Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1151/2023 06.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X5, Ərizəçi, ərizəçinin nümayəndəsi X9 iştirakları ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə doğum akt qeydinin bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, atası X3 xx.xx.1968-ci il tarixdə Ermənistanın Eçmiadzin rayonu Nedcerlu kəndində anadan olmasını, ata qrafasında X10, milliyyəti azərbaycanlı, ana qrafasında X6, milliyyəti azərbaycanlı olması faktının qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında bildirir ki, atası X7 28 mart 1968-ci ildə Ermənistanın Eçmiadzin rayonu Nedcerlu kəndində anadan olmuşdur. Həmin vaxt onun doğum faktı doğum akt qeydi kitabında qeydə alınmış və müvafiq doğum haqqında şəhadətnamə verilmişdir. Valideynləri rəsmi qaydada boşanmış, ərizəçi anasının himayəsində böyümüşdür. Atası son vaxtlar onunla yaşamış, özü də vərəm xəstəliyindən əziyyət çəkmişdir. Onun özünə məxsus o, doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi özündə olsa da itmişdir. Atası xx.xx.2013-cü ildə ağciyər-ürək çatışmazlığından vəfat etmişdir. 2 saylı Asan xidmət Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verilmişdir. Ata babası X1 vəfat etmişdir. Mərhum atasının vərəsəliyinin tanınması ilə bağlı notariat kontorunda mərhum atasının doğum haqqında şəadətnaməsini təqdim etməsi tələb olunmuşdur. Lakin həmin sənəd onda olmadığı üçün ərazi üzrə müvafiq qeydiyyat şöbəsinə müraciət etmişdir. Mərhum atası X3 doğum haqqında akt qeydinin bərpa olunması barədə ərizəsinə 6 saylı Bakı “ASAN xidmət' mərkəzində qeydiyyat şöbəsi verdiyi imtina məktubunda guya doğum haqqında akt qeydinin həqiqətən olduğunu təsdiq edən müvafiq sənədlər təqdim olunmadığı üçün müraciətin icrasının imkan xaricində olduğu və bununla əlaqədar məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Əslində isə şifahi olaraq bildirilmişdir ki, itmiş akt qedinin bərpasının aparıldığı qeydiyyat şöbəsinin vaxtilə Ermənistan SSR-də aparıldığı və həmin qeydiyyat şöbələrinin arxivləri təhvil verilmədiyi üçün itmiş akt qeydinin qeydiyyat şöbəsi tərəfindən bərpa edilməsinin mümkün olmadığı və doğum haqqında akt qeydinin bərpa olunması ilə bağlı məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş imtina məktubunda eyni əsas qeyd olunmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai Rayon idarəsi tərəfindən verilmiş 03,10.2022-ci il tarixli arayışda mərhum atası 1968-ci il təvəllüdlü X3 həqiqətən də xx.xx.1986-cı il tarixdən 1988-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqiqi hərbi xidmət keçdiyi, xx.xx.1993-cü il tarixdə Nərimanov RHK tərəfindən səfərbərliyə cəlb edildiyi göstəril mişdir. Ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X16 ərizəçi ilə oşar məzmunlu izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xİİ-JQ 387592 saylı xx.xx.1987-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X2, anası X12r. İş materiallarında olan 2 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ № 114694 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X7 27 may 2013-cü il tarixdə Bakı şəhərində ağciyər-ürək çatışmazlığından ölmüşdür. İş materiallarında olan 2 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ № 307406 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X11 01 iyul 2020-ci il tarixdə Türkiyə, Elazığ, Kebanda ölmüşdür. İş materiallarında olan Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 05/70-143-05/69 saylı arayışa əsasən X8 ilə Ərizəçi arasında olan nikah xx.xx.2013-cü il tarixli 157 saylı akt qeydinə əsasən pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, mərhum atası 1968-ci il təvəllüdlü X7 həqiqətən də xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək keçmiş SSR-i Silahlı Qüvvələrində müddətli həqiqiqi hərbi xidmət keçmiş, xx.xx.1993-cü il tarixdə Nərimanov RHK tərəfindən səfərbərliyə cəlb edilmişdir. İş materiallarında olan Maraqlı şəxs, Xətai rayon qeydiyyat şöbəsinin və 6 saylı Bakı “ASAN XİDMƏT” mərkəzində qeydiyyat şöbəsinin məktublarına əsasən Ərizəçi mərhum atasının doğumunun bərpa edilməsi barədə ərizəsinə baxılmış və doğum haqqında akt qeydinin əvəllər olmasını təsdiq edən sənədi təqdim etmədiyi üçün üçün xahişinin təmin edilməsinin mümkün olmadığı bildirilərək, doğum akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladılğa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi mərhum atası X7 xx.xx.1968-ci il tarixdə Ermənistanın Eçmiadzin rayonu, Nedcerlu kəndində anadan olmuşdur. Atasının adı İsgəndərdir. Anasının adı Gülnazdır. Ərizəçi mərhum atasının doğum haqqında akt qeydinin həmin şöbədə əvvəllər olmasını təsdiq edən sənədi təqdim edə bilmədiyindən Qeydiyyat Şöbəsi tərəfindən məhkəməyə müracət etmək məsləhət görülmüşdür. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, Ərizəçi mərhum atası - xx.xx.1968-ci il tarixdə Ermənistanın Eçmiadzin rayonu, Nedcerlu kəndində anadan olmuş X3 doğumunun qeyd edilməsi faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında X3 doğum tarixi xx.xx.1968-ci il, doğulduğu Ermənistanın Eçmiadzin rayonu, Nedcerlu kəndi, ata qrafasında – X10 (milliyyəti azərbaycanlı), ana qrafasında – X6 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilməklə ona yeni doğum haqqında şəhadətnamənin verilməsi qeydiyyat şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və AR MPM-in 216-220, 307-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi mərhum atası - X3 xx.xx.1968-ci il tarixdə Ermənistanın Eçmiadzin rayonu, Nedcerlu kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında X3 doğum tarixi xx.xx.1968-ci il, doğulduğu yer Ermənistan, Eçmiadzin rayonu, Nedcerlu kəndi, ata qrafasında – X10 (milliyyəti azərbaycanlı), ana qrafasında – X6 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X3 adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-1151/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1151/2023
06.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver