Məhkəmə qərarları › İş №2(004)-1159/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1159/2022

02.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1159/2022 02.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X1rşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirdi ki, X9 barədə heç bir məlumat yoxdur. X7 hansı əsaslarla qeydiyyata alınmağı ilə də bağlı heç bir məlumat yoxdur. Alqı-satqı müqaviləsi İddiaçı ilə Rəhimov Ələsgər arasında olmuşdur. Bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənizilin dəyəri ödənilməklə İddiaçı mülkiyyətinə keçmişdir. 2015-ci ildən də mənzil onun mülkiyyətindədir. İddiaçı ilə Rəhimov Ələsgər arasında alqı-satqı müqaviləsi bağlanan zaman Cavabdeh razılığı deyəsən alınmayıb, çünki onun barəsində heç bir məlumat olmamışdır. Notarial hərəkət aparılarkən Cavabdeh qeydiyyatda olmağı müəyyən olunmamışdır. Amma sonradan Asan Xidmət Mərkəzində hansısa hərəkətlərin aparılması üçün müraciət edəndə müəyyən olunmuşdur ki, X9 qeydiyyatdadır. Bu şəxs barədə həmçinin Mənzil Kommunal Təsərrüfat Birliyində də məlumat yoxdur. Onlarda olan məlumata görə İddiaçı evində həmin şəxs yaşamamışdır. Yəni 2015-ci ildən bəri X9 orda yaşamamışdır. Onun orada istifadə hüququnun mövcud olub-olmaması ilə bağlı qərarın olması ilə bağlı onlarda məlumat yoxdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1159/2022 saylı, 19.01.2022-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdeh X2rşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina olunmuş və iddiaçıya Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1159/2022 saylı, 04.02.2022-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1159/2022 saylı, 19.01.2022-ci il tarixli qərardadından İddiaçı oğlu tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Lakin iddiaçının şikayəti əsasında işə baxan Bakı Apellyasiya Məhkəməsi 2(103)-2380/2022 saylı, 05.03.2022-ci il tarixli qərardadı ilə İddiaçı şikayətini təmin etmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1159/2022 saylı, 19.01.2022-ci il tarixli qərardadı ləğv edilmiş və iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki işi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. İş materiallarında olan AN-İ seriyalı, ******* nömrəli, 11.06.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X13 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42 kv.m olan mənzili İddiaçı satmışdır. İş materiallarında olan qeydiyyat tarixi 20.06.2015-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 53 ünvanında yerləşən 49 saylı mənzilin mülkiyyətçisi İddiaçıdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı, X15, X12 və Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan 166908 nömrəli 26 sentyabr 2003-cü il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, M.Davud küçəsi 53 saylı evin, 29 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 49 saylı mənzil X3 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 32 saylı Mənzil- Kommunal İstismar Sahəsinin 27.01.2010-cu il tarixli, 675 nömrəli Arayışının surətindən görünür ki, M.Seyidov küçəsi 53 saylı evin 49 nömrəli mənzil 30/21392 saylı 26.09.2003-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən X3 adınadır və həmin ünvanda qeydiyyatda heç kim yoxdur. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş 27 yanvar 2010-cu il tarixli ərizənin surətindən görünür ki, X10 əri X4 məxsus olan ünvan 2 ünvanında yerləşən iki otaqlı mənzilin ipotekaya qoyulmasına və satılmasına razıdır. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş 28 yanvar 2010-cu il tarixli ərizənin surətindən görünür ki, X13 ünvan 2 ünvanında yerləşən mənzili alanda və həmin vaxt Bank of Baku ASC-yə ipotekaya qoyanda subay olmuşdur. Bununla əlaqədar hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürür. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsi 2(103)-2380/2022 saylı, 05.03.2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıbyaşamaması, istifadə hüququnun mövcud olubolmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. Kollegiya hesab edir ki, hazırki halda cavabdehin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması çəkişmə prinsipinə əməl olunmaqla araşdırılmalıdır. Buna görə də, Bakı Apellyasiya Məhkəməsi 2(103)-2380/2022 saylı, 05.03.2022ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2(004)-1159/2022 saylı qərardadını ləğv edərkən işə baxılması zamanı yuxarıda sadalanan halların araşdırılmasını müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Hazırda yuxarı instansiya məhkəməsi tərəfindən verilən göstərişləri yerinə yetirərək, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sübutları tədqiq edib məhkəmə müəyyən etmişdir ki, X5 həmin mənzilə qeydiyyatı başqa əsasla məsələn, məhkəmə aktına əsasən mənzilə köçürmə, istifadə hüququnun tanınması yaxud digər əsasla istifadə hüququnun yaranması ilə bağlı və s. bağlı olmamışdır. Həmçinin məhkəmə araşdırılması zamanı bir daha təsdiq edilmişdir ki, Cavabdeh həmin mənzildə yaşamır. Beləliklə, məhkəmə yuxarı instansiya məhkəməsinin göstərişlərinə əsasən çəkişmə prinsipinə riayət etməklə, məhkəmə araşdırması zamanı bir daha müəyyən etmişdir ki, Cavabdeh ünvan 4 ünvanında yerləşən 49 saylı mənzildə yaşamır, məhkəmə aktına əsasən mənzilə köçürmə, istifadə hüququnun tanınması və yaxud digər əsasla məhz istifadə hüququnun yaranması ilə bağlı mənzilə qeydiyyata düşməmişdir. Bu da cavabdehin artıq həmin mənzil üzərində hər hansı əmlak hüquqlarının mövcud olmamasına dəlalət edir. Məhkəmə bir daha qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun 24.09.2020-ci il tarixli Qərarında birmənalı göstərilmişdir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur... Müraciət edənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Cavabdehin ünvan 1 ünvanında yaşamaması və həmin mənzilə dair istifadə hüququnun olmaması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iddia ərizəsinə ümumi məhkəmədə baxılmalı olmadığından hazırki iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməli, iddiaçıya cavabdehin qeydiyyatdan çıxarılması ilə bağlı müvafiq inzibati orqana müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən isə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçıya müvafiq inzibati orqana müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar