Məhkəmə qərarları › İş №2(004)-1095/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1095/2021

02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1095/2021 02.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, evdən çıxarılma və evin boşaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 005R ********** saylı kredit razılaşması üzrə 50588,42 manat kredit borcu, 5423,89 manat faiz borcu və 16185,86 manat cərimə borcu olmaqla, cəmi 72198,17 manat. 005R********** saylı kredit razılaşması üzrə 54569,81 manat kredit borcu. 5454,12 manat faiz borcu və 17241,29 manat cərimə borcu olmaqla, cəmi 77265,22 manat, 005R********** saylı kredit razılaşması üzrə 28283,92 manat kredit borcu, 3416,65 manat faiz borcu və 9301,02 manat cərimə borcu olmaqla, cəmi 41001,59 manat üç kredit razılaşması üzrə ümumilikdə 190464 manat 98 qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsum və 40 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 məxsus Abşeron rayonu Novxanı kəndi Bağlar massivi 0.01507 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 92.3 m2 yaşayış 54.9 m2 köməkçi sahədən ibarət bağ evinə və Abşeron rayonu Novxanı kəndi Bağlar massivi 0.0147 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 93.6 m2 yaşayış, 141.6 m2 köməkçi sahədən ibarət bağ evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 190464 manat 98 qəpik borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsumun və 40 manat xidmət haqqının bankın xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, Abşeron rayonu Novxanı kəndi Bağlar massivi 0.01507 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 92.3 m2 yaşayış, 54.9 m2 köməkçi sahədən ibarət bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Abşeron rayonu Novxanı kəndi Bağlar massivi 0.0147 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 93.6 m2 yaşayış 141.6 m2 köməkçi sahədən ibarət bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 10.10.2018-ci il tarixli 005L**********89 saylı kredit müqaviləsinə əsasən 120 ay müddətinə 10.000.000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 12.10.2018-ci il tarixli 005R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100.000 manat məbləğində kredit götürmüşdür. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 AccessBank» QSC ilə bağladığı 16.11.2018-ci il tarixli 005R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100.000 manat məbləğində kredit götürmüşdür. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 AccessBank» QSC ilə bağladığı 27.02.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 manat məbləğində kredit götürmüşdür.Cavabdeh1 kredit razılaşmalarının tələblərini pozaraq razılaşmalar üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 2019-cu ilin dekabr ayından banka qaytarmamışdır. Cavabdeh2 ilə baglanmış zaminlik müqaviləsinə əsasən o, uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 də birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 İddiaçı OSC ilə bağladığı 11.10.2018-ci il tarixli 005M**********01 saylı ipoteka müqaviləsi əsasında Abşeron rayonu Novxanı kəndi bağlar massivi 0.01507 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 92.3 kv.m yaşayış, 54.9 kv.m köməkçi sahədən ibarət bağ evini, 11.10.2018-ci il tarixli 005M**********02 saylı ipoteka müqaviləsi əsasında Abşeron rayonu Novxanı kəndi bağlar massivi 0.0147 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 93.6 kv.m yaşayış, 141.6 kv.m köməkçi sahədən ibarət bağ evini İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışlara əsasən ipoteka müqavilələri dövlət qeydiyyatına alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh ipoteka verən Cavabdeh2 “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlər göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması haqqında ərizələr Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə təqdim olunmuş və həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişlərinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün dövlət rüsumu və xidmət haqqı ödəmişdir. Həmin əmlaklar ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşı Cavabdeh1 notariat kontoruna ərizə təqdim edərək əmlakların ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, əmlaklara tutma yönəldildikdə və onlar satıldıqda əmlakları qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi iddia ərizəsinə qismən etiraz edərək izahatında bildirdi ki, iddia ərizəsində göstərilən əsas, faiz və cərimə borcu tamamilə qanunsuz və əsassızdır. Cavabdeh tərəfindən 3 kredit müqaviləsi üzrə bankın ümumi borcunun böyük hissəsi ödənilmişdir. Ümumi borcu 34551 manat təşkil edir. Lakin məbləğ əsassız şişirdilərək qanunsuz olaraq reallıqdan çox yuxarı borc məbləği tələb edilir. Bundan əlavə hesab edir ki, iddianın qiymətinin 190464,98 manat olması və ipoteka qoyulmuş əmlaklardan birinin dəyərinin, yəni Abşeron rayonu Novxanı kəndi Bağlar massivi 0.0147 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 93.6 m2 yaşayış, 141.6 m2 köməkçi sahədən ibarət bağ evinin bazar dəyərinin 207427 manat təşkil etməsini nəzərə alaraq tutma yalnız həmin ipoteka əmlakına yönəldilməlidir. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfərin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.(maddə 472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.3). Göstərilən Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası MM-in 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. (Maddə 319.1) Eyni Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Eyni Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh1 kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən, Cavabdeh2 isə ona zamin durduğundan 12.10.2018-ci il tarixli müqavilə üzrə 50588.42 manat kredit borcu, 5423.89 manat faiz borcu, 16.11.2018-ci il tarixli müqavilə üzrə 54569,81 manat əsas, 5454,12 manat faiz borcu; 27.02.2019-cu il tarixli müqavilə üzrə 28283,92 manat əsas, 3416,65 manat faiz borcu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə 12.10.2018-ci tarixli razılaşma üzrə 16185,86 manat, 16.11.2018--ci il tarixli razılaşma üzrə 17241,29 manat, 27.02.2019-cu tarixli razılaşma üzrə 9301,02 manat cərimə borclarının tutulması ilə əlaqədar tələbi üzrə qeyd edir ki, bu hissədə iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, cavabdeh tərəfindən götürülmüş kredit məbləğlərinin miqdarını, hesablanmış dəbbə pullarının götürülmüş kreditlərə münasibətdə kifayət qədər yüksək olmasını, həmçinin tərəflərin əmlak və digər əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə tutulacaq dəbbə pulları azaldılaraq 12.10.2018-ci tarixli razılaşma üzrə 5058 manat, 16.11.2018-ci il tarixli razılaşma üzrə 5456 manat, 27.02.2019-cu tarixli razılaşma üzrə 2828 manat məbləğində müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəliklər kredit alan şəxs tərəfindən yerinə yetirilmədiyindən bank artıq tələbin ipoteka predmetinə yönəldilməsi prosedurasına başlamaq hüququna malik olmuşdur. Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsinə dair "xxxx" MMC-nin 26 may 2021-ci il tarixli 05/QHM/05-21 saylı ekspert rəyinə əsasən Abşeron rayonu Novxanı kəndi Bağlar massivi 0.01507 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı ümumi sahəsi 147,2 kv.m sahədən ibarət bağ evinin bazar dəyəri 166748 manat təşkil edir. İş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsinə dair "xxxx" MMC-nin 26 may 2021-ci il tarixli 06/QHM/05-21 saylı ekspert rəyinə əsasən Abşeron rayonu Novxanı kəndi Bağlar massivi 0.0147 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı ümumi sahəsi 235,2 kv.m sahədən ibarət bağ evinin bazar dəyəri 207427 manat təşkil edir. Məhkəmə, iddiaçının iddia tələbini və ekspert rəyini nəzərə alaraq hesab edir ki, Cavabdeh2 məxsus Abşeron rayonu Novxanı kəndi Bağlar massivi 0.01507 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 92.3 kv.m yaşayış, 54.9 kv.m köməkçi sahədən ibarət bağ evinin ilkin satış qiyməti 166748 manat, Abşeron rayonu Novxanı kəndi Bağlar massivi 0.0147 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 93.6 kv.m yaşayış 141.6 kv.m köməkçi sahədən ibarət bağ evinin ilkin satış qiyməti isə 207427 manat müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, iddia Cavabdeh2 ipoteka predmetini təşkil edən evin satılmasından sonra Cavabdeh2 evdən çıxarılması və evin boşaldılması hissəsində əsaslıdır və təmin edilməlidir. Belə ki, «İpoteka haqqında» Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: -59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; -59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddiaçı QSC-nin borc tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün məhkəmə hesab edir, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 25,50 manat hissəsi cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, 1500 (min beş yüz) manat məbləğində məhkəmə ekspertizasının dəyərinin 1275 (min iki yüz yetmiş beş) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 225 (iki yüz iyirmi beş) manatı İddiaçı QSC-yə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12.10.2018-ci il tarixli müqavilə üzrə 50588.42 manat kredit borcu, 5423.89 manat faiz borcu, 5058 manat cərimə borcu, 16.11.2018-ci il tarixli müqavilə üzrə 54569,81 manat əsas, 5454,12 manat faiz borcu, 5456 manat cərimə borcu, 27.02.2019-cu il tarixli müqavilə üzrə 28283,92 manat əsas, 3416,65 manat faiz borcu, 2828 manat cərimə borcu, ümumilikdə 161078,81 (yüz altmış bir min yetmiş səkkiz manat səksən bir qəpik) manat borc, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 20 (iyirmi) manat dövlət rüsumu və 40 (qırx) manat xidmət haqqı, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 25,50 (iyirmi beş manat əlli qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh2 məxsus Abşeron rayonu Novxanı kəndi Bağlar massivi 0.01507 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 92.3 kv.m yaşayış, 54.9 kv.m köməkçi sahədən ibarət bağ evinə və Abşeron rayonu Novxanı kəndi Bağlar massivi 0.0147 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 93.6 kv.m yaşayış 141.6 kv.m köməkçi sahədən ibarət bağ evinə yönəldilsin, həmin əmlaklar açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və bankın kredit tələbi realizə edilmiş əmlakların dəyərindən ödənilsin. Abşeron rayonu Novxanı kəndi Bağlar massivi 0.01507 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 92.3 kv.m yaşayış, 54.9 kv.m köməkçi sahədən ibarət bağ evinin hərracda satılması üçün ilkin satış qiyməti 166748 manat məbləğində müəyyən edilsin. Abşeron rayonu Novxanı kəndi Bağlar massivi 0.0147 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 93.6 kv.m yaşayış 141.6 kv.m köməkçi sahədən ibarət bağ evinin hərracda satılması üçün ilkin satış qiyməti 207427 manat məbləğində müəyyən edilsin. 1500 (min beş yüz) manat məbləğində məhkəmə ekspertizasının dəyərinin 1275 (min iki yüz yetmiş beş) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 225 (iki yüz iyirmi beş) manatı İddiaçı QSC-dən tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN **********, AZ08İBAZ********************, Kod 805614, Müxbir hesab AZ03NABZ********************, S.W.İ.F.T. Bik: İBAZAZ2X) ödənilsin. Abşeron rayonu Novxanı kəndi Bağlar massivi 0.01507 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 92.3 kv.m yaşayış, 54.9 kv.m köməkçi sahədən ibarət bağ evi və Abşeron rayonu Novxanı kəndi Bağlar massivi 0.0147 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 93.6 kv.m yaşayış 141.6 kv.m köməkçi sahədən ibarət bağ evi satıldıqdan sonra Cavabdeh2 həmin bag evlərindən çıxarılsın və bag evləri onun tərəfindən boşaldılsın. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar