Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1233/2021 28.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyinin, X3 qızının katibliyi, İddiaçının səlahiyyətli nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nın Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli 17- A-2-0-993-15 saylı kredit müqaviləsindən irəli gələn 3372,86 ABŞ dolları əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə, yəni xx.xx.2017-ci il tarixə ödənilməmiş 2396,48 ABŞ doiları faiz borcu, iddia qaldırılan tarixə hesablanmış 3909,28 ABŞ dolları dəbbə pulu, ümumilikdə 9078,62 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan cavabdehə məxsus 2015-ci il buraxıİışlı, XTA212140G2233523 ban, ******* mühərrik nömrəli, ağ rəngli, “VAZ- 21214” markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin azaldılması barədə ərizə verərək xx.xx.2015-ci il tarixli 17-A-2-0-993-15 saylı kredit müqaviləsindən irəli gələn 2772,86 ABŞ dolları əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə, yəni xx.xx.2017-ci il tarixə ödənilməmiş 2396,48 ABŞ doiları faiz borcu, iddia qaldırılan tarixə hesablanmış 3909,28 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 9078,62 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən Cavabdeh oğıundan İddiaçı ASC-nın xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan cavabdehə məxsus 2015-ci il buraxıİışlı, XTA212140G2233523 ban, ******* mühərrik nömrəli, ağ rəngli, “VAZ-21214” markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, “xxxx” X1 (İddiaçı ASC) 6 saylı filialı ilə savabdeh Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 17-A-2-0-993-15 saylı kredit müqaviləsinə əsasən illik 22,5% hesablanmaqla 24 ay müddətinə cavabdehə 6200 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən kreditin təyinatı 2015-ci il buraxıİışlı, XTA212140G2233523 ban, ******* mühərrik nömrəli, ağ rəngli, “VAZ- 21214” markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınması olmuşdur. Müqavilənin 1.4-cü bəndinə əsasən kredit, müqaviləsi üzrə bütün öhdəliklərin təminatı xx.xx.2015-ci il tarixli 17-A-2-0-993-15 saylı ipoteka müqaviləsi ilə nəzərdə tutulmuş cavabdehə mülkiyyət hüququ ilə məxsus olan “VAZ-21214” markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əlavə olunmuş “Ödəniş cədvəli”nə əsasən cavabdeh hər ay sabit məbləğdə olmaqla 324 ABŞ dolları, birlikdə isə 7746 ABŞ dolları ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən Banka məhkəmə prossesi dövründə 200 ABŞ dolları məbləğində ödəniş olmuşdur. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Cavabdeh kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşdüyü üçün Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5763/2019 saylı qərardadı ilə Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-323/2019 saylı qətnaməsinin ləğv edilməsi və İddiaçı ASC-nin Cavabdeh qarşı olan iddiasının baxılmamış saxlanılması qərara alınmışdır. Lakin, Cavabdeh qeyd edilən Fərmanla nəzərdə tutulmuş güzəştlərdən yararlanmamış, kredit borcunun restrukturizasiya olunması ilə bağlı Fərmanın son icra müddəti xx.xx.2019-cu il tarixədək Banka heç bir müraciət etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının səlahiyyətli nümayəndəsi Tağıyev Natiq iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, verdiyi izahatında faiz və dəbbə pulunun həddən artıq hesablandığını bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317, 385.1, 386.1, 427.3, 429.1.3, 442, 445.2.1, 448.2, 739.1, 739.2, 741-ci maddələrini, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 34, 36-cı maddələrinin tələblərini nəzərə alaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 17-A-2-0-993-15 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən kredit alana illik 22,5% hesablanmaqla 24 aylıq müddətə cavabdehə 6200 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq, eyni tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 17-A-2-0-993-15 saylı ipoteka müqaviləsinə əsasən cavabdehə mülkiyyət hüququ ilə məxsus olan 2015-ci il buraxıİışlı, XTA212140G2233523 ban, ******* mühərrik nömrəli, ağ rəngli, “VAZ-21214” markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobil ipotekaya qoyularaq, bank qarşısında yüklü edilmişdir. Buna dair Azərbaycan Respublikası Baş X5 İdarəsi tərəfindən AA 134533 saylı, xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinin qeydiyyata alınmasına dair daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarış verilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2015-ci il tarixli 17- A-2-0-993-15 saylı kredit müqaviləsi üzrə cavabdehin banka 2772,86 ABŞ dolları əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə, yəni xx.xx.2017-ci il tarixə ödənilməmiş 2396,48 ABŞ doiları faiz borcu, iddia qaldırılan tarixə hesablanmış 3909,28 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 9078,62 ABŞ dolları borcu vardır. Göründüyü kimi, kredit verən müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Odur ki, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan qismən təmin edilməli, cavabdehdən 2772,86 ABŞ dolları əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə, yəni xx.xx.2017-ci il tarixə ödənilməmiş 2396,48 ABŞ doiları faiz borcu, iddia qaldırılan tarixə hesablanmış 50 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 5219,34 ABŞ dolları borc pul tutulmalı, tələb “VAZ-21214” markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək, açıq hərracda satılmalı, satışdan əldə olunan vəsait hesabına banka olan borc ödənilməlidir. Məhkəmə onu da qeyd edir ki, ipoteka predmeti olan avtomobil məhkəmə araşdırması zamanı təqdim edilmədiyindən onu ekspertizaya təqdim etmək və ilkin satış qiymətini müəyyən etmək mümkün olmamışdır. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 51-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi vəzifəsi icra məmuruna həvalə edildiyindən məhkəmə qətnaməmin icrası mərhələsində bu əmlakın qiymətləndirilməsini məqsədəuyğun hesab edir. İddia cərimənin tutulmasının (dəbbə pulunun) qalan hissəsində təmin edilməməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunun azaldılmasını məqbul saymışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. xx.xx.2015-ci il tarixli 17-A-2-0-993-15 saylı kredit müqaviləsi üzrə 2772,86 ABŞ dolları əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə, yəni xx.xx.2017-ci il tarixə ödənilməmiş 2396,48 ABŞ doiları faiz borcu, iddia qaldırılan tarixə hesablanmış 50 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 5219,34 (beş min iki yüz on doqquz dollar 34 sent) ABŞ dolları borc (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi Cavabdeh mülkiyyətində olan 2015-ci il buraxıİışlı, XTA212140G2233523 ban, ******* mühərrik nömrəli, ağ rəngli, “VAZ-21214” markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək, açıq hərracda satılsın. Avtomobilin satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilsin. İddiaçının tələbi ödənildikdən sonra avtomobilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-1233/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1233/2021
28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver