Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-120/2022 15.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X12 iclas katibliyi, İddiaçı Cavabdeh1, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh İddiaçı nümayəndəsi və vəkili X18, Müstəqil tələb irəli sürən üçüncü şəxs və eyni zamanda digər üçüncü şəxs X43 nümayəndəsi X6, Müstəqil tələb irəli sürən üçüncü şəxslər X19, X44, X45 iştirakları ilə, İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi, müstəqil tələb irəli sürən üşüncü şəxslər X43, X6, X19, X44, X45 cavabdehlər İddiaçı, Cavabdeh1, Bakı şəhəri 19 saylı Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və vərəsəlik hüququnun tanınması” tələbinə, müstəqil tələb irəli sürən digər üçüncü şəxslər X7 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105,9 kv.m olan fərdi yaşayış evinə dair verilmiş Bakı şəhəri 19 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 16.04.2021-ci il tarixli (2V-116 reyestr nömrəli) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin fərdi yaşayış evinə dair İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsi və həmin fərdi yaşayış evinə vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 1970-ci ildə doğulmuşdur. Birgə yaşadıqları dövrdə babası X25 03.11.1976-cı ildə rəhmətə getmişdir. Babasından qalan əmlakları X3 öz ailəsi ilə birlikdə faktiki qəbul edərək idarə etmişdir. Onlar, yəni atasının ailəsi babasından qalan 4 otaqlı evin 2 otağında faktiki olaraq indiyə kimi yaşayırlar. X94 2006-cı ildə vəfat etmişdir. Son zamanlar bibisi İddiaçı məhkəməyə iddia qaldırmış və babasından qalan və onların faktiki yaşayış yerləri olan əmlakın onun tam mülkiyyətində olduğunu iddia etmiş və onları ailəsi ilə birlikdə həmin əmlakdan çıxarmaqla bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı öz iddiasında saxta sənədlərdən istifadə etmiş və sübut kimi özünün miras əmlakdan tam pay almalı olduğunu təsdiqləyən sənədlə çıxış etmişdir. Belə ki, Mülki qanunvericiliyə görə mirasın qəbul edildiyi müddət vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Halbuki İddiaçı məxsus vərəsəlik hüququ haqqında şəhadətnamə 16.04.2021-ci ildə notariat orqanı tərəfindən təqdim edilmiş, ancaq həmin dövrə kimi Əliyev Gülbalanın qanuni vərəsəsi əmlakı faktiki olaraq qəbul etməmişdir. O, anası və digər ailə üzvləri isə mübahisəli evdə yaşamış və mirası faktiki olaraq qəbul etmişdir. Eyni zamanda cavabdeh 2021-ci ildə notariusa müraciət etmişdir. Lakin notariat orqanı mülki qanunvericiliyin tələblərini pozaraq vərəsələrin dairəsini müəyyən etməmişdir. Belə ki, onun babası Əliyev Gülbala 1976-cı ildə vəfat etmişdir və onun ölümündən sonrakı vərəsəlik münasibətləri 2000-ci il Mülki Məcəlləsi ilə yox, 1964-cü il Mülki qanunvericiliyi ilə tənzimlənməlidir. Cavabdeh İddiaçı məhkəməyə iddia ərizəsinə etiraz təqim edərək etirazında göstərmişdir ki, iddiaçı iddiasını əsaslandırmamış və mübahisənin hüquqi hallarını təhrif etməklə əsassız tələblər irəli sürmüşdür. Belə ki, ünvan 2 ünvan: ünvan 3.m olan fərdi yaşayış evi mərhum X4na məxsus olmuşdur. X109 1976-cı ildə, anası Zeynəb Əliyeva isə 2005-ci ildə vəfat etmişlər. Valideynlərinin sağlığında və onlar vəfat etdikdən sonra da o həmin qeyd olunan evdə yaşamışdır. O qeyd olunan evə notarial qaydada vərəsəlik şəhadətnaməsi almışdır. Bundan sonra fərdi yaşayış evi onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmiş və bu barədə ona 19.04.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Qardaşı oğlu Cavabdeh1 yaşamaq üçün başqa yaşayış yeri olmadığından İddiaçı ona və onun ailə üzvlərinə xüsusi mülkiyyətində olan həmin evdə yaşamalarına icazə vermişdir. Belə ki, qeyd edilən dövrlərdə onun həmin evə ehtiyacı olmamış, buna görə də həmin evdə qardaşı oğlu Ziya ailəsi ilə birlikdə yaşamışdır. Hazırda onun evə ehtiyacı yaranmışdır. Ata mülkündə qardaşı Əhədin tikdirdiyi evdə yaşamışdır. Lakin qardaşı Əhəd Rusiyadan köçərək gəldiyi üçün onun evindən çıxmasını xahiş etmişdir. Hal-hazırda yaşamaq üçün başqa yeri yoxdur. Bununla bağlı Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 və onun ailə üzvlərinin evdən istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılaraq evin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bunlar kifayət etməmiş kimi qardaşı oğlu Cavabdeh1 onun mülkiyyətində olan evi qəsdən dağıdaraq ona xeyli miqdarda 5355,40 manat maddi və 5000 manat məbləğində mənəvi ziyan vurmuşdur. Həmçinin Cavabdeh1 1970-ci ildə deyil 1981-ci ildə anadan olmuş, iddiaçı Cavabdeh1 atası Novruzəli Əliyev 2006-cı ildə deyil, 2014-cü ildə vəfat etmiş, habelə X85 atasının adı Seyfəddin olmamış, Baxşəli olmuşdur. Belə ki, X4 1976-cı ildə vəfat edərkən o subay, 1960-cı il təvəllüdlü bacısı Hüseynova (Əliyeva) Hökümə Gülbala qızı subay, orta məktəb şagirdi, 1957-ci il təvəllüdlü qardaşı X17, 1940-cı il təvəllüdlü qardaşı X56 öz ailəsi-həyat yoldaşı və uşaqları ilə birlikdə və 1942-ci il təvəllüdlü iddiaçının atası Novruzəli Əliyev subay və anası Zeynəb Əliyeva ilə birlikdə mərhum X109ə məxsus olan evdə yaşamışlar. X85 ölümündən sonra da həmin evdə yaşamış və qanuni vərəsə kimi həmin əmlakı faktiki olaraq qəbul etmişlər. İddiaçı Cavabdeh1 atası olan qardaşı Novruzəli Əliyev evləndikdən sonra anası Zeynəb Əliyeva və X109in qanuni vərəsələri, yəni adları yuxarıda qeyd olunanlar razılığa gəlmişlər ki, qardaşları Novruzəli Əliyev öz həyat yoldaşı ilə X109ə məxsus olan evin otaqlarından birinə köçüb orada yaşasınlar. Sonra bacısı Hökümə evləndiyi üçün oradan köçmüş, qardaşı Əhəd isə işləmək üçün müvəqqəti olaraq Rusiyaya köçmüşdür. Otaqlar boşaldığı və iddiaçı Ziyagilin ailəsi böyüdüyündən razılıqla otaqlardan birini də yaşamaq üçün onlara vermişlər. İddiaçı özü isə sonradan qardaşı Əhədin həmin həyətdə tikdiyi evdə yaşamağa başlamışdır. Qardaşı oğlu Ziyanın xahişi ilə ona öz ailəsi ilə birlikdə orada yaşamağa icazə vermişdir. X109 1976-cı ildə vəfat edəndə ona məxsus olan mübahisəli evdə o, bacısı Hökumə, qardaşı Əhəd, mərhum qardaşı Nüsrət və iddiaçının atası Novruzəli tək subay olaraq yaşamışlar və X109ə məxsus olan əmlakı qəbul etmişlər. Habelə bacısı Hökümə, qardaşı Əhəd və mərhum qardaşı Nüsrətin övladları atasına məxsus evdən qanuni vərəsə kimi onlara çatan paydan onun xeyrinə imtina etmişlər. İddiaçı Cavabdeh1 və onun ailə üzvləri isə mərhum X109ə məxsus olan evdən qanuni vərəsə kimi onlara çatan payla bağlı müraciət etməmişlər və ona görə də qanuni vərəsə kimi onlara pay hesablanmamışdır. Göstərilənləri nəzərə alaraq iddiaçının iddiasının rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X78, X28, X47, X79, X80 cavabdehlər İddiaçı, Cavabdeh1, Bakı şəhəri 19 saylı Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və vərəsəlik hüququnun tanınması” tələbi ilə məhkəməyə müracət edərək X27 məxsus olmuş Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi 22 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı Gülnbala qızına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 16.04.2021-ci il tarixli Şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əəsasında İddiaçı verilmiş 19.04.2021-ci il tarixli, 375936 nömrəli çıxarışın ləğv edilməsi, həmçinin Cavabdeh1 X27 məxsus olan 4 otaqlı miras əmlakın 2 otağına Cavabdeh1 vərəsəlik hüquqlarının tanınması barədə olan iddiasının təmin olunmaması, habelə X27 məxsus olmuş yuxarıda qeyd olunan ünvanda yerləşən miras əmlaka onun qanuni vərəsələri olan qızları – İddiaçı, X6, oğlu X43 onlara çatan hissədə və mərhum oğlanları X35 və X13 çatan hissədə onların qanuni vərəsələri olan övladları X19, X45, X44 və Cavabdeh1 mərhum atalarına çatan hissədə vərəsəlik hüquqlarının məhkəmə qaydasında tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Müstəqil tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal, ev 22 (ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 105,9 kv.m olan fərdi yaşayış evi mərhum X27 məxsus olmuşdur. X96 1976-cı ildə, anaları Zeynəb Əliyeva isə 2005-ci ildə vəfat etmişlər. Valideynlərinin sağlığında və ataları Gülbala vəfat etdikdən sonra da onlar, yəni onun övladları Hökümə və Əhəd anaları Zeynəb Əliyeva ilə, qardaşları Nüsrətin övladları – Cəbrayıl, Elşən və Elxan isə öz valideynləri – ataları Nüsrət və anaları Türbət ilə birlikdə həmin qeyd olunan evdə yaşamışlar. Gülbala Əliyevin qızı – yəni bacıları İddiaçı onların xəbəri və məlumatı olmadan qeyd olunan evə notarial qaydada vərəsəlik şəhadətnaməsi almışdır. Bundan sonra fərdi yaşayış evi onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmiş və bu barədə ona 19.04.2021-ci il tarixli, ********** nömrəli çıxarış verilmişdir. Əliyev X39 Əliyevə məxsus olmuş və hal-hazırda isə İddiaçı mülkiyyətində olan evi qəsdən dağıdaraq İddiaçı xeyli ziyan vurmuşdur. Belə ki, iddiaçı Cavabdeh1 1970-ci ildə deyil 1981-ci ildə anadan olmuşdur. İddiaçı işin faktiki hallarını təhrif etmək üçün öz doğum tarixini 11 il əvvəl göstərmişdir. Həmçinin mərhum X96 vəfat edərkən qardaşları Novruzəli Əliyev subay olmuşdur. İddiaçının X94 iddiaçının anası Cavabdeh2 ilə 1978ci ildə evlənmişdir. X61 atasının adı Seyfəddin yox, Baxşəli olmuşdur. Bunlarla yanaşı iddiaçı Cavabdeh1 atası Novruzəli Əliyev 2006-cı ildə deyil, 2014-cü ildə vəfat etmişdir. Belə ki, Hüseynova (Əliyeva) Hökümə Gülbala qızının – 23 aprel 1961-ci ildə anadan olmaqla X4 1976-cı ildə vəfat edərkən 15 yaşı olmuşdur. O, atasının vəfatından sonra anası Zeynəb ilə birlikdə atası Gülbalaya məxsus olan həmin evdə yaşamış və atasına məxsus olan miras əmlakı faktiki olaraq qəbul etmişdir. O, 1981-ci ilin oktyabr ayında evləndikdən sonra həmin evdən köçmüşdür. X43 isə 27 aprel 1957-ci ildə anadan olmaqla ataları Əliyev Gülbala 1976-cı ildə vəfat edərkən 19 yaşı olmuşdur. Ataları Gülabalanın vəfatından sonra Əhəd anası Zeynəb ilə birlikdə atası Gülbalaya məxsus olan həmin evdə yaşamış və atasına məxsus olan miras əmlakı faktiki olaraq qəbul etmişdir. X116 1987-ci ilə kimi həmin ünvanda yaşamışdır. Eyni zamanda mərhum Gülbala Əliyevin oğlu – qardaşları Əliyev Nüsrət öz ailəsi, yəni həyat yoldaşı və uşaqları ilə birlikdə Gülbala Əliyevə məxsus olmuş yuxarıda qeyd olunan ünvanda yaşamışlar. X47 (01 mart 1962-ci ildə anadan olmaqla babası Əliyev Gülbala 1976-cı ildə vəfat edərkən 14 yaşı olmuşdur), X80 (24 aprel 1968-ci ildə anadan olmaqla babası Əliyev Gülbala 1976-cı ildə vəfat edərkən 8 yaşı olmuşdur) və X79 (29 oktyabr 1970-ci ildə anadan olmaqla babası Əliyev Gülbala 1976-cı ildə vəfat edərkən 6 yaşı olmuşdur) babası Gülbala Əliyev vəfat edərkən onlar atası Nüsrət və anası Türbət və bacıları ilə birlikdə babasına məxsus olan evdə yaşamışlar. Onun atası Nüsrət Əliyev babası Gülbala Əliyev 1976-cı ildə vəfat edərkən babasına məxsus olan miras əmlakı faktiki olaraq qəbul etmiş və idarə etmişdir. Atası Nüsrət vəfat edənə kimi babasına məxsus evdə öz ailə üzvləri ilə birlikdə yaşamışdır. Hal-hazırda X47 və X80 həmin evdə qeydiyyatdadır. X46 1976-cı ildə vəfat edərkən o, (Hüseynova (Əliyeva) Hökumə Gülbala qızı) subay, orta məktəb şagirdi, qardaşı X17, qardaşı X56 öz ailəsi-həyat yoldaşı və uşaqları ilə birlikdə və iddiaçının atası Novruzəli Əliyev subay və anası Zeynəb Əliyev ilə birlikdə mərhum X109ə məxsus olan evdə yaşamışlar. Onlar X96in ölümündən sonra da həmin evdə yaşamış və qanuni vərəsə kimi həmin əmlakı faktiki olaraq qəbul etmişlər. İddiaçı Cavabdeh1 atası olan qardaşları Novruzəli Əliyev evləndikdən sonra anası Zeynəb Əliyeva və X109in qanuni vərəsələri, yəni adları yuxarıda qeyd olunanlar razılığa gəlmişlər ki, qardaşları Novruzəli Əliyev öz həyat yoldaşı ilə X109ə məxsus olan evin otaqlarından birinə köçüb orada yaşasınlar. Sonra o (Hökümə) evləndiyi üçün oradan köçmüş, qardaşı Əhəd isə işləmək üçün müvəqqəti olaraq Rusiyaya köçmüşdür. Otaqlar boşaldığı və iddiaçı Ziyagilin ailəsi böyüdüyündən razılıqla otaqlardan birini də yaşamaq üçün onlara vermişlər. Bacısı Zara isə sonradan qardaşı Əhədin həmin həyətdə tikdiyi evdə yaşamağa başlamış və qardaşı oğlunun xahişi ilə o, Ziyaya öz ailəsi ilə birlikdə orada yaşamağa icazə vermişdir. Lakin hal-hazırda o atasından qalan fərdi yaşayış evinə köçmək istəyir. Belə ki, X96 1976-cı ildə vəfat edərkən ona məxsus olan mübahisəli evdə Gülbala Əliyevin qızları İddiaçı, Hökümə Hüseynova (Əliyeva), oğlu Əhəd Əliyev, Mikayıl Əliyev, mərhum oğlu Nüsrət Əliyev öz ailə üzvləri və iddiaçının atası Novruzəli tək subay olaraq yaşamışlar və miras əmlakı faktiki olaraq qəbul etmişlər. X62 1999-cu ildə vəfat etmişdir və onun övladı olmamışdır. Bu baxımdan mərhum Gülbala Əliyevin övladları - qızı Hökümə Hüseynova, oğlu Əhəd Əliyev onun övladları kimi, oğlu - mərhum Nüsrət Əliyevin övladları - X47, X79, X80 ataları Nüsrət Əliyevə çatan hissədə mərhum Gülbala Əliyevə məxsus olmuş evdən qanuni vərəsə kimi onlara çatan payın müəyyən edilərək verilməsini istəyirlər. Müstəqil tələb irəli sürən digər üçüncü şəxslər X7 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və vərəsəlik hüququnun tanınması” tələbi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi 22 ünvanında yerləşən ümumi sahəsi 105,9 kv.m olan fərdi yaşayış evinə dair verilmiş 16.04.2021-ci il tarixli (2V-116 reyestr nömrəli) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin fərdi yaşayış evinə dair İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsi və həmin fərdi yaşayış evinə ½ hissədə vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Müstəqil tələb onunla əsaslandırılmışdır ki, İddiaçı öz iddiasında saxta sənədlərdən istifadə etmişdir. Belə ki, X7, onun anası Cavabdeh2 və digər ailə üzvləri mübahisəli evdə yaşamış və mirası faktiki olaraq onlar qəbul etmişlər. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəməyə 12.04.2022-ci il tarixli ərizə təqdim edərək iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və vərəsəlik hüququnun tanınması”na dair iddia tələblərini qismən qəbul etdiyini, habelə Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi 22 ünvanda yerləşən fərdi yaşayış evinə İddiaçı verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 16.04.2021-ci il tarixli şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında İddiaçı verilmiş 19.04.2021-ci il tarixli 375936 nömrəli çıxarışın ləğv edilməsi, habelə X27 məxsus olmuş miras əmlaka onun qanuni vərəsələri olan X13 çatan hissədə sonuncunun qanuni vərəsələri olan oğlu – Cavabdeh1, qızı – X1 və mərhumun həyat yoldaşı Cavabdeh2 mərhum X13 çatan hissədə vərəsəlik hüquqlarının məhkəmə qaydasında tanınması tələbinə dair iddialarını qismən etiraf etdiyini bildirmişdir. Belə ki, həqiqətən də Cavabdeh1 İddiaçı mərhum X4nun nəvəsi olmaqla mərhum qardaşı X8 oğludur. İddiaçının mərhum atası X21 və iddiaçının özü mərhum X4nun qanuni vərəsələridir və miras əmlak üzrə onlar qanuni vərəsə kimi tanınmalıdır. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəməyə 12.04.2022-ci il tarixli ərizə təqdim edərək müstəqil tələb irəli sürən üçüncü şəxslər X43, X6, X19, X44, X45 cavabdehlər İddiaçı, Cavabdeh1, Bakı şəhəri 19 saylı Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və vərəsəlik hüququnun tanınması” tələbinə dair ərizələrini tam qəbul etdiyini, habelə Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi 22 ünvanda yerləşən fərdi yaşayış evinə İddiaçı verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 16.04.2021-ci il tarixli şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında İddiaçı verilmiş 19.04.2021-ci il tarixli 375936 nömrəli çıxarışın ləğv edilməsi, habelə X27 məxsus olmuş miras əmlaka onun qanuni vərəsələri olan qızları – İddiaçı, X6, oğlu X43 onlara çatan hissədə və mərhum oğlanları X35 və X13 çatan hissədə onların qanuni vərəsələri olan övladları X19, X45, X44 və Cavabdeh1 mərhum atalarına çatan hissədə vərəsəlik hüquqlarının məhkəmə qaydasında tanınması tələbinə dair iddialarını tam şəkildə etiraf etdiyini və qəbul etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh1 iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin və müstəqil tələb irəli sürən üçüncü şəxslər X7 və Cavabdeh2 iddiasının təmin edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxslər X78, X28, X47, X79 və X45 iddiasının təmin edilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin və müstəqil tələb irəli sürən üçüncü şəxslər X7 və Cavabdeh2 iddiasının təmin edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxslər X78, X28, X47, X79 və X45 iddiasının təmin edilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh İddiaçı nümayəndəsi və vəkili X48 iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı iddia ərizəsinin və müstəqil tələb irəli sürən üçüncü şəxslər X7 və Cavabdeh2 iddiasının qismən təmin edilməsini, müstəqil tələb irəli sürən üçüncü şəxslər X78, X28, X47, X79 və X45 iddiasının isə tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürən üçüncü şəxs və eyni zamanda digər üçüncü şəxs X43 nümayəndəsi X28 müstəqil tələbin tam təmin edilməsini, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı iddia ərizəsinin və müstəqil tələb irəli sürən üçüncü şəxslər X7 və Cavabdeh2 iddiasının isə qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X47, X79 və X80 müstəqil tələbin tam təmin edilməsini, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı iddia ərizəsinin və müstəqil tələb irəli sürən üçüncü şəxslər X7 və Cavabdeh2 iddiasının isə qismən təmin edilməsini məhkəmədən xahiş etdilər. İş materiallarında olan 09.04.2021-ci il tarixli, 375936 nömrəli Çıxarışın surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal, ev 22 ünvanında yerləşən 105,9 kv.m sahəsi olan fərdi yaşayış evinin tam hüquqlu mülkiyyətçisi X29r. Daşınmaz Əmlakın Dövlət Reyestrində 549 nömrəli reyestr kitabının 51713 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 19.04.2021-ci il tarixli, 375936 nömrəli Çıxarışın surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal, ev 22 ünvanında yerləşən 105,9 kv.m sahəsi olan fərdi yaşayış evinin tam hüquqlu mülkiyyətçisi İddiaçıdır. Daşınmaz Əmlakın Dövlət Reyestrində 549 nömrəli reyestr kitabının 51713 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 16.04.2021-ci il tarixli Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətinə əsasən 03.11.1976-cı il tarixdə vəfat etmiş X20 vərəsəsi olan İddiaçı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi olan miras əmlakdan tam hissədə pay almalıdır. Reyestrdə 2V-116 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan ünvan 7 ünvanladığı 04.03.2021-ci il tarixli 180 nömrəli məktubda qeyd edilmişdir ki, 03.11.1976-cı il tarixdə vəfat etmiş XX.XX.1892-ci il təvəllüdlü X14 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhər 19 saylı notariat ofisinə İddiaçı tərəfindən müraciət daxil olmuşdur. X20 vəfat etməsi ilə əlaqədar vərəsəsinin ərizəsi əsasında 04.03.2021-ci il tarixdə tərəflərindən vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. İş materiallarında olan 26.10.2021-ci il tarixli Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı MKİS-i tərəfindən verilən Arayışa əsasən İddiaçı ünvan 6 ünvanında qeydiyyatdadır və orada yaşayır. İş materiallarında olan 16.05.2021-ci il tarixli 22 saylı MKİS tərəfindən verilən Arayışa əsasən X49, X81, X67, X68, X36, X9, X80, X30, X22, X57, X50, X51, X7, Cavabdeh1, İddiaçı, Cavabdeh2, X52, X37, X89, X47, X31, X82, X58 V.Əliyev küçəsi 22 saylı evdə qeydiyyatda olan şəxslərdir. İş materiallarında olan AZ-İ seriyalı, 687261 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətinə əsasən X26 10.07.2014-cü il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 326 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 171458 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətinə əsasən X83 31.12.2005-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 42 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 164288 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətinə əsasən X46 03.11.1976-cı il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1210 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ seriyalı, 138323 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətinə əsasən X56 28.09.2001-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1011 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 391042 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətinə əsasən X15 07.12.2009-cu il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 12 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 149756 nömrəli Doğum haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X53 23.04.1961-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X4, anası X59r. İş materiallarında olan AZ-İ seriyalı, 183257 nömrəli Doğum haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X78 27.04.1957-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X4, anası X59r. İş materiallarında olan AZ seriyalı, 137495 nömrəli Doğum haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X47 01.03.1962-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X11, anası X5r. İş materiallarında olan AZ seriyalı, ******* nömrəli Doğum haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X80 24.04.1968-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X11, anası X5r. İş materiallarında olan AZB seriyalı, 016743 nömrəli Doğum haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X79 29.10.1970-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X11, anası X5r. İş materiallarında olan Doğum haqqında Şəhadətnamənin surətinə əsasən İddiaçı xx.xx.1950-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X4, anası X59r. İş materiallarında olan **********779 nömrəli notarial qaydada təsdiq olunmuş ərizəyə əsasən X36 03.11.1976-cı ildə ölmüş babası X14 irs qalmış mirasın 28.09.2001-ci il tarixdə ölmüş X11na çatası payı qəbul etməmişdir. Gələcəkdə bu barədə heç bir məhkəmə orqanına müracət etməyəcəkdir. İş materiallarında olan **********714 nömrəli notarial qaydada təsdiq olunmuş ərizəyə əsasən X50 03.11.1976-cı ildə ölmüş babası X14 irs qalmış mirasın 28.09.2001-ci il tarixdə ölmüş X11na çatası payı qəbul etməmişdir. Gələcəkdə bu barədə heç bir məhkəmə orqanına müracət etməyəcəkdir. İş materiallarında olan **********710 nömrəli notarial qaydada təsdiq olunmuş ərizəyə əsasən X32 03.11.1976-cı ildə ölmüş babası X14 irs qalmış mirasın 28.09.2001-ci il tarixdə ölmüş X11na çatası payı qəbul etməmişdir. Gələcəkdə bu barədə heç bir məhkəmə orqanına müracət etməyəcəkdir. İş materiallarında olan **********715 nömrəli notarial qaydada təsdiq olunmuş ərizəyə əsasən X54 03.11.1976-cı ildə ölmüş babası X14 irs qalmış mirasın 28.09.2001-ci il tarixdə ölmüş X11na çatası payı qəbul etməmişdir. Gələcəkdə bu barədə heç bir məhkəmə orqanına müracət etməyəcəkdir. İş materiallarında olan 273181 nömrəli Doğum haqqında Şəhadətnamənin surətinə əsasən X26 21.03.1942-ci il tarixdə anadan olmuşdur. X4, anası X59r. İş materiallarında olan AZ seriyalı 297230 nömrəli Nikah haqqında Şəhadətnamənin surətinə əsasən X26 ilə X38 arasında 25.09.1972-ci il tarixdə nikah bağlanmışdır və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 972 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan 457600 nömrəli Doğum haqqında şəhadətnamənin surətinə əsasən X23 18.10.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. X3, anası Cavabdeh2dr. İş materiallarında olan 488645 nömrəli Doğum haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh1 xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X3, anası Cavabdeh2dır. İş materiallarında olan İİ-JQ seriyalı, 474714 nömrəli Nikah haqqında Şəhadətnamənin surətinə əsasən X24 ilə X33 arasında 18.10.1981-ci il tarixdə nikah bağlanmışdır. Nikahdan sonra arvada Hüseynova soyadı verilmişdir. İş materiallarında olan İE seriyalı 118133 nömrəli Nikah haqqında Şəhadətnamənin surətinə əsasən X46 ilə X83 arasında 15.04.1951-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan AZ-İİ seriyalı, 164336 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətinə əsasən X55 24.02.1999-cu il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 230 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 25.05.2021-ci il tarixli Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı MKİS-i tərəfindən verilən Arayışa əsasən İddiaçı ünvan 6 ünvanında qeydiyyatdadır və həqiqətən də V.Əliyev küçəsi 22 ünvanının keçmiş adı 2-ci ünvan 8ixli Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı MKİS-i tərəfindən verilən sorğuya cavab məktubuna əsasən ünvan 6 ünvanında X46 08.07.1965-ci ildən 03.11.1976-cı ilədək (rəhmətə gedən günədək), X83 08.07.1965-ci ildən 31.12.2005-ci ilədək (rəhmətə gedən günədək) qeydiyyatda olmuşdur. X78 azyaşlı kimi qeydiyyatda olmuş, 22.07.1978-ci ildə pasport qeydiyyatına düşmüşdür. 07.01.1987-ci ildə qeydiyyatdan çıxmışdır. X53 azyaşlı kimi valideynlərinin yanında olmuş, 20.07.1976-cı ildə pasport qeydiyyatına düşmüş, 25.01.1995-ci ildə qeydiyyatdan çıxmışdır. X55 azyaşlı kimi valideynlərinin yanında olmuş, 22.08.1978-ci ildə pasport qeydiyyatına düşmüş, rəhmətə getməsi ilə qeydiyyatdan çıxmışdır. İddiaçı 13.12.1966-cı ildən hal-hazıradək qeydiyyatdadır.X26 07.04.1958-ci ildən 10.07.2014-cü ilədək (rəhmətə gedən günədək) qeydiyyatda olmuşdur. X56 16.11.1959-cu ildən 28.09.2001-ci ilədək (rəhmətə gedən günədək) qeydiyyatda olmuşdur. Əliyev Nüsrətin ailəsi – həyat yoldaşı X16 12.11.1959-cu ildən 28.12.1999-cu ilədək göstərilən ünvanda qeydiyyatda olmuş, qızı Əliyeva Məlahət 13.08.1976-cı ildən 03.09.1985-ci ilədək, oğlu Əliyev Cəbrayıl 15.12.1978-ci ildən hal-hazırki günədək, Quliyeva Rahilə 25.07.1980-ci ildən hal-hazırki tarixədək, oğlu Əliyev Elxan 12.12.1984-cü ildən hal-hazıradək, qızı Səlimova Sədaqət 18.01.1983-cü ildən hal-hazıradək, oğlu Əliyev Elşən 07.12.1990-cı ildən hal-hazıradək, qızı Tağıyeva Dilarə 10.06.1990-cı ildən hal-hazıradək qeydiyyatdadır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 14.12.2001-ci il tarixli, **********92 nömrəli Yasamal Rayon Məhkəməsinə ünvanlanmış sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsi, 22 saylı fərdi yaşayış evi 07.02.1974-cü il tarixdə X20 adına ilkin qeydiyyatdan keçmişdir. 19 saylı notariat ofisinin 2V-116 reyestr nömrəli 16.04.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən 19.04.2021-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan İİ-JQ seriyalı 273181 nömrəli Nikah haqqında Şəhadətnamənin surətinə əsasən X26 ilə X60 arasında 12.11.1978-ci il tarixdə nikah bağlanmışdır və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 5177 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 270487 nömrəli Nikah haqqında Şəhadətnamənin surətinə əsasən Karahanlı Ünsalay ilə X23 arasında 11.12.2016-cı il tarixdə nikah bağlanmışdır. Nikahdan sonra arvada Karahanlı soyadı verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi, müstəqil tələb irəli sürən üçüncü şəxslər X78, X28, X47, X79, X80 cavabdehlər İddiaçı, Cavabdeh1, Bakı şəhəri 19 saylı Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və vərəsəlik hüququnun tanınması” tələbinə, müstəqil tələb irəli sürən digər üçüncü şəxslər X7 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və vərəsəlik hüququnun tanınması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Belə ki, iş materiallarından görünür ki, X46 03.11.1976-cı il tarixdə vəfat etmişdir. X46 vəfat edərkən mərhuma məxsus ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evində həyat yoldaşı və onların beş övladı Zara, Hökümə, Əhəd, Nüsrət və Novruzəli yaşamışlar. Miras əmlakı faktiki olaraq birinci dərəcə qanuni vərəsə kimi sözügedən şəxslər qəbul etmişlər. İş materiallarında olan İİ-JQ seriyalı 273181 nömrəli Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, X26 ilə Cavabdeh2 arasında nikah 12.11.1978-ci il tarixdə bağlanmışdır. İş materiallarında olan 488645 və 457600 nömrəli Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, iddiaçı Cavabdeh1 1981-ci il tarixdə, onun bacısı müstəqil tələb irəli sürən üzüncü şəxs X7 isə 1979-cu il tarixdə anadan olmuşlar. Bu baxımdan sübut olunur ki, iddiaçı Cavabdeh1, müstəqil tələb irəli sürən üçüncü şəxslər X7 və Cavabdeh2 vərəsəlik açılan zaman yəni 1976-cı ildə miras əmlakın faktiki qəbulunda iştirak etməmişlər. Bunlarla yanaşı 2021-ci ilədək vərəsəliyin qəbul edilməsi ilə bağlı heç bir vərəsə notariat orqanına müraciət etməmişdir. İş materiallarında olan ünvan 7 ünvanladığı 04.03.2021-ci il tarixli 180 nömrəli məktubda qeyd edilmişdir ki, 03.11.1976-cı il tarixdə vəfat etmiş XX.XX.1892-ci il təvəllüdlü X14 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhər 19 saylı notariat ofisinə İddiaçı tərəfindən müraciət daxil olmuşdur. X20 vəfat etməsi ilə əlaqədar vərəsəsinin ərizəsi əsasında 04.03.2021-ci il tarixdə tərəflərindən vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Lakin vərəsəlik işi açılarkən vərəsələrin daiərəsi düzgün müəyyən olunmamış, digər vərəsələrin olub olmaması barədə heç bir tədbir görülmədən 2V-116 nömrəli,16.04.2021-ci il tarixli Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən 03.11.1976-cı il tarixdə vəfat etmiş X20 vərəsəsi olan İddiaçı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi olan miras əmlakdan tam hissədə pay almalı olduğu qeyd edilmişdir. Bu isə qanun üzrə vərəsələrin daiərəsinə daxil olan şəxslərin hüquqlarını kobud surətdə pozmuşdur. Bu baxımdan Bakı şəhəri 19 saylı notariat ofisi tərəfindən cavabdeh İddiaçı verilmiş 16.04.2021-ci il tarixli, 2V-116 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli və həmin şəhadətnamə əsasında İddiaçı adına verilmiş Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal, ev 22 ünvanında yerləşən fərdi yaşayış evinə dair 19.04.2021-ci il tarixli çıxarış ləğv edilməlidir və qanunda nəzərdə tutulmuş qaydada qanun üzrə vərəsə hesab edilməli olan şəxslərin dairəsi müəyyən edilərək hər birinin payı müəyyənləşdirilməlidir. Göründüyü kimi, mübahisəli hüquq münasibətləri miras əmlakın məxsus olduğu X20 vəfat etməsi ilə 1976-cı ildə yaranmışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddia ərizəsinin məzmunundan da aşkar surətdə görünür ki, iddiaçı və müstəqil tələb irəli sürən şəxslər 1976-cı ildə vəfat etmiş X27 məxsus miras əmlak üzərində qanun üzrə vərəsəlik hüququnun müəyyən olunmasını xahiş etmişlər. Məhkəmə hesab edir ki, qanun üzrə vərəsələrin dairəsi və onlara çatmalı olan payın müəyyən olunması üçün Azərbaycan SSR Mülki Məcəlləsinin (1964-cü il tarixli redaksiya) tələblərinə riayət edilməsi tələb olunur. Belə ki, Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün hesab olunur. Həmin Məcəllənin 530-cu maddəsinə əsasən qanun üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar ola bilərlər. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun: onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlərlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verildikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 554-cü maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində ümumi əsaslar üzrə onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Müddətin qalan hissəsi üç aydan az olduqda həmin müddət üç aya qədər uzadılır. Həmin Məcəllənin 561-ci maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan, onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər. Həmin Məcəllənin 563-cü maddəsinə əsasən miras əmlakın bölünməsi qanun üzrə və vəsiyyət üzrə vərəsələrin hər birinə düşən hissəyə müvafiq olaraq mirası qəbul edən vərəsələrin razılığı ilə verilir. Razılıq olmadıqda bölgü məhkəmə qaydasında aparılır. Yuxarıda sadalanan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq miras almağa çağrıla biləcək qanun üzrə 1-ci növbə vərəsələrin hamısı və mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi 22 ünvanında yerləşən fərdi yaşayış evi olan miras əmlakı faktiki olaraq qəbul etmiş şəxslərin dairəsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, Bakı şəhəri 19 saylı notariat kontoru tərəfindən cavabdeh İddiaçı verilmiş 16.04.2021-ci il tarixli, 2V-116 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal, ev 22 ünvanında yerləşən fərdi yaşayış evinə dair 19.04.2021-ci il tarixli çıxarış ləğv edilməli, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal, ev 22 ünvanında yerləşən fərdi yaşayış evi üzərində qanun üzrə 1-ci növbə vərəsələrin İddiaçı, X43, X6 qanun üzrə vərəsəlik hüququ, X56 və X26 vəfat etdiyindən onlara çatan hissədə miras əmlaka X34 qanun üzrə vərəsələri kimi X19, X44, X45 və X10 qanun üzrə vərəsələri kimi Cavabdeh1, X7 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ tanınmalıdır. Həmçinin iş materiallarında olan 12.04.2022-ci il tarixli cavabdeh İddiaçı iddia ərizəsinin qismən etiraf edilməsi və müstəqil tələbin tam etiraf edilməsi barədə ərizələrindən görünür ki, o, iddiaçı Cavabdeh1 iddia ərizəsini qismən, müstəqil tələb irəli sürən üçüncü şəxslər X43, X6, X19, X44 və X45 tələblərini tam qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən etiraf edilərək, iddia tələbi qismən qəbul edildiyindən, müstəqil tələb tam qəbul edildiyindən iddiaçı və müstəqil tələb irəli sürən şəxslər həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Yuxarıda göstərilənləri, həmçinin cavabdehin etiraf ərizələrini nəzərə alaraq, məhkəmə hesab edir ki, Bakı şəhəri 19 saylı notariat kontoru tərəfindən cavabdeh İddiaçı verilmiş 16.04.2021-ci il tarixli, 2V-116 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal, ev 22 ünvanında yerləşən fərdi yaşayış evinə dair 19.04.2021-ci il tarixli çıxarış ləğv edilməli, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal, ev 22 ünvanında yerləşən fərdi yaşayış evi üzərində iddiaçı Cavabdeh1, cavabdeh İddiaçı, müstəqil tələb irəli sürən üçüncü şəxslər X78, X28, X47, X79 və X80, digər müstəqil tələb irəli sürən üçüncü şəxslər X7 və Cavabdeh2 qanun üzrə vərəsə kimi tanınmalı, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal, ev 22 ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə iddiaçı Cavabdeh1 1/15 hissədə payı, cavabdeh İddiaçı 1/5 hissədə payı, müstəqil tələb irəli sürən üçüncü şəxslər X43 1/5 hissədə payı, X6 1/5 hissədə payı, X19 1/15 hissədə payı, X44 1/15 hissədə payı, X45 1/15 hissədə payı, digər müstəqil tələb irəli sürən üçüncü şəxslər X2 1/15 hissədə payı və Cavabdeh2 1/15 hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri 19 saylı notariat kontoru tərəfindən cavabdeh İddiaçı verilmiş 16.04.2021-ci il tarixli, 2V-116 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal, ev 22 ünvanında yerləşən fərdi yaşayış evinə dair 19.04.2021-ci il tarixli çıxarış ləğv edilsin. Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal, ev 22 ünvanında yerləşən fərdi yaşayış evi üzərində iddiaçı Cavabdeh1 qanun üzrə vərəsə kimi tanınsın. Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal, ev 22 ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə iddiaçı Cavabdeh1 1/15 hissədə payı, cavabdeh İddiaçı 1/5 hissədə payı müəyyən edilsin. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi qalan hissədə təmin edilməsin. Müstəqil tələb irəli sürən üşüncü şəxslər X43, X6, X19, X44 və X45 cavabdehlər İddiaçı, Cavabdeh1, Bakı şəhəri 19 saylı Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal, ev 22 ünvanında yerləşən fərdi yaşayış evi üzərində müstəqil tələb irəli sürən üçüncü şəxslər X78, X28, X47, X79 və X80 qanun üzrə vərəsə kimi tanınsın. Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal, ev 22 ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə müstəqil tələb irəli sürən üçüncü şəxslər X43 1/5 hissədə payı, X6 1/5 hissədə payı, X19 1/15 hissədə payı, X44 1/15 hissədə payı, X45 1/15 hissədə payı müəyyən edilsin. Müstəqil tələb irəli sürən üşüncü şəxslər X43, X6, X19, X44 və X45 cavabdehlər İddiaçı, Cavabdeh1, Bakı şəhəri 19 saylı Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi qalan hissədə təmin edilməsin. Müstəqil tələb irəli sürən digər üçüncü şəxslər X7 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal, ev 22 ünvanında yerləşən fərdi yaşayış evi üzərində müstəqil tələb irəli sürən üçüncü şəxslər X7 və Cavabdeh2 qanun üzrə vərəsə kimi tanınsın. Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal, ev 22 ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə digər müstəqil tələb irəli sürən üçüncü şəxslər X2 1/15 hissədə payı və Cavabdeh2 1/15 hissədə payı müəyyən edilsin. Müstəqil tələb irəli sürən digər üçüncü şəxslər X7 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-120/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-120/2022
15.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver