Məhkəmə qərarları › İş №2(004)-108/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-108/2022

16.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-108/2022 16.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızı, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təmirinə görə çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclası nda baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təmirinə görə çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 12-də inşa edilən 5 girişli, 15 mərtəbəli binanın 4-cü giriş, 14-cü mərtəbəsində ümümi sahəsi 66,6 kv.m olan 279 saylı izolə olunmuş 2 otaqdan ibarət mənzilə çəkilən 27.000 manat məbləğində təmir xərclərinin və 31 manat dövlət rüsumunun cəmi 27,031 manat məbləğində pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiqləşdirmə verərək tələbin həcmini azaltmış və 27.000 manat təşkil etmiş təmir xərclərinin azaldılaraq 18.500 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. Beləliklə iddiaçı cavabdeh "xxxx" MMC-dən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 12-də inşa edilən 5 girişli, 15 mərtəbəli binanın 4-cü giriş, 14-cü mərtəbəsində ümümi sahəsi 66,6 kv.m olan 279 saylı izolə olunmuş 2 otaqdan ibarət mənzilə çəkilən 27.000 manat məbləğində təmir xərclərinin və 31 manat dövlət rüsumunun cəmi 38.971 (otuz səkkiz min doqquz yüz yetmiş bir) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi dəqiqləşdirmə ilə bağlı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 12-də inşa edilən 5 girişli, 15 mərtəbəli binanın 4-cü giriş, 14-cü mərtəbəsində ümümi sahəsi 66,6 kv.m olan 279 saylı izolə olunmuş 2 otaqdan ibarət mənzilə çəkilən 27.000 manat məbləğində təşkil etsə də, məhkəmə qətnaməsi qəbul edildikdən sonra o, mənzildən bəzi əşyaları çıxarıb digər mənzilə quraşdırma nəticəsində ümumilikdə 18.500 manat məbləğində təmir xərcləri hesablanmışdır və 20.000 (iyirmi min) manat mənəvi zərər, 440 (dörd yüz qırx) manat hüquqi xidmətə görə və 31 (otuz bir) manat məhkəməyə ərizə verilməsi üçün ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 47.471 (qırx yeddi min dörd yüz yetmiş bir) manat məbləğində pulun cavabdehdən tutularaq iddaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, iddia tələbində göstərilən mənzildən yerə salınmış döşəmə parketin bir hissəsini, mənzilin qapıları və plastik qapı-pəncərələri iddiaçı tərəfindən götürülmüşdür. Buna görə də, iddia tələbinin həcmini azaldaraq, 27.000 (iyirmi yeddi min) manat məbləğ təşkil etmiş təmir xərclərinin azaldılaraq 18.500 (on səkkiz min beş yüz) manat məbləğində tələb edirik. Məlum olduğu kimi, cavabdehin təqsiri ucbatından zərərin vurulması məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən cavabdeh "xxxx" MMC-dən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 12-də inşa edilən 5 girışli, 15 mərtəbəli binanın 4-cü giriş 14-cü mərtəbəsində ümumi sahəsi 66,6 kv.m olan 279 saylı mənzilin 2 otaqdan ibarət mənzilə çəkilən 18.500 (on səkkiz min beş yüz) manat məbləğində təmir xərclərinin, 20.000 (iyirmi min) manat mənəvi zərər və 31 manat dövlət rüsumunun cəmi 38.971 (otuz səkkiz min doqquz yüz yetmiş bir) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Daha sonra tərəflərin iştirakı ilə keçirilən məhkəmə baxışı zamanı məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iş üzrə icraat dayandırılaraq mülki iş üzrə kompleks məhkəmə tikinti-texniki (inşaat) və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. xx.xx.2022-ci il tarixdə ekspert rəyi məhkəməyə daxil olduğundan xx.xx.2022-ci il tarixli qərardadla mülki iş üzrə icraat təzələnərək məhkəmə iclası xx.xx.2022-ci il tarixə saat 11:30-a təyin edilmiş, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasına tərəflər gəlməmiş və məhkəmə iclası xx.xx.2022-ci tarixə, saat 09:30-a təxir edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilmiş, o cümlədən tərəflərin istifadəsində olan mobil telefon nömrələrinə “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə sms bildirişləri göndərilmişdir. Bildirişlər tərəflərə çatdırılmasına baxmayaraq, lakin tərəflər məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, tərəflər məhkəmə iclasına gəlmədikləri üçün işin araşdırılması və mahiyyəti üzrə düzgün həll edilməsi mümkün deyildir. Ona görə də, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təmirinə görə çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təmirinə görə çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar