Məhkəmə qərarları › İş №2(004)-1244/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1244/2020

30.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1244/2020 30.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, cavabdehlər X14 və Cavabdeh1 nümayədəsi Nümayəndə2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X14 və Cavabdeh1 qarşı mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X14 və Cavabdeh1 qarşı mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət edərək onların Bakı şəhəri, Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi, dalan-11, ev-2 ünvanında yerləşən mənzilə köçürülməsi və həmin mənzilə dair istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx xxxxxx 1981-ci ildə X25 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, evləndikdən sonra qaynanasına məxsus Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi, dalan-11, ev-2 ünvanında yerləşən 19,68 kv.m sahəsi olan mənzilə köçərək orada yaşamışlar. Birgə nikahdan xx.xx.1986-cı il təvəllüdlü digər İddiaçı2 anadan olmuşdur. X11 beyin toxumasına qansızma səbəbindən xx xxxxxx 1991-ci il tarixdə vəfat etmişdir. X2 da 1991-ci ildə rəhmətə getmişdir. Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi, dalan-11, ev-2 ünvanında yerləşən 19,68 kv.m sahəsi olan mənzil mülkiyyət hüququ ilə mərhum qaynanası X6 adınadır. Ağciyərin ödemi xəstəliyindən əziyyət çəkən qaynanası X16 xx xxxxxxx 2018-ci ildə dünyasını dəyişmişdir. Mərhum qaynanası vəfat etdikdən sonra cavabdehlər olan baldızı X14 və onun qızı X17 qaynanasına məxsus evdən istifadə etmələrinə və yaşamaqlarına maneələr yaratmağa başlamışlar. Belə ki, onlar ona və qızına zor tətbiq edərək, onları illərdir yaşadıqları həmin evdən qovub çıxartmış və orada yaşamaqlarına imkan verməmişlər. Bu səbəbdən də, cavabdehlər olan baldızı X14 və onun qızı X9 qarşı “mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar Mübahisə mənzildən istifadə ilə bağlı hüquq münasibətləri 1981-ci ildə yarandığından mübahisəli hüquq münasibətinə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normaları olan 123, 53, tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Ona görə də 3-cü halın mövcud olubolmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Hesab edirlər ki, onların da, cavabdehlər kimi həmin mənzildə köçüb yaşamaq və mənzildən istifadə etmək hüquqları var və cavabdehlərlə eyni hüquqa sahibdirlər. İddiaçı1 nümayəndəsi və vəkili və eyni zamanda İddiaçı2 vəkili Nümayəndə1 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmədən mülki işə onların iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmuş İddiaçı2 məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehlərin nümayədəsi Nümayəndə2 işin mahiyyəti üzrə həll edilməsini tələb etmiş və işə iddiaçıların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əvvəlki məhkəmə iclaslarında işdirak etmiş İddiaçı1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, xx xxxxxx 1981-ci ildə X25 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Evləndikdən sonra qayananama məxsus Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi, dalan-11, ev-2 ünvanında yerləşən 19,68 kv.m sahəsi olan mənzilə köçərək orada yaşamışdır. Birgə nikahdan bir övladımız xx.xx.1986-cı il təvəllüdlü digər İddiaçı2 anadan olmuşdur. X11 beyin toxumasına qansızma səbəbindən xx xxxxxx 1991-ci il tarixdə vəfat etmişdir. X3 da 1991-ci ildə rəhmətə getmişdir. Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi, dalan-11, ev-2 ünvanında yerləşən 19,68 kv.m sahəsi olan mənzil mülkiyyət hüququ ilə mərhum qayananası X6 adınadır. Ağciyərin ödemi xəstəliyindən əziyyət çəkən qaynanası X16 xx xxxxxxx 2018-ci ildə dünyasını dəyişmişdir. Mərhum qaynanası vəfat etdikdən sonra cavabdehlər olan baldızı X14 və onun qızı X17 qaynanasına məxsus evdən istifadə etməyinə və yaşamağına maneələr yaratmağa başlamışlar. Belə ki, cavabdehlər ona və qızına zor tətbiq edərək, onları illərdir yaşadıqları həmin evdən qovub çıxartmış və orada yaşamaqlarına imkan verməmişlər. Bu səbəbdən də, cavabdehlər olan baldızı X14 və onun qızı X9 qarşı “mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, o, həmin evə 1981-ci ildə gəlin gəlmiş, həmin evdən 1991-ci ildə getmişdir. O, yoldaşından boşanmamış, o, həmin evdən çıxıb getdikdən 2 ay sonra yoldaşı rəhmətə getmişdir. 1991-ci ildən sonra Beyləqanda yaşamışdır. Ona hər zaman qaynanası zəng elətdirərək evə çağırardı, lakin o, həmin evə nə zaman qayıtsa, dava dalaş olardı. 2016-cı ildə qaynanası yıxılaraq başından zədə almışdır. Həmin vaxtdan ölümünə 2 ay qalmışa qədər qaynanasına o baxmışdır. Onun qızı həmin mübahisəli evdə dünyaya gəlmişdir. Hal-hazırda qızı ailəlidir və Beyləqan rayonunda yaşayır. Qaynanasının ölümünə 7-8 ay qalmış, mübahisəli evdən 1 tin yuxarıda yerləşən evdə kirayədə yaşamağa başlamış, halhazırda da həmin evdə kirayədə yaşayır. Yoldaşı rəhmətə getdikdən sonra o 2-ci dəfə ailə həyatı qurmuşdur. Lakin 2-ci yoldaşı ilə rəsmi nikaha daxil olmamış və ondan 1 övladı var. Hal-hazırda 2-ci yoldaşından da ayrılmışdır. Beyləqan rayonunda evi var, lakin o ev sadəcə sənəd üzərində onun adınadır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2 nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək izahatlarında göstərmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisəli evdən 1991-ci ildən çıxıb gediblər. Bundan başqa mübahisəli ev cəmi 30 kv metrdən ibarətdir. Evin sahəsi özlərinə yaşamaq üçün kifayət etmir. Ev cəmi 3 kiçik otaqdan ibarətdir. Nənə Tamaşa həmin evi Səbinəyə vəsiyyətnamə ilə bağışlayıb. Vəsiyyətnamə yazılanda Afətə bu barədə məlumat verilmişdir. Vəsiyyətnamədən məlumatı olmasına baxmayaraq iddiaçılar nə onlara, nə də məhkəməyə müraciət etməmişlər. Çünki nənə həmin vaxt yaşayırdı. Bundan başqa İddiaçı1 uzun illər Beyləqan rayonunda yaşamış, orada ailə qurmuş, orada onun evi və mağazası var idi. Bundan başqa nənə xəstə olduğu zaman Afət həmin evdə yaşamayıb. Sadəcə olaraq ara-sıra gəlib gedib. Onlar onun gəlməsinə etiraz etməmişlər. Əgər Afət o evdə yaşamış olsaydı, onun həmin evdə əşyaları olardı. İddiaçı2 isə 1991-ci ildən bu yana maksimum 10 dəfə mübahisəli evə gəlib. Onlar bu insanlarla bir dam altında yaşaya bilməzlər. İddiaçıların tələb etdiyi sahə çox pis vəziyyətdədir. Orada yaşamaq üçün şərait yoxdur. Lakin Afət küçədə görüb yalvararaq, həmin 1 otağın onlara verilməsini istəmiş, o isə Afətə bildirmişdir ki, ev Səbinənindir, onunla danışmalıdır. Səbinə ilə danışdıqdan sonra həmin 1 otağı ona verməyə razılaşmışlar. Lakin 1 şərtlə ki, ev sökülən zaman həmin otağa düşən kompensasiya ona veriləcək. Onlarla bir yerdə yaşamaq mümkün deyil. Lakin artıq iş məhkəməyə gəldikdən sonra barışıq mümkün deyil. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi xahiş etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş X7 ifadəsində göstərmişdir ki, 20 ildir ki, cavabdehlərlə qonşuluqda yaşayır, lakin onların evlərinə heç vaxt gedib gəlməmişdir. Afət xanımı arada məhlələrindən keçərkən görmüş, gördüyü zaman salamlaşmışlar. Afət xanımı son 2- 3 ildə ara sıra, elə olurdu ayda 1 dəfə, elə olurdu 2 ayda 1 dəfə görmüşdür. Onun cavabdehlərlə qohum olduğunu bilməmiş, elə bilmişdir ki, kiminsə evinə qonaq gedir. Bir sözlə, şahid Afət xanımın cavabdehləin evində yaşayıb yaşamaması faktını təsdiq edə bilməməsini göstərmişdir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş X18 ifadəsində göstərmişdir ki, iddiaçıları tanımır, Səbinə xanımı isə tanıyır. Onun oğlu Fuad onun oğlunun kirvəsidir. Belə ki, 2001-ci ildə mübahisəli həyətə gəlin gəlmişdir. 2005-ci ildə yoldaşı rəhmətə gedib, 2006-cı ildə gəlin gəlidiyi evi öz adına keçirtmiş və həmin evə qeydiyyata düşmüşdür. 2006-cı ildən həmin evdə davamlı olaraq yaşayır. Cavabdehlərlə mütəmadi olaraq 2008-ci ildən bir-birilərinin evinə gəlib gedirlər. Afət xanımı 1 dəfə də olsun həmin evdə görməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş X19 ifadəsində göstərmişdir ki, mübahisəli məhlədə həm yaşayır, həm də həmin məhlədə bərbər işləyir. Cavabdehlərin evlərinə dəfələrlə gəlib getmişdir. Afət xanımı əvvəllər mübahisəli evdə görməmişdir. Lakin son 3-4 ildə Afət xanımı həmin evə gəlib gedərkən görmüşdür. Hətta 1 dəfə Fuaddan soruşdu ki, «nənənin vəziyyəti ağırlaşıb ki, dayə gətirirsiz?». Lakin Fuad ona bildirdi ki, o dayə deyil, bibisidir. O, Afət xanımı Tamaşa nənənin dayəsi bilmiş, lakin onun harada yaşaması barədə məlumatı omamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini dinləyərək, onların izahatlarını, ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin: - xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yuxarı Priyut (yeni Şamil Əzizbəyov) küçəsi, dalan 11, 2 saylı fərdi yaşayış evi X4 adına tarixsiz olaraq qeydiyyatdan keçmişdir. Lakin, sözügedən mülk xx.xx.1933-cü il tarixdə Dövlət balansına keçmişdir. Bakı şəhəri, Yasamal rayonu, Yuxarı Priyut (yeni Şamil Əzizbəyov) küçəsi, dalan 11, 2 saylı fərdi yaşayış evi X1 adına tarixsiz olaraq qeydiyyatdan keçmişdir. Lakin, sözügedən mülk xx.xx.1931-ci il tarixdə Dövlət balansına keçmişdir. Həmçinin bildiririk ki, İdarənin arxivində sözügedən ünvana dair sənədlər saxlanılmamışdır. - xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi, dalan 11,2 saylı ünvanda yerləşən 1 otaqlı mənzil xx.xx.2005-ci il tarixdə X6 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Xidmətin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən İddiaçı1 adına Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsi, bina 1, mənzil 15; Samux rayonu, İnstitut qəsəbəsində yerləşən fərdi yaşayış evi (Samux rayon Dövlət Notariat Kontorunun 4Ə-106 reyestr nömrəli xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə və xx.xx.2005-ci il tarixli 1-25 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən, lakin arxiv əsaslarında vətəndaşın təvəllüdü qeyd olunmayıb) aşkar edilmişdir. İddiaçı2 adına isə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. AzərbaycanRespublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli məktubuna əlavə edilmiş: - 2 saylı forma üzrə arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi, dalan 11,2 saylı ünvanda X16 1962-ci ildən, gəlini İddiaçı1 və nəvəsi İddiaçı2 1987-ci ildən qeydiyyatdadırlar. - İddiaçı1 Bakı Texniki İnventarlaşdırma İdarəsinə yazdığı xx.xx.2005-ci il tarixli ərizəsindən görünür ki, o qeydiyyatda olduğu Bakı şəhəri, Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi, dalan 11,2 saylı yaşayış mənzilinin qaynanasının adına özəlləşməsinə etirazı yoxdur. - İddiaçı2 Bakı Texniki İnventarlaşdırma İdarəsinə yazdığı xx.xx.2005-ci il tarixli ərizəsindən görünür ki, o qeydiyyatda olduğu Bakı şəhəri, Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi, dalan 11,2 saylı yaşayış mənzilinin qaynanasının adına özəlləşməsinə etirazı yoxdur. Həmçinin iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - xx.xx.2013-cü il tarixli vəsiyyətnamədən görünür ki, X16 ölən günüədək ona məxsus olan, harada yerləşməsindən, nədən ibarət olmasınan asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını Bakı şəhəri, Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi, dalan 11 ev 2-də qeydiyyatda olan nəvəsi Cavabdeh1 vəsiyyət edir. - 61 saylı MKİS-nin xx.xx.2020-ci il tarixli 10 saylı məktubundan görünür ki, Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi, dalan 11, 2 saylı evin ümumi sahəsi 40,8 kv.m hissəsi, (1 otaq, 19,08 kv.m yaşayış sahəsi) xx.xx.1962-ci ildən həmin ünvanda qeydiyyatda olan X6 adına xx.xx.2005-ci ildə (Qeydiyyat vəsiqəsi – OM No 244310, xx.xx.2005-ci il) özəlləşdirilmişdir. İddiaçı1 qayınanası Tamaşa Qulam qızı xx.xx.2018-ci ildə vəfat edib. Qeydiyyatda olanlar: İddiaçı1 Adil qızı – xx.xx.1987-ci ildən qeydiyyatdadır; qızı – 1986 il təvəllüdlü, İddiaçı2, (xx.xx.2000 ildə pasport alıb.) iki uşağı; X20 – (xx.xx.2009 il); X21 – (xx.xx.2012 il) ilə bu ünvanda qeydiyyatdadır. Evin digər – ümumi sahəsi 50 kv.m olan hissəsi (3 otaq, 30,5 kv.m yaşayış sahəsi) Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2005 il tarixli, 620 №-li sərəncamına əsasən X10 aiddir. Qeydiyyatda olanlar: X14 – xx.xx.1965 ildən qeydiyyatdadır; qızı- Cavabdeh1 Feruz qızı – xx.xx.1974 il (xx.xx.1991 ildə paspott alıb); oğlu- Nümayəndə2 Feruz oğlu xx.xx.1976 il (xx.xx.1974 ildə pasport alıb); oğlu- X27 xx.xx.1977 il (1993 ildə pasport alıb); qızı- X22 – xx.xx.1993 il (xx.xx.2000 ildə Şəxs.Vəs. alıb); nəvəsi- X28- xx.xx.2004 il. - Yasamal rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən Yasamal rayon Qeydiyyat Şöbəsi bildirir ki, Talıbova (Əliyeva) Afət Ədil qızı xx.xx.1950-ci il təvəllüdlü X25 ilə xx.xx.1981-ci il tarixli, 176 saylı aktla Ağdam Rayon Qeydiyyat Şöbəsində nikaha daxil olmuşdur. İddiaçı2 xx.xx.1978-ci il təvəllüdlü X23 ilə xx.xx.2011-ci il tarixli, 40 saylı aktla Beyləqan Rayon Qeydiyyat Şöbəsində nikaha daxil olmuşdur. - işdə olan ölüm haqqında şəhadətnamələrin surətlərindən məlum olur ki, X25 xx.xx.1991-ci ildə, X16 xx.xx.2018-ci ildə vəfat etmişlər. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx xxxxxx 1981-ci ildə X25 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş və Bakı şəhəri, Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi, dalan 11,2 saylı ünvanda yerləşən 1 otaqlı mənzilə gəlin gəlmişdir. Həmin vaxt ev özəlləşməmiş, yalnız xx.xx.2005-ci il tarixdə X6 adına qeydiyyatdan keçmişdir. Onların xx.xx.1986-cı il təvəllüdlü digər İddiaçı2 anadan olmuşdur. X11 xx xxxxxx 1991-ci il tarixdə vəfat etmişdir. İddiaçı iddia ərizəsində qaynanası X6 xx xxxxxxx 2018-ci ildə dünyasını dəyişəndən sonra cavabdehlər olan baldızı X14 və onun qızı X8 onların həmin evdən istifadə etmələrinə və yaşamalarına maneələr yaratmağa başlayaraq onlara zor tətbiq edərək, illərdir yaşadıqları sözügedən evdən qovub çıxartması və orada yaşamaqlarına imkan verməmələrini göstərsə də, məhkəmə baxışı zamanı verdiyi izahatında evdən 1991-ci ildə getməsini, gedərkən həyat yoldaşından boşanmadığını, evdən çıxıb getdikdən 2 ay sonra yoldaşının rəhmətə getməsini, 1991-ci ildən sonra Beyləqanda yaşamasını, 2016-cı ildə qaynanasının yıxılaraq başından zədə almasını, həmin vaxtdan ölümünə 2 ay qalmışa qədər ona baxmasını, bununla əlaqədar qaynanasının ölümünə 7-8 ay qalmış, mübahisəli evdən 1 tin yuxarıda yerləşən evdə kirayədə yaşamağa başlamasını, hal-hazırda da həmin evdə kirayədə yaşamasını göstərmişdir. İddiaçı məhkəmə baxışı zamanı verdiyi izahatına əlavə olaraq göstərmişdir ki, həyat yoldaşı 1991-ci ildə rəhmətə getdikdən sonra o, 2-ci dəfə ailə həyatı qurmuş, lakin 2-ci yoldaşı ilə rəsmi nikaha daxil olmamış, ondan 1 övladı var, hal-hazırda 2-ci yoldaşından da ayrılmışdır. Özünün Beyləqan rayonunda evi var, lakin o ev sadəcə sənəd üzərində onun adınadır. Qızı Tamara hal-hazırda ailəlidir və Beyləqan rayonunda yaşayır. İşin materiallarından görünür ki, Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi, dalan 11, 2 saylı evin ümumi sahəsi 40,8 kv.m hissəsi, (1 otaq, 19,08 kv.m yaşayış sahəsi) xx.xx.1962-ci ildən həmin ünvanda qeydiyyatda olan X6 adına xx.xx.2005-ci ildə (Qeydiyyat vəsiqəsi – OM No 244310, xx.xx.2005-ci il) özəlləşdirilmişdir. Evin digər – ümumi sahəsi 50 kv.m olan hissəsi (3 otaq, 30,5 kv.m yaşayış sahəsi) Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2005 il tarixli, 620 No-li sərəncamına əsasən X10 aiddir. Məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarət olması nəzərə alınaraq müəyyən edilmişdir ki, iddiaçıların tələbləri Bakı şəhəri Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi, dalan-11, ev-2 ünvanında yerləşən mənzilə köçürülməsi və həmin mənzilə dair istifadə qaydalarının müəyyən edilməsi barədə olsa da, tələbin əsas predmetini İddiaçı1 gəlin gəldiyi 19,08 kv.m yaşayış sahəsi olan, mərhum qaynanası X6 mülkiyyətində olan 1 otaqdır. İddianın evin digər – ümumi sahəsi 50 kv.m olan hissəsi olan 3 otaq, 30,5 kv.m yaşayış sahəsinə aidiyyatı yoxdur. İş materiallarında olan 61 saylı MKİS-nin 2 saylı forma üzrə xx.xx.2020-ci il tarixli 9 və 10 saylı arayışlarından görünür ki, Bakı şəhəri Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi, dalan-11, ev-2 ünvanında 1 otaqlı 19,08 sahəsi olan, X6 mülkiyyətsi olduğu 1 otaqda İddiaçı1 1987-ci ildən, qızı İddiaçı2 2000-ci ildən və nəvələri Dəniz, Ramiz 2009, 2012-ci qeydiyyatdadırlar. Həmin ünvanda digər 3 otaqlı 30,5 kv.m sahəsinin sahibi Əliyeva Ruqiyyə olmaqla orada özü və ailə üzvləri qeydiyyatdadırlar. Beləliklə də, müəyyən edilmişdir ki, iddiaçı 1991-ci ildən mübahisəli mənzildən (bundan sonra 1 otaqlı yaşayış sahəsindən) ərinin sağlığında ikən qızı ilə çıxıb getmiş və yalnız mənzilin mülkiyyətçisi olan X6 xəstəliyi ilə əlaqədar ölümünə 7-8 ay qalmış mübahisəli 1 otaqlı yaşayış sahəsinin yaxınlığında kirayə ev tutaraq ona baxmaq niyyətilə mübahisəli 1 otaqlı evə gəlib-getmişdir. Lakin hazırda cavabdehlərin illərdir onların yaşadıqları həmin 1 otaqlı evdən qovulub çıxartması və orada yaşamaqlarına imkan verməməsi əsası ilə hazırki iddianı qaldırmışlar. Məhkəməqeydedirki, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdimolunmasıiddiaçınınbirbaşavəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçıların mübahisəli 1 otaqlı evdə qeydiyyatları olsa da, mənzilə olan bu qeydiyyatlar yaşayış sahəsinə istifadə hüququ və ora köçürülmə üçün əsas yaratmır. Belə ki, onların həmin yaşayış sahəsinə artıq heç bir hüquqları qalmamışdır. Həmçinin, iddiaçılar 1991-ci ildən həmin yaşayış sahəsindən getdikləri və orada uzun müddət yaşamayaraq başqa daimi yaşayış yerinə köçdükləri üçün xx.xx.2009cu il tarixə kimi qüvvədə olmuş AzərbaycanRespublikasının Mənzil 60 və 87-ci maddələrinin tələbləri baxımından həmin mənzilə istifadə hüquqlarını itirmiş hesab edilənlər kateqoriyasına aiddirlər. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müdətə həqiqi hərbi xidmətə çağırıldıqda –həqiqi hərbi müddətində, praporşik, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzinqdə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir Məhkəmə hesab edir ki, İddiaçı1 izahatlarına əsasən 1991-ci ildən həmin evdə yaşamamasını etiraf etməklə yanaşı mənzilin mülkiyyətçinin ölümündən 3-4 il əvvəl ora gəlib-getməsinə baxmayaraq yenə də orada yaşaması faktı öz təsdiqini tarmamışdır. Belə ki, cavabdeh tərəfin izahatları və şahid ifadələrinin məzmunundan aydın olur ki, İddiaçı1 mənzilin mülkiyyətçinin ölümündən 3-4 il əvvəl ora gəlib-getməsində məqsədi yalnız qaynanasına xəstəliyi ilə bağlı qulluq etməsi olub ki, bu faktı iddiaçı da inkar etmir, hətta bu məqsədlə də evin yaxınlğında digər bir evi kirayələdiyini də bildirmişdir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62civə 104.1-ci maddələri) Həmçinin şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. Məhkəmə daha sonra hesab edir ki, iddiaçı tərəfin iddiasının maddi əsası kimi Mübahisə mənzildən istifadə ilə bağlı hüquq münasibətləri 1981-ci ildə yarandığından mübahisəli hüquq münasibətinə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normaları olan 53, 123-cü maddələrinə və AzərbaycanRespublikasının Konstitusiyasının “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməməsini təsbit edən 43-cü maddəsinə istinad etməsi əsassızdır. Belə ki, əvvəla məhkəmənin qənaətinə görə iddiaçılardan İddiaçı2 xx.xx.2011-ci ildən ailə şəyatı quraraq Beyləqan rayonunda daimi yaşaması faktı onun hazırki iddia tələbində ona münasibətdə göstərilən halların əsassız olmasını təsdiq edir. Başqa sözlə, onun həmin mübahisəli 1 otaqlı evdə yaşaması faktı təsdiq edilmədiyi halda, onun oradan zorla qovulmasından söhbət gedə bilməz. Bundan da əlavə, işin materiallarından görünür ki, mübahisəli mənzil iddiaçının ailə üzvü statusuna malik olmayan qaynanası X6 adına 2005-ci ildə özəlləşdirilmiş və onun özəlləşdirilməsi zamanı iddiaçılar orada yaşamadıqları halda, qeydiyyatda olduqları üçün formal olaraq özəlləşməyə razılıq ərizələri vermişlər. xx.xx.2013-cü ildə mülkiyyətçi həmin evi nəvəsi Cavabdeh1 vəsiyyət etmiş və xx.xx.2018-ci il tarixdə ölümü ilə əlaqədar miras açılmışdır. Hazırda Cavabdeh1 vəsiyyətnamə üzrə vərəsəlik hüququ olan şəxs statusuna malikdir. Başqa sözlə, mübahisəli 1 otaqlı mənzil artıq digər şəxsin mülkiyyəti hesab edilir. xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci vəAzərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-cimaddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir Həmin qərara əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən isə qardaş və bacıların (88-ci maddə) baba və nənənin nəvələrini saxlaması (89-cu maddə) nəvələrin baba və nənəni saxlaması (90-cı maddə) yetirmələrin öz faktiki tərbiyəçilərini saxlaması (91-ci maddə) ögey oğlu və qızların ögey ata və anası saxlaması (92-ci maddə) vəzifələri müəyyən edilmişdir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə, eləcə də, iddiaçının izahatlarında göstərdiyi kimi həyat yoldaşı 1991-ci ildə vəfat edən sonra ikinci dəfə, rəsmi nikaha daxil olmasa da ailə həyatı qurmasını və ondan 1 övladının, eləcə də, adına Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsi, bina 1, mənzil 15-in olmasını da qeyd edərək hesab edir ki, qaldırılan iddia tələblərinin mənzilə köçürülmə hissəsi heç bir hüquqi əsası olmamaqla tam əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə iddiaçının digər tələbləri üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçı tərəfin mənzilə köçürülmə ilə bağlı irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından və iddia həmin hissədə əsassız sayıldığından, digər, yəni, həmin mənzilə dair istifadə qaydalarının müəyyən edilməsinə dair tələblər üzrə araşdırma aparılmasına, həmin arqumentin əlavə araşdırılmasına lüzum görmür. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» xx.xx.2002-ci il taixli qərarı) Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X14 və Cavabdeh1 qarşı mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar