Məhkəmə qərarları › İş №2(004)-1151/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1151/2022

18.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1151/2022 18.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə, cavabdeh "xxxx" TK QSC-nin nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" TK QSC-yə qarşı birgə müqavilənin ləğv edilməsi və pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" TK QSC-yə qarşı birgə müqavilənin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək, məhkəmədən barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" TK QSC-nin nümayəndəsi və eyni zamanda vəkili Vəkil da, barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını və barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməli və tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, İddiaçı ilə cavabdeh "xxxx" TK QSC arasında bağlanmış barışıq sazişinə əsasən tərəflər aşağıdakı məzmunda olan barışıq sazişini imzalamışlar: İ.Mübahisənin predmeti

1. Tərəflər arasında bağlanmış “Təhsil xidməti göstərilməsi haqqında” 1904 №-li 07.06.2021-ci il tarixli müqavilənin ləğvi;

2. İddiaçı tərəfindən Müqavilə üzrə Cavabdehə ödənilmiş 5598 AZN (beş min beş yüz doxsan səkkiz Azərbaycan manatı) məbləğində təhsil haqqının geri qaytarılması. İİ. Barışıq sazişinin şərtləri və tərəflərin öhdəlikləri

1. Tərəflər aralarında bağlanmış “Təhsil xidməti göstərilməsi haqqında” 1904 №-li 07.06.2021-ci il tarixli müqavilənin ləğv dair razılığa gəldilər.

2. Tərəflər təsdiq edir ki, iddia ərizəsi üzrə İddiaçı Müqaviləyə əsasən təhsil haqqı kimi ödədiyi 5598 AZN (beş min beş yüz doxsan səkkiz Azərbaycan manatı) məbləğində ödənişin geri qaytarılmasını tələb etmişdir, lakin tərəflər öz maraqları naminə və çəkişməli məhkəmə proseslərinin davam etməməsi üçün 3000 AZN (üçn min Azərbaycan manatı) məbləğində ödənişin İddiaçıya geri qaytarılması barədə razılığa gəlirlər.

3. Tərəflər bu sazişin 1-ci bəndində qeyd olunan iddia tələbləri ilə bağlı gələcəkdə bir-birinə qarşı hər hansı tələbi irəli sürməyəcəklərini öhdələrinə götürürlər. Həmin məsələlər gələcəkdə tərəflər arasında və məhkəmədə mübahisə predmeti ola bilməz.

4. Tərəflər arasında bu saziş ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respulikasının qanunvericiliyi ilə tənzim olunur.

5. Barışıq sazişi, digər məhkəmə xərcləri, digər zəruri məsrəfləri “İkinci tərəf” qarşılamağı öhdəsinə götürür.

6. Tərəflər sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər İİİ. Barışıq sazişinin şərtlərinin icra edilməsi qaydası

1. Barışıq sazişi üzrə şərtlərin qəbul edilməsinə dair tərəflər məhkəməyə ərizə təqdim edir və tərəflər arasında mübahisənin sülh yolu ilə həll edilməsinə və barışıq sazişinin şərtləri ilə razı olmasına dair məhkəmə iclas protokoluna imza edirlər.

2. Tərəflər arasında bağlanmış, imzalanmış barışıq sazişi məhkəmə qərardadı ilə təsdiq edilir, istinad edilmiş barışıq sazişi Bakı şəhəri Yasamal rayon məhkəməsinin icraatında olan mülki işin icrasına xitam verilməsi üçün əsasdır.

3. Bu barışıq sazişi könüllü icra edilmədiyi təqdirdə, sazişin şərtlərini tərəflər tam və vaxtında yerinə yetirmədiyi halda hazırki saziş qəbul ediləcək məhkəmə qərardadına əsasən məcburi icra ediləcəkdir və həmin qərardad öz hüquqi qüvvəsinə görə məhkəmə qətnaməsinə bərabər tutulacaqdır.

4. Tərəflərdən biri barışıq sazişinin şərtlərini pozarsa və ya qismən icra edərsə barışıq sazişinin şərtlərini ilkin olaraq pozan tərəf digər tərəfə 10.000 (on min) manat məbləğində kompensasiya ödəməyi öhdəsinə götürür. İV. Xüsusi qeydlər

1. Barışıq sazişi Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik olan 3 (üç) əsl nüsxədən ibarət tərtib edilmiş, imzalanmış və hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Saziş hər birində bir nüsxə olmaqla tərəflərdə saxlanılır, bir nüsxəsi barışıq sazişinin təsdiq edilməsi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğluna təqdim edilir.

2. Tərəflər bəyan edirlər ki, barışıq sazişinin şərtləri, sazişinin bağlanması qaydası onların könüllü iradəsini əks etdirilir.

3. Tərəflər bəyan edirlər ki, barışıq sazişi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin məzmunu tərəflərə izah edilmişdir.

4. Tərəflər bəyan edirlər ki, barışıq sazışınin bağlanması AR MPM-nin 262.4-cü maddəsinin tələblərinə uyğun olaraq həyata keçirilir və həmin maddənin tələbləri tərəflərə izah edilmişdir.

5. Tərəflər bəyan edirlər ki, barışıq sazişinin bağlanması nəticəsində məhkəmə mübahisə üzrə işin icraatına AR MPM-nin 261.0.5-ci maddəsinin tələblərinə görə xitam verilməsi onlara izah edilmişdir. İddiaçı və cavabdehə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbləri (işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.) aydındır və tərəflər hazırki barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Barışıq sazişi hər bir tərəfin sərbəst iradə ifadəsi ilə tərtib edilərək imzası ilə təsdiq edilir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada ifadə olunmuş, barışıq sazişi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, tərəflər arasında bağlanılmış barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdeh "xxxx" TK QSC-yə qarşı birgə müqavilənin ləğv edilməsi və pul tələbinə dair mülki iş üzrə iddiaçı X2 ilə cavabdeh X3 arasında bağlanmış aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:

1. Tərəflər aralarında bağlanmış “Təhsil xidməti göstərilməsi haqqında” 1904 №-li 07.06.2021-ci il tarixli müqavilənin ləğv dair razılığa gəldilər.

2. Tərəflər təsdiq edir ki, iddia ərizəsi üzrə İddiaçı Müqaviləyə əsasən təhsil haqqı kimi ödədiyi 5598 AZN (beş min beş yüz doxsan səkkiz Azərbaycan manatı) məbləğində ödənişin geri qaytarılmasını tələb etmişdir, lakin tərəflər öz maraqları naminə və çəkişməli məhkəmə proseslərinin davam etməməsi üçün 3000 AZN (üçn min Azərbaycan manatı) məbləğində ödənişin İddiaçıya geri qaytarılması barədə razılığa gəlirlər.

3. Tərəflər bu sazişin 1-ci bəndində qeyd olunan iddia tələbləri ilə bağlı gələcəkdə bir-birinə qarşı hər hansı tələbi irəli sürməyəcəklərini öhdələrinə götürürlər. Həmin məsələlər gələcəkdə tərəflər arasında və məhkəmədə mübahisə predmeti ola bilməz.

4. Tərəflərdən biri barışıq sazişinin şərtlərini pozarsa və ya qismən icra edərsə barışıq sazişinin şərtlərini ilkin olaraq pozan tərəf digər tərəfə 10.000 (on min) manat məbləğində kompensasiya ödəməyi öhdəsinə götürür. İddiaçı cavabdeh "xxxx" TK QSC-yə qarşı birgə müqavilənin ləğv edilməsi və pul tələbinə dair 2(004)-1151/2022 nömrəli mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar