Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-123/2022 18.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə. İddiaçı "xxxx" ASC-nın cavabdehlər Sadıqlı (Sadıqov) Babək Cümşüd oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə börcun ödənlməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Sadıqlı (Sadıqov) Babək Cümşüd oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə börcun ödənlməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Sadıqlı (Sadıqov) Babək Cümşüd oğlundan iddiaçının xeyrinə 09.06.2016-cı il tarixli, 12-SKMF02-0-43- 16 saylı əlavə kredit müqaviləsi üzrə 14987,50 manat əsas borc, 1734,30 manat faiz borcu, 3354,91 manat cərimə, kredit müqaviləsi üzrə 30.06.2019-cu il tarixdən 31,05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1443,55 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 21520,26 manat borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ttutulması, tutmanın torpaq sahəsinin 1/3 hissəsi Cavabdeh2, 1/3 hissəsi Cavabdeh3 və 1/3 hissəsi X2 məxsus və onların mülkiyyətində olan Bərdə rayonu, Mehdili kəndində mülkiyyətdə olan 0.22 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 196.8 kv.m ümumi sahəsi, 119.4 kv.m yaşayış, 77.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilərək açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, torpaq sahəsinə və fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra cavabdehlərin həmin evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və həmin torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılmaları, həmin tortaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 09.01.2015-ci il tarixli əsas kredit müqaviləsinə əsasən Sadıqlı (Sadıqov) Babək Cümşüd oğluna İddiaçı İKB ASC-nin “Bərdə” filialından 72 ay müddətinə 20000 manat məbləğində və ya kredit veriləcək gün bu məbləğin digər valyutalarda ekvivalenti məbləğində kredit limiti ayırmışdır. 09.06.2016-cı il tarixli, 12-SKMF02-0-43-16 saylı əlavə kredit müqaviləsinə əsasən Sadıqlı (Sadıqov) Babək Cümşüd oğlu İddiaçı İKB ASC-nin “Bərdə” filialından illik 6 %-lə 36 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, torpaq sahəsi 1/3 hissəsi Cavabdeh2, torpaq sahəsi 1/3 hissəsi Cavabdeh3, torpaq sahəsi 1/3 hissəsi X2 məxsus və onların mülkiyyətində olan Bərdə rayonu, Mehdili kəndində mülkiyyətdə olan 0.22 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 196.8 NV.m ümumi sahəsi, 119.4 kv.m yaşayış, 77.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi 09.01.2015-ci il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Əlavə kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14ci bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 0.1 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il mayın 31-dək Sadıqlı (Sadıqov) Babək Cümşüd oğlu 2016-cı il 09 iyun tarixli əlavə kredit müqaviləsi üzrə banka 14987.5 manat əsas borc, 1734.3 manat faiz borcu, 3354.91 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 20076.71 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Sadıqlı (Sadıqov) Babək Cümşüd oğlu borcu xiəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr •orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 yeni maliyyə arayışı təqdim edərək, cavabdeh Sadıqlı (Sadıqov) Babək Cümşüd oğlundan iddiaçının xeyrinə 09.06.2016-cı il tarixli, 12-SKMF02-0-43-16 saylı əlavə kredit müqaviləsi üzrə 14127,50 manat əsas borc, 1734,30 manat faiz borcu, 3354,91 manat cərimə, kredit müqaviləsi üzrə 30.06.2019-cu il tarixdən 31,05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1890,50 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 21107,21 manat borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ttutulması, tutmanın torpaq sahəsinin 1/3 hissəsi Cavabdeh2, 1/3 hissəsi Cavabdeh3 və 1/3 hissəsi X2 məxsus və onların mülkiyyətində olan Bərdə rayonu, Mehdili kəndində mülkiyyətdə olan 0.22 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 196.8 kv.m ümumi sahəsi, 119.4 kv.m yaşayış, 77.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilərək açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, torpaq sahəsinə və fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra cavabdehlərin həmin evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və həmin torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılmaları, həmin tortaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər Sadıqlı (Sadıqov) Babək Cümşüd oğlu, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: İddiaçı İKB ASC ilə Sadıqlı (Sadıqov) Babək Cümşüd oğlu arasında bağlanmış 09.01.2015-ci il tarixli əsas kredit müqaviləsindən görünür ki, borc alana 72 ay müddətinə 20000 manat məbləğində və ya kredit veriləcək gün bu məbləğin digər valyutalarda ekvivalenti məbləğində kredit limiti ayırmışdır. İddiaçı İKB ilə Sadıqlı (Sadıqov) Babək Cümşüd oğlu arasında bağlanmış 09.06.2016-cı il tarixli, 12-SKMF02-0-43-16 saylı əlavə kredit müqaviləsindən görünür ki, borc alana illik 6 %-lə 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. İpoteka saxlayan İddiaçı İKB ilə borc alan Sadıqlı (Sadıqov) Babək Cümşüd oğlu, ipoteka qoyanlar Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 09.01.2015-ci il tarixli, 12-MG-1-0- 025-15 (İ) saylı ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı qismində torpaq sahəsinin 1/3 hissəsi Cavabdeh2, 1/3 hissəsi Cavabdeh3 və 1/3 hissəsi X2 məxsus və onların mülkiyyətində olan Bərdə rayonu, Mehdili kəndində mülkiyyətdə olan 0.22 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 196.8 kv.m ümumi sahəsi, 119.4 kv.m yaşayış, 77.4 kv.m yardımçı sahədən ibarə fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və yüklülük barədə çıxarış verilmişdir. İpoteka saxlayan tərəfindən ipoteka qoyana ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizə 26.02.2021-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. İpoteka bildirişinin qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödənilmişdir. "xxxx" ASC-nın maliyyə arayışından göründüyü kimi, Sadıqlı (Sadıqov) Babək Cümşüd oğlunun 09.06.2016-cı il tarixli, 12-SKMF02-0-43-16 saylı əlavə kredit müqaviləsi üzrə borcu 14127,50 manat əsas borc, 1734,30 manat faiz borcu, 3354,91 manat cərimə, kredit müqaviləsi üzrə 30.06.2019-cu il tarixdən 31,05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1890,50 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 21107,21 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1 maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2 maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. “İpoteka haqqında” AR Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il Qərarında göstərilmişdir ki, “... kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Bu baxımdan qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanılmış sübütlara hüquqi qiymət verərək hesab edir ki, Sadıqlı (Sadıqov) Babək Cümşüd oğlunun 09.06.2016-cı il tarixli, 12-SKMF02-0-43-16 saylı əlavə kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 14127,50 manat əsas borc, 1734,30 manat faiz borcu və kredit müqaviləsi üzrə 30.06.2019-cu il tarixdən 31,05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1890,50 manat məbləğində əldən çıxmış fayda borcunun qalması, müqavilə üzrə öhhdəliklərin icrası ipoteka ilə təmin olunması təsdiq olunduğundan iddia tələbi həmin borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi hissələrində təmin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən 3354,91 manat məbləğində dəbbə pulu tənasübsüz yüksək dəbbə pulu hesab olunmalı, buna görə tələb olunan dəbbə pulu 1500 manat məbləğinədək azaldılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin 29.10.2021-ci il tarixli, 104 saylı hesabatına əsasən torpaq sahəsinin 1/3 hissəsi Cavabdeh2, 1/3 hissəsi Cavabdeh3 və 1/3 hissəsi X2 məxsus və onların mülkiyyətində olan Bərdə rayonu, Mehdili kəndində mülkiyyətdə olan 0.22 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 196.8 kv.m ümumi sahəsi, 119.4 kv.m yaşayış, 77.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin bazar dəyəri 69900 manat, likvid dəyəri isə 62000 manat məbləğində müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, ipoteka predmeti olan evin ilkin satış qiyməti 62000 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda və ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinin tələbinə görə həmin Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında çıxarılırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin “torpaq sahəsinə və evə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 ay ərzində cavabdehlərin evdən çıxarılması və evin boşaldılması” hissəsi də təmin edilməlidir. Eyni zamanda, məhkəmə iddia tələbinin “tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra cavabdehlərin evdən istifadə hüquqlarının itirilməsi və evin banka təhvil verilməsi” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, müvafiq tələbi irəli sürmək hüququ ipoteka predmetini açıq hərracda əldə edən şəxsə aid olduğundan "xxxx" ASCnin həmin tələblə çıxış etmək üzrə subyektiv hüququ yaranmamışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222.2. və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Sadıqlı (Sadıqov) Babək Cümşüd oğlundan 09.06.2016-cı il tarixli, 12- SKMF02-0-43-16 saylı əlavə kredit müqaviləsi üzrə 14127,50 manat əsas borc, 1734,30 manat faiz borcu, 1500 manat cərimə, kredit müqaviləsi üzrə 30.06.2019-cu il tarixdən 31,05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1890,50 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 19252,30 (on doqquz min iki yüz əlli iki manat 30 qəpik) manat borc, 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı iddiaçı "xxxx" ASC-nın xeyrinə tutulsun. Tutma ipoteka qoyulmuş, torpaq sahəsinin 1/3 hissəsi Cavabdeh2, 1/3 hissəsi Cavabdeh3 və 1/3 hissəsi X2 məxsus və onların mülkiyyətində olan Bərdə rayonu, Mehdili kəndində mülkiyyətdə olan 0.22 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 196.8 kv.m ümumi sahəsi, 119.4 kv.m yaşayış, 77.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilərək ilkin satış qiyməti 62000 (altmış iki min) manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilsin. Satışdan əldə edilmiş məbləğ iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilsin. Satışdan əldə olunmuş vəsait pul tələbinin təmin edilməsi üçün kifayət etmədiyi halda borcun qalan hissəsi ümumi qaydada cavabdeh Sadıqlı (Sadıqov) Babək Cümşüd oğlundan tutulsun. Torpaq sahəsinin 1/3 hissəsi Cavabdeh2, 1/3 hissəsi Cavabdeh3 və 1/3 hissəsi X2 məxsus və onların mülkiyyətində olan Bərdə rayonu, Mehdili kəndində mülkiyyətdə olan 0.22 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 196.8 kv.m ümumi sahəsi, 119.4 kv.m yaşayış, 77.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 (bir) ay ərzində cavabdehlər evdən çıxarılsın, torpaq sahəsi və ev boşadılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-123/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-123/2022
18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver