Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1183/2022 07.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 Ağstafa rayonu Ağgöl kəndi yaxınlığında fermasının icarəsi üçün ona beh kimi ödədiyi 2000 (iki min) manat pulun iki mislinin yəni 4000 (dörd min) manat pulun xeyrinə tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Gədəbəy rayonu Soyuqbulaq kəndində yaşayır və Gədəbəy rayonu Xarxar kəndində tam orta məktəbdə müəllim işləyir. Eyni zamanda da heyvandarlıqla məşğul olur. Cavabdeh olan Cavabdeh 2019-cu ilin aprel-may aylarından tanıyır. O, heyvandarlıqla məşğul olduğu üçün hər il qış fəslində heyvanlarını Ağstafa rayonu Ceyrançöl qış otlaq sahəsinə göndərir. 2019-cu ilin oktyabr ayında söhbət əsnasında cavabdeh ona Ağstafa rayonu Ağgöl kəndi yaxınlığında ferması olduğunu və hər il icarəyə verdiyini bildirdi. Həmin vaxtlarda ona qış üçün otlaq yeri lazım olduğundan cavabdehlə razılığa gəlib həmin fermanı icarəyə götürmək istədiyini ona bildirmişdir. Cavabdehlə Ağstafa rayonu Ağgöl kəndi yaxınlığında fermasını 4000 manat icarə haqqı 2000 manat ilkin olaraq beh kimi 2000 manatda köç edən gün ödənilməsi barədə razılaşmışdır. 2019-cu ilin oktyabr ayının sonlarında cavabdehlə onun fermasına getmiş və həmin fermada ilkin olaraq beh kimi 2000 manat pul vermişdir. Qalan pulu isə noyabrın əvvəlində razılaşmaları kimi köç edərkən ödəyəcəkdi. 2019-cu ilin noyabrın 7-də cavabdehə zəng edərək artıq köç etmək isdədiyini bildirmişdir. Bu zaman cavabdeh X2 fermanı başqa şəxsə verdiyini bildirmişdir. O isə səbəbini soruşanda və ona beh verdiyini bildirəndə heç bir əsas gətirmədən tefonu söndürmüşdür. Bundan dərhal sonra cavabdehə inanmamış və fermaya getmişdir. Həqiqətəndə artıq fermanı başqa şəxsə icarəyə verdiyini və cavabdehin orda olmadığının şahidi olmuşdur. Dəfələrlə cavabdehlə əlaqə saxlayaraq pulunu tələb etmək isdəsə də, bir nəticə olmamışdır. Nəhayət o, DİN-nin 102 xidmət mərkəzinə yığaraq şikayət etmişdir. Şikayətinə aidiyyəti üzrə Ağstafa rayon Polis Şöbəsində baxılaraq araşdırılmışdır. Araşdırma zamanı polis kapitanı cavabdehi izahat alması üçün mobil nömrəsinə yığaraq çağırılmış, lakin cavabdeh 2000 manat pul aldığını və izahat vermək üçün Bakı şəhərində olduğundan gələ bilməyəcəyini bildirmişdir. Sonda isə şikayətinə baxılaraq işinin mülki xarakterli iş olduğundan mülki qaydada məhkəməyə müraciət etməyini bildirmişlər. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh beh kimi mənimsədiyi 2000 manat pulu artıq ona ikiqat olaraq yəni 4000 manat geri qaytarmalıdır. Bu səbəbdən də pulunun geri qaytarılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, 1996-cı ildən Ağstafa rayonun Ceyrançöl qışlaq sahəsində atası X3 "xxxx" MMC təşkil etmiş, hazırda isə həmin MMC-nin sahibidir. Bir qayda olaraq mal-qaralara baxmaq üçün çoban axtarışında olduğundan, tapdıqları çobanların isə özlərinə məxsus mal-qaranı da onlara məxsus fermada saxlamışlar. İddiaçı 2019-cu ilin aprel ayından tanıyır. Belə ki, Cavanşirin həmin vaxtlarda ona zəng edərək Gədəbəy rayonunda yaşadığını və heyvanlarlıqla məşğul olduğunu, ilin qış fəslində isə heyvanlarını Ceyrançöl ərazisində saxlamaq üçün icarəyə ferma axtardığını bildirmiş, o isə fermasının olduğunu, həmin fermaya çoban axtardığını və çobanın da öz heyvanlarını da, orada saxlaya biləcəyini ona təklif etmiş, iddiaçı da bu təklifi qəbul etmişdir. Bundan sonra o, Bakı şəhərinə gedərkən Cavanşirlə Tovuz rayonu ərazisində görüşüb söhbət etmiş və ona hələ tez olduğunu, payız aylarında görüşüb söhbət edəcəklərini bildirmişdir. 2019-cu ilin oktyabr ayında o fermada olduğu zaman İddiaçı gecə saatlarında onun fermasına gəlmiş, o isə buna əsəbləşərək sonuncuya onun fermasının yerləşdiyi ərazinin sərhəd nəzarət məntəqəsinin ərazisi olduğunu, ona kimdən icazə aldığını və tez fermasını tərk etməsini tələb etmişdir. Bundan sonra o Cavanşirə onun fermasına gələcəyi təqdirdə onlar arasında müqavilə bağlanacağını, müqavildə onun özü ilə gətirdiyi heyvanların və ona məxsus heyvanların saylarının qeyd olunacağını, ondan sonra isə heyvanların sayı barədə DSX-nin əməkdaşlarına məlumat veriləcəyini bildirmişdir. Lakin Cavanşirin onunla razılaşmadığını və müqavilə bağlamaq istəmədiyini demiş, ondan sonra isə fermadan çıxıb getmişdir. Ondan sonra onu görməmiş və onunla əlaqə saxlamamışdır. O heç bir vaxt İddiaçı 2000 manat pul almamış və onun barəsində Ağstafa RPŞ-də aparılan araşdırmadan məlumatının olmamış, yalnız 2022-ci ilin yanvar ayında Bakı şəhər Yasamal rayon məhkəməsindən ona bildiriş gəldikdən sonra İddiaçı ondan şikayət etdiyini öyrənmişdir. Dərhal Prokurorluğa müraciət edərək, həmin qərardan şikayət etmiş və qərar ləğv edilmişdir. O, polisə telefon vasitəsi ilə hər hansı bir izahat verməmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, iddiaçı özünə məxsus mal-qaranın cavabdehə məxsus Ceyrançöl ərazisində qışlaqda yerləşən fermasında saxlanılması üçün cavabdehə müraciət etmişdir. İddiaçı bununla bağlı, cavabdehlə aralarında razılığa gəldiyini bildirərək, ona beh kimi 2000 manat ödəniş etdiyini iddia edərək, bu halın təsdiqi kimi Ağstafa rayon Polis Şöbəsinin 15.07.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında cavabdehin telefon vasitəsi ilə alınmış izahatına istinad etmişdir. Cavabdeh isə iddia tələbinə etiraz edərək iddiaçıdan hər hansı bir beh almadığını və telefon vasitəsi ilə hər hansı bir izahat vermədiyini, ümumiyyətlə isə belə bir araşdırmanın aparıldığından xəbərdar olmadığını bildirmişdir. İşin halları ilə o da müəyyən edilmişdir ki, Ağstafa rayon Polis Şöbəsinin 15.07.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən şikayət verilmiş, qəbul edilmiş qərar 10.03.2020-ci il tarixdə ləğv edilərək, təkrar araşdırma aparılması üçün RPŞ-nin TB-nə göndərilmişdir. Ağstafa rayon Polis Şöbəsinin 18.03.2022-ci il tarixli qərarı ilə Cavabdeh izahatı alınmış və həmin qərarla sonuncunun iddiaçıdan hər hansı bir məbləğdə beh alması öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin ondan 2000 manat məbləğind beh aldığını iddia etsə də, məhkəməyə bununla bağlı hər hansı bir tutarlı sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş 60 (altmış) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 60 (altmış) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-1183/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1183/2022
07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver