı şəhəri Yasamal rayonu V.Əliyev küçəsi,ev 29 ünvanda yerləşən fərdi yaşayış evinə görə xx.xx.2005-ci ildə vəfat etmiş X6 vərəsəsi kimi X5 adına verilmiş 10 iyun 2010-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin və bunun əsasında verilmiş Çıxarşın, X5 adından X7 adına Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin, bunun asasında verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi hissələrində təmin edilmədiyindən Bakı şəhəri Yasamal rayonu V.Əliyev küçəsi,ev 29 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi hissəsində də təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Məhkəmə araşdırması zamanı Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrin etibarsızlığı üçün hər hansı bir əsas müəyyən edilmədiyindən həmin şəhadətnamələr etibarsız hesab edilə, habelə miras əmlakda iddiaçının payı müəyyən edilə bilməz. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı miras əmlaklardan imtina barədə ərizələrin onun iradəsindən asılı olmadan, məlumatı olmadan imzaladığını qeyd edir və qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin ləğvini tələb edir. Lakin iddiaçı qeyd edilən faktı təsdiq edən, sübutu məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin ləğv edilməsi üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə tərib edilmiş, şəhadətnamələrin ləğv edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddiaçı Bakı şəhəri Yasamal rayonu V.Əliyev küçəsi,ev 29 ünvanda yerləşən fərdi yaşayış evinə görə xx.xx.2005-ci ildə vəfat etmiş X6 vərəsəsi kimi X5 adına verilmiş 10 iyun 2010-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin və bunun əsasında verilmiş Çıxarşın, X5 adından X7 adına Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin, bunun asasında verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi və Bakı şəhəri Yasamal rayonu V.Əliyev küçəsi,ev 29 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi tələbi əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh3, Bakı şəhəri 19 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin və onların əsasında verilmiş çıxarışların ləğv edilməsi” tələbi barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddia tələbi əsassız olduğundan rədd edildiyi üçün cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə məhkəmə tərəfindən münasibət bildirilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Bakı şəhəri 19 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin və onların əsasında verilmiş çıxarışların ləğv edilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-1067/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1067/2025
13.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver