Məhkəmə qərarları › İş №2(004)-1236/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1236/2024

26.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1236/2024 26.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X6, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri X8 və X9 iştirakları ilə, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə, “doğum faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə doğum faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X11 doğum tarixinin xx.xx.2015-ci il, ananın X13, atanın naməlum olması göstərilməklə doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 fevral tarixli 1599 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmiş səlahiyyətlərdən irəli gələrək sosial xidmət müəssisələrində olan uşaqlarla aparılan işlər çərçivəsində hazırda “Azərbaycan Uşaqları" İctimai Birliyinin (bundan sonra - Birlik) nəzdində fəaliyyət göstərən uşaq sığınacağı-Reinteqrasiya Mərkəzində məskunlaşmış X11 doğum haqqında şəhadətnaməsinin olmadığı müəyyən edilmişdir. Aparılmış qiymətləndirmə zamanı uşağın xx.xx.2015-ci il tarixində X13 tərəfindən qeyri-rəsmi nikah münasibətindən Abşeron Rayon Mərkəzi Xəstaxanasında dünyaya gəldiyi, üşağın 4 yaşından hazırki dövrə qədər ananın uşaqla maraqlanmadığı, xx.xx.2022-ci il tarixində isə qohumu X4 tərəfindən Birliyə yerləşdirildiyi məlum olmuşdur. D.Tağıyevanın X24 şəhadətnaməsinin əldə edilməsi üçün Birlik tərəfindən Abşeron Rayon Mərkəzi Xəstəxanasına ünvanlanmış məktuba cavab olaraq Ş.Tağıyevanın xəstəxanaya müraciət edərkən yetkinlik yaşına çatmadığı və bu səbəbdən şəxsiyyət vəsiqəsi təqdim etmədiyi üçün adına “X24 şəhadətnamə” və "Əvəzləmə kartı” sənədlərinin elektron sistemə qeyd edilməsinin mümkün olmadığı bildirilmişdir. Məlumat üçün bildirilir ki, Ş.Tağıyeva şəxsiyyətini təsdiq edən sənədi hələ də əldə etməmişdir. Habelə, Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-16-5/8-10- 4731/23 nömrəli cavab məktubunda adıçəkilən uşaq barəsində Azərbaycan Respublikası Əhalisinin Dövlət reyestrində heç bir məlumat aşkar edilmədiyi, uşağın X24 şəhadətnaməsi olmadığı üçün doğum haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. D.Tağıyevanın hazırda heç bir hüquqi sənədi olmadığından təhsilə cəlb edilməsinin qeyri-mümkün olduğunu, bu səbəbdən təhsildən yayındığını nəzərə alaraq, onun doğum faktı tanınmaqla doğum haqqında şəhadətnamənin verilməsi təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X15 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, X17 xx.xx.2015-ci il tarixdə Abşeron Rayon Mərkəzi Xəstəxanasında dünyaya gətirilib. X1r. Ana uşağı dünyaya gətirərkən yetkinlik yaşına çatmayan şəxs olmuşdur. Buna görə də həmin zaman anasının şəxsiyyət vəsiqəsi olmamışdır. Hazırda onlarda olan məlumata görə uşağın atası narkotik vasitəçisidir. Ananın da şəxsiyyət vəsiqəsi yoxdur. Uşağı xəstəxanadan anası götürmüşdür, ancaq 4 yaşından etibarən uşaqla maraqlanmamışdır. Anası götürdükdən sonra bir müddət uşağın atasının bibisi ona baxmışdır. Uşağın hazırda 9 yaşı var, ancaq müvafiq sənədləri olmadığına görə məktəbə gedə bilmir. Məhkəməyə müraciət etmələrinin səbəbi uşağın müvafiq sənədlərini hazır edib onun təhsil ala bilməsini təmin etməkdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Xızı rayon VVADQ şöbəsi tərəfindən verilmiş 15 avqust 2002-ci il tarixli, AZ-İ 095889 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən X13 xx.xx.2000-ci ildə anadan olmuşdur. X2, anası X3r. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli tərəfindən Maraqlı şəxsnə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17/2- 11372/2023 nömrəli Doğum haqqında şəhadətnamənin verilməsi haqqında məktubundan görünür ki, sosial xidmət müəssisəsində məskunlaşmış X11 doğum haqında şəhadətnaməsinin verilməsi üçün köməklik göstərilməsini xahiş edilmişdir. İş materiallarında olan Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-16-5/8-10- 4731/23 nömrəli cavab məktubunda, adıçəkilən uşaq barəsində Azərbaycan Respublikası Əhalisinin Dövlət reyestrində heç bir məlumat aşkar edilmədiyi, uşağın X24 şəhadətnaməsi olmadığı üçün doğum haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. İş materiallarında Azərbycan Respublikası “Tibbi ərazi bölmələrini idarəetmə birliyi” publik hüquqi şəxs “Abşeron rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsi tərəfindən Azərbaycan Uşaqları Birliyinin sədrinə ünvanlanmış 12 iyun 2023-cü il tarixli, PHŞ-6- 20/2-1041/2023 saylı məktubda qeyd olunur ki, 2000-ci il təvəllüdlü X13 xx.xx.2015-ci il tarixdə “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Doğum şöbəsində keysəriyyə kəsiyi ilə qız uşağı dünyaya gətirmişdir. Ş.Tağıyeva xəstəxanaya müraciət edərkən şəxsiyyət vəsiqəsi təqdim etmədiyi üçün onun adına “X24 Şəhadətnamə” (TQS №103) və “Əvəzləmə Kartı" (TQS №113) sənədləri müvafiq elektron sistemə qeyd edilməmişdir. Bu səbəbdən adıçəkilən sənədləri təqdim etmək mümkün deyildir. İş materiallarında olan X12 X18-Reinteqrasiya Mərkəzinə uşaq və valideynlərin (vətandaşların) qəbul edilməsinə dair akta əsasən, xx.xx.2015-ci il təvəllüdlü X17, qohumu atasının bibisi X4 tərəfindən xx.xx.2022-ci il tarixində Azərbaycan Uşaqları İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2002-ci il tarixli 137 nömrəli əmri ilə təsdiq edilmiş ********* saylı “Doğum Tarixi” vərəqələrindən görünür ki, X7 hamiləliyi, doğuşun gedişi və doğuşdan sonrakı məlumatları əks olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2002-ci il tarixli 137 nömrəli əmri ilə təsdiq edilmiş AZS-097 saylı “X5” vərəqəsindən görünür ki, X13 xx.xx.2015-ci il tarixdə Abşeron Rayon Mərkəzi Xəstaxanasına doğuş üçün daxil olmuş, xx.xx.2015-ci il tarixdə evə yazılmışdır. Hamiləliyinin 40-cı həftəsində qadın cinsində, çəkisi 3000 qram, boyu 50 sm, baş dairsəsinin ölçüsü 36 sm olan uşaq doğmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladılğa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 114.1-ci maddəsinə əsasən, valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Ailə Məcəlləsinin 159.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Ailə Məcəlləsinin 166.1-ci maddəsinə əsasən, doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Ailə Məcəlləsinin 166.2-1-ci maddəsinə əsasən, doğum faktının müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarın 4-cü bəndinə əsasən, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.3-cü bəndinə əsasən, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X13 10 iyul 2015-ci il tarixdə qız uşağını xəstəxanada dünyaya gətirsə də, o, xəstəxanaya şəxsiyyəti təsdiq edən sənədi təqdim etmədiyindən, uşağın tibbi şəhadətnaməsi (103 nömrəli tibbi sənəd) verilmədiyindən qeydiyyat şöbəsi tərəfindən uşağa doğum haqqında şəhadətnamə tərtib edilməsi mümkün olmamışdır. Belə olan halda ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin Nazirliyin nəzdində fəaliyyət göstərən sığınacağa yerləşdirilmiş Damla Tağıyevanın heç bir hüquqi sənədi olmadığından təhsilə cəlb edilməsinin qeyri-mümkün olduğunu, bu səbəbdən təhsildən yayındığını nəzərə alaraq, onun doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müracət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, X11 xx.xx.2015ci il tarixdə Xırdalan şəhəri, Abşeron rayonunda doğulması faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında X11 doğum tarixi xx.xx.2015-ci il, doğulduğu yer - “Xırdalan şəhəri, Abşeron rayonu”, ana – “X13”, “ata haqqında qeydin əsasları tək ana qeyd edilməklə” məlumatlar göstərilməklə ona doğum haqqında şəhadətnamənin verilməsi qeydiyyat şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və AR MPM-in 216-220, 307-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X11 xx.xx.2015-ci il tarixdə Xırdalan şəhəri, Abşeron rayonunda doğulması faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında X11 doğum tarixi xx.xx.2015-ci il, doğulduğu yer - “Xırdalan şəhəri, Abşeron rayonu”, ana – “X13”, “ata haqqında qeydin əsasları tək ana qeyd edilməklə” məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X11 adına göstərilən məlumatlar əsasında doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar