Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-12/2022 12.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X2 oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “mənzilin sahibliyə verilməsi və maneçiliyin aradan qaldırılması və müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair və Cavabdeh1 İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən Etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, M. Xiyabani küçəsində yerləşən Cavabdeh2 MTK-nın tikilməkdə olan binasında 2-ci giriş 2-ci mərtəbədə yerləşən 2 otaqdan ibarət sahəsi 85,8 kv.m olan 121 saylı mənzilin onun sahibliyinə verilməklə, mənzilin giriş-çıxış qapısının açarlarının təhvil verilməsi öhdəliyinin Cavabdeh2 MTK-nın üzərinə qoyulması Cavabdeh1 Fürudin qızı ilə Cavabdeh2 MTK arasında bağlanmış 03.03.2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh2 MTK arasında bağlanmış 01.02.2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə iclası 12 may 2021-ci il tarixə təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilmişdir. Lakin tərəflər məhkəmə iclasına gəlməmiş və ya nümayəndələrinin iştiraklarını təmin etməmişdirlər. Məhkəmə hesab edir ki, tərəflər məhkəmə iclasına gəlmədiklərindən və nümayəndələrinin iştiraklarını təmin etmədiklərindən habelə, işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “mənzilin sahibliyə verilməsi və maneçiliyin aradan qaldırılması və müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair ilkin iddia ərizəsi və Cavabdeh1 İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-12/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-12/2022
12.05.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver