Məhkəmə qərarları › İş №2(004)-1154/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1154/2024

11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1154/2024 11.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 7.500 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Cavabdeh1 vasitəsi ilə digər Cavabdeh2 ilə tanış olmuşdur. Bir müddət sonra xx.xx.2021-ci il tarixdə Cavabdeh2 ticarətini genişləndimək məqsədi ilə ondan 7.500 manat borc almışdır. Cavabdeh2 borcu almasına dair ona xx.xx.2021-ci il tarixdə əlyazma ilə qəbz imzalayıb vermişdir. Onun Cavabdeh2 7.500 manat borc verməsindən Cavabdeh1 xəbəri olmamış, Cavabdeh1 Cavabdeh2 borc verməyi ondan xahiş etməmişdir. Cavabdeh1 borcun qaytarılması üçün zamin durmamış və borcu qaytarmağı öz üzərinə götürməmişdir. O, bir müddət sonra tanışı Cavabdeh2 ondan borc aldığı barədə Cavabdeh1 məlumat vermişdir. O, Cavabdeh1 borc verməmişdir. Cavabdeh2 borcun qaytarılmasını tələb etsə də, hazırkı vaxta kimi Cavabdeh2 ondan aldığı borcu qaytarmamışdır. Cavabdeh2 ilə onu Cavabdeh1 tanış etdiyinə görə, borcun onların hər ikisindən müştərək qaydada tələb edir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh2 o tanış etmişdir. Lakin İddiaçı Cavabdeh2 borc verməsindən onun məlumatı olmamışdır. O, İddiaçı Cavabdeh2 borc verməsini xahiş etməmişdir. İddiaçı Cavabdeh2 verdiyi 7.500 manat borcu onun əvəzinə qaytarmağı öhdəsinə götürməmişdir. İddiaçı tanışı Cavabdeh2 borcu qaytarmadığını ona bildirdikdən və məhkəməyə iddia verdikdən sonra, o Cavabdeh2 ilə əlaqə saxlamış və borcu qaytarmağı xahiş etmişdir. Cavabdeh2 borcu yavaş-yavaş ödəyəciyini bildirmişdir. O, İddiaçı borc almamış və Cavabdeh2 əvəzində borc ödəməyi də öhdəsinə götürməmişdir. Odur ki, iddia tələbinin ona qarşı olan hissədə rədd edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişini təqdim etmək mümkün olmasa da, “AZEMİS” vasitəsilə ***-***-**-** mobil nömrəsinə SMS bildirişi göndərilməklə məlumat verilmişdir. Lakin cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, sadə yazılı formada tərtib edilmiş xx.xx.2021-ci il tarixli qəbzə əsasən Cavabdeh2 xx.xx.2021-ci il tarixdə İddiaçı 7.500 manat borc almışdır. Qazancından hörmət edəcəyini göstərmişdir. İddiaçı Cavabdeh1 borc verməmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında sadə yazılı formada tərtib edilmiş borc müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Xəbərdarlıq olunmasına baxmayaraq Cavabdeh2 borcu ödəməmişdir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 xx.xx.2021-ci il tarixli sadə yazılı formada tərtib edilmiş qəbzə əsasən borc aldığı 7.500 manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi - Cavabdeh1 qarşı olan hissədə rədd edilməlidir. Çünki, İddiaçı Cavabdeh2 xx.xx.2021-ci il tarixdə borc verərərkən, Cavabdeh1 xahişi və iştirakı ilə verməmiş, Cavabdeh1 borcun qaytarılması üçün İddiaçı qarşısında heç bir öhdəlik götürməmişdir. İddiaçı məhkəmə iclasında izahatında Cavabdeh1 borc vermədiyini, Cavabdeh1 da Cavabdeh2 əvəzində borcu qaytarmağı öhdəsinə götürmədiyini təsdiq etmişdir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2021-ci il tarixli sadə yazılı formada tərtib edilmiş qəbzə əsasən borc aldığı 7.500 (yeddi min beş yüz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi - Cavabdeh1 qarşı olan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar