Məhkəmə qərarları › İş №2(004)-1208/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1208/2024

14.03.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1208/2024 14.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə (X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 (Yeni qaydalarla AZ 1070 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59,20 kv.m olan xüsusi mülkiyyəti ******* saylı, xx.xx.2023cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X5 dəyəri tam şəkildə ödənilməklə satın almışlar. Həmin mənzilə dair onların adına paylı mülkiyyət hüququ ilə çıxarış verilmişdir. Mənzili satın aldıqları zaman mənzildə cavabdeh yaşayırdı. Onlara bildirib ki, 1 ay müddətində ev boşaldılacaq. Lakin bu günədək cavabdeh mənzildən çıxmaq istəmir. Dəfələrlə xəbərdarlıq edib, polisə şikayət etsələr də bunlar fayda verməmişdir. Nəticədə son çıxış yolu kimi məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh konstitusion hüquqları olan mülkiyyət hüquqlarını qanunsuz və əsassız şəkildə məhdudlaşdırmışdır. Hazırda cavabdeh bu qanunsuz hərəkətlərini davam etdirir. Bundan başqa cavabdeh onların öz əmlaklarına daxil olmağa və əmlakdan sərbəst şəkildə istifadə etməyə maneələr törədir. Hesab edirlər ki, Cavabdeh mülkiyyətçisi olduqları ünvan 2 (Yeni qaydalarla AZ 1070 ünvan 1 ünvanındakı evdən çıxarılması, evin onlara təhvil verilməsi və cavabdeh tərəfindən əmlaka daxil olmaqlarına və sərbəst şəkildə istifadə etməklərinə dair törədilən bütün növ maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat vermişlər və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 izahatında bildirmişdir ki, mənzili cavabdehdən almışdır və orada yaşamamışdır. xx.xx.2023cü ildə mənzili iddiaçılara satmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə mənzildən çıxacaqdı. Lakin bu günə kimi mənzildən çıxmır və əsassız olaraq ona qarşı “alqı-satqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə Sabunçu rayon Məhkəməsində iddia qaldıraraq, işin qəsdən uzanmasına çalışır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" ASC-nin ilə İddiaçı1 Ağayar oğlu arasında bağlanmış 28 dekabr 2023-cü il tarixli, 48101178 nömrəli müqaviləyə görə, "xxxx" ASC-nin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 nömrəli Dövlət Standartının tələblərinə uyğun içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsindən görünür ki, Satıcı Cavabdeh ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 59,20 kv.m. olan mənzilin tam hissəsini alıcı X6 mülkiyyətinə verir, alıcı - X3 - Cavabdeh satdığı tam hissəni 110000 manata alır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən sahəsi 59,20 kv.m. mənzil üzərində Cavabdeh tam hüquqlu payı müəyyən edilməklə mülkiyyət hüququ xx.xx.2022019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Bakı şəhəri 32 saylı Notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin surətindən görünür ki, X4 ünvan 2 (Yeni qaydalarla AZ 1070 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59,20 kv.m olan mənzilin ½ hissəsini alıcı İddiaçı1 Ağayar oğlu və İddiaçı2 mülkiyyətinə verir, alıcılar - İddiaçı1 Ağayar oğlu və İddiaçı2 satıcı - X1 ½ hissəni 55500 manata alırlar. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 2 (Yeni qaydalarla AZ 1070 ünvan 1 ünvanında yerləşən sahəsi 59,20 kv.m. mənzil üzərində İddiaçı1 və İddiaçı2 ½ hissə hüquqlu payı müəyyən edilməklə mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli arayışın surətində görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan şəxs: Cavabdehdır. Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti Mənzil-X13 42 saylı Mənzil Komunal İstismar sahəsinin xx.xx.2023-cü il tarixli 99 nömrəli arayışından görünür ki, X15, X10, X17, X18 və X11 Bakı şəhəri, Yasamal rayonu, X2, ev 9 ünvanında yerləşən sahəsi 15 kv.m. mənzildə yaşamırlar. “Kapital Bank “ ASC vasitəsilə İddiaçı1 tərəfindən xx.xx.2024-cü il tarixli, 10353 nömrəli qəbzdən görünür ki, 100 manat məbləğində pul İddiaçı1 ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli mənzil iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən alqı-satqı müqaviləsi əsasında əldə edilmiş və həmin ev üzərində onların xüsusi mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçılar cavabdehə mülkiyyətində olan mənzildən çıxması, evin boşaldılaraq ona təhvil verilməsi ilə bağlı dəfələrlə müraciət etməyinə baxmayaraq cavabdeh mülkiyyətindən çıxmaqdan imtina edir. Bu səbəbdən iddiaçıların öz evlərindən rahat istifadə etməyinə mane olur, onun mülkiyyət hüquqlarını pozur, mülkiyyətində olan mənzildən öz istədiyi kimi istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyasının xx.xx.1952-ci il tarixli 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynalxalq hüququnun ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Başqa sözlə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsini qadağan edir. Bu zaman ən mühüm amil fərdin mülkiyyət hüququ ilə, həmin hüququ məhdudlaşdıran maraqlar arasında ədalətli tarazlığın müəyyən edilməsi və gözlənilməsidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 26K ünvanında yerləşən, 112 nömrəli mənzildən (yeni qaydalarla: AZ 1070 ünvan 6 çıxarılmalı və həmin mənzil iddiaçılar İddiaçı1 və İddiaçı2 təhvil verilməlidir. Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 26K ünvanında yerləşən, 112 nömrəli mənzildən (Yeni qaydalarla AZ 1070 ünvan 6 istifadə etmələrinə yaratdığı maneələr aradan qaldırılmalı və ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh ünvan 2 (Yeni qaydalarla AZ 1070 ünvan 6 ünvanında yerləşən mənzildən çıxarılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 2 (Yeni qaydalarla AZ 1070 ünvan 6 ünvanında yerləşən mənzilə köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar