Məhkəmə qərarları › İş №2(004)-1149/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1149/2021

26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1149/2021 26.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30.000 manat pul məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 30.030 manat pul məbləğinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, iddiaçı 2011-ci il tarixində hazırki iddia ərizəsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2, maraqlı şəxs Bakı şəhəri 8 saylı Notariat Kontoruna qarşı iddia tələbi ilə Bakı şəhəri Qaradağ rayonu Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 19№li ünvanda yerləşən, ümumi sahəsi 208 kv.m ümumi sahəsi, 120.1 kv.m yaşayış sahəsi, 88.2 kv.m yardımçı sahəsi olan evin onunla Cavabdeh2 arasında Bakı şəhəri 8 saylı Dövlət Notariat Kontorunda xx xxxxxx 2011-ci il tarixində bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, həmin evə dair Cavabdeh2 adına hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı, ******* №li çıxarışın etibarsız hesab olunmasını xahiş etmişdir. Cavabdeh2 isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və onunla birlikdə yaşayan digər şəxslərin mənzildən çıxarılmaları, istifadə hüquqlarına xitam verilməsi, qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxxxx 2011-ci il tarixli 2(002)1091/11 saylı qətnaməsi ilə onun cavabdehlər Cavabdeh1 və Cavabdeh2, maraqlı şəxs Bakı şəhəri 8 saylı Notariat Kontoruna qarşı alqı-satqı müqaviləsinin və mülkiyyət hüququnu təsdiq edən çıxarışın etibarsız hesab olunması barədə iddia tələbi təmin edilmişdir. Cavabdeh2 ona və onunla birlikdə yaşayan digər şəxslərin mənzildən çıxarılmaları, istifadə hüquqlarına xitam verilməsi, qeydiyyatın ləğv edilməsi barədə iddia tələbləri əsassız olduğundan təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(103)-101/2012 saylı qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxxxx 2011-ci il tarixli 2(002)1091/11 saylı qətnaməsi qismən ləğv edilmiş, onun iddiası rədd edilmiş, Cavabdeh2 iddiası qismən təmin edilmiş, onun və qızı Həsənova Könül Tanrıverdi qızının istifadə hüquqlarına xitam verilməklə, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 19 №li ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxxxx 2012- ci il tarixli, 2(102)-2354/2012 saylı qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(103)-101/2012 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Qaradağ rayonu Məhkəməsində Cavabdeh1 məhkəmə icraatı zamanı izahat vermişdir. Həmin izahatda Cavabdeh1 “satılmış” evin müqabilində ona, yəni İddiaçı 26 400 manat pul verilməli olduğu halda, vermədiyini etiraf etmişdir. Belə ki, o, etiraf ərizəsində 26400 manat pul məbləğini digər Cavabdeh2 alıb, İddiaçı vermədiyini bildirmişdir. Əvəzində həmin pul məbləğini öz işlərinə xərclədiyini qeyd etmişdir. Bundan əlavə, etiraf ərizəsində qeyd etmişdir ki, 26400 manat pul məbləğini digər Cavabdeh2 alarkən İddiaçı yanında olmamışdır. Həmçinin, izahatda Cavabdeh2 Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 19№li ünvanda yerləşən fərdi yaşayış evinin “satılması” nəticəsində İddiaçı çatası 30 000 manat puldan 3000 manat hissəsini faizə çıxdığı, 600 manat məbləğini isə notarius xərcinə çıxdığı qeyd olunur. Nəticədə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona veriləcək 30.000 manat pul məbləğini mənimsəmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uygun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçının əsaslandığı və iş materiallarına əlavə edilmiş məhkəmə qərarlarından görünür ki, həmin məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, İddiaçı evin müqavilədə qeyd olunan dəyəri, yəni 30.000 manat pulu xx.xx.2011-ci il tarixdə 8 saylı Dövlət Notariat Ofisinin “xxxx” ASC-nin Qaradağ filialında olan hesablaşma hesabından şəxsən almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Maddəsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia əsassız oldugundan rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar