Məhkəmə qərarları › İş №2(004)-1125/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1125/2024

22.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1125/2024 22.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi akt qeydinin bərpa edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi akt qeydinin bərpa edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 1975-ci ildə Ermənistan Respublikasının Dilijan rayonunda doğulmuş Ərizəçi doğum haqqında şəhadətnamənin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1975-ci ildə Ermənistan Respublikasının Dilijan rayonunda anadan olmuş və məlum hadisələrlə əlaqədar olaraq valideynləri ilə birlikdə Azərbaycan Respublikasına gələrək burada Bakı şəhəri, Yasamal rayonunda məskunlaşmışdır. Ailə vəziyyəti ilə əlaqədar yuxarıda göstərdiyi ünvan 1 ünvanından köçərək Xırdalan şəhərində aldığı yeni mənzilə köçmək qərarına gəlmişdir. Mənzilinə köçüb yerləşdikdən sonra ona aid olan əşyaların itirildiyini aşkar etmiş və həmin əşyaların içində doğum haqqında şəhadətnamənin olmadığını müəyyən etmişdir. 09 dekabr 2023-cü il tarixində Bakı şəhəri Maraqlı şəxsnə doğum haqqında şəhadətnamənin bərpa edilməsi barədə ərizə ilə bağlı müraciət olunsa da imtina olunmuş və doğum haqqında aktın bərpa edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər» müddəalarına uyğun olaraq pozulmuş hüquqlarının bərpa olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, xx.xx.1975-ci il tarixdə Ermənistan Respublikasının Dilijan rayonunda doğulmuşdur. X2, anası isə X4r. Onlar 1988-ci il tarixdə Bakı şəhərinə köçmüşlər. Atası 2009-cu il tarixdə vəfat etmişdir. Belə ki, onlar kirayə qalırdılar və hər dəfə ev dəyişirdilər, yeni aldığı mənzilə köçərkən özünə aid doğum haqqında şəhadətnaməsini itirmişdir. Bu badərə müvafiq orqanlara müraciət etsə də, həmin sənədin verilməsindən imtina edilmişdir. Müvaqif qurumlardan ona doğum haqqında şəhadətnamənin alınması üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək bildirdi ki, ərizəçi onun bacısıdır. O, özü 1967-ci il tarixdə Ermənistan Respublikası, İcevan rayonunda anadan olmuşdur, bacısı Ərizəçi isə ondan yaşca balacadır. O, Ermənistan Respublikası, Dilijan rayonunda anadan olmuşdur. X1, anaları isə X4r. Ərizəçi xx.xx.1975ci il tarixdə Ermənistan Respublikası, Dilijan rayonunda doğulmasını, atasının X7, anasının isə X8 olması faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadə verərək bildirdi ki, ərizəçi Gülnarə onun atası tərəfindən qohumudur, qonşu kəndçi olublar, bir yerdə böyüyüblər, eyni ildə anadan olublar. O, İcevan rayonunda yaşasa da, atası Ermənistan Respublikası, Dilijan rayonunda hüquq-mühafizə orqanında çalışdığından, onun uşaqlığı Dilijan rayonunda keçib. O, uşaqlıqdan tanıyır ki, ərizəçi Dilijan rayonunda anadan olmuşdur. Ərizəçi xx.xx.1975-ci il tarixdə Ermənistan Respublikası, Dilijan rayonunda doğulmasını, atasının X7, anasının isə X8 olması faktını təsdiq edir. İş materiallarında olan: - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1948-ci il tarixdə Ermənistan, İcevan rayonunda anadan olmuşdur. X3 (milliyyəti azərbaycanlı), anası isə X9r (milliyyəti azərbaycanlı). - 16 mart 1968-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X5 arasında 16 mart 1968-ci il tarixdə 5 saylı akt qeydi ilə nikahları rəsmiləşdirilmişdir. - 21 may 1968-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1967-ci il tarixdə Ermənistan, İcevan rayonunda anadan olmuşdur. X2 (milliyyəti azərbaycanlı), anası isə X4r (milliyyəti azərbaycanlı). - AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə Ermənistan, Dilijan rayonunda anadan olmuşdur. - Maraqlı şəxs AZ-İ № 941481 saylı, 13 iyul 2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. - Maraqlı şəxs 19 dekabr 1992-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X10 arasında 19 dekabr 1992-ci il tarixdə 677 saylı akt qeydi ilə nikahları rəsmiləşdirilmişdir. - Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001 -ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalarda əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən, Maraqlı şəxs doğum akt qeydinin bərpa edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyini məsləhət görmüşdür. Məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə Ermənistan, Dilijan rayonunda anadan olmuş, ailə vəziyyəti ilə əlaqədar yeni mənzilə köçərkən doğum haqqında şəhadətnaməsini itirmiş, doğum haqqında şəhadətnamənin alınması məqsədilə Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs isə doğum akt qeydinin bərpa edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, akt qeydinin bərpası barədə ərizələrə MPM-in 37 fəslinin – «Vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi» qaydalarına uyğun xüsusi icraat qaydasında baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1 və 305.1.7-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında həm də vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələrə baxır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməli, Ərizəçi xx.xx.1975-ci il tarixdə Ermənistan Respublikasının Dilijan rayonunda doğulmasına dair akt qeydi bərpa edilməli və atası qrafasında X7, milliyəti qrafasında azərbaycanlı; ana qrafasında X8, milliyəti qrafasında azərbaycanlı qeyd edilməklə Ərizəçi doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1975-ci il tarixdə Ermənistan Respublikasının Dilijan rayonunda doğulmasına dair akt qeydi bərpa edilsin. Atası qrafasında X7, milliyəti qrafasında azərbaycanlı; ana qrafasında X8, milliyəti qrafasında azərbaycanlı qeyd edilməklə Ərizəçi doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar