Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1239/2024 06.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-nın nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı MTK-nın ilkin iddia üzrə Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-ya qarşı “artıq ödənilmiş pulun qaytarılması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: İddiaçı MTK Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-ya qarşı “artıq ödənilmiş pulun qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək, hazırda razılığa gəldiklərini və barışıq sazişi tərtib edildiyini bildirmişlər. Barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: 1.1. Sazişi imzalayan hər iki tərəf bir-birlərinə qarşı məhkəmənin icraatında olan ilkin və qarşılıqlı iddia tələblərindən tam imtina edirlər və MTK-nın Xırdalan şəhərində inşa etdiyi binanın 7-ci mərtəbəsində yerləşən 47 saylı 1 otaqlı mənzilə dair bir-birlərinə qarşı hər hansı iddia, tələb və pretenziyalarının olmadığını və gələcəkdə də olmaycağına dair bəyan və təminat verirlər. 1.2. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh saziş imzalandıqdan sonra mənzilin dəyərinə, mənzilin sahəsinə, mənzilin sahə fərqinə görə pay haqqı, pul tələbinə, mənzilin sənədləşməsinə, mənzilə dair kommunal xidmətlərə və s. tələblərə və müqavilələrə dair İddiaçı MTK-ya qarşı hər hansı iddia və pretenziyasının olmadığını və gələcəkdə də olmayacağı öhdəliyini daşıyır. Bu öhdəliyini pozarsa, o halda mənzilin ödənilməmiş qalan 2580 (iki min beş yüz səksən) manat borc məbləğini və borcun gecikdirilməsinə görə hesablanmış 7430 (yeddi min dörd yüz otuz) manat cərimə borcunun, hüquqi xidmətə görə vəkilə ödənilmiş 300 manat xidmət haqqının və 120 manat dövlət rüsumunun ödənişini təmin etməlidir. 1.3. İlkin iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK öhdəsinə götürür ki, qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh qarşı MTK-nın Xırdalan şəhərində inşa etdiyi binanın 7-ci mərtəbəsində yerləşən 47 saylı 1 otaqlı mənzilə dair və həmin mənzilin ödənilməmiş pay haqqısına dair hər hansı iddia tələbi, pretenziyası olmadığını və gələcəkdə də olmayacağı öhdəliyini daşıyır. Eləcə də İddiaçı Mənzil Tikinti Kooperativi öhdəsinə götürü ki, bu saziş məhkəmə tərəfindən təsdiq edildikdən və bu barədə qərardad qanuni qüvvəsini aldıqdan 2 gün müddətində mənzilin tam pay haqqının ödənilməsi və MTK-ya heç bir borcun olmaması barədə Cavabdeh maliyyə arayışı verilməlidir. Bu öhdəlik pozularsa, o halda 6200 manat pul vəsaitini və mənzilə pay haqqının tam ödənilməsinə dair maliyyə arayışının verilməsini təmin etməlidir.
2. Tərəflər barışıq Sazişinin müddəalarına hörmətlə yanaşır və hər hansı tərəf Sazişə əməl etməzsə, hörmətsizlik sayılmaqla Saziş əsasında qəbul ediləcək məhkəmə qərardadı icra vərəqəsi rolu oynayacaqdır.
3. Tərəflər barışıq sazişinin bağlanmasının nəticələri barədə Azərbaycan Respublikası MPM-nin 191-ci və 262.4-cü maddəsində göstərilən müddəalar barədə məlumatlıdırlar.
4. Barışıq Sazişi 3 (üç) nüsxədə tərtib olundu və müvafiq surətlər Sazişi imzalayan tərəflərə və bir surəti isə Yasamal Rayon Məhkəməsinə təqdim edilsin. Azərbaycan Respublikası MPM-nin 52.4-cü maddəsinə əsasən, məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunan Məcəllənin 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə barışıq sazişini iş materiallarını ilə müqayisəli şəkildə araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, ilkin iddia üzrə İddiaçı MTK-nın ilkin iddia üzrə Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-ya qarşı “artıq ödənilmiş pulun qaytarılması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki iş ilə əlaqədar bağlanmış və müvafiq şərtləri özündə əks etdirən 20 may 2024-cü il tarixli barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, təsdiq edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 100 (bir yüz) manat pul İddiaçı MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
qəraraaldı: İlkin iddia üzrə İddiaçı MTK-nın ilkin iddia üzrə Cavabdeh qarşı “pul” tələbi barədə ilkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-ya qarşı “artıq ödənilmiş pulun qaytarılması” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə tərəflər arasında 20 may 2024-cü il tarixdə bağlanmış, aşağıdakı şərtlərdən ibarət barışıq sazişi təsdiq edilsin: 1.1. Sazişi imzalayan hər iki tərəf bir-birlərinə qarşı məhkəmənin icraatında olan ilkin və qarşılıqlı iddia tələblərindən tam imtina edirlər və MTK-nın Xırdalan şəhərində inşa etdiyi binanın 7-ci mərtəbəsində yerləşən 47 saylı 1 otaqlı mənzilə dair bir-birlərinə qarşı hər hansı iddia, tələb və pretenziyalarının olmadığını və gələcəkdə də olmaycağına dair bəyan və təminat verirlər. 1.2. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh saziş imzalandıqdan sonra mənzilin dəyərinə, mənzilin sahəsinə, mənzilin sahə fərqinə görə pay haqqı, pul tələbinə, mənzilin sənədləşməsinə, mənzilə dair kommunal xidmətlərə və s. tələblərə və müqavilələrə dair İddiaçı MTK-ya qarşı hər hansı iddia və pretenziyasının olmadığını və gələcəkdə də olmayacağı öhdəliyini daşıyır. Bu öhdəliyini pozarsa, o halda mənzilin ödənilməmiş qalan 2580 (iki min beş yüz səksən) manat borc məbləğini və borcun gecikdirilməsinə görə hesablanmış 7430 (yeddi min dörd yüz otuz) manat cərimə borcunun, hüquqi xidmətə görə vəkilə ödənilmiş 300 manat xidmət haqqının və 120 manat dövlət rüsumunun ödənişini təmin etməlidir. 1.3. İlkin iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK öhdəsinə götürür ki, qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh qarşı MTK-nın Xırdalan şəhərində inşa etdiyi binanın 7-ci mərtəbəsində yerləşən 47 saylı 1 otaqlı mənzilə dair və həmin mənzilin ödənilməmiş pay haqqısına dair hər hansı iddia tələbi, pretenziyası olmadığını və gələcəkdə də olmayacağı öhdəliyini daşıyır. Eləcə də İddiaçı Mənzil Tikinti Kooperativi öhdəsinə götürü ki, bu saziş məhkəmə tərəfindən təsdiq edildikdən və bu barədə qərardad qanuni qüvvəsini aldıqdan 2 gün müddətində mənzilin tam pay haqqının ödənilməsi və MTK-ya heç bir borcun olmaması barədə Cavabdeh maliyyə arayışı verilməlidir. Bu öhdəlik pozularsa, o halda 6200 manat pul vəsaitini və mənzilə pay haqqının tam ödənilməsinə dair maliyyə arayışının verilməsini təmin etməlidir.
2. Tərəflər barışıq Sazişinin müddəalarına hörmətlə yanaşır və hər hansı tərəf Sazişə əməl etməzsə, hörmətsizlik sayılmaqla Saziş əsasında qəbul ediləcək məhkəmə qərardadı icra vərəqəsi rolu oynayacaqdır.
3. Tərəflər barışıq sazişinin bağlanmasının nəticələri barədə Azərbaycan Respublikası MPM-nin 191-ci və 262.4-cü maddəsində göstərilən müddəalar barədə məlumatlıdırlar.
4. Barışıq Sazişi 3 (üç) nüsxədə tərtib olundu və müvafiq surətlər Sazişi imzalayan tərəflərə və bir surəti isə Yasamal Rayon Məhkəməsinə təqdim edilsin. İlkin iddia üzrə İddiaçı MTK-nın ilkin iddia üzrə Cavabdeh qarşı “pul” tələbi barədə ilkin iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-ya qarşı “artıq ödənilmiş pulun qaytarılması” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 100 (bir yüz) manat pul İddiaçı MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Kərim Xudayev