Məhkəmə qərarları › İş №2(004)-1151/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1151/2025

11.02.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1151/2025 11.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh publik hüquqi şəxsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh publik hüquqi şəxsinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh publik hüquqi şəxsinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, onun Cavabdeh X8 mütəxəssis vəzifəsinə işə bərpa edilməsi, işə baxılması ilə əlaqədar məsrəflərə daxil olan mediasiya xərcinin əvəzi olara 60 manat məbləğində pulun Cavabdeh X8n tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2000-2001-ci illərdə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Yevlax rayon şöbəsinin Ahıl və tənhaların məişət sektorunda mütəxəssis, 2001-2002-ci illərdə həmin mərkəzdə mühasib, 2006-2011-ci illərdə mütəxəssis, 2011-2012-ci illərdə sektor müdiri və direktor müavini, 2012-ci ildən 2024-cü ilin 29 aprel tarixinə kimi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında “Sosial Xidmətlər Agentliyi” X8 (bundan sonra cavabdeh) mütəxəssis vəzifəsində çalışmışdır. Onunla cavabdeh arasında 24 avqust 2020-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. 24 avqust 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə 29 aprel 2024-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmrin surəti və əmək kitabçası hələ də ona təqdim edilməmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin 29 aprel 2024-cü il tarixli əmrini əsassız və qanunsuz hesab etdiyi üçün cavabdehə qarşı “Əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa tələbi ilə Bakı 2 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Ona “X2n sonra prosesin davam etdirilə bilməməsi” barədə 02 dekabr 2024-cü il tarixli, MSB/2-01207/2024 saylı arayış təqdim edilmişdir. Cavabdeh onun əmək hüquqlarını, ƏM-nin bir çox maddələrini kobud şəkildə pozmuşdur. Onunla 24 avqust 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin ç bəndi ilə xitam verilməsi üçün heç bir əsas olmamışdır. Eyni zamanda, İddiaçı buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, “əmrin ləğv edilməsi və işə bərpa” tələbi barədə iddia ərizəsinin verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsini xahiş etmişdir. Ərizədə qeyd edilmişdir ki, işdən çıxarıldığı zaman anası beyindaxili qansızma keçirmişdir. Anasının səhhəti ilə məşğul olmalı olmuşdur. Anasının xəstə olduğu müddət onun üçün çox böyük gərginliklə keçmişdir. Anasını müayinə və müalicə üçün xəstəxanalara aparmış, lakin anasını itirmişdir. 23 iyun 2024-cü il tarixdə anası vəfat etmişdir. Anasının dəfni, yas mərasimləri ilə məşğul olmuşdur. Ona görə də qanunvericiliklə müəyyən olunmuş müddətdə pozulmuş hüquqlarının müdafiəsi üçün mediasiya təşkilatına və məhkəməyə müraciət edə bilməmişdir. Daha sonra, Cavabdeh publik hüquqi şəxsinin nümayəndəsi xx.xx.2025-ci il tarixdə iddia tələbinə etiraz təqdim edərək, etirazında qeyd etmişdir ki, iddiaçının iddiası qanunvericilik baxımından tam əsassızdır və təmin olunmamalıdır. Belə ki, Sosial Xidmətlər Agentliyinin X10 filialının mütəxəssisi vəzifəsində işləmiş İddiaçı ilə bağlı vətəndaş X1 Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanladığı müraciətlə bağlı Sosial Xidmətlər Agentliyində də araşdırma aparılmışdır. Araşdırma zamanı İddiaçı xx.xx.2024-cü il tarixində Sosial Xidmətlər Agentliyinə dəvət edilmiş və izahatı alınmışdır. İddiaçı izahatında “sosial tərəfdaş” tərəfindən vətəndaşa tikilən evin müqabilində vətəndaşdan 500 manat məbləğində pul istədiyini, lakin sonradan əməlindən peşman olduğunu və vətəndaşdan heç nə istəmədiyini bildirmişdir. İddiaçı ilə Sosial Xidmətlər Agentliyi arasında bağlanılmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.2024-cü il tarixində xitam verilmiş və bunun əsasında işçiyə son-haqq hesab ödənilmişdir. Eyni zamanda İddiaçı xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi heç bir üzrlü səbəb olmadan işə gəlməmişdir. İşçi özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi onunla bağlanılmış əmək müqaviləsinin xitamı üçün əsasdır. İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2ci hissəsində qeyd edilən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olduğu halda 1 təqvim ayı müddətində məhkəməyə müraciət etmədiyinə görə iddia müddətini ötürmüşdür. Eyni zamanda, Cavabdeh publik hüquqi şəxsinin nümayəndəsi “iddia müddətinin tətbiq edilməsinə dair” xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin tətbiq edilərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədə qeyd edilmişdir ki, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğuna görə 29 aprel 2024-cü il tarixində xitam verilmişdir. Həmin tarixdə Sosial Xidmətlər Agentliyinin X10 filialında İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin surəti təqdim edilsə də onu götürməkdən imtina etmişdir (bu hal müvafiq aktda öz təsdiqini tapmışdır). Bundan sonra 30 aprel 2024-cü il tarixində İddiaçı əmək kitabçasını götürməsi ilə bağlı Sosial Xidmətlər Agentliyi tərəfindən məktub ünvanlanmışdır. 01 may 2024-cü il tarixində isə İddiaçı son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ödənilmişdir. Bundan sonra İddiaçı xx.xx.2024-cü il tarixində (yəni son-haqq hesabın ödənildiyi dövrdən 5 ay sonra) mediasiyaya müraciət etmiş və həmin tarixdə iddia müddətinin axımı dayandırılmışdır. xx.xx.2024-cü il tarixində isə Bakı 2 saylı Mediasiya təşkilatı tərəfindən tərəflərə X2n sonra prosesin davam etdirilə bilməməsi barədə tərəflərə arayış təqdim edildikdən sonra iddia müddətinin axımı davam etdirilmişdir. Bundan sonra İddiaçı xx.xx.2024-cü il tarixində Bakı şəhər Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək əsassız tələb irəli sürərək yuxarıda qeyd edilən qanunvericiliklərdə nəzərdə tutulan iddia müddəti ilə (1 təqvim ayı) bağlı tələbləri pozaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh publik hüquqi şəxsinin nümayəndəsi X5 izahatında iddianı qəbul etmədiyini bildirmiş və iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. İş materiallarında olan Mediasiya prosesinin tətbiqi barədə Təklifdən görünür ki, İddiaçı “əmək mübahisəsi” barədə mediasiya prosesinin tətbiqi barədə təklifi Cavabdeh publik hüquqi şəxsinə xx.xx.2024-cü il tarixdə göndərmişdir. İş materiallarında olan X2 iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/2- 01207/2024 saylı Arayışdan görünür ki, hər iki tərəf prosesin davam etdirilməsinə razılıq verməmişdir. İş materiallarında olan ƏƏSMN tabeliyində SXA-nın X10 filialının xx.xx.2024-cü il tarixli Aktında qeyd edilmişdir ki, Filialın mütəxəssisi İddiaçı 29 aprel 2024-cü il tarixində işdə olmamışdır. Həmin tarixdə əmək müqaviləsinə xitam verilməsi əmri və dövriyyə vərəqəsi ilə tanış edilmiş, lakin həmin əmrin surətinə və dövriyyə vərəqəsinə imza etməkdən imtina etmişdir. İş materiallarında olan Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, onunla bağlanılmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xx.xx.2024-cü il tarixində xitam verilmişdir. Əmək kitabçasını almağı üçün Sosial Xidmətlər Agentliyijnə gəlməyi xahiş olunur. Qanunvericiliyə əsasən rəsmi müraciəti əsasında onun əmək kitabçasını poçt vasitəsilə istədiyi ünvana göndərilməsini tələb etmək hüququ vardır. İş materiallarında olan Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X3 Komitəsinin sədrinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubuna əsasən AR ƏM-nin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən Nazirlik yanında Sosial Xidmətlər Agentliyinin tabeliyində X10 filialında mütəxəssis vəzifəsində çalışan İddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsinə görə ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi məsələsinə münasibət bildirilməsi xahiş olunmuşdur. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsin İlk Həmkarlar təşkilatının xx.xx.2024-cü il tarixli Protokoluna əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin X10 Filialının mütəxəssisi vəzifəsində çalışan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin e bəndinin tələblərinə uyğun olaraq onunla bağlanmış əmək müqaviləsinə 70-ci maddənin ç bəndi ilə xitam verilməsinə razılıq verilməsi və protokolun surətinin aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X3 Komitəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri üzrə X3 Komitəsinin Cavabdeh İdarə heyətinin sədrinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh X10 Filialında mütəxəssis vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilməsi məsələsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X3 Komitəsinin üzvlərinin iştirakı ilə müzakirə edilmişdir. Təqdim edilən xidməti məruzəyə əsasən X7 Regional Filialında mütəxəssis vəzifəsində çalışan İddiaçı əmək vəzifələrini kobud şəkildə pozması ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilməsinə etiraz etmirlər. İş materiallarında olan Cavabdeh xx.xx.2020-ci il tarixli **********1 nömrəli əmrinə əsasən İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin X10 Filialının mütəxəssisi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2024-cü il tarixli 3-17-3/3-4-440/2024 nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin X10 Filialının mütəxəssisi vəzifəsinə işə qəbul edilmiş İddiaçı ilə xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əmək vəzifələrini kobud şəkildə pozduğuna görə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh publik hüquqi şəxsi ilə arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin X10 Filialının mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Hazırda İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, onun Cavabdeh X8 mütəxəssis vəzifəsinə işə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh publik hüquqi şəxsinin nümayəndəsi “iddia müddətinin tətbiq edilməsinə dair” xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddəti iddiaçı tərəfindən ötürüldüyündən iddia müddətinin tətbiq edilərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296.6-cı maddəsinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Belə ki, İddiaçı xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında hakimin işdən nə vaxt çıxarılmasından xəbərinin olması ilə bağlı ona verdiyi suala cavab olaraq bildirmişdir ki, işdən azad edildiyi barədə 2024-cü ilin iyun ayında məlumatlı olmuşdur. Buradan da müəyyən olunan odur ki, o hüquqlarının pozulduğunu 2024-cü ilin iyun ayından artıq bilmişdir. Əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmiş birinin 2024-cü ilin iyun ayına qədər işdən çıxarılmasını, hüquqlarının pozulmasını bilməməsi isə absurd məsələdir. Bundan əlavə iş materiallarında olan Mediasiya prosesinin tətbiqi barədə Təklifdən də görünür ki, İddiaçı mövcud əmək mübahisəsi ilə bağlı mediasiyaya yalnız xx.xx.2024-cü il tarixdə, yəni özünün məhkəmə iclasında verdiyi izahatında qeyd etdiyi hüququnun pozulduğunu aşkar etdiyi gündən xeyli müddət (4 ay) sonra müraciət etmişdir. Odur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin X10 Filialının mütəxəssis vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmiş, əmək müqaviləsinə xitam verilməsi barədə işçi özünün deməsinə görə 2024-cü ilin iyun ayından məlumatlı olmuş və İddiaçı mövcud əmək mübahisəsi ilə bağlı mediasiyaya yalnız xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. İddiaçı iddia ərizəsi ilə eyniz zamanda buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, “əmrin ləğv edilməsi və işə bərpa” tələbi barədə iddia ərizəsinin verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsini xahiş etməklə, iddia müddətini ötürdüyünü özü də qəbul etmişdir. Lakin həmin ərizədə iddia müddətini ötürməsinin əsası kimi istinad etdiyi faktları təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. İşin hallarından görünür ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir, habelə məhkəməyə iddia müddətinin üzrsüz səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin “işə baxılması ilə əlaqədar məsrəflərə daxil olan mediasiya xərcinin əvəzi olara 60 manat məbləğində pulun Cavabdeh X8n tutularaq ona ödənilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində mediasiya xərci də ona aid olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır və İddiaçı Cavabdeh publik hüquqi şəxsinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh publik hüquqi şəxsinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar