Məhkəmə qərarları › İş №2(004)-1105/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1105/2025

04.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1105/2025 04.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndələri X1 və X3 iştirakları ilə, İddiaçı cavabdeh "X9" MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh "X9" MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "X9" MMC–nin xx.xx.2024-cü il tarixli, 3-17-7/3-4-2935/2024 saylı əmrinin ləğv edilməsi, iddiaçının məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə "X9" MMC-nin Abşeron filialında təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə işə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə Cavabdehndə Abşeron rayonu ərazisinə təmizik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi kimi işləməyə başlamışdır. İşlədiyi müddətdə hər hansı bir intizam pozuntusuna yol verməmiş, məsuliyyətli işçi olmuşdur. Əmək müqaviləsi 1 (bir) il müddətinə bağlanılsa da, nə işə götürən, nə də o müqaviləyə xitam verilməsi ilə bağlı qarşı tərəfə məlumat vermədiklərindən əmək müqaviləsi hər dəfə 1 (bir) il müddətinə uzadılmışdır. xx.xx.2024-cü il tarixində bülletendən işə qayıtdığı zaman ona artıq xx.xx.2024-cü il tarixində müqaviləsinə xitam verildiyi bildirilmişdir. Bülletendə olduğu zaman müqaviləsinə necə xitam verildiyini soruşduqda bunun səhv olduğunu bildirmişlər. O da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə işdən çıxarılmağı ilə bağlı şikayət etmişdir. Özünü Cavabdeh direktor müavini kimi təqdim edən Emil İsmayılov işdən çıxarılmağının anlaşılmazlıq olduğunu və bu anlaşılmazlığın aradan qaldırılacağını, onun işə davam etməsini bildirmişdir. Daha sonra işdən çıxarılmağı ilə bağlı əmr ləğv olunmuş və ona 2024-cü ilin may və iyun ayları üçün əmək haqqı ödənilmişdir. Daha sonra iş fəaliyyətinə davam etmişdir. Ancaq xx.xx.2024-cü il tarixində iş yerinə getdiyi zaman onun əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verildiyi bildirilmişdir. Bunun səbəbini soruşduqda əmək müqaviləsinin müddətinin bitdiyinə görə müqaviləsinə xitam verildiyi bildirilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin rəisi cənab Vəli Quliyevə qanunsuz işdən çıxarılmağı barədə müraciət etsə də, hələ də müraciəti ilə bağlı ona cavab verilməmişdir. Əmək kitabçasını iş yerindən götürdükdən sonra kitabçaya nəzər yetirdiyində xx.xx.2024-cü il tarixində Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hssəsinin “b” bəndinə əsasən müqaviləsinə xitam verildiyini və xx.xx.2024-cü il tarixində Abşeron rayonu ərazisinə təmizik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə yenidən işə təyin olunmağına dair qeydlərin olduğunu görmüşdür. Lakin bildirmək istəyir ki, onun işdən çıxarılmağı və yenidən işə götürülməyi barədə ona hər hansı məlumat verilməmişdir. Əgər onun əmək müqaviləsinə həmin zaman ona məlumat verilmədən xitam verilməsəydi, onun əmək müqaviləsi 5 ildən artıq müddətə davam edəcəkdi. Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Belə olduğu halda onun razılığı olmadan əmək müqaviləsinə xx.xx.2024-cü ildə xitam verilməyəcəkdi. İşəgötürən ona məlumat vermədən xx.xx.2024-cü il tarixdə onun əmək müqaviləsinə xitam verərək onun hüquqlarını pozmuşdur. Həmçinin bildirmək istəyir ki, ona məlumat verilmədən xx.xx.2024-cü il tarixdə “onun ilə işəgötürən arasında bağlanan” müqavilənin şərtləri ona bildirilməmiş, həmin müqaviləni imzalamamış, müqavilənin müddəti barədə məlumatsız olmuşdur. Qarşı tərəf bu haldan öz maraqları üçün istifadə edərək, müqaviləni özü istədiyi müddətə bağlamışdır. “Mediasiya haqqında” qanunun 28-ci maddəsinə əsasən əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər X4 iştirak etməlidirlər. Bu səbəbdən o, xx.xx.2024-cü il tarixində Bakı şəhər 12 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Mediasiya prosesinin tətbiqi barəsində təklifinə cavab olaraq ünvanlanan məktubda ona əmək müqaviləsinə xitam veriləcəyinə dair “Əmək və məşğulluq altsistemi vasitəsilə “Xidmət üçün müraciətlə bağlı bildiriş” göndərildiyi qeyd ounmuşdur. Lakin bildirmək istəyir ki, ona əmək müqaviləsinə xitam veriləcəyinə dair hər hansı bildiriş göndərilməmiş, şifahi və ya yazılı qaydada xəbədarlıq edilməmişdir. xx.xx.2024-cü il tarixində keçirilən ilkin medasiya sessiyasında onlar qarşılıqlı razılığa gələ bilmədiklərindən mediasiya prosesinin davam etdirilməməsi qərarına gəlmişlər. Ona xx.xx.2024-cü il tarixində “X4n sonra prosesin davam etdirilməməsi barədə" arayış təqdim olunmuşdur. Daha sonra, cavabdeh "X9" MMC iddia ərizəsinə etiraz təqdim edərək, etirazında qeyd etmişdir ki, iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 30 oktyabr । tarixli 602 nömrəli Sərəncamı ilə 2019-2030-cu illər üçün Azərbaycan Respublikasının İ Məşğulluq Strategiyası təsdiq edilmişdir. “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prenzidentinin Sərəncamı sosial cəhətdən həssas əhali qruplarının əmək bazarında iştirakının artırılmasına yönəldiyindən “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” məşğulluğun inkişafına dair işçi qüvvəsinin bacarıqlarının yüksəldilməsi, əmək məhsuldarlığının artırılması, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi təmin edilir. Sözügedən sərəncamın 4.4.5-ci maddəsinə əsasən işsiz və işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunun çevik və səmərəli təşkili məqsədilə əmək birjalarının və haqqı ödənilən ictimai işlərin təşkili mexanizminin yeniləşdirilməsi əsas prioritetlərdən biridir. Bu dövlət proqramı 2019-2030-cu illəri əhatə etdiyindən, həmçinin sosial layihə olduğundan müvəqqəti xarakter daşıyır. Bu proqramdan irəli gələn məsələrin həll edilməsi və ən əsas da proqramdan hər bir vətəndaşın yararlanması əsas prioritetlərdən biridir. Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən 2019-cu ilin əvvəlindən ictimai işlərin təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan “İşsizin DOSTu” proqramına başlanılmışdır. Həmin proqram Cavabdeh MMC tərəfindən icra olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 84 nömrəli Qərarı ilə təsdiqlənmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 1.2-ci bəndinə əsasən haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.6-cı bəndinə əsasən isə ictimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “e” bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. İddiaçıla Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixində ilkin əmək müqaviləsi bağlanılaraq Abşeron rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim edilmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə uyğun olaraq İddiaçıla Cavabdeh MMC arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmişdir. Cavabdeh MMC tərəfindən icra olunan "İşsizin DOSTu” proqramına əsasən işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında sonuncu dəfə xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsi ölkə miqyasında icra olunan, əhalinin sosial rifahının yüksəldilməsi və dayanıqlı məşğulluğunun təmin edilməsini nəzərdə tutan müddətli layihənin həyata keçirilməsindən irəli gəlmiş, vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək və bir çox vətəndaşın həmin layihədən yararlanması layihənin əsas prioritetlərindən hesab edilmişdir. Əmək müqaviləsinə əsasən iddiaçı haqqı ödənilən ictimai işlərə cəlb edilmiş, Biləsuvar şəhər Kommunal Müəssisələr Kombinatına təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim edilmişdir. Sözügedən əmək müqaviləsi müddətli əmək müqaviləsi olmuşdur. Qanunvericiliyin tələbinə əsasən bu hal, yəni şəxsin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi əmək müqaviləsinin müddətli bağlanılmasına yol verilən hallar siyahısına daxil edilmişdir. Əmək müqaviləsi 1 ay müddətə nəzərdə tutulmuş, 1 aylıq müddət başa çatdıqdan sonra tərəflər əmək müqaviləsinə xitam verilməsini tələb etmədikləri halda müqavilənin eyni şərtlərlə il sonunadək uzadılması şərti qeyd edilmişdir. Həmin müqavilə əsasında tərəflər müqavilə münasibətlərini lahiyənin mahiyyətindən irəli gələn xüsusatlar nəzərə alınmaqla və müqavilənin müddətinin bitməsinə əsaslanmaqla cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qəbul edildildiyi günədək davam etdirmişlər. Əmək müqaviləsinin müddəti bitdiyi halda, həmçinin dövlət müəssisələrində işləyən işçi 65 yaşına çatdıqda əmək müqaviləsinə xitam verilməsi işəgötürənin əsas hüquqlarından biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin (müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) 1-ci bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarmasına görə xitam veriləcəyinə dair “Xidmət üçün müraciətlə bağlı” bildiriş xx.xx.2024-cü il tarixində Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemi vasitəsilə İddiaçı göndərilmiş, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə uyğun olaraq İddiaçıla Mərkəz arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmiş və son haqq-hesabı ödənilmişdir. Məhkəmə nəzərə almalıdır ki, İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür, yəni, xx.xx.2024-cü il tarixdə 69 yaşı tamam olmuşdur. Onunla əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xitam verilsə də (rəsmiləşdirilsə də), işçinin 8 ay öncə 65 yaşına çatması xüsusatı nəzərə alınır. Yəni, işçi 65 yaşına çatdıqda işəgötürənin işçi ilə əmək müqaviləsinə xitam vermək hüququ yaranır. Odur ki, hazırkı mübahisə üzrə işçinin əmək müqaviləsinə xitam verilməsi qanunidir. Məlumat üçün bildirilir ki, hazırki mübahisə üzrə işəgötürən MMC olsa da, həmin MMC-nin fəaliyyəti sosial yönümlü olmaqla dövlət layihəsidir (MMC-nin idarəretməsi dövlətə məxsusdur) və işçilərin təminatı vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi məqsədilə məhz dövlət tərəfindən həyata keçirilir. Belə olan halda məhkəmə hazırki hüquq münasibətlərinə formal olaraq deyil, mahiyyəti üzrə baxmaqla qiymətləndirməyi zəruri hesab etməlidir. Dövlətin müvafiq sosial layihəsi üzrə işçi uzun müddət işləmiş və məşğulluğunu, maddi təminatını qarşılamışdır, lakin müvafiq sosial layihədən təkcə eyni vətəndaşlar deyil, müxtəlif digər vətəndaşlar da faydalanmalı, dövlət məhdudiyyətsiz formada qeyri-müəyyən müddətə əmək münasibətlərini davam etdirməkdə yüklənməməlidir. Nəzərə alınmalıdır ki, sözügedən sosial layihələr müvafiq dövrə tətbiq edilməklə məhdud (müvəqqəti) xarakterlidir və vətəndaşları işləməyə, əməyə təşviq edir, maddi təminatlarına dəstək verir. Dövləti daimi əsaslarla əmək müqaviləsi bağlamaqla mükəlləf etmək həmin layihənin sosial mahiyyətinə və işçilərin pozulmuş əmək hüquqlarının müdafiəsinin fəlsəfəsinə uyğun gəlmir. Nəzərə alınmalıdır ki, müddətli, xüsusən 1,2,3 aylıq qısa müddətli əmək müqavilələrinə məhkəmələrin yanaşması təcrübi olaraq fərqlidir və bu münasibətlərdən işçilərin müdafiəsinin maksimal təminatı qorunur. Yəni, məlumdur ki, heç kim 1-2-3 aylıq müqavilə bağlamaqda maraqlı deyil, hər kəs istəyər ki, (istisnalar xaric) əmək müqavilələri təminatlı, daimi və uzun müddətli olsun. Bununla da, işəgötürənlərin işçilər üzərindəki hüquqlarından sui-istifadə etmək imkanları qanunla və məhkəmə vasitəsilə məhdudlaşdırılır, lakin hazırki mübahisədə yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, bir tərəfdə (işəgötürən) dövlət və dövlətin sosial layihəsi dayanır. Dövlətin sosial siyasətinə uyğun olaraq büdcəsinin sosial yönümlə xərcləri müvafiq məbləğlərlə məhdudlaşır, xərclərin həddləri büdcə imkanları həddində dəyərləndirilir. Hazırda həmin layihənin getdikcə məhdudlaşdırılması, analoji digər layihələrin tətbiq edilməsi, özünü məşğulluğun təmin edilməsi müvafiq dövlət orqanları tərəfindən planlaşdırılır. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış əmək müqaviləsinə həmin dövrdə mövcud olan qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilmişdir. İddiaçı özü də əvvəlcədən onunla müddətli əmək müqaviləsi bağlanılmasına razı olmuş və həmin dövrlərdə bu halı heç vaxt mübahisələndirməmişdir. Yalnız onunla bağlanmış əmək müqaviləsi ləğv edildikdən sonra müqavilə üzrə maddi hüquq normalarının pozulmasına istinad edərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73.1-ci maddəsində qeyd olunur ki, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Bu maddəyə əsasən müddətli əmək müqaviləsinin uzadılmasının tərəflərin iradə ifadə etməsindən əlavə cəmi bir yolu vardır. Yəni işçi heç bir etiraz olmadan müddətli əmək müqaviləsi müddəti bitməsindən sonra da əvvəl olduğu kimi maneəsiz işləməlidir və işəgötürən bu hala etiraz etməməlidir. Bu halda müqavilə uzadıla bilər. Qanunverici müqavilənin uzadılmasının digər halını müəyyən etməmişdir. Qeyd edilənləri nəzərə alaraq İddiaçı cavabdeh "X9" MMC-yə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Daha sonra, cavabdeh "X9" MMC “iddia müddətinin tətbiq edilməsinə dair” xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddəti tətbiq edilərək İddiaçı cavabdeh "X9" MMC-yə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədə qeyd edilmişdir ki, İddiaçıla Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixində ilkin əmək müqaviləsi bağlanılaraq Abşeron rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin (müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) 1-ci bəndinə əsasən əmək müqaviləsinə müddətin qurtarmasına görə xitam veriləcəyinə dair “Xidmət üçün müraciətlə bağlı” bildiriş xx.xx.2024-cü il tarixində Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemi vasitəsilə İddiaçı göndərilmiş, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə uyğun olaraq İddiaçıla Cavabdeh MMC arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2024- cü il tarixində xitam verilmiş və son haqq-hesabı ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2ci hissəsinə əsasən “Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumatlar ərizədə göstərilməlidir. “Mediasiya haqqında” Qanunun 28.1ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər X4 iştirak etməlidirlər. Hesab edirlər ki, İddiaçı iddia müddətini buraxmış, həmçinin iddia tələbi əsassız və qanunsuzdur. Belə ki, İddiaçıla "X9” MMC arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmiş, İddiaçı mübahisənin məhkəməyədək həll edilməsi üçün ilk öncə mediasiya prosesinin tətbiqi barədə xx.xx.2024-cü il tarixli təkliflə "X9” MMC-yə müraciət etmiş, təklif "X9” MMC tərəfindən xx.xx.2024-cü il tarixində cavablandırılmış, xx.xx.2024-cü il tarixində "X9” MMC-nin nümayəndəsinin və iddiaçının iştirakı ilə mediasiya sessiyası keçirilmiş və mediator tərəfindən tərəflərə müvafiq arayış təqdim edilmişdir. Daha sonra İddiaçı isə iddia müddətini ötürdükdən sonra xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etmişdir. Göründüyü kimi İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürdükdən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi fərdi əmək mübahisəsinin həlli ilə bağlı olduğu üçün qeyd edilən tələbə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş bir aylıq iddia müddəti şamil edilməlidir. Bununla yanaşı, əmək mübahisələrindən irəli gələn tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir və bu zaman Əmək Məcəlləsi ilə yanaşı, Mülki Məcəllənin müddəaları da nəzərə alınmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddianı müdafiə edir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X2 izhatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X6 izhatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. İddiaçının artıq 70 yaşı vardır. İddiaçının işə bərpası mümkün deyildir. İddiaçı AR Əmək Məcəlləsinin 73.1-ci maddəsinin tələbinə uyğun olaraq yazılı formada xəbərdar edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti bitdiyindən əmək müqaviləsinə xitam verilmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Belə ki, iş materiallarında olan Mediasiya prosesinin tətbiqi barədə Təklifdən görünür ki, İddiaçı “əmək mübahisəsi” barədə mediasiya prosesinin tətbiqi barədə təklifi Cavabdeh MMCyə xx.xx.2024-cü il tarixdə göndərmişdir. İş materiallarında olan X4 iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/12/2024- 00350 saylı Arayışdan görünür ki, hər iki tərəf prosesin davam etdirilməsinə razılıq verməmişdir. İş materiallarında olan İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-də Abşeron rayonu ərazisinə təmir işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təyin edilmişdir. xx.xx.2024-cü il tarixində AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-də Abşeron rayonu ərazisinə təmir işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təyin edilmişdir. xx.xx.2024-cü il tarixində AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilmişdir. İş materialalrında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-də Abşeron rayonu ərazisinə təmir işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsi 1 ay müddətinə bağlanmışdır. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 3-17-7/3-4-2935/2024 saylı əmrinə əsasən Cavabdeh MMC-də müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş Abşeron şəhəri ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində çalışan İddiaçı ilə xx.xx.2024-cü il tarixində bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin b (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-də Abşeron rayonu ərazisinə təmir işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsi 1 ay müddətinə bağlanmışdır. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 3-17-7/3-4-2935/2024 saylı əmrinə əsasən Cavabdeh MMC-də müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş Abşeron şəhəri ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində çalışan İddiaçı ilə xx.xx.2024-cü il tarixində bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin b (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh "X9" MMCyə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh isə məhkəməyə xx.xx.2025-ci il tarixli “iddia müddətinin tətbiq edilməsinə dair” ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296.6-cı maddəsinə əsasən Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Belə ki, iş materiallarından göründüyü kimi işçinin əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İş materiallarından, tərəflərin məhkəmə iclasında verdiyi izahatlarından da müəyyən edilir ki, işçi xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə məlumatlı olmuşdur. Bu baxımdan işçinin hüququnun pozulduğunu aşkar etdiyi gün məhz əmək müqaviləsinə xitam verildiyi gün hesab olunmalıdır. Bundan əlavə iş materiallarında olan Mediasiya prosesinin tətbiqi barədə Təklifdən görünür ki, İddiaçı mediasiyaya yalnız xx.xx.2024-cü il tarixdə, yəni hüququnun pozulduğunu aşkar etdiyi gündən xeyli müddət, yəni 27 gün sonra müraciət etmişdir. İş materiallarında olan X4 iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/12/2024-00350 saylı Arayışdan görünür ki, hər iki tərəf prosesin davam etdirilməsinə razılıq verməmişdir. Buradan belə nəticəyə gəlmək olur ki, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən 27 gün sonra mediasiya prosesinin tətbiqi barədə təklifi xx.xx.2024-cü il tarixdə irəli sürdüyündən qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddətin 27 günü bu zaman keçmiş, mediasiya prosesinin tətbiqi barədə təklif verilən gün, yəni xx.xx.2024-cü il tarixdə müddətin axımı dayanmış, yalnız X4 iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/12/2024-00350 saylı Arayış verilən gün müddətin axımı davam etmişdir. Belə ki, iddiaçı mövcud iddia ərizəsi ilə ən geci xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməli idi. İşin hallarından görünür ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra (22 gün) iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir, habelə məhkəməyə iddia müddətinin üzrsüz səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Bununla yanaşı məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1335/2024 nömrəli mülki iş üzrə qəbul etdiyi 3 ulduz qərarda göstərilən hüquqi mövqeyi nəzərə almalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1.1-ci maddəsi dövlət büdcəsindən maliyyələşən müəssisələrdə son çalışma müddətini qəti olaraq 65 yaş müəyyən edib. Həmin Məcəllənin 10-1.2-ci maddəsi isə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə işçinin çalışma müddətinin hər dəfə 1 ildən çox olmayaraq 5 ilədək uzadıla bilməsini işəgötürənin vəzifəsi deyil, hüququ kimi müəyyən edib. Yəni, sözügedən norma müvafiq sahə üzrə mərkəzi icra hakimiyyəti orqanının rəhbərinə, habelə nizamnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən müəssisənin fəaliyyətinə rəhbərlik edən müvafiq vəzifəli şəxsə, 65 yaşına çatmış işçinin həmin müəssisədə çalışma müddətini hər dəfə 1 ildən çox olmayaraq, bütövlükdə 5 ilədək uzatmaq hüququ verir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin (müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) 1-ci bəndinə əsasən əmək müqaviləsinə müddətin qurtarmasına görə xitam veriləcəyinə dair “Xidmət üçün müraciətlə bağlı” bildiriş xx.xx.2024cü il tarixində Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemi vasitəsilə İddiaçı göndərilmiş, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə uyğun olaraq İddiaçıla Mərkəz arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmiş və son haqqhesabı ödənilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür, yəni, xx.xx.2024-cü il tarixdə 69 yaşı tamam olmuşdur. Onunla əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xitam verilsə də, (rəsmiləşdirilsə də), işçinin 8 ay öncə 65 yaşına çatması xüsusatı nəzərə alınır. Yəni, işçi 65 yaşına çatdıqda işəgötürənin işçi ilə əmək müqaviləsinə xitam vermək hüququ yaranır. Odur ki, hazırki mübahisə üzrə işçinin əmək müqaviləsinə xitam verilməsi qanunidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır və İddiaçı cavabdeh "X9" MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "X9" MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar