Məhkəmə qərarları › İş №2(004)-116/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-116/2022

14.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-116/2022 14.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh-nın nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh-ya qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh-dan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 52 A, Mərtəbə 17, mənzil 4 üçün artıq ödədiyi 18382,5 manat pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai rayonu Gəncə prospekti, 52A M17 4 nömrəli mənzili Cavabdeh-dan 53 saylı notariat ofisində alqı-satqı və ipoteka müqaviləsi əsasında almışdır. Qeyd edilən müqaviləyə əsasən cavabdeh ona 95,24 kvadrat mənzili təhvil verməli və o, da bunun əvəzində mənzilin satış qiyməti olan 107,145 manatı cavabdehə ödəməli idi. Müqavilə üzrə mənzil ona 95,24 kvadrat adı ilə verilmiş və o, da 21445 manatı özü, qalan 85700 manat məbləği isə "xxxx" ASC tərəfindən verilən kredit əsasında ödəmişdir. Lakin 11.01,2021-ci il tarixdə həmin mənzilə çıxarış alarkən müəyyən edilmişdir ki, mənzilin sahəsi 78,90 kvadrat sahəni əhatə edir. Deməli cavabdeh ona 16,34 kvadrat (95,24-78,90) az mənzil vermişdir. Mənzilin 1 kvadratı sadə riyazi üsulla (107145 bölünsün 95,24 bərabərdir 1125) hesablandıqa 1125 manat edir. Deməli o, cavabdehə 16,34 kvadratın pulunu artıq ödəmişdir. Həmin məbləğ isə 18382,5 (16,34 vurulsun 1125 bərabərdir 18382,5) manat edir. Cavabdehə artıq ödənilən pulun geri qaytarılmasını tələb etsə də ona pul qaytarılmamışdır, (bununla bağlı poçtdan qəbz iddia ərizəsinə əlavə edilib) Həmçinin qeyd edir ki, müqavilədə arakəsmələrin, eyvanın və.s ümumi sahəyə aid etmələri göstərilmədiyindən mənzilin ümumi sahəsi qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanmalı idi. Belə ki, mənzillərin ümumi sahələrinin hesablanmasının əsasları və qaydası həm Şəhərsalma və Tikinti Məcəlləsində, həm də AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04.12.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nda əks olunmuşdur. Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) tərəfindən müəyyən edilir (maddə 59.1). Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır (maddə 59.2). Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir (maddə 59.3). Habelə, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04.12.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.1-ci bəndinə görə yaşayış binasının ümumi sahəsi - binanın mərtəbələrinin sahələrin cəmi kimi müəyyən edilir. Mərtəbənin sahəsinə lift, kommunikasiya elektrik, su, kanalizasiya, mərkəzi isitmə və soyutma sistemi, havalandırma, dəm qazı üçün) və digər şaxtalar üçün nəzərdə tutulmuş boşluqlar daxil edilmir, bu sahələr bir mərtəbə hududunda bir dəfə nəzərə alınır. Qaydaların 3.8-ci bəndində isə qeyd edilmişdir ki, mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Mənzildaxili pilləkənin altındakı sahə, hündürlüyü döşəmədən konstruksiyanın altına qədər 1,6 metr və daha az olduqda pilləkən olan yerləşgənin sahəsinə daxil edilmir. Qeyd edilən maddi hüquq normalarından da görünür ki, mənzillərin sahəsi hesablanarkən yardımçı sahələr - sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanlar azaltma əmsallarına vurulmaqla mənzillərin ümumi sahəsinə hesablanmalıdır. Beləliklə, iddia ərizəsinə əlavə edilmiş sübutlardan görünür ki, satıcı kimi cavabdeh ona müqavilədə nəzərdə tutulduğundan az sahəli mənzil vermişdir. Ona görə də hesab edir ki, mənzilin artıq ödənilmiş sahəsinin pulu geri qaytarılmalıdır. Çünki Mülki Məcəllənin 578-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq artıq ödədiyi pulun ona qaytarılması barədə Cavabdeh-ya şifahi və yazılı müraciət etsə də müraciəti nəticəsiz qalmışdır. Ona görə də hüququnun bərpası üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh-nın nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, iddiaçı müqavilə bağlanan zaman mənzilin faktiki olaraq ümumi sahəsi barədə məlumatlı olmuş və faktiki sahəyə uyğun müqavilə bağlanılmışdır. Hesab edir ki, iddiaçının tələbi əsassızdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında araşdırılmış: - Cavabdeh, İddiaçı və "xxxx" ASC arasında bağlanmış 05.11.2019-cu il tarixli, 140- 19/İ nömrəli ilkin bazardan alqı-satqı və ipoteka müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, müvafiq müqaviləyə əsasən, Cavabdeh ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 18 fevral 2019-cu il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********31-05301-093152 olan Hüququların qabaqcadan qeydiyyatı barədə Daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən ona məxsus olan mənzili İddiaçı satmışdır. Mənzilin ümumu sahəsi 95,24 kv.metr, satış qiyməti isə 107,145 manatdır. Müqavilənin 1.8-ci bəndinə əsasən Property” MMC tərəfindən 25.10.2019-cu il tarixdə tərtib edilmiş daşınmaz əmlakın qiymətləndirmə aktına əsasən, mənzil 107150 manat dəyərində qiymətləndirilmişdir. "xxxx" ASC və İddiaçı arasında bağlanmış 04.11.2019-cu il tarixli, 140-19/İ nömrəli kredit müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 18 fevral 2019-cu il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********31-05301-093152 olan Hüququların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən müəyyən edilən daşınmaz əmlakın alınması üçün 85700 manat kredit vermişdir. -04.11.2019-cu il tarixli mədaxil orderindən görünür ki, 21445 manat ipoteka üzrə ilkin ödəniş İddiaçı tərəfindən "xxxx" ASC-nin hesabına köçürülmüşdür. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 48, 48A, 50, 50A, 52, 52A, 54, 54A, 56, 56A, 56B, 56C, 58, 58A, 58B, 60 60A, 60B,60C ünvanında olan ümumi sahəsi 78,90 kv.metr olan mənzili (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 52A, M17, m4) İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə 11.01.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir; -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 noyabr 2021-ci il tarixli 10/480 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, Cavabdeh tərəfindən inşa edilmiş İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 52A ünvanında 17-ci mərtəbədə yerləşən 4 nömrəli mənzilin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələblrəi nəzərə alınmaqla sahəsi 76,88 m2 təşkil edir. İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 52A ünvanında 17-ci mərtəbədə yerləşən 4 nömrəli mənzilin faktiki vəziyyəti ilə texniki pasportda olan məlumatlar arasında müqayisəli tədqiqat aparılarkən uyğunsuzluq olduğu, belə ki, texniki pasportda 2 saylı yaşayış otağının arakəsmə divarının 1 saylı dəhliz tikilisinə doğru irəli çəkildiyi, 3 saylı yaşayış otağının daxilində əlavə arakəsmə divarı hörülərək yaşayış otağl iki hissəyə bölündüyü müəyyən olunmuşdur. Bu səbəbdən texniki pasportda göstərilən sahə ilə baxış zamanı əldə eidlmiş ölçülər arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. -İddiaçı na məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 52A ünvanında 17-ci mərtəbədə yerləşən 4 nömrəli mənzilin ümumi sahəsi (daxili arakəsmələr, şaxta və xarici divarlar nəzərə alınmaqla) 96,12 m2 təşkil etdiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 52A ünvanında 17-ci mərtəbədə yerləşən 4 nömrəli mənzilin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələblrəi nəzərə alınmaqla sahəsi 76,88 m2 təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 mart 2022-ci il tarixli 10/7373 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 52A ünvanında 17-ci mərtəbədə yerləşən 4 nömrəli mənzilin ümumi sahəsi (daxili arakəsmələr, şaxta və xarici divarlar nəzərə alınmaqla) 96,12 m2 təşkil etdiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 52A ünvanında 17-ci mərtəbədə yerləşən 4 nömrəli mənzilin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələblrəi nəzərə alınmaqla sahəsi 76,88 m2 təşkil edir. - 30 aprel 2021-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün X2 tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında işin araşdırılmış hallar ilə müəyyən edilmişdir ki, "xxxx" ASC və İddiaçı arasında bağlanmış 04.11.2019-cu il tarixli, 140-19/İ nömrəli kredit müqaviləsinə və “ Cavabdeh, İddiaçı və "xxxx" ASC arasında bağlanmış 05.11.2019-cu il tarixli, 140-19/İ nömrəli İlkin bazardan alqı-satqı və ipoteka müqaviləsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 52A ünvanında 17-ci mərtəbədə yerləşən müqavilə üzrə ümumi sahəsi 95,24 m2 olan ümumi dəyəri 107145 manat olan mənzili 21445 manat ilkin ödəniş və 85700 manat isə "xxxx" Ast tərəfindən verilmiş kredit hesabına ödəniş edərək almışdır. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 48, 48A, 50, 50A, 52, 52A, 54, 54A, 56, 56A, 56B, 56C, 58, 58A, 58B, 60 60A, 60B,60C ünvanında olan ümumi sahəsi 78,90 kv.metr olan mənzili (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 52A, M17, m4) İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə 11.01.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 mart 2022-ci il tarixli 10/7373 nömrəli ekspert rəyi ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 52A ünvanında 17-ci mərtəbədə yerləşən 4 nömrəli mənzilin sahəsi 76,88 kv.metr təşkil etməsi, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 52A ünvanında 17-ci mərtəbədə yerləşən 4 nömrəli mənzilin daxili arakəsmələr, şaxta və xarici divarlar nəzərə alınmaqla ümumi sahəsi isə 96,12 kv.metr təşkil etməsi müəyyən edilmişdir. İddiaçı cavabdeh tərəfindən ona müqavilədə nəzərdə tutulduğundan az sahəli mənzil verildiyini iddia edərək, artıq ödədiyi 18382,5 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini ələb edir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 437.1-ci maddəsinə əsasən, əgər müqavilənin predmeti fərdi-müəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir; 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; 577.1-ci maddəsinə əsasən, alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər; 578.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Qeyd edilənləri nəzərə alıb, məhkəmə hesab edir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 05.11.2019-cu il tarixli, 140-19/İ nömrəli mənzil müqaviləsi üzrə cavabdeh təşkilat tərəfindən mübahisələndirilən öhdəlik pozulmadığından iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, mənzilin müqavilədə göstərilən faktiki ümumi sahəsi məhkəmə araşdırması zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsi kimi verilmiş müvafiq ekspert rəyinə əsasən müəyyən edilmiş faktiki ümumi sahəsi üst-üstə düşərək, iddiaçı şəxsin mülkiyyətində olan mənzilin sahəsi müqavilədə nəzərdə tutulduğundan hətta 1 kv.metrə yaxın artıq ölçüdə, yəni 96,12 kv.metr müəyyən edilmişdir. Müqaviləyə əsasən, mənzilin qiyməti də hər 1 kv.metr üçün deyil, ümumi olaraq müəyyənləşdirilmişdir. Cavabdeh iddiaçı qarşısında öz öhdəliyini pozmamış, iddiaçıya müqavilədə razılaşdırılmış sahədən az olmayan mənzil təhvil vermişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci tarixli, 7 saylı Tikinti obyektlərinin sahəsinin və həcminin hesablama qaydalarının 2-ci və 3.8-ci maddələrinə əsasən balkon-fasadın divar səthindən çıxan və məhəccərlə hüdudlanmış meydança; eyvan- binaya bitişik və ya onun içərisində tikilmiş isidilməyən, açıq və ya şüşələnmiş yerləşgədir. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı şəxsin təqdim etdiyi müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı şəxs tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən iddiaçıya aid edilməlidir. Həmçinin, ilkin olaraq keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olan 50 (əlli) manat pul İddiaçı, əlavə məhkəmə tikinti-texniki ekspertizasının xərci olan 100 (bir yüz) manat pul Cavabdeh-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh-ya qarşı “pul” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə ilkin olaraq keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olan 50 (əlli) manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. İş üzrə keçirilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının xərci olan 100 (bir yüz) manat pul Cavabdeh-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar