Məhkəmə qərarları › İş №2(004)-118/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-118/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-118/2021 18.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı ləğv prosesində olan “İddiaçı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ləğv prosesində olan “İddiaçı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcun tutulması, tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan “İddiaçı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcun tutulması, tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, “İddiaçı” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 212ALNW131120001 nömrəli kredit müqaviləsi üzrə yaranmış 56.121,49 ABŞ dolları əsas borc, müqavilə müddəti üçün hesablanmış 20.601,24 ABŞ dolları faiz borcu, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 8.285,58 ABŞ dolları, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 3.949,53 ABŞ dolları borc, ümumilikdə 88.957,84 ABŞ dolları kredit borcu və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutulması iddiaçı ləğv prosesində olan “İddiaçı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi; tutmanın Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş “BMW-750” minik markalı, 2011-ci il buraxılışlı, BAN- WBAKC61010C611524, qara rəngli, ** SF *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi. avtomobilin açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə olunacaq vəsait hesabına borcun iddiaçıya ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin ümumi qaydada Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan “İddiaçı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, “İddiaçı” ASC-nin “Kredit İnvest” filialı ilə borc alan Cavabdeh arasında bağlanmış xx xxxxx 2013cü il tarixli 212ALNW131120001 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh illik 15% olmaqla 60 ay müddətinə 81.000 ABŞ dolları kredit vəsaiti verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat üsulu kimi ipoteka saxlayan - “İddiaçı” ASC-nin “Kredit İnvest” filialı ilə ipoteka qoyan - Cavabdeh arasında bağlanmış xx xxxxx 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus olan “BMW-750” minik markalı, 2011-ci il buraxılışlı, BAN- WBAKC61010C611524, qara rəngli, ** SF *** dövlət qeydiyyat nişanlı avtomobil “İddiaçı” ASC-nin “Kredit İnvest” filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bu barədə AC 061763 nömrəli qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmışdır. Borcalan Cavabdeh “İddiaçı” ASC-dən kredit götürməsinə baxmayaraq, müştərinin sənədləri filial tərəfindən “İddiaçı” ASC-nin PKHTD-ə təhvil verilməmiş, bu barədə filiala müarciət edildikdə isə sənədlərin naməlum səbəbdən itirildiyi bildirilmişdir. Hazırda “İddiaçı” ASC-nin “Kredit İnvest” filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2013-cü il tarixli 212ALNW131120001 nömrəli kredit müqaviləsinin və xx xxxxx 2013-cü il tarixli ipoteka müqaviləsinin əsllərini və ya təsdiq edilmiş surətlərini məhkəməyə təqdim edə bilmir. Çünki, bu müqavilələr iddiaçıda yoxdur. Lakin iddia ərizəsinə əlavə edilən xx.xx.2013-cü il tarixli məxaric orderinin əslindən və maliyyə arayışından Cavabdeh 81.000 ABŞ dolları kredit verilməsi müəyyən edilir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin gecikdirilmiş əsas kredit borcunun və hesablanmış faizlərin ödənilməsini təmin etməmiş, ödəmə müddətlərini müxtəlif vaxtlarda pozmuş və bununla da müqavilə şərtlərini pozmuşdur. xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 56.121,49 ABŞ dolları əsas borc, müqavilə müddəti üçün hesablanmış 20.601,24 ABŞ dolları faiz borcu, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 8.285,58 ABŞ dolları, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 3.949,53 ABŞ dolları borc, ümumilikdə 88.957,84 ABŞ dolları kredit borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və borcunu ödəməmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı tərəf - “İddiaçı” ASC-nin “Kredit İnvest” filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2013-cü il tarixli 212ALNW131120001 nömrəli kredit müqaviləsinə əsasən illik 15% olmaqla 60 ay müddətinə Cavabdeh 81.000 ABŞ dolları kredit vəsaiti verdiyini, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat üsulu kimi ipoteka saxlayan - “İddiaçı” ASC-nin “Kredit İnvest” filialı ilə ipoteka qoyan - Cavabdeh arasında bağlanmış xx xxxxx 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus olan “BMW-750” minik markalı, 2011-ci il buraxılışlı, BAN-WBAKC61010C611524, qara rəngli, ** SF *** dövlət qeydiyyat nişanlı avtomobil “İddiaçı” ASC-nin “Kredit İnvest” filialının xeyrinə ipoteka ilə yüklü edilməsi iddia etsə də, Cavabdeh “İddiaçı” ASC-nin “Kredit İnvest” filialı ilə xx xxxxx 2013-cü il tarixli kredit və ipoteka müqaviləsi bağlamamış və imzalamamışdır. Belə bir müqavilələr mövcud deyildir. Cavabdeh ümumiyyətlə “BMW-750” minik markalı, 2011-ci il buraxılışlı, BAN-WBAKC61010C611524, qara rəngli, ** SF *** dövlət qeydiyyat nişanlı avtomobili olmamış və həmin avtomobili bankın qarşısında ipoteka ilə yüklü etməmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş 81.000 ABŞ dolları vəsaitin alınmasına dair xx.xx.2013-cü il tarixli FJB**********479 nömrəli məxaric orderində “müştərinin imzası” qrafasındakı imza Cavabdeh məxsus deyildir. “İddiaçı” ASC-nin İdarə Heyətinin sədr müavini işləmiş Gəray-zadə Ayaz Tofik oğlu Cavabdeh Banka inkasator vəzifəsinə işə düzəltmişdir. Gərayzadə Ayaz Tofik oğlu bildirmişdir ki, birgə iş quracaqlar və gəlir əldə edəcəklər. Bu məqsədlə Gəray-zadə Ayaz Tofik oğlu xx.xx.2013-cü il tarixdə Cavabdeh xx.xx.2033-cü il tarixə kimi etibarnamə almışdır. Həmçinin Gəray-zadə Ayaz Tofik oğlunun tapşırığı ilə Cavabdeh başqa bir şəxsə X4 xx.xx.2013-cü il tarixdə xx.xx.2033-cü ilə kimi etibarnamə vermişdir. X2 cavabdehin adından başqa şəxslərin adlarına etibarnamələr vermişlər. Hazırda cavabdeh həmin etibarnamələri ləğv etdirmişdir. Cavabdeh “İddiaçı” ASC-nin “Kredit İnvest” filialından xx.xx.2013-cü il tarixdə 81.000 ABŞ dolları borc almamışdır. Almış olsaydı belə, iddia müddəti ötürülmüşdür. İddia müddətinin tətbiqinə dair ərizə təqdim etmişdir. Ekspertizanın rəyində xx.xx.2013-cü il tarixli məxaric orderində “müştərinin imzası” qrafasındakı imzanın Cavabdeh məxsus olduğu göstərilsə də, bank tərəfindən Cavabdeh pul verilməmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, “xxxx” ASC-nin “Kredit İnvest” filialı tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli FJB**********479 nömrəli məxaric orderində Cavabdeh 80.580 ABŞ dolları nağd pul verilməsi qeyd edilmişdir. (iş vərəqə 58) Mülki işin 58-ci vərəqəsində olan - üzərində ““xxxx” xx xxx 2013 kredit invest filialı ödənilib 1” yazısı olan ştamp vurulmuş və Cavabdeh 80.580 ABŞ dolları kredit verilməsinə dair xx.xx.2013-cü il tarixli FJB**********479 nömrəli məxaric orderinin əslinin aşağı sol küncündə olan “müştərinin imzası” qrafasının qarşısındakı imza - Cavabdeh məxsus olub-olmamasını müəyyən etmək üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-1405/2020 nömrəli qərardadı ilə iddiaçı ləğv prosesində olan “İddiaçı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspertizanın rəyi məhkəməyə daxil olanadək, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 4/920 nömrəli ekspertiza rəyi xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-1405/2020 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş və iş məhkəmə baxışına təyin edilmişdir. Sonradan covid-19 pandemiyası ilə bağlı işə baxılması mümkün olmamış və işə baxılması xx.xx.2021-ci il tarixə saat 12:00-a təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020ci il tarixli 4/920 nömrəli ekspertiza rəyindən müəyən edilir ki, Cavabdeh adına olan xx.xx.2013-cü il tarixli FJB**********479 nömrəli məxaric orderində “müştərinin imzası” qrafasındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. DİN BDYPİ-nin xx.xx.2019-cu il tarixli 016-111716-1219 nömrəli məktubundan və DİN BDYPİ-nin Qeydiyyat-imtahan komütkr uçot bazasından çıxarışdan müəyyən edilir ki, DİN BDYPİ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AC061763 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən “BMW-750” minik markalı, 2011-ci il buraxılışlı, BAN-WBAKC61010C611524, qara rəngli, ** SF *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2013-cü il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır və ipoteka müqaviləsi əsasında “xxxx” ASC-nin “Kredit İnvest” filialının xeyrinə yüklü edilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir. Odur ki, avtomobilin kompüter çıxarışı təqdim edilmişdir. “İpoteka haqqında” Qanunun 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, iddiaçı ləğv prosesində olan “İddiaçı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbində “xxxx” ASC-nin “Kredit İnvest” filialı ilə Cavabdeh arasında xx xxxxx 2013-cü il tarixli 212ALNW131120001 nömrəli kredit müqaviləsi bağlandığını, həmin kredit müqaviləsinə əsasən Cavabdeh illik 15% olmaqla 60 ay müddətinə 81.000 ABŞ dolları kredit vəsaiti verildiyini, cavabdehin müqavilə öhdəliyini yerinə yetirmədiyini qeyd etməklə, cavabdehdən xx xxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun ödəniliməsini tələb etsə də, xx xxxxx 2013-cü il tarixli 212ALNW131120001 nömrəli kredit müqaviləsinin əslini və ya təsdiq edilmiş surətini, 81.000 ABŞ dolları borcun verilməsini təsdiq edən kassa məxaric orderini məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin iddiaçı - iddia tələbində xx xxxxx 2013-cü il tarixli 212ALNW131120001 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat üsulu kimi ipoteka saxlayan - “İddiaçı” ASC-nin “Kredit İnvest” filialı ilə ipoteka qoyan - Cavabdeh arasında xx xxxxx 2013-cü il tarixli ipoteka müqaviləsi bağlandığını iddia etsə də, xx xxxxx 2013-cü il tarixli ipoteka müqaviləsinin əslini və ya təsdiq edilmiş surətini məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında xx.xx.2013-cü il tarixli yazılı kredit və ipoteka müqavilələrinin bağlanmasını təsdiq edən sübutları və 81.000 ABŞ dolları borcun verilməsini təsdiq edən kassa məxaric orderini iddiaçı məhkəməyə təqdim edə bilmədiyinə görə, mövcud olmayan müqaviləyə istinad etməklə borcun ödənilməsini cavabdehdən tələb edə bilməz. Çünki, Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Mülki Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, üzərinə “xxxx” xx xxxxx 2013 kredit invest filialı ödənilib 1” yazısı olan ştamp vurulmuş və Cavabdeh 80.580 ABŞ dolları kredit verilməsinə dair xx.xx.2013-cü il tarixli FJB**********479 nömrəli məxaric orderindəki “müştərinin imzası” qrafasındakı imzanın - Cavabdeh tərəfindən icra edilməsi - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 4/920 nömrəli ekspertiza rəyi ilə təsdiq edildiyinə görə, Cavabdeh bankdan xx.xx.2013-cü il tarixdə aldığı 80.580 ABŞ dolları borcun qaytarılması üçün cavabdehlik daşıyır. Odur ki, Cavabdeh həmin 80.580 ABŞ dolları borcun ödənilməmiş qalan hissəsi, yəni 56.121,49 ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan “İddiaçı” ASC-yə ödənilməlidir. 56.121,49 ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi - DİN BDYPİ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AC061763 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh məxsus olan və ipoteka ilə yüklü edilmiş “BMW-750” minik markalı** SF *** dövlət qeydiyyat nişanlı avtomobilə tutma yönəldilməklə həyata keçirilməlidir. İddia qalan hissədə, yəni - “İddiaçı” ASC ilə Cavabdeh arasında bağlandığı iddia edilən (müqavilənin əsli və ya təsdiq edilmiş surəti məhkəməyə təqdim edilməyib) xx.xx.2013-cü il tarixli 212ALNW131120001 nömrəli kredit müqaviləsi üzrə yaranmış müqavilə müddəti üçün hesablanmış 20.601,24 ABŞ dolları faiz borcu, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 8.285,58 ABŞ dolları, müqavilənin bitdiyi tarixdən xx.xx.2019cu il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 3.949,53 ABŞ dolları borcun tutulması” hissəsində rədd edilməlidir. Çünki, iddiaçı tərəflər arasında yazılı kredit müqaviləsinin bağlanmasını, kreditin verilməsi şərtlərini, faiz dərəcəsinin hesablanmasını və kreditin hansı imüddətə verilməsini təsdiq edən yazılı sübutları məhkəməyə təqdim edə bilməmiş, yəni sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “İddiaçı” ASC-nin “Kredit İnvest” filialı tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli FJB**********479 nömrəli məxaric orderinə əsasən aldığı 80.580 ABŞ dolları borcdan ödənilməmiş qalan 56.121,49 (əlli altı min yüz iyirmi bir ABŞ dolları qırx doqquz sent) ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) əsas borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq ləğv prosesində olan “İddiaçı” ASC-yə ödənilsin. Tutma - DİN BDYPİ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AC061763 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh məxsus olan və ipoteka ilə yüklü edilmiş “BMW-750” minik markalı, 2011-ci il buraxılışlı, BAN-WBAKC61010C611524, qara rəngli, ** SF *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin. Avtomobil açıq hərrac vasitəsi ilə satılsın, satışdan əldə olunacaq vəsait hesabına 56.121,49 (əlli altı min yüz iyirmi bir ABŞ dolları qırx doqquz sent) ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) əsas borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ləğv prosesində olan “İddiaçı” ASC-yə ödənilsin, artıq qalan vəsait Cavabdeh qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsi ümumi qaydada icra edilsin. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xərci 127 (yüz iyirmi yeddi) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət Xəzinədarlığı Agentliyi kod: 210005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. İddia qalan hissədə, yəni - “İddiaçı” ASC ilə Cavabdeh arasında bağlandığı iddia edilən (müqavilənin əsli və ya təsdiq edilmiş surəti məhkəməyə təqdim edilməyib) xx.xx.2013-cü il tarixli 212ALNW131120001 nömrəli kredit müqaviləsi üzrə yaranmış müqavilə müddəti üçün hesablanmış 20.601,24 ABŞ dolları faiz borcu, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 8.285,58 ABŞ dolları, müqavilənin bitdiyi tarixdən xx.xx.2019cu il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 3.949,53 ABŞ dolları borcun tutulması” hissəsində rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar