Məhkəmə qərarları › İş №2(004)-1070/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1070/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1070/2021 16.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin, torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müqavilənin, torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 X2 və istismarı Birliyi arasında Bakı səhəri, Sabunçu rayonu, 2-ci Vişinyovka-2 bağ massivində yerləşən 163 saylı bağ sahəsinə dair qanunsuz və əsassız bağlanmış icarə müqaviləsinin və keçmiş DTXK tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, qaynatası X4 Bakı şəhəri İcra Hakimiyyətinin Nizamnaməsi əsasında fəaliyyət yöstərən X3 və İstismarı Birliyinin direktoru ilə xx xxxxxxxx 1990-cı il tarixdə müqavilə bağlayaraq 10 il müddətinə Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahə massivində yerləşən və 0.12 hektardan ibarət olan 168 saylı bağ sahəsini icarəyə götürmüşdür. xx xxxxx 2000-ci il tarixində baş vermiş ölümü ilə əlaqədar həmin bağ sahəsinə dair xx xxx 2006-cı il tarixində mərhumun gəlini olaraq onunla yenidən icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilədə Məmməd, Heybət, Zinyət və Seyran Əliyevlər icarədarın ailə üzvləri kimi göstərilmişdir. 2006-cı ilin avqust ayında Cavabdeh iddia ərizə ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, həmin bağ sahəsini 2001-ci ildə onun qayını Seyran Əliyevdən almasını bildirmişdir. Lakin Cavabdeh dediyinə görə Seyran Əliyevin axtarışda olması ilə əlaqədar gizlənməsinə görə bağ sahəsini öz adına sənədləşdirə bilməməsini əsas gətirmişdir. O, adına bağlanmış bağ icarə müqaviləsinin ləğv edilərək həmin sahəyə dair onunla icarə müqaviləsinin bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia əsaslı hesab edilərək təmin olunmuşdur. Bundan sonra o, qətnamədən narazı qalaraq apellyasiya şikayəti verərək bağ sahəsinin ilkin icarədarı olan X8 vəfatından sonra ailə üzvlərinin o cümlədən ərinin və qayının Seyran Əliyevin yazılı razılığı ilə onunla 2006-cı ildə yenidən icarə müqaviləsi bağlanmışdır, xüsusi mülkiyyətdə olmadığına yörə həmin bağ sahəsinin alqı-satqı müqaviləsi predmeti ola bilməməsini Sabunçu Rayon Məkeməsinin isə ondan xəbərsiz işə baxaraq iş üzrə səhv nəticəyə gəlməsini əsas gətirərək, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasının xx.xx.2009-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ləğv edilmmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh iddiası təmin edilərək, həmin bağ sahəsinə dair onunla bağlanmış xx.xx.2006-cı il tarixli icarə müqaviləsi ləğv edilmiş, həmin sahəyə dair Cavabdeh ilə icarə müqaviləsinin bağlanması qət edilmişdir. O, apellyasiya məhkəməsinin çıxartdığı qətnamədən narazı qalaraq kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyası özünün xx.xx.2009-cu il tarixli qərarı ilə məhkəmə kollegiyasının xx xxxxxx 2009-cu il tarixli qətnaməsini ləğv edərək işə yenidən baxılması üçün Bakı Apellyasiya məhkəməsinə qaytarmışdır. İşə təkrar Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası apellyasiya şikayətinin təmin ediməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə olan xx xxxxxxxx 2006-cı il tarixli qətnaməsinin ləğv edilməsini qət etmişdir. Qeyd etmək istəyir ki, onun mərhum qaynatası X5 xx xxxxxxxx 1990-cı ildə X2 və istismarı birliyi ilə 10 il icarə müqaviləsi bağlayaraq Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Vişniyovka bağ massivində yerləşən 168 saylı bağ sahəsinə dair icarə müqaviləsi bağlamışdır. xx xxxxx 2000-ci il tarixində qaynatası ölmüşdür. X8 vəfatından sonra ailə üzvlərinin, o cümlədən də əri, qaynı Seyran Əliyevin yazılı razılığı ilə 2006-cı ildə o, X2 və istismarı birliyi ilə bağ sahəsinə dair icarə müqaviləsi bağlamışmışdır. Bundan sonra icarəyə götürdüyü bağ sahəsindən istifadə edərək tikili inşa etdirmiş və bağ sahəsində abadlaşdırma üçün xeyli işlər görərək orada bir çox ağaclar əkmişdir. Bundan sonra icarə müqaviləsi hələ vaxtı bitmədiyindən əsassız və qanunsuz olaraq ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin sahənin onun əlindən alınmasına çalışmışlar. Lakin buna baxmayaraq bir neçə instansiya məhkəmələri ədalətsiz qətnamə çıxarmış, sonunda Ali Məhkəmənin Mülki işlər üzrə kollegiyası apellyasiya məhkəməsinin qətnaməsini ləğv edərək yenidən baxılması üçün apellyasiya məhkəməsinə geri qaytarmış, apelyasiya məhkəməsi də, birinci instansiya məhkəməsinin qətnaməsini bütövlüklə ləğv etmişdir. Lakin buna baxmayaraq bugünki gündə Cavabdeh verilmiş əsassız və qanunsuz müqavilə ləğv edilmədiyindən həmin bağ sahəsini özəlləşdirə bilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili X11 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” xx xxxxxx 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). İşin araşdırılmış halları və iş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ massivində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 168 nömrəli bağ sahəsinin üzərindəki tikililərlə icarəyə verilməsinə dair keçmiş X2 və istismarı Birliyi ilə X5 arasında xx.xx.1990-cı il tarixli 16643 nömrəli müqavilə bağlanılmışdır. İcarədarın vəfatından sonra ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri əsasında sözügedən bağ sahəsi İddiaçı adına keçirilmiş və onunla xx.xx.2006-cı il tarixli, 16643 nömrəli müqavilə bağlanılmışdır. Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2006-cı il tarixli, 2-1537 nömrəli qətnaməsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ massivində yerləşən 0.12 hektar torpaq sahəsindən ibarət olan 168 saylı bağa dair İddiaçı ilə bağlanılmış xx.xx.2006-cı ıl tarixli, 16643 nömrəli icarə müqaviləsi ləğv edilərək, həmin bağa dair icarə müqaviləsi Cavabdeh ilə bağlanılması qət edilmişdir. Həmin qətnamə əsasında sözügedən bağ sahəsinə dair X2 və İstismarı Birliyi ilə Cavabdeh arasında xx.xx.2006-cı il tarixli, 16643 nömrəli müqavilə bağlanılmışdır. Daha sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2006cı il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə baxılmış və Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Kollegiyasının 2(103)-183/2009 nömrəli, xx xxxxxx 2009-cu il tarixli qətnaməsinə əsasən Vişnyovka-2 bağ massivində yerləşən 0.12 hektar torpaq sahəsindən ibarət olan 168 saylı bağa dair İddiaçı ilə bağlanılmış xx.xx.2006-cı il tarixli, 16643 nömrəli icarə müqaviləsi ləğv edilərək, həmin bağa dair icarə müqaviləsi Cavabdeh ilə bağlanılması qət edilmişdir. Daha sonra həmin qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2009-cu il Qərarı ilə qətnamə ləğv edilərək iş baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4002/09 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2006-cı il tarixli qətnaməsi ləğv edilmiş və Cavabdeh X2 və istismarı Birliyi ilə İddiaçı arasında bağlanılmış xx xxx 2006-cı il tarixli icarə müqaviləsinin ləğv edilməsi və onunla bağlanması tələbinə dair iddiası rədd edilmişdir. Sözü gedən qətnamə qanuni qüvvəsini almış və həmin qətnamədən kassasiya şikayəti verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası MM-nin 324.1-ci maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinin tələbinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Beləliklə işin halları ilə müəyyən edilmişdir ki, Cavabdeh ilə X2 və İstismarı Birliyi arasında Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ massivində yerləşən 0.12 hektar torpaq sahəsindən ibarət olan 168 saylı bağa dair xx.xx.2006-cı il tarixli, 16643 nömrəli icarə müqaviləsinin bağlanmasına əsas olmuş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2006-cı il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4002/09 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən ləğv edilmiş və Cavabdeh X2 və istismarı Birliyi ilə İddiaçı arasında bağlanılmış xx xxx 2006-cı il tarixli icarə müqaviləsinin ləğv edilməsi və onunla bağlanması tələbinə dair iddiası rədd edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh ilə X2 və İstismarı Birliyi arasında Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ massivində yerləşən 0.12 hektar torpaq sahəsindən ibarət olan 168 saylı bağa dair bağlanmış, xx.xx.2006-cı il tarixli, 16643 nömrəli müqavilənin bağlanmasına əsas olmuş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2006-cı il tarixli qətnaməsi ləğv edildiyindən, iddia tələbi Cavabdeh ilə X2 və İstismarı Birliyi arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi hissəsində təmin edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin mübahisəli bağa dair keçmiş DTXK tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsü ləğv edilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi çıxarışın ləğv edilməsi hissəsində təmin edildiyindən, həmin çıxarışa əsasən verilmiş torpaq sahəsinin plan və ölçüsü də, ləğv edilməlidir. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh ilə X2 və İstismarı Birliyi arasında Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ massivində yerləşən 0.12 hektar torpaq sahəsindən ibarət olan 168 saylı bağa dair bağlanmış xx.xx.2006-cı il tarixli, 16643 nömrəli müqavilə və həmin bağa dair keçmiş DTXK tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsü ləğv edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə X2 və İstismarı Birliyi arasında Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ massivində yerləşən 0.12 hektar torpaq sahəsindən ibarət olan 168 saylı bağa dair bağlanmış xx.xx.2006-cı il tarixli, 16643 nömrəli müqavilə və həmin bağa dair keçmiş DTXK tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsü ləğv edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar