Məhkəmə qərarları › İş №2(004)-110/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-110/2022

12.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-110/2022 12.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma" tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh “maddi ziyan” tələbinə dair qarşılıqlı iddia ərizələrinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə 24.05.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, ünvan 3, ev 41B, ümumi sahəsi 87,70 m2 olan, korpus 1, giriş B, 138 nömrəli mənzildən cavabdeh Cavabdeh ona məxsus əşyalarla birlikdə çıxarılması və həmin mənzilin Cavabdeh tərəfindən boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 05.08.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək ünvan 3, ev 41B, ümumi sahəsi 87,70 m2 olan, korpus 1, giriş B, 96 nömrəli mənzildən cavabdeh Cavabdeh ona məxsus əşyalarla birlikdə çıxarılması və həmin mənzilin Cavabdeh tərəfindən boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə Cavabdeh 10.08.2021-ci il tarixdə “maddi ziyan” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ünvan 3, ev 41B, korpus 1, giriş B, 96 saylı mənzilin təmirinə xərclənmiş 42400 manat məbləğində pulun cavabdeh İddiaçı onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmin mənzilə dair mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən 05.07.2021-ci il qeydiyyat tarixli çıxarış verilmişdir. İlkin iddia üzrə iddiaçıdan əvvəl həmin mənzilin mülkiyyətçisi atası mərhum X5 olmuşdur. O müharibə veteranı olmuş, həmin mənzil ona dövət təhlükəsizlik orqanlarında uzun müddətli xidmət illərinə görə verilmişdir. İlkin iddia üzrə iddiaçı valideynləri ilə birgə ünvan 2 ünvanında yaşamışdır. X1 ona iş yerindən verilmiş mənzili özəlləşdirərək Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 41B ünvanında yerləşən 96 saylı mənzili bağışlama müqaviləsi əsasında ilkin iddia üzrə iddiaçıya bağışlamışdır. İlkin iddia üzrə Cavabdeh ilə ilkin iddia üzrə iddiaçının qardaşı X10 2014-cü ildə nikaha daxil olmuşlar. Onlar evləndikləri vaxt ilkin iddia üzrə cavabdehin xalası onlara Yasamaldakı boş qalan evini vermiş, iddiaçının yaşadığı evə isə ara-sıra qonaq gəlmişlər. İlkin iddia üzrə cavabdeh valideynlərinin evində qeydiyyatda olmuşdur. Onların birgə nikahdan 2 uşaqları da olmuşdur. İlkin iddia üzrə cavabdeh və ilkin iddia üzrə iddiaçının qardaşı heç vaxt iddiaçının və iddiaçının valideynlərinin yanında yaşamamışdır. Onlar uzun müddət ilkin iddia üzrə cavabdehin xalasının boş olan evində yaşamış, hətta bir müddət ayrıca kirayə evə çıxmışlar. 2020-ci ilin avqust ayında ilkin iddia üzrə cavabdeh ilkin iddia üzrə iddiaçının atasından xahiş edərək vaxtilə ona verilmiş, hal-hazırda ilkin iddia üzrə iddiaçının mülkiyyətində olan mənzilin müvəqqəti olaraq ona yaşamaq üçün verməsini xahiş etmişdir. Həmin vaxt ilkin iddia üzrə iddiaçının valideynlərinin də münasibəti yaxşı olmamış, anası onlardan ayrı evə çıxmaq istəmişdir. Elə bu vaxt Cavabdeh İddiaçı anasına baxacağını ilkin iddia üzrə iddiaçının atasına deyərək birlikdə həmin mənzildə yaşamağa icazə istəmişdir. Hətta həmin mənzilin içərisini təmir etdirəcəyini bildirmişdir. Daha sonra onlar həmin mənzildə yaşamağa başlamışlar. İlkin iddia üzrə iddiaçının anası X7 09.11.2020-ci ildə həmin mənzildə vəfat etmişdir. İddiaçı anasının vəfatından sonra cavabdeh orada təkbaşına yaşamağa davam etmişdir. Onun ilkin iddia üzrə iddiaçının qardaşı ilə münasibəti də elə evliliklərinin ilk günlərindən yaxşı olmamış, yola getməmişlər. Son illərdə onlar demək olar, faktiki olaraq ayrılmışlar. X6 Rayon Məhkəməsində İddiaçı qardaşına qarşı nikahın pozulması və aliment tələbinə dair iddia qaldırmışdır. Hal-hazırda cavabdeh nəinki ilkin iddia üzrə iddiaçının qardaşını, hətta mənzilin mülkiyyətçisi kimi ilkin iddia üzrə iddiaçını belə mənzilə buraxmamış, mənzilin açarını da dəyişmişdir. İlkin iddia üzrə cavabdeh iddiaçını mənzilinə buraxmayaraq mənzildə yaşamağa davam edir və bununla da iddiaçının mülkiyyətçi kimi qanunla qorunan hüquqlarını pozur. Hal-hazırda ilkin iddia üzrə iddiaçı mənzilinə daxil ola, oradan istifadə edə bilmir. İlkin iddia üzrə cavabdeh mənzilə onu buraxmır. Dəfələrlə ondan mənzilini tərk etməyi tələb etsə də, o heç nəyə məhəl qoymamış, mənzilini boşaltmamışdır. İlkin iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənzilindən məhrum olunmuşdur. Qardaşı da ilkin iddia üzrə iddiaçı ilə hal-hazırda Binəqədi rayonundakı ata evində yaşayır. Əlavə olaraq bildirir ki, ekspert rəyi ilə razıdır. Amma hazırda mübahisə predmeti olan evdə yerləşən və təyinatına ziyan vurulmadan çıxarılıb götürülə biləcək əşyalar cavabdeh tərəfindən götürülərsə həmin əşyaların dəyəri ümumi məbləğdən çıxılmalıdır. Qarşılıqlı iddianı qismən qəbul edir. Qarşı tərəfin tələb etdiyi pulu mənzili sataraq ödəyə bilərlər. Buna görə də qarşılıqlı iddia üzrə iddiaçıdan satışa maneə olmamasını və növbəliliyə riayət etməsini xahiş edir. İlkin iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkilinin izahatını təsdiq etdiyini bildirir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, həmin mənzil ilkin iddia üzrə cavabdehin mərhum qaynX1na Bakı şəhər İcra Hakimiyyəti Başçısının 30.03.2011-ci il tarixli, 138 saylı sərəncamı ilə ayrılmışdır. Bundan bir müddət sonra, yəni 14.07.2014-cü il tarixdə İddiaçı qardaşı Nazim İbadovla rəsmi nikaha daxil olmuşdur. Həyat yoldaşı, onun ailə üzvlərinin, o cümlədən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsindəki 141 saylı evin 32-ci mənzilində darısqallıq olduğundan və mübahisə predmeti olan mənzil təmirsiz olduğundan nikahlarının ilk illərində digər ünvanlarda yaşamışlar. Həmin dövrdə, ailənin başçısı olan qaynatası Azər İbadovun qərarına əsasən mübahisə predmeti olan mənzil gənc ailə kimi Cavabdeh, onun həyat yoldaşına və gələcək azyaşlı uşaqları üçün nəzərdə tutulmuşdur. 2018-ci ilin əvvəllərindən həyat yoldaşı X13 Hüseynovadan və iki azyaşlı uşağından ayrılaraq qarşlıqlı iddia üzrə cavabdehlə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsindəki 141 saylı evin 32-ci mənzilində yaşamağa başlamış, Cavabdeh ilə bütün əlaqələrini kəsmişdir. Mərhum qaynatası Azər İbadov tərəfindən ailəsi üçün nəzərdə tutulmuş mənzilə köçmək üçün 2018-ci ilin ortalarından başlayaraq həmin mənzilin təmirinə başlamış, tikinti işlərinə bilavasitə nəzarət etmiş, təmir üçün zəruri olan pul vəsaiti Cavabdeh tərəfindən təmin olunmuşdur. İş yerindən aldığı maaş, valideynlərinin və digər qohumlarının ona etdikləri maddi yardım hesabına təxminən 2 il ərzində o sözügedən mənzili tam təmir edib 2020-ci ilin avqust ayından etibarən həmin mənzildə yaşamağa başlamışdır. Mərhum qaynatası Azər İbadov ömrünün son günlərində sözügedən mənzili özəlləşdirib Cavabdeh məlum olmayan şəraitdə və səbəblərdən həmin mənzili cavabdeh İddiaçı bağışlaması onun üçün gözlənilməz olmuşdur. Eyni dərəcədə gözlənilməz hal, İddiaçı onu və azyaşlı uşaqlarını mübahisəli mənzildən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi olmuşdur. Mübahisəli mənzil 2018-ci ilin ortalarından 2020ci ilin avqust ayınadək olan dövr ərzində Cavabdeh vəsaiti hesabına tam təmir olunmuşdur. Sözügedən mənzili təmir etmək məqsədilə onun açarları mərhum qaynatası Azər İbadov tərəfindən ona verilərkən həmin mənzil tam olaraq təmirsiz olmuş, mənzilin fasad pəncərələrindən, əlavə təmirə ehtiyacı olan giriş qapısı və divarlarından başqa heç nəyi olmamışdır. Cavabdeh vəsaiti hesabına mənzilin pis vəziyyətdə olan giriş qapısı təzəsi ilə əvəz edilmiş, mənzildə olan 3 otağa, mətbəxə, hamama və sanitar qovşağa cəmi 6 ədəd qapı qoyulmuşdur. 3 otağın divarları və tavanı əyri olduğundan alçıpan vasitəsi ilə düzəldilmiş, tavanda əlavə bəzək işləri görülmüş, divarlara müxtəlif oboylar çəkilmişdir. Bundan başqa, mənzilin döşəməsini vurmaq üçün əvvəlcədən suvaq, ağac işləri və s. işlər görülmüş, otaqlara və mətbəxə döşəmə vurulmuş, karidora, hamama və sanitar qovşağa metlax döşənmiş, zəruri divarlarda kafel işləri görülmüş, hamam və sanitar qovşaqda asma tavan və zəruri aksesuarlar quraşdırılmış, həmçinin, hamamdakı duş kabinə, əl-üz yumaq üçün vasitələr, sanitar qovşaqdakı vasitələr, unitaz və s. də Cavabdeh vəsaiti hesabına alınmışdır. Mənzilin elektrik işləri də tam olaraq Cavabdeh vəsaiti hesabına ərsəyə gəlmiş, gizli elektrik, internet, televizor antenası xətləri çəkilmiş, mənzildə sayğac, elektrik lövhəsi, elektrik yuvaları və sair aksesuarlar qoyulmuşdur. Mənzlin zal və yataq otaqlarında gizli işiqlandırma aparılmış, karidorda spot lampalardan istifadə olunmuşdur. Mənzilin su xətti də Cavabdeh tərəfindən sıfırdan çəkilmiş, ayrıca kombi sistemi quraşdırılmış, karidor, hamam və sanitar qovşağın döşəməsindən isti su xətti çəkilərək onların döşəmələri "isti döşəmə" vəziyyətinə gətirilmişdir. Mənzildə daimi suyun olmasını təmin etmək üçün sanitar qovşaqda, asma tavanla tavan arasında 500 litrlik su çəni quraşdırılmışdır. Sözügedən mübahisəli mənzildə həmçinin digər işlər də görülmüşdür. 2020-ci ilin avqust ayından Cavabdeh 2 azyaşlı uşağı ilə həmin mənzilə köçərək yaşayır. Təmir zamanı, ayri-ayrı vaxtlarda mənzilin vəziyyətini əks etdirən fotoşəkillər çəkilmiş və qarşılıqlı iddia ərizəsinə əlavə edilmişdir. Apardıqları hesablamalara görə mübahisəli mənzilin tam təmir olunmasına 42400 manat vəsait xərclənmişdir. Mənzili yaşayış üçün normal vəziyyətə gətirmək üçün təmir aparılmağına onun sahibi və mülkiyyətçisi tərəfindən etiraz edilməmişdir. Əlavə olaraq bildirir ki, əslində təmirə daha çox pul xərclənməsinə baxmayaraq ekspert rəyinə etiraz etmir. Həmçinin ekspert rəyində bazar qiymətləri də nəzərə alınmamışdır. Onların hesablamasına görə çəkilən xərclər 42400 manat təşkil edir. Ekspert isə təxmini dəyər yazmış, bazar qiymətini hesablamamışdır. Təmir mülkiyyətçinin razılığı ilə aparılmışdır. Həmin mənzildən heç bir əşya götürməyəcəklər. Heç bir növbəlilik ola bilməz, məhkəmə qətnaməsi eyni anda icra olunur. Qarşlıqlı iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkilinin izahatını təsdiq etdiyini bildirir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tam, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan hədiyyə verən qismində X4 ilə hədiyyə alan qismində İddiaçı arasında notarial qaydada bağlanmış 16.03.2021-ci il tarixli, 4Ə-418 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətinə əsasən X4 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ev 41B, korpus 1, giriş B, 138 saylı mənzili İddiaçı mülkiyyətinə verir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən ünvan 3 ünvanında yerləşən ev 41B, korpus 1, giriş B, 96 saylı mənzil 05.07.2021-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan “X8” MMC tərəfindən verilmiş 23.06.2021-ci il tarixli, ********* nömrəli arayışın surətinə əsasən Cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin inşa etdiyi ünvan 3 ünvanında yerləşən ev 41B, korpus 1, giriş B, 96 saylı mənzildə qeydiyyatsız yaşayır. 2018-ci ildən etibarən yaşadığı mənzili öz vəsaiti hesabına təmir etdirmişdir və 2020-ci ilin avqust ayından etibarən iki azyaşlı uşağı ilə birlikdə həmin mənzildə yaşayır. Həmin blokun 138 saylı mənzili digər şəxsə məxsusdur. İş materiallarında olan 18.04.2022-ci il tarixli, 10/5336 saylı ekspert rəyinə əsasən ünvan 3 ünvanında yerləşən ev 41B, korpus 1, giriş B, 96 saylı mənzil üzrə həyata keçirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 26689,4 manat məbləğində müəyyən edilmişdir. İşin halları odur ki, mübahisə predmeti olan mənzil ilkin iddia üzrə İddiaçı mülkiyyətindədir. İlkin iddia üzrə Cavabdeh İddiaçı qardaşının keçmiş həyat yoldaşıdır. Cavabdeh 2018-ci ildən 2020-ci ilə qədər mübahisə predmeti olan evi təmir etdirmiş, 2020-ci ilin avqust ayından orada yaşamağa başlamışdır. Hazırda ilkin iddia üzrə iddiaçı cavabdehin həmin sahədən əşyaları ilə birlikdə çıxarılmasını xahiş edir. Məhkəmə ilkin iddianı əsaslı hesab edir. Çünki mübahisə predmeti olan ev hazırda iddiaçının mülkiyyətindədir, cavabdeh isə iddiaçının ailə üzvü deyildir və onun həmin mənzildə yaşaması üçün heç bir hüquqi əsas yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə qarşılıqlı iddia ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qarşılıqlı iddia üzrə tələb mübahisə predmeti olan evin təmirinə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən çəkilmiş xərclərin əvəzi olan 42400 manat məbləğində pulun İddiaçı onun xeyrinə tutulmasından ibarətdir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia qismən əsaslıdır. Belə ki, iddiaçının mübahisə predmeti olan evdə təmir-bərpa işləri aparması iş materialları ilə müəyyən olunur. Lakin iddiaçı mübahisə predmeti olan mənzilin təmirinə 42400 manat məbləğində xərci çıxdığını bildirsə də, ekspert rəyinə əsasən mənzildə aparılmış tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 26689,4 manat təşkil edir. Belə olan halda cavabdehdən təmir xərclərinin əvəzi olaraq 26689,4 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ilkin iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 41B, korpus 1, giriş B, 96 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılmalı, qarşılıqlı iddia qismən təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Ə.Əhmədov küçəsi, ev 41B, 96 saylı mənzilin təmirinə xərclənmiş 26689,4 (iyirmi altı min altı yüz səksən doqquz manat qırx qəpik) manat məbləğində pul cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulmalı, qarşılıqlı iddia ələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia qismən təmin edildiyindən ekspertiza xərci tərəflər arasında bərabər bölünməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 41B, korpus 1, giriş B, 96 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılsın, mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Ə.Əhmədov küçəsi, ev 41B, 96 saylı mənzilin təmirinə xərclənmiş 26689,4 (iyirmi altı min altı yüz səksən doqquz manat qırx qəpik) manat məbləğində pul cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulsun. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Keçirilmiş məhkəmə tikinti-texniki ekspertizaların xərci olaraq İddiaçı 50 (əlli) manat, Cavabdeh 50 (əlli) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar