Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1116/2025 04.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Cavabdeh MM QBKT-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MM QBKT-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MM QBKT-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 mülki işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Nümayəndə tərəfindən məhkəmə təqdim edilmiş Kommersiya qurumunun dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilir ki, Cavabdeh MM QBKT-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1istemindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, Cavabdeh MM QBKT-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2üquq normalarına əsaslanmaqla mülki iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh hüquqi şəxsin hüquqi ünvanı Nəsimi rayonu ərazisi olduğundan mülki iş aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edilmişdir. Hazırki iddia tələbi ilə bağlı mülki prosessual qanunvericilikdə iddiaçının seçməsinə görə aidiyyət yaxud müstəsna aidiyyat qaydalarının şamil edilməsinə heç bir əsas yoxdur. İddia tələbinə ümumi qaydaya uyğun olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən cavabdeh hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsində baxılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 35-ci və 45ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh MM QBKT-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa” tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-1116/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1116/2025
04.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver