Məhkəmə qərarları › İş №2(004)-12/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-12/2020

02.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-12/2020 02.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi və eyni zamanda vəkili Vəkil2, Cavabdeh6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X19, X35, X36 və X37 qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X19, X35 və X20 qarşı istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnvertarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin Qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi, ev 81-in mülkiyyətçisidir. Cavabdehlər Cavabdeh1 və qeyriləri Tağı Şahbazi küçəsi, ev 81 ünvanına qanunsuz olaraq qeydiyyata alınaraq, fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olan 1/2 hissəsində “Q” literin 1, 2, 3 saylı otaqları və qarşılarında yerləşən verandalar və “V” literində 4 saylı otağını zəbt etmişlər və iddiaçının mülkiyyətində olan bu otaq və verandalardan istifadə etməsinə maneələr yaradırlar. Cavabdehlərin onunla heç bir qohumluq münasibətləri yoxdur, göstərilən ünvana hansı yollarla qeydiyyata alınmaları da ona məlum deyildir. Nəticə etibarı ilə, cavabdehlərin ona məxsus ünvan 2 nömrəli evinin dörd otağını qarşısındakı verandaları ilə birlikdə zəbt etmələri, onun mülkiyyət hüquqlarını kobud şəkildə pozmaqla, mülkiyyətçini özünə məxsus əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından məhrum edir. Göstərilənlərə əsasən cavabdehlərin Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi, ev 81dən yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və həmin mənzildən məcburi qaydada çıxarılmaları barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə məhkəmə baxılan zaman iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X19, X35 və X13 ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi, 81 saylı fərdi yaşayış evindən çıxarılmaları və cavabdehlərin qanunsuz sahibliyində olan daşınmaz əmlakın ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra işə məhkəmə baxılan zaman iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X19, X35, X36, X10, X38, X25, X26, X14, X8, X49, X39, X40, X27, X67, X80, X58, X59, X68 və X28 ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi, 81 saylı fərdi yaşayış evindən çıxarılmaları və cavabdehlərin qanunsuz sahibliyində olan daşınmaz əmlakın iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmə baxılan zaman iddiaçı təkrarən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və qeyrilərinin ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi, 81 saylı fərdi yaşayış evindən çıxarılmaları, fərdi yaşayış evinin boşaldılması və cavabdehlərin qanunsuz sahibliyindən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3, X41, X42 Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi, 81 saylı fərdi yaşayış evinin ona məxsus «Q» literinin 1 saylı yaşayış otağından və qarşısındakı 10 saylı kapital verandadan çıxarılması, həmin otaq və verandanın boşaldılması və fərdi yaşayış evinin qeyd edilən otaq və verandasının cavabdehlərin qanunsuz sahibliyindən alınaraq ona qaytarılması; cavabdehlər Cavabdeh6, X19, X35, X36 və X28 Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi, 81 saylı fərdi yaşayış evinin ona məxsus «Q» literinin 2-3 saylı yaşayış otaqlarından və 11-12 saylı kapital verandalardan çıxarılması, həmin otaqlar və verandaların boşaldılması və fərdi yaşayış evinin qeyd edilən otaqları və verandaların cavabdehlərin qanunsuz sahibliyindən alınaraq ona qaytarılması; cavabdehlər Cavabdeh4, X38, X25, X26, X14, X8, X49, X39, X40, X27, X67, X80, X29 «V» literinin 4 saylı yaşayış otağından çıxarılması, həmin otağın boşaldılması və fərdi yaşayış evinin qeyd edilən otağının cavabdehlərin qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra məhkəmə iclasında iddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdehlər X10, X59, X15, X38, X25, X26, X21, X8, X49, X39, X40, X27, X67, X80, X58 və X43 cavabdehlər siyahısından çıxarılmasını xahiş etmiş, eyni zamanda iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3, X41, X42 Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi, 81 saylı fərdi yaşayış evinin ona məxsus «Q» literinin 1 saylı yaşayış otağından və qarşısındakı 10 saylı kapital verandadan; cavabdehlər Cavabdeh6, X19, X35, X36 və X28 Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi, 81 saylı fərdi yaşayış evinin ona məxsus «Q» literinin 2-3 saylı yaşayış otaqlarından və 11-12 saylı kapital verandalardan və Cavabdeh4 «V» literinin 4 saylı yaşayış otağından çıxarılması, fərdi yaşayış evinin ona məxsus hissələrinin boşaldılması və ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X60 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, ünvan 1 iünvanında doğulmuş və hal-hazırda da həmin iünvanda yaşayır. Həmin ev Məşədi Seyfulla adlı qohumunun olmuş, o, evin bir hissəsinə iş üzrə cavabdeh olan anası Cavabdeh4 köçürmüşdür. İddia ərizəsində cavabdeh qismində qoyulmuş diğər şəxslər Püstəxanımın övladları və nəvələridir, onlar da həmin evdə dünyaya gəlmişlər və hal-hazırda orada yaşayırlar. X65 iddiaçı Nəsirova Zülfırə Äbbas qtzının qaynanası Qızyetər Yusif qızından boşanarkən evin bir hissəsini ona vermişdir və onun ailə üzvləri onlarla bir həyətdə, amma ayrı evdə vasamışlar. Hal-hazırda da evləri ayrıdır. Yaşadığı müddət ərzində dəfələrlə evdə təmir-tikinti işləri aparmışdır. Mübahisə obyekti olan əmlaka artıq üçüncü nəsildir ki, qanun əsasında sahiblik və istifadə edirlər. Yaşadıqları fərdi yaşayış evi formal olaraq iddiaçının mülkiyyətində olmuş olsa da, onların evinə heç bir aidiyyatı yoxdur. Yaşadıqları evlər mülkiyyətçinin əmlakı olsa da, orada istədikləri kimi söküntü, təmir-tikinti işləri apararkən maneçilik törətməmiş və qarşısını almamışdır. Buna səbəb mübahisə obyekti olan ünvanın iddiaçıya aid olmamasıdır. Yalnız dövlət tərəfındən aparılan abadlaşdırma işləri ilə bağlı evlərin dövlət tərəfındən satın alınması ilə əlaqədar iddiaçı əlavə sahə əldə edərək evi satmaq və varlanmaq niyyəti güdərək qanunsuz olaraq onlara qarşı iddia qaldırmışdır. Yuxarıda göstərinləri nəzərə alaraq məhkəmədən iddianin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmilşdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehlərin qanunsuz hərəkətlərindən uzun illərdi ki, əziyyət çəkir. Mübahisəli əmlakın 4/8 hissəsi onun mülkiyyətindədir. Həmin hissə ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən onun payı naturada ayrılmış və o da, həmin hissəyə, yəni 242.1 kv.m hissəyə tam mülkiyyət hüququ əldə etmişdir. Cavabdehlər isə onun mülkiyyətində yaşamaqla könüllü şəkildə oranı tərk etmirlər. Qeyd edir ki, cavabdehlərin yenə də müvafiq qətnamələrə əsasən onun mülkiyyətinə heç bir istifadə hüquqları yaranmamışdır. Cavabdehlər iki ailə və onların övladlarından ibarət olsalar da, əslində isə bir ailədirlər. Belə ki, cavabdehlərdən biri Cavabdeh1 və Cavabdeh6 qardaş olmaqla Cavabdeh4 övladlarıdır, digər cavabdehlər isə Mübariz və Fuadın ailə üzvləridirlər. Həmin şəxlslər hal-hazırda da ona aid hissələrdə yaşayırlar. Düzdür cavabdehlərdən Cavabdeh5 və azyaşlı övladı X68 hal-hazırda faktiki olaraq həmin ünvanda yaşamasalar da, Aynur o ünvanda yaşayan Mübarizin qızı olduğundan hesab edir ki, gələcəkdə o da, yəni Aynur da yaşamaq üçün həmin mənzilə köçə bilər və bu zaman o, qətnamənin icrası zamanı problemlərlə qarşılaşmamaq üçün Mübarizin ailə üzvü olaraq onlara qarşı belə bir iddia tələbi də, irəli sürmüşdür. Hesab edir ki, iddia tələbi qanunidir və bu səbəbdən də, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iddia tələbini qəbul etməyib izahatında göstərdi ki, iddia tamamilə əsassızdır. Mübahisəli evdə 1 nəfər deyil, 25-30 nəfər yaşayır. Həmin şəxslər 30 ildir ki, orada qeydiyyatdadırlar və orada daimi yaşayıblar. Təmsil etdiyi şəxs həmin evdə daimi yaşayıb, hətta anası da, o evdə yaşayıb, qeydiyyatda olub. Bundan başqa Cavabdeh1 uzun illərdir ki, o mənzildə ailəsi ilə birlikdə yaşamaqla bu illər ərzində evin yenidən qurulması və təmirinə xeyli xərc çəkmiş və hətta orada öz hesabına əlavə tikililərdə inşa etmişdir. Düzdür müvafiq məhkəmə qətnamələri ilə Cavabdeh1 və onun ailə üzvü olan digər cavabdehlərin qanuni qüvvəyə minmin məhkəmə qətnamələrinə əsasən mübahisəli sahəyə istifadə hüquqlarının yaranmaması müəyyən edilsə də, hesab edir ki, bu cavabdehlərə münasibətdə ədalətsiz qərardır. Qeyd olunanlara əsasən, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir Məhkəmə iclasında Cavabdeh6 iddia tələbini qəbul etməyərək bildirdi ki, o, həmin ünvanda doğulmuş və hal-hazıradək ömür boyu orada yaşamışdır. İş üzrə digər cavabdehlərdən Cavabdeh4 onun anası, Mübariz qardaşı, digər cavabdehlər qardaşının ailə üzvləri, X3 onun həyat yoldaşı, Ramil oğlu, Nərmin və Pərvin isə qızlarıdır. Onlar da ailə üzvləri kimi ömür boyu qeyd edilən ünvanda yaşamış və yaşayırlar. Düzdür məhkəmə tərəfindən yerli baxış keçirilən zaman oğlu Ramil həmin vaxt hərbi xidmətdə olduğu üçün orada yaşamaması müəyyən edilsə də, o artıq hərbi xidməti başa vurmuş və hal-hazırda da həmin ünvanda yaşayır. Qeyd olunan cavabdehlərdən yalnız Mübarizin qızı Aynur və onun azyaşlı qızı Ayan ümumiyyətlə sözü gedən ünvanda yaşamırlar. Bu illər ərzində onun tərəfindən həmin mənzillərin tikinti təmir və bərpa işlərinə xeyli miqdarda vəsait xərclənmişdir. Hesab edir ki, iddianın təmin olunması onun və ailəsinin və eləcə də, digər cavabdehlərin keçədə qalmasına səbəb olacaqdır. Qeyd edilənlərə əsasən iddia ərizəsinə etirazlarda göstərilən xüsusatları təsdiq edərək iddia tələbinin qanunsuz və əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər X4, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X19, X35, X36 və X61 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış müstəqil tələb irəli sürmüəyən üçün şəxs Yasamal rayonu Pİ-nin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə gəlməyən müstəqil tələb irəli sürmüəyən üçün şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin sorğusuna xx.xx.2019-cu il tarixli, **********87 saylı çavab məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov (keçmiş Şahbazi) küçəsi, 81 saylı fərdi yaşayış evi 1/8 hissəsi X16, 1/8 hissəsi X2, 1/8 hissəsi X5, 1/8 hissəsi X11, 4/8 hissəsi isə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Sözügedən ünvanın payçılarına dair natura bölgüsünə dair müvafiq sənəd arxiv qovluğunda aşkar edilməmişdir. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2inz(81)- 1732/2012 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Yasamal rayon X54 və şəxsiyyət şöbəsinə qarşı Bakı şəhəri, Yasamal rayonu, Şahbazi 81-rə qeyri qanuni yolla qeydiyyata düşənlər X44, X30, X31, X32, X12, X90, X50, X6, Əliyeva Maya, X62, X69, X81 və Qədimov Zöhrabın qeydiyyatdan çıxarılmaları vəzifəsinin Yasamal rayon X79 və şəxsiyyət vəsiqəsi Qeydiyyat İdarəsinə haəvlə edilməsi barədə iddiası rədd edilmişdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2094/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh1, X9, Cavabdeh3, X17 və Cavabdeh5 cavabdeh İddiaçı qarşı ünvan 2 saylı ünvanda yerləşən evin cavabdehə düşən pay hissəsində istifadə hüququnun tanınması və həmin hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə iddiası təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-482/2017 saylı qətnaməsindən görünür ki, apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2094/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, iddiaçılar Cavabdeh1, X9, Cavabdeh3, X17 və Cavabdeh5 ünvan 2 saylı ünvanda yerləşən evin cavabdeh İddiaçı mülkiyyətində olan hissəsinə istifadə hüquqları tanınmış, iddia qalan hissədə rədd edilmişdir. - Azərbaycan Respublikası Konstitusiya Məhkəmə Plenumunun xx.xx.2018-ci il tarixli qərarından görünür ki, iddiaçılar Cavabdeh1 və qeyrilərinin cavabdeh İddiaçı qarşı evin cavabdehə düşən pay hissəsində istifadə hüququnun tanınması və həmin hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29 və 60-cı maddələrinə, AR Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli, 13(102)-5(k)/2018 qərarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin iş üzrə xx.xx.2017-ci il tarixli və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-482/2017 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-9796/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 tərəfindən ayrıca, digər iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2094/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3452/2019 saylı, xx.xx.2019cu il tarixli qərarından görünür ki, iddiaçılar Cavabdeh1, X18 və onların vəkili X70 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9796/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - 64 saylı MKTB-nin arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, 81 saylı evdə qeydiyyatdadır. - 64 saylı MKTB-nin arayışından görünür ki, Cavabdeh1, X4, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X19, X35, X36 Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, 81 saylı evdə qeydiyyatdadır. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsində yerləşən 81 saylı evin 8/1, 8/1, 8/1, 8/1 və 8/4 paylara uyğun real bölgüsü aparılaraq, İddiaçı 4/8 payına düşən 243.4 kv.m, digər 4/8 paya (8/1, 8/1, 8/1, 8/1) düşən 290.7 kv.m müəyyən edilmiş və ekspert rəyinə əlavə olunmuş evin plan sxemində göstərilən D, E, V literli yaşayış evləri ümumi sahəsi 243.4 kv.m olmaqla iddiaçının payına uyğun naturada bölünərək, İddiaçı ayrılması; iddiaçının Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsində yerləşən 81 saylı mülkdə onun payına düşən hissəyə köçürülməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(103)-857/2013 saylı qətnaməsindən görünür ki, cavabdeh X22 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X45 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(102)- 3774/2013 saylı qərarından görünür ki, üçüncü şəxs X1 şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(103)-857/2013 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, 81 saylı fərdi yaşayış evi 1/8 hissəsi X16, 1/8 hissəsi X2, 1/8 hissəsi Mürvətova Hükeymə reyfulla qızının, 1/8 hissəsi X11, 4/8 hissəsi isə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Sözügedən ünvanın payçılarına dair natura bölgüsünə dair müvafiq sənəd arxiv qovluğunda aşkar edilməmişdir. - Məhkəmə tərəfindən xx.xx.2019-cu il tarixdə mübahisəli ünvan 3 saylı ünvana yerli baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, evin mübahisəli hissəsində D, E, V və Q tikilisinin bir hissəsi mövcuddur. V tikilisi 2 hissədən ibarət olmaqla, 1 hissəsində və Q tikilisi hissəsində İddiaçı ailə üzvləri ilə birlikdə, V tikilisinin (yeni texniki pasporta əsasən V tikilisinin 4 saylı yaşayış otağında) digər hissəsində isə iş üzrə Cavabdeh1 anası, iş üzrə digər Cavabdeh4 yaşayır. D tikilisində (yeni texniki pasporta əsasən Q literinin 1 saylı yaşayış otağı və qarşısındakı 10 saylı kapital verandada) faktiki olaraq Cavabdeh1 və onun ailə üzvləri olan iş üzrə digər cavabehlər- həyat yoldaşı X4 və oğlu Cavabdeh3 yaşayır. E tikilisində (yeni texniki pasporta əsasən Q literinin 2-3 saylı yaşayış otaqları və 11-12 saylı kapital verandada) Cavabdeh6 və onun həyat yoldaşı- üzrə digər cavabdeh X19 yaşayır. Cavabdeh6 oğlu X28 faktiki olaraq mübahisəli ünvanda qeydiyyatda olsa da, hal-hazırda hərbi xidmətdə olması müəyyən edildi. Baxış zamanı Cavabdeh1 qızı olan Cavabdeh5 və onun yetkinlik yaşına çatmayan qızı X43 mübahisəli ünvanda ümumiyyətlə yaşamadıqlan müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 26858 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-156/2011 saylı, xx.xx.2011-ci il tarixli fərdi qətnaməsi ilə iddiaçıya naturada ayrılan 243.4 kv.m olan D, E və V literli yaşayış evinin iş materiallarına əlavə edilmiş texniki pasportun məlumatlarında göstərilən Q literli tikilinin 1,2, 3, 10, 11, 12 və 13 saylı tikililəri və V literli və İ,İİ (bir və iki) kimi, göstərilən tikililərlə üstüstə düşdüyü və Q literli tikilinin 1, 2, 3, 10, 11, 12 və V literli tikilidən cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Beləliklə, işin məhkəmə baxışı zamanı müəyyən edilmiş mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov (keçmiş Şahbazi) küçəsi, 81 saylı fərdi yaşayış evinin 4/8 hissəsinin İddiaçı adına qeydiyyatdan keçməklə paylı mülkiyyətində olmaqla, sonuncuya bu barədə DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixli çıxarış verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2094/2016 saylı, xx.xx.2016-cı il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə iddiaçılar Cavabdeh1, X9, Cavabdeh3, X17 və Cavabdeh5 cavabdeh İddiaçı qarşı ünvan 2 saylı ünvanda yerləşən evin cavabdehə düşən pay hissəsində istifadə hüququnun tanınması və həmin hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə iddiası təmin edilməmişdir. Təqdim olunmuş ekspert rəyi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 156/2011 saylı, xx.xx.2011-ci il tarixli fərdi qətnaməsi ilə iddiaçıya naturada ayrılan 243.4 kv.m olan D, E və V literli yaşayış evinin iş materiallarına əlavə edilmiş texniki pasportun məlumatlarında göstərilən Q literli tikilinin 1,2, 3, 10, 11, 12 və 13 saylı tikililəri və V literli və İ,İİ (bir və iki) kimi, göstərilən tikililərlə üstüstə düşdüyü və Q literli tikilinin 1, 2, 3, 10, 11, 12 və V literli tikilidən cavabdehlər tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Eyni zamanda iş materialları ilə iş üzrə digər cavabdehlərin də, iddiaçının mülkiyyətində olan əmlaka istifadə hüququnun yaranmasına dair hər hansı bir hallar müəyyən edilməmiş, cavabdehlər tərəfindən məhkəməyə buna dair hər hansı bir mötəbər sübutlar təqdim edilməmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafıə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafıəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfındən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəcllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Azərbaycan Respublikası MM-nin 165.1-ci maddəsinə görə isə sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Məhkəmə iddia tələbinin Cavabdeh5 azyaşlı qızı X71 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi, 81 saylı fərdi yaşayış evinin ona məxsus «Q» literinin 1 saylı yaşayış otağından və qarşısındakı 10 saylı kapital verandadan çıxarılmaları hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundna təmin edilməməlidir. Belə ki, işin araşdırılmış halları ilə iş üzrə Cavabdeh5 və onun azyaşlı qızı Ayan Mehdiyanın mübahisəli mənzildə ümumiyyətlə yaşamamaları müəyyən edilmişdir. İşin bu halı istər məhkəmə tərəfindən mübahhisəli mənzilə keçirilmiş yerli baxış zamanı, istərsə də, məhkəmə iclası zamanı iş üzrə digər cavabdehlərin, eləcə də, iddiaçının izahatları ilə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə baxışı zamanı iş üzrə toplanılmış sübutlarla cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, X19, X35, X36 və X28 heç bir hüquqi əsas olmadan ünvan 2 saylı ünvanda yerləşən evin İddiaçı mülkiyyətində olan 4/8 hissəsində yaşamaları müəyyən edildiyindən iddia tələbi bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 26858 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür kimi, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etməklə Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ekspertizanın keçirilməsinə xərclənmiş 100 manat cavabdehlərə aid edilməklə onlardan müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi, 81 saylı fərdi yaşayış evinin İddiaçı məxsus «Q» literinin 1 saylı yaşayış otağından və qarşısındakı 10 saylı kapital verandadan; cavabdehlər Cavabdeh6, X19, X35, X36 və X61 fərdi yaşayış evinin İddiaçı məxsus «Q» literinin 2-3 saylı yaşayış otaqlarından və 11- 12 saylı kapital verandalardan və Cavabdeh4 fərdi yaşayış evinin İddiaçı məxsus «V» literinin 4 saylı yaşayış otağından çıxarılsınlar, fərdi yaşayış evinin iddiaçıya məxsus hissələri boşaldılaraq İddiaçı qaytarılsın. Cavabdehlərdən müşətərk qaydada 100 (bir yüz) manat ekspertiza tədqiqatının dəyəri tutularaq Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar