Məhkəmə qərarları › İş №2(004)-121/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-121/2022

07.09.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-121/2022 07.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X4, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı İsmayılova (Sadıqova) Jalə Mütalib qızı, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdeh İsmayılova (Sadıqova) Jalə Mütalib qızına qarşı “mənzilə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair ilkin iddia, qarşılıqlı iddia üzrə iddiaçı İsmayılova (Sadıqova) Jalə Mütalib qızının qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “birgə yaşayış dövründə əmlaka dair payın müəyyən edilməsi və açıq hərracdan satılması ilə vəsaitin bölünməsi” barədə iddia tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanda yerləşən mənzilə köçürülməsi və həmin mənzildən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə rəsmi nikahı Ağdaş rayon məhkməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Onlar rəsmi nikahda olan zaman ünvan 2 ünvanda yaşamışlar. Qeyd edilən mənzil xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən onun adına rəsmiləşdirilmişdir. İddiaçı nikah pozulmasına dair 2019-cu ilin oktyabr ayında məhkəməyə ərizə verən vaxt həmin mənzilin açarlarını dəyişmiş, valideynləri X8 və X7 ilə həmin evdə yaşamağa başlamışlar. Tərəfindən məhkəmədə iddia qaldırılaraq İsmayılov Mütalib sgər oğlu və X1 mənzildən çıxarılması tələbinə dair iddia tələbi təmin edilmişdir. O, hazırda Bakı şəhərində kirayələrdə qalmaq məcburiyyətində qalmışdır. Cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində o mülkiyyətində olan mənzildə yaşamaq hüquqları pozulmuşdur. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh İddiaçı qarşı birgə yaşayış dövründə əmlaka dair payın müəyyən edilməsi və açıq hərracdan satılması ilə vəsaitin bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən və birgə nikah dövründə əldə edilən yaşayış sahəsinin ¾ (dörddə üç) hissəsinə pay Cavabdeh, 1/4 (dörddə bir) hissəsinə pay İddiaçı aid edilməklə həmin əmlak hərracda satılmaqla əldə edilmiş vəsait müvafiq surətdə onların arasında bölünməsi və məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsinə əlavə-dəqiqləşmə təqdim edərək bildirmişdir ki, Ağdaş rayon məhkəməsinin 2(014)-1732/2021 nömrəli, xx.xx.2021 tarixli qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş ünvan 3 ünvanında yerləşən mənzilə tərəflərin 2/1 pay hüquqları tanınmış və xx.xx.2017-ci il tarixli podrat müqaviləsi üzrə ödənilmiş 43123 manat pulun 1/2 hissəsinin İddiaçı tərəfindən Cavabdeh qızma ödənilməklə onun həmin mənzilə dair hüquqlarına xitam verilməsi qət edilmiş və qətnamə həmin hissədə icra edilmişdir. Hazırda qarşılıqlı iddia ərizəsində mübahisələndirilən mənzilə dair ilk iddia üzrə Cavabdeh hər hansı bir hüquqları qalmamışdır. Belə olan halda o, MPM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, iddia tələbini dəyişdirməklə Cavabdeh ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılmasını iddia edir. Qarşılıqlı iddia ərizəsinin rədd edilməsi və Cavabdeh ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılması və mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia ərizəsinə əlavəyə etiraz verərək bildirmişdir ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(014)-58/2020 saylı qətnaməsi ilə yetkinlik yaşına çatmayan 2 övladı onun himayəsindədir. Onun yaşayış yeri onların yaşayış yeridir. Cavabdehin çıxartmaq istədiyi Yasamal rayonu, Yeni Yasamal, Xarici Dairəvi yol, ev 22, mənzil 101 ünvanında yerləşən mənzildən başqa yaşayış yerləri yoxdur. Cavabdeh onun iştirakı olmadan qanunsuz iddia tələblərinin təmin olunmasına nail olmuş, nəticədə nikah dövründə əldə etdikləri bütün əmlaklar barədə hüquqlarına xitam verdirmişdir. Nəticədə hazırda yaşadığı mənzildən başqa övladlarıyla birlikdə yaşaya biləcəyi heç bir mənzil yoxdur. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X11 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı İsmayılova (Sadıqova) Jalə Mütalib qızı qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı İsmayılova (Sadıqova) Jalə Mütalib qızının vəkili və nümayəndəsi Vəkil2 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2 (004)-1877/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh, X3 və X5 qarşı “mənzildən çıxarılma və pul tutulması” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, cavabdehlər X7 və X8 "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli 13 nömrəli kooperativ binada mənzil tikintisi haqqında müqaviləyə əsasən İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu X25 Dairəvi yol 22 nömrəli evin 2 otaqlı 101 nömrəli mənzilindən çıxarılmaları, iddia tələbi - Bakı şəhəri Yasamal rayonu X25 Dairəvi yol 22 nömrəli evin 2 otaqlı 101 nömrəli mənzilinin Cavabdeh qanunsuz sahibliyindən götürülməsi və Cavabdeh İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu X25 Dairəvi yol 22 nömrəli evin 2 otaqlı 101 nömrəli mənzilindən çıxarılması, cavabdehlər Cavabdeh, X7 və X2 2019-cu ilin oktyabr ayından məhkəmə qətnaməsi icra edilən günə qədər hər ay üçün 450 manat pulun müştərək qaydada tutularaq İddiaçı ödənilməsi hissələrində rədd edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2 (014)-58/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və sabit pul məbləğində aliment” tələbinə dair iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Azərbaycan Respublikası Ağdaş rayon VVADQ şöbəsində qeydə alınmış 23 sentyabr 2005-ci il tarixdə 167 saylı nikah qeydinin pozulması, nikah pozularkən tərəflərin birgə nikahlarından 02 yanvar 2008-ci il təvəllüdlü X6 və 30 oktyabr 2009-cu il təvəllüdlü X9 anaları Cavabdeh himayəsində saxlanması, İddiaçı 04 sentyabr 2019-cu il tarixdən başlayaraq, 02 yanvar 2008-ci il təvəllüdlü X6 və 30 oktyabr 2009-cu il təvəllüdlü X9 18 yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh xeyrinə ödənilməsi, İddiaçı iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat dövlət rüsumunun alınaraq Dövlət büdcəsinə ödənilməsi, qətnamənin aliment tələbinə dair hissədə dərhal icra edilməsi qət edilmişdir. İş materialllarında olan Ağdaş Rayon Məhkəməsinin 2 (014)-1732/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı əmlak bölgüsü tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı əmlak bölgüsünə dair qarşılqlı iddia ərizələri üzrə ilkin iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli podrat müqaviləsi üzrə ödənilmiş 43123 manat pulun ½ hissəsinin İddiaçı tərəfindən Cavabdeh ödənilməklə onun həmin mənzilə dair hüquqlarına xitam verilməsi, İddiaçı məxsus 1 ədəd 2500 manat dəyərində nişan üzüyü, Cavabdeh alınaraq İddiaçı verilməsi, birgə nikah dövründə əldə edilmiş hər birinin dəyəri 1250 manat olan 32 ədəd qızıl onluq, müvafiq olaraq dəyərləri 5000, 7000 və 8000 ABŞ dolları olan 3 ədəd brilyant komplekt, müvafiq olaraq dəyərləri 4500 və 5000 manat olan 2 ədəd qadın üçün qol saatı, hər birinin dəyəri 500 manat olan 5 ədəd qadın üçün qızıl bilərzik, hər birinin dəyəri 1500 ABŞ dolları olan 2 ədəd brilyant üzük, hazırkı bazar dəyəri 600 manat olan bir ədəd beşlik qızıl klon, hazırkı bazar dəyəri 1000 manat olan bir ədəd qızıl onluq klon, hazırkı dəyəri 4000 ABŞ dolları olan bir ədəd brilyant klon, hər birinin dəyəri 600 manat olan on ədəd qızıl sep, hazırkı bazar dəyəri 7.000 ABŞ dolları olan 150 qrama yaxın lom qızıl, ABŞ dollarının Azərbaycan manatına qətnamə qəbul edilən günə olan məzənnəsi nəzərə alınmaqla ümumi dəyəri 125900 manat olan qızıl-zinət əşyalarının 1/2 hissəsi, yəni 58700 manat pul Cavabdeh alınaraq İddiaçı verilməsi, Cavabdeh borcu olaraq İddiaçı tərəfindən ödənilmiş pulun 1/2 hissəsi olan 10250 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməsi, kredit müqavilələri əsasında alınmış və evdə seyfdə olan 167000 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin qismən rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 2 (107)-852/2022 saylı, xx.xx.2022ci il tarixli qərardaddan görünür ki, İddiaçı Cavabdeh qarşı “əmlak bölgüsü” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “əmlak bölgüsü” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin apellyasiya şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsinin rədd edilməsi barədə 09 fevral 2022-ci il tarixli, 2(014)-1732/2021 nömrəli qərardadından Cavabdeh nümayəndəsi X10 tərəfindən verilmiş şikayət Cavabdeh nümayəndəsi X10 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2(014)-1732/2021 nömrəli qərardadının dəyişdirilmədən saxlanması qərara alınmışdır. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi X13, böyük icra məmuru X14, icra məmuru X19, İddiaçı etibarnamə əsasında nümayəndəsi X11 və hal şahidlərinin iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda qeyd olunur ki, Ağdaş rayon İcra və Probasiya Şöbəsi tərəfindən 14 oktyabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı tələbkar olaraq Cavabdeh tələb etdiyi 235.951 manat pul məbləğindən həmin icra sənədinə əsasən ödəməli olduğu 21.561 manat pul çıxılmaqla (əvəzləşdirilməklə) icra sənədi həmin hissədə icra edilir və bu akt ünvan 4 ünvanda yerləşən mənzilə Cavabdeh hüquqlarına xitam verilməsi üçün əsasdır. Hazırki aktla icra sənədinin İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli podrat müqaviləsi üzrə ödənilmiş 43.123 manat pulun 1/2 hissəsinin yəni, 21.561 manat pul məbləği İddiaçı tərəfindən Cavabdeh ödənilməklə onun həmin mənzilə dair hüquqlarına xitam verilməsi hissəsi icra edilir. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 13 saylı müqavilənin təsdiqlənmiş surətindən görünür ki, payçı İddiaçı Bakı şəhər ünvan 3 ünvanda yerləşən 2 otaqdan ibarət mənzilin 43123 manat dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışının təsdiqlənmiş surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən 2 otaqdan ibarət mənzilin dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir. İş materiallarında olan Ağdaş rayon İHB-nin Maşad kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 fevral 2008-ci il tarixli AZ-İİ 056192 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X12 02 yanvar 2008 -ci il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 14 fevral 2008-ci ildə 09 saylı qeyd edilmişdir. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 09 yanvar 2010-cu il tarixli AZ-İİ 405079 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X15 30 oktyabr 2009-cu il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 09 yanvar 2010-cu ildə 64 saylı qeyd edilmişdir. Atası İddiaçı, anası Cavabdehdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, hazırki iş üzrə tərəflər arasında mövcud mübahisənin predmeti olan mənzilin birgə nikah dövründə alınması işin mübahisəsiz halıdır. Tərəflər əmlak bölgüsü tələbi ilə Ağdaş rayon Məhkəməsinə müraciət etmişlər. Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(014)-1732/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli podrat müqaviləsi üzrə ödənilmiş 43123 manat pulun ½ hissəsinin İddiaçı tərəfindən Cavabdeh ödənilməklə onun həmin mənzilə dair hüquqlarına xitam verilməsi qət edilmişdir. Göründüyü kimi qüvvədə olan məhkəmə qətnaməsinə əsasən cavabdehin sözügedən mənzilə heç bir hüququ qalmamışdır. Ağdaş rayon İcra və Probasiya Şöbəsi tərəfindən 14 oktyabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı tələbkar olaraq Cavabdeh tələb etdiyi 235.951 manat pul məbləğindən həmin icra sənədinə əsasən Cavabdeh ödəməli olduğu 21.561 manat pul çıxılmaqla (əvəzləşdirilməklə) icra sənədi həmin hissədə icra edilmişdir. Belə olduğu halda ilkin iddia üzrə cavabdehin mübahisəli mənzildə yaşaması və mənzili iddiaçıya təhvil verməməsi iddiaçının bir mülkiyyətçi kimi hüquqlarının pozulması ilə nəticələnir. Odur ki, məhkəmə sübutlara məcmu halda qiymət verib hesab edir ki, ilkin iddia əsaslı olduğundan təmin edilməli, ilk iddia üzrə cavabdeh İsmayılova (Sadıqova) Jalə Mütalib qızı Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal, Xarici Dairəvi yol, ev 22 ünvanında yerləşən 101 saylı mənzildən çıxarılmalı və mənzil ilk iddia üzrə İddiaçı təhvil verilməli, qarşılıqlı iddia üzrə iddiaçı İsmayılova (Sadıqova) Jalə Mütalib qızının qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “birgə yaşayış dövründə əmlaka dair payın müəyyən edilməsi və açıq hərracdan satılması ilə vəsaitin bölünməsi” barədə qarşılıqlı iddia ərizəsi isə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 139.1.6-cı maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin üzərində mülkiyyət hüquqların əmələ gəlməsi üçün əsas hesab olunur; 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia təmin edilsin. İlk iddia üzrə cavabdeh İsmayılova (Sadıqova) Jalə Mütalib qızı Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal, Xarici Dairəvi yol, ev 22 ünvanında yerləşən 101 saylı mənzildən çıxarılsın və mənzil ilk iddia üzrə İddiaçı təhvil verilsin. Qarşılıqlı iddia üzrə iddiaçı İsmayılova (Sadıqova) Jalə Mütalib qızının qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “birgə yaşayış dövründə əmlaka dair payın müəyyən edilməsi və açıq hərracdan satılması ilə vəsaitin bölünməsi” barədə qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar