Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1094/2024 15.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına götürülməsi mümkünlüyünə Bakı şəhərində məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM : İddiaçı cavabdehə qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 35. İddianın cavabdehin olduğu yerə görə verilməsi 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən alınmış məlumatdan görünür ki, cavabdeh Xətai rayonunda qeydiyyatdadır. Bundan əlavə Mülki-Prosessual Məcəllənin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd, dövlət rüsumunun ödənilməsindən azad olduğu halda isə bunu təsdiq edən sənədi iddia ərizəsinə əlavə edilməmişdir. Mülki-Prosessual Məcəllənin 152-ci maddəsinə əsasən 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə... Hesab edirəm ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən və ərizəyə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilməlidir ki, o, aidiyyəti üzrə cavabdehin qeydə alındığı yerin məhkəməsinə, yəni Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmək hüququna malikdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, iddia ərizəsi ilə aidiyyəti üzrə Xətai Rayon Məhkəməsinə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Təhminə Xəlilova İş № 2(004)-1094/2024 Yasamal Rayon Məhkəməsi Məhkəmə iclasından kənar prosessual hərəkət barədə Protokol Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına götürülməsi mümkünlüyünə Bakı şəhərində məhkəmənin binasında baxaraq iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 11:00-da başladı. Prosessual hərəkət saat 11:20-də başa çatdı. Protokol xx.xx.2024-cü il tarixdə tərtib edilib. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-1094/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1094/2024
15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver