Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1127/2024 01.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi ilə, İddiaçı, X8 və X5 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla Cavabdeh MMC-yə qarşı “mobil nömrənin addan-ada keçirmə əməliyyatlarının etibarsız hesab edilməsi, mobil nömrənin iddiaçının adına keçirilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması və mənəvi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı, X8 və X5 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla, Cavabdeh MMC-yə qarşı “mobil nömrənin addan-ada keçirmə əməliyyatlarının etibarsız hesab edilməsi, mobil nömrənin iddiaçının adına keçirilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması və mənəvi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin ona məxsus olan ********** və ********** telefon nömrələrinin qanunsuz olaraq X9 addan- ada keçirmə əməliyyatlarının etibarsız hesab edilməsi, ********** və ********** telefon nömrələrinin iddiaçının adına keçirilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması, ********** telefon nömrəsi xx.xx.2024-cü ildə ödədiyim 1 manat, xx.xx.2023-cü ildə ödədiyim 1 manat, xx.xx.2023-cü ildə ödədiyi 2 manat, xx.xx.2023-cü ildə ödədiyim 3 manat, 01 .01.2024-cü ildə ödədiyi 2 manat, xx.xx.2024-cü ildə ödədiyi 1 manat pul vəsaitinin bərpa edilərək nömrəyə yüklənməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması, Cavabdeh MMC-dən 5000 manat mənəvi ziyanın əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh MMC-yə müraciət edərək ona məxsus olan ********** və ********** telefon nömrələrinin qanunsuz olaraq X9 addan-ada keçirmə əməliyyatlarının səbəbləri brədə məlumat verilməsini və nömrələrin iddiaçının adına keçirilməsini xahis etmişdir. Cavabdeh MMC ona yazdığı cavab məktubunda X9 etibarnamə əsasında iddiaçıya məxsus olan ********** və ********** telefon nömrələrinin addan-ada keçirmə əməliyyatlarının həyata keçirildiyini qeyd etmişdir. X4 verilmiş etibarnamədə iddiaçıya məxsus ********** və ********** telefon nömrələrinin Cavabdeh MMC-də addan-ada keçirmə əməliyyatlarını aparmaq səlahiyyəti müəyyən edilməmişdir, buna görə də həmin əməliyyatlar tamamilə qanunsuzdur. Bundan başqa Azercell Telekom MMC ********** telefon nömrəsinə yüklənmiş pul vəsaitlərini xidmətdən istifadə etmədiyi halda da əsassız olaraq silir. Belə kixx.xx.2024-cü ildə ödədiyi 1 manat, xx.xx.2023-cü ildə ödədiyi 1 manat, xx.xx.2023-cü ildə ödədiyi 2 manat, xx.xx.2023-cü ildə ödədiyim 3 manat, xx.xx.2024-cü ildə ödədiyim 2 manat, xx.xx.2024-cü ildə ödədiyi 1 manat pul vəsaiti naməlum səbəbdən istifadə etmədiyi xidməiiərə görə silinmişdir. İddiaçının 1-ci qrup əlilliyi var. Həmin nömrəni səhhətimlə bağlı müvəqqəti işlətməmişdir. Nömrənin müvəqqəti işləməməsi onun bərpa edilməsindən imtina üçün üçün əsas ola bilməzdi. Bundan başqa, iddiaçı, 1-ci Qarabağ müharibəsi veteranıdır. Müharibə veteranı kimi Azərbaycan Respublikası Prezidenti X18 tərəfindən təyin edilmiş 80 manat pensiya alır, başqa gəliri, yoxdur. Cavabdeh MMC-nin bu hərəkətləri iddiçıya pis təsir etmiş, o, mənəvi sarsıntı, iztirab keçirmişdir. Azercell Telekom MMC-nin hərəkətləri onda mənəvi psixoloji sarsıntı yaratmış, mənfi reaksiyalar doğurmuşdur. Buna görə də, iddiaçıya dəymiş mənəvi zərəri 5000 manat məbləğində qiymətləndirir və bu məbləğin Cavabdeh MMC-dən tutulmasını tələb edir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, Eminov Xəqani ona məxsus olan 050 *** ** ** və 050 *** ** ** Azərcell telefon nömrələrini qanunsuz olaraq mənimsəmişdir. Eminov Xəqani iddiaçı tərəfindən verilmiş ümumi etibarnamədən istifadə edərək və Azərcell Telecom müəssisəsinin işçilərin vəzifə borclarına məsuliyyətsiz yanaşmasından istifadə edərək yuxarıda göstərilən hər iki nömrəni, 050 *** ** ** nömrəsini həyat yoldaşının adına rəsmiləşdirmiş və 050 *** ** ** nömrəsini kənar şəxsə satmışdır. Belə olan halda hesab edir ki, ilkin iddia ərizəsində göstərdiyi məbləğ - yəni ona dəymiş mənəvi ziyanın məbləği artırılaraq 15 000 (on beş min) AZN göstərilməlidir. Bundan başqa hesab edir ki, 050 *** ** ** telefon nömrəsi Azərcell Telecom tərəfindən iddiaçıya qaytarılmalıdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi və tələbin azadılması barədə ərizə təqdim edərək Cavabdeh MMC-dən ona məxsus olan ***-***-**-** nömrəli möbil telefon nömrəsinin qanunsuz olaraq X11 tərəfindən addan-ada keçirmə əməliyyatların etibarsız hesab edilməsi, ***-***-**-** nömrəli möbil telefon nömrəsinin onun adına keçirilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması, Cavabdeh MMC-dən 15000 (on beş min) manat məbləğində mənəvi zərərin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azercell MMC iddia ərizəsinə etiraz ünvanlayaraq iddianın rədd edilməsini xahiş etmişdir. Etirazda göstərilmişdir ki, iddia tələbi əsassızdır: Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyinə və Abunə Müqavilələrinin şərtlərinə əsasən nömrə istifadəyə verilərkən həmin nömrə ilə bağlı bütün hüquqlar və vəzifələr ancaq abunəçiyə (nömrə adına rəsmiləşdirilmiş şəxs) tətbiq edilir. Abunəçinin istifadəsində olan nömrə ilə bağlı hər hansı əməliyyatın həyata keçirilməsi, həmçinin yazışmaların aparılması yalnız abunəçinin şəxsən özünün və yaxud abunəçinin verdiyi etibarnamə (müvafiq qaydada tərtib və təsdiq olunmuş) əsasında səlahiyyətli şəxsin iştirakı ilə həyata keçirilə bilər. 08 sentyabr 2018-ci il tarixli, İddiaçı Arif oğlu tərəfindən X10 verilmiş Reyestrdə 7E- 4380 nömrə ilə qeyd edilmiş etibarnaməyə əsasən X11, abunəçinin səlahiyyətli nümayəndəsi qismində çıxış edərək, xx.xx.2019-cu il tarixində 050 *** ** ** nömrədə, xx.xx.2022-ci il tarixində 050 *** ** ** nömrədə addan-ada əməliyyatı həyata keçirmişdir. Həmin əməliyyat həyata keçirilənədək, müvafiq etibarnamənin ləğv edildiyinə dair hər hansı rəsmi məlumat Cavabdeh MMC-yə daxil olmayıb. Beləliklə də 050 *** ** ** və 050 *** ** ** nömrə ilə əlaqədar aparılmış əməliyyatlarda Cavabdeh MMC tərəfindən hər hansı səhvə və ya qüsura yol verilməmişdir. Cavabdeh MMC tərəfindən abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsinin 12.6-cı maddəsinə əsasən Abunəçi (fiziki və ya hüquqi şəxslər) tərəfindən verilən bu Müqavilə üzrə fəaliyyət göstərmək hüququnu təsdiq edən etibarnamə ləğv olunduqda və ya digər sənədlərin təsir qüvvəsinin itirilməsinə dair müvafiq məlumat təqdim edilməyənədək, Abunəçinin səlahiyyətli nümayəndəsinin göstərişlərinə əsasən “AZERCELL” tərəfindən həyata keçirilən əməliyyatlar lazımi qaydada icra olunmuş hesab olunur. Tərəfinizdən təqdim edilmiş müvafiq etibarnamənin ləğv edildiyinə dair rəsmi sənəd isə (08 sentyabr 2018-ci il, Reyestrdə 7E-4380 nömrə ilə qeyd edilmiş etibarnamənin ləğv edildiyinə dair (“Elektron notariat” X1 Çıxarış) 1 saylı Bakı notariat ofisi, xx.xx.2023-cü il tarixli, X3 tərəfindən tərtib edilmiş, 1300 nömrəli notariat hərəkəti sənədinin surəti) Cavabdeh MMCyə təqdim edildiyi xx.xx.2023-cü il tarixindən etibarən qeydə alınmışdır. İş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Xəqani Eminov məhkəməyə mülahizələrini ünvanlayaraq bildirmişdir ki, İddiaçı adına olmuş hər iki nömrəni ona vermiş olduğu etibarnamə əsasında başqa ada keçirdiyini bildirsə də, hər iki əməliyyat onun tərəfindən, lakin İddiaçı şəxsən razılığı ilə onun tərəfindən verilmiş etibarnamə əsasında həyata keçirilmişdir. Belə ki, İddiaçı iddia ərizəsində həbs edilmə və həmin vaxt həbsdə olma səbəbləri barədə susmağa üstünlük versə də, o, Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(006)-68/2019 saylı hökmü ilə AR CM-nin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdi. İddiaçı ona məxsus olan 050 *** ** ** mobil nömrəsini hələ barəsində cinayət işinin istintaqı gedən zaman ona kifayət qədər yaxşılıqlar etmiş, gecələməyə yeri olmadığı zamanlarda ofis kimi istifadə etdiyi mənzilin qapısını bir müddət yaşaması üçün ona açmış və ac-susuz qalmamasına yardım etmiş ümumi tanışları olan Rövşən Museyibova hədiyyə etmişdi. Hətta həmin vaxt İddiaçı onun yanında R.Museyibova bildirmişdi ki, birdən barəsində qətimkan tədbiri seçilərsə Xəqani Eminovda etibarnamə var və o, nömrəni Rövşənin adına keçirə bilər. 20 dekabr 2018-ci il tarixində İddiaçı həbs edildikdən uzun müddət sonra, yəni hardasa 2019-cu ilin sentyabr ayının ortalarında R.Museyibov ona müraciət edərək etibarnamə əsasında nömrəni onun öz adına keçirməyini xahiş etmişdir. Yuxarıda qeyd etdiyi söhbətlərin şəxsən X.Eminovun yanında baş vermiş olmasına, həmçinin onun adına baş etibarnamə olmasına baxmayaraq, X.Eminov yenə də İddiaçıla danışmağının lazım olduğunu bildirmişdir. Növbəti dəfə onun yanına qısamüddətli görüş üçün gedərkən X.Eminov Rövşənin xahişini ona çatdırdıqda İddiaçı ona problem olmadığını, o nömrəni Rövşənə hədiyyə etdiyini bildirmiş və onun adına keçirməyini demişdir. Yalnız bundan sonra 28 sentyabr 2019-cu il tarixində o, qeyd edilən mobil nömrəni R.Museyibovun adına keçirmişdir. Digər, 050 *** ** ** mobil nömrəsini isə o yenə də İddiaçı nömrəni saxlamaqla bağlanmağa qoymamaq xahişini nəzərə alaraq özündə saxlamış və nömrənin balansına mütəmadi pul yükləyərək bağlanmağa qoymamışdır. İddiaçı öz razılığı ilə həmin nömrəyə yüklədiyi balans orada toplanaraq boş yerə qalmasın deyə o, yaxın, tanış adamlara həmin nömrədən zəng edərək ondan istifadə etmişdir. Lakin, daha sonra, xüsusən də son zamanlar İddiaçı axtaran hər kəs, borclu olduğu şəxslər, icra məmurları və s. sistem vasitəsi ilə həmin nömrənin onun adına olduğunu öyrənərək bu nömrəyə zəng etməyə, bəziləri hətta onun Tamerlan olduğunu və yalan danışdığını düşünərək narahat etməyə başlamışlar. X.Eminov xx.xx.2022-ci il tarixində həmin nömrəni üçüncü bir adamın adına keçirməklə yenə də eyni qaydada istifadə etməyə davam etmişdir. Həbsdən çıxdığı günün sabahısı o nömrəni İddiaçı vermiş, icra məmurları və digər şəxslərin özünə gələnə kimi bir müddət onu narahat etməmələri üçün hələlik istifadə etməməyi, həmçinin adına keçirməməyi məsləhət gördüyünü bildirmiş, lakin istədiyi zaman onun adına keçirə biləcəyinizi demişdir. 23 sentyabr 2023-cü il tarixində səhər saatlarında İddiaçı ona zəng edərək nömrəni adına keçirməyini xahiş etmiş və elə həmin gün, onun zəngindən bir neçə saat sonra biz “Azercell” müştəri xidmətlərinə gedərək nömrəni onun adına keçirmişlər. Həmin vaxtdan da qeyd edilən nömrə onun öz adınadır. Buna baxmayaraq İddiaçı məhkəmədə iddia qaldıraraq başqalarını, o cümlədən X.Eminovu, Cavabdeh MMC-ni, R.Museyibovu borclu çıxarmaq istəyir. Hesab edir ki, 050 *** ** ** mobil nömrəsinin hazırda kimin adına olması barədə "xxxx" MMC məhkəməyə sənəd təqdim etməsi iddianın əsassız olmasını sübut etmək üçün kifayətdir. Eyni zamanda 050 *** ** ** nömrəyə dair iddiaya əlavə edilmiş 23 sentyabr 2023-cü il tarixli müqaviləyə əlavə edilmiş “Nömrənin başqa şəxsin istifadəsinə verilməsi forması”ndan da görünür ki, abunəçi Z.Eminova qeyd edilən nömrəni İddiaçı adına keçirmişdir. Nömrənin naturada onun istifadəsində olması isə onun iddia ərizəsinə əlavə etdiyi nömrənin balansına yüklənilmiş məbləğlərə dair qəbzlər və onun nömrəsindən “Azercell”in pul çıxması barədə öz iddiasında göstərdikləri ilə sübuta yetirilir. Əslində bu pul çıxmalarının da cavabdeh "xxxx" MMC ilə heç bir əlaqəsinin olmaması aydındır. Böyük ehtimalla İddiaçı bilmədən hansısa proqrama girmiş və ya hansısa tətbiqə abunə olmuşdur. Bundan əlavə məhkəmənin nəzərinə çatdırır ki, "xxxx" MMC tərəfindən iddiaya dair verilmiş etirazda göstəriləndən fərqli olaraq etibarnamə əsasında tərəfindən hər iki əməliyyat aparılarkən etibarnamə qüvvədə olmuşdur. Belə ki, ona verilmiş etibarnamə İddiaçı 2022-ci ilin dekabr ayında həbsdən çıxdıqdan 2 ay sonra, yəni 06 fevral 2023-cü il tarixində ləğv edilmişdir. Lakin, hər iki əməliyyat tərəfindən bundan qat-qat əvvəl və bir daha qeyd edir ki, İddiaçı öz razılığı ilə həyata keçirilmişdir. Sadəcə olaraq İddiaçı sağlamlıq durumunda yaranmış problemlər bu hadisələrin axınının onun yadından çıxmasına səbəb olmuşdur. Belə ki, onun barəsində olan, iddia ərizəsinə əlavə etdiyim Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(006)-68/2019 saylı qanuni qüvvəyə minmiş ittiham hökmündən də (səhifə 8, abzas 3) göründüyü kimi, İddiaçı xx.xx.2014-cü ildən başlayaraq 2 saylı X2 “kəskin psixotik hal” diaqnozu ilə, xx.xx.2018-ci il tarixində təkrarən X17 Stansiyasının göndərişi ilə “qayıdan depressiv pozğunluq, orta dərəcəli növbəti epizod” diaqnozu ilə müayinə və müalicə olunmuş, xx.xx.2018-ci il tarixində professor Bilal Əsədovun məsləhəti ilə ona “somatik patalogiyası ilə ağırlaşmış bipolyar affektiv pozuntu” diaqnozu qoyulmuşdur. Həmçinin həbsdən çıxdıqdan sonra Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsi tərəfindən verilmiş xəstəlik tarixindən 12 yanvar 2023-cü il tarixli Çıxarışda qeyd edilmişdir ki, İddiaçı “Qida qəbul etməsi və ayaqyoluna getməsi ona xatırlatmaqla həyata keçirir”. Qida qəbul etməyi və ya ayaqyoluna getməyi unudan adamın bu qeyd edilənləri xatırlamaması normaldır. Ona görə də hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “ada keçirmə əməliyyatlarinin etibarsiz hesab edilməsi və 5000 manat mənəvi ziyanın ödənilməsi barədə” iddiasının heç bir əsası yoxdur. Həmçinin qeyd etmək istəyir ki, İddiaçı məhkum olunmamışdan əvvəl də, insanları aldatmaqla hərəyə bir vəd verir, onlardan müxtəlif məbləğlərdə pul alır və hətta başına bir iş gələcəyi təqdirdə o pulları qardaşlarının qaytaracağı barədə yazılı iltizamlar verirdi. Onlardan birinin surətini mülahizələrinə əlavə edir. Hazırda da o, hər addımında yalnız kimlərisə aldatmaq, kimlərdənsə hansısa məbləğdə pul qoparmaqla özünü idarə edir. O icraatda baxılan iddiadan əlavə, başqa insanlara və qurumlara qarşı da əsassız iddialar qaldırmaqla müxtəlif vasitələrə əl ataraq onlardan pul tələb edir. Oxşar iddialarla o, "xxxx" MMC-yə, ASC “Xalq” Bankına, "xxxx" ASC-yə qarşı da müxtəlif iddialar irəli sürməklə hardansa gəlir əldə etməyə çalışır. Eyni zamanda eşitdiyinə görə bəzi ümumi tanışlarınıza irəli sürdüyü bu iddia ərizələrinin surətlərini göstərməklə müxtəlif məbləğlərdə alacağı olduğunu bildirərək onlardan “borc” almağa cəhd edir .Son olaraq isə barəsində olan məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü onun şəxsiyyətini səciyyələndirir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq proses iştirakçıları məhkəmə iclasına gəlməmişlər. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, 01 may 2024-cü il tarixinə təyin olunmuş məhkəmə baxışında üzurlu səbəbdən iştirak edə bilmilər. İddiaçının iddiasında qeyd etdiyi iki nömrə deyil bir nömrə faktiki olaraq etibarnamə ilə verilmişdir. 08 sentyabr 2018-ci il tarixli, İddiaçı Arif oğlu tərəfindən X10 verilmiş Reyestrdə 7E-4380 nömrə ilə qeyd edilmiş etibarnaməyə əsasən X11, abunəçinin səlahiyyətli nümayəndəsi qismində çıxış edərək, nömrənin addan-ada əməliyyatı həyata keçirmişdir. İddiaçı tərəfindən verilmiş müvafiq etibarnamədə “bütün dövlət orqanlarında müqavilə bağlamağı, imza etməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar edirəm” ifadənin olması həmin əməliyyatın həyata keçirilməsi üçün kifayət etmişdir. Ona görə də təqdim etdikləri sübutlar qanuni və əsaslıdır. Məhkəmədən iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan: - AR-İ № 660044 seriya nömrəli xx.xx.2018-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq özünün bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi bunan müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka qoymaq və ipotekanı qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq hesab aparmağı, mirası qəbbul etməyi və ya ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən istənilən bank orqanlarında, istənilən banklarda lazımi və zəruri əməliyyatları aparmağı, istənilən bank kartını sifariş etməyi, almağı və s. Hərəkətləri icra etməyi X10 etibar etmişdir. Etibarnamə 15 il müddətinə xx.xx.2033-cü il tarixədə qüvvədədir. - xx.xx.2023-cü il tarixli Abunə Müqaviləsinə xitam verilərək nömrənin abunəçinin adından çıxarılması və nömrənin başqa şəxsin istifadəsinə verilməsi formasından görünür ki, ********* nömrəsi X6 adından çıxarılaraq İddiaçı adına keçirilmişdir. - xx.xx.2019-cu il tarixli Nömrəni abunəçinin adından başqa şəxsin adına keçirilməsi formasından görünür ki, ********** telefon nömrəsi abunəçi İddiaçı adından X5 adına keçirilmişdir. Abunəçi İddiaçı əvəzinə sənədə X11 imza etmişdir. - İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, xx.xx.2018 tarixdə Bakı şəhəri 13 saylı dövlət notariat ofisində BAKİ, SƏBAİL, A.İSMAYİLOV KÜÇ, ev 88, mən. 3 ünvanında qeydiyyatda olan X10 (ŞV:AZE 15115338 , BAKİ-ASAN3xx.xx.2014, FİN:0WB14F8 , d/t:xx.xx.1973), reyestrdə 7E-4380 nömrə ilə qeyd olunmuş etibarnamə vermişdiyini bildirmiş və həmin etinarnaməyə xitam verilməsini xahiş etmişdir. - Azercell MMC tərəfindən Yasamal Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, nömrənin bir fiziki şəxsin adından digər fiziki şəxsin adına keçirilməsi əməliyyatı ilə bağlı verilmiş etibarnamələrdə ayrıca icazə verilməsi ilə bağlı hər hansı xüsusi məlumatların qeyd olması tələb edilmir. Mülki qanunvericiliyin tələb etdiyi kimi bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi etibarnamənin verilməsi ilə bağlı şərtlərin olması əsasdır. Şirkətdə abunəçilər tərəfindən MX-də müqavilə bağlamaqla (yeni nömrə əldə edilməsi, ləğv edilmiş nömrənin bərpa edilməsi və nömrənin abunəçinin adından çıxarılaraq digər şəxsin adma rəsmilləşdirilməsi) əlaqədar və ərizə əsasında (SİM kart, Tarif dəyişikliyi, Rominq xidmətinin aktiv və ya de-aktiv edilməsi və s.) əməliyyatlar həyata keçirilir. Beləliklə, 050 *** ** ** və 050 *** ** ** nömrələrdən addan-ada əməliyyatı həyata keçirilərkən İddiaçı tərəfindən verilmiş müvafiq etibarnamədə "bütün dövlət orqanlarında müqavilə bağlamağı, imza etməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar edirəm" ifadənin olması həmin əməliyyatın həyata keçirilməsi üçün kifayət etmişdir. Göstərilənləri nəzərə alaraq bildirmişlər ki, 050 *** ** ** və 050 287 00 nömrələr ilə əlaqədar "xxxx" MMC tərəfindən həyata keçirilmiş müvafiq addan-ada əməliyyatında hər hansı səhvə yol verilməmişdir. Eyni zamanda nömrənin bir fiziki şəxsin adından digər fiziki şəxsin adına keçirilməsi əməliyyatı ilə bağlı "xxxx" MMC-nin müvafiq daxili təlimatı vardır. Həmin təlimatın şərtlərinə əsasən nömrənin addan-ada əməliyyat həyata keçirilir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(006)-68/2019 saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən İddiaçı təyin edilmiş azadlıqdan məhrumetmə cəzaları qismən toplamaqla ona qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, onun həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəlinin 20 dekabr 2018-ci il tarixdən hesablanması, İddiaçı cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, İddiaçı barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, İddiaçı qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsinin ittihamdan xaric edilməsi hökm edilmişdir. Məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Axverdiyev Azərbaycana qarşı xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki , 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “əmlak” konsepsiyası müstəqil mənaya malikdir və maddi nemətlər üzərində mülkiyyət hüququ ilə məhdudlaşmır. O, ölkə qanunvericiliyində müəyyən edilən formal təsnifata münasibətdə də müstəqildir. Maddi nemətlər kimi əmlak qismində çıxış edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” və beləliklə də, bu müddəanın məqsədləri üçün “əmlak” hesab oluna bilər (bax: “İatridis Yunanıstana qarşı” (İatridis v. Greece [GC], no. 31107/96, § 54, ECHR 1999-İİ)). “Əmlak” konsepsiyası yalnız “mövcud əmlak” ilə məhdudlaşmır və həmçinin ərizəçinin azından mülkiyyət hüququndan səmərəli istifadənin əldə edilməsi ilə bağlı ağlabatan və qanuni gözləntisinin olduğunu iddia edə biləcəyi əmlakı, o cümlədən tələbi əhatə edə bilər. “Gözlənti” sözü gedən mülkiyyət marağını nəzərdə tutan qanunvericilik normasına və ya hüquqi akta əsaslandıqda “qanuni” hesab edilir. Hər bir işdə bütünlükdə işin hallarının ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan həqiqi marağa malik olma hüququnu verib-vermədiyi araşdırılmalıdır (bax: “Saqinadze və Digərləri Gürcüstana qarşı” (Saghinadze and Others v. Georgia, no. 18768/05, § 103, 27 May 2010, with further references). Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.2-ci maddəsinə əsasən, əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 362-ci maddəsinə əsasən Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Beləliklə iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2018-ci il tarixdə X10 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq özünün bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi etibar etmiş, həmin etibarnamə əsasında Xaqani Eminov xx.xx.2019-cu il tarixdə iddiaçının adında olan ********** telefon nömrəsini X5 adına keçirmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən müəyyən edilən etibaranmədən də görünür ki, iddiaçı Tamerlan Hüseynov bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, bütün müəssisə, təşkilat və orqanlarda onu müəyyən hərəkətləri etməyi, qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq kimi hərəkətləri icra etməyi etibar etmişdir. Nömrənin addan-ada keçirilməsi zamanı da həmin etibarnamə qüvvədə olmuş və hazırkı iş üzrə cavabdeh Azercell MMC də həmin etibarnaməyə əsaslanaraq Xaqani Eminov tərəfindən Tamerlan Hüseynovun addan-ada keçirmə ilə bağlı hərəkətlərib icra edilməsinə qanuna müvafiq olaraq yol vermişdir. Belə ki, Azərcell MMC tərəfindən göndərilmiş məktubdan da görünüyü kimi nömrənin bir fiziki şəxsin adından digər fiziki şəxsin adına keçirilməsi əməliyyatı ilə bağlı verilmiş etibarnamələrdə ayrıca icazə verilməsi ilə bağlı hər hansı xüsusi məlumatların qeyd olması tələb edilmir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin tələb etdiyi kimi bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi etibarnamənin verilməsi ilə bağlı şərtlərin olması əsasdır. Nömrə addan ada keçirilən zamanı Xaqani Eminovun təmsilçilik hüququ olduğundan Azercell MMC tərəfindən hər hansı qanunsuz əməliyyatların icra edilməsi barədə iddia tələbi əsassızdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında əmlak” konsepsiyasının müstəqil mənaya malik olması və maddi nemətlər üzərində mülkiyyət hüququ ilə məhdudlaşmaması, ölkə qanunvericiliyində müəyyən edilən formal təsnifata münasibətdə də müstəqil olmasını nəzərə alınmalı və hazırki iş üzrə müqayisəli şəkildə tətbiq edilməlidir. Belə ki, iddiaçı tərəfindən verilmiş etibarnamədə göstərilən əmlakının idarə edilməsi və onun barəsində sərəncam verilməsinin etibar edilməsi müddəasına ona məxsus olmuş nömrənin aid edilməsi barədə Azercell MMC-nin mövqeyi əsaslı olmuşdur. Bundan başqa sözügedən etibarnamə ilə iddiaçı etibaredilnə Xaqani Eminova həmçinin onun adından əqdlər bağlamaq, bağışlamaq, hədiyyə qəbul etmək kimi səlahiyyətləri də etibar etdiyindən Azercell MMC tərəfindən keçirilmiş əməliyyatların qanunsuz hesab edilməsi üçün əsaslar müəyyən edilmir. Məhkəmə eyni zamanda iddiaçının nəzərinə çatdırır ki, onun verdiyi etibarnamə əsasında hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Xaqani Eminovun etibarnamədən sui istifadə etdiyini güman etməyə kifayət qədər əsaslar olduğu halda sonuncuya qarşı iddia qaldrmaq və həmin hallar öz təsdiqini taparsa maddi ziyanın ödənilməsini tələb etmək hüquq var. Beləliklə məhkəmə hazırkı iş üzrə ***-***-**-** nömrəli mobil telefon nömrəsinin X11 tərəfindən addan-ada keçirmə əməliyyatların etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən məhkəmə iddia tələbinin həmin hissədə rədd edilməsi qənaətinə gəlir və qeyd edir ki, iddia tələbi həmin hissədə rədd edildiyindən buna müvafiq olaraq ***- ***-**-** nömrəli mobil telefon nömrəsinin onun adına keçirilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması hissəsində də rədd edilməlidir. Məhkəmə həmçinin Cavabdeh MMC-dən 15000 (on beş min) manat məbləğində mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, əvvəla iddia digər hissələrdə rədd edildiyindən bu hissədə də təmin edilmələlidir. Bundan başqa da iddiaçı tərəfindən verilmiş iddia ərizəsində Azercell MMC-nin iddiaçıya necə mənəvi zərər vurması, həmin zərərin nədən ibarət olması göstərilməmiş, tələb olunan məbləği heç bir sübutla əlaqələndirilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin barəsində iddia tələbində göstərdikləri faktların təsdiqi ilə bağlı sübut təqdim edib-etməməsindən asılı olmayaraq iddia tələblərinin əsası kimi istinad edilən hallar iddianın əsaslı olmasının təsdiqi kimi qiymətləndirilə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X8 və X5 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla Cavabdeh MMC-yə qarşı “mobil nömrənin addan-ada keçirmə əməliyyatlarının etibarsız hesab edilməsi, mobil nömrənin iddiaçının adına keçirilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması və mənəvi ziyanın ödənilməsi tələbi”nə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-1127/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1127/2024
01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver