Məhkəmə qərarları › İş №2(004)-1256/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1256/2023

01.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1256/2023 01.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə Ərizəçi doğum faktının qeydə alınması tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1994cü il tarixdə Bakı şəhərində anadan olması, ata qrafasında X3, milliyəti-azərbaycanlı, ana qrafasında X4 adı yazılmaqla milliyətinin azərbaycanlı kimi qeyd olunaraq doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1994-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. X1 ilə X2 xx.xx.1983-cü il tarixdə 1923 saylı akt qeydinə əsasən Bakı Nikah Evində nikaha daxil olmuşlar. Həmin nikah xx.xx.1998-ci il tarixdə 18 saylı akt qeydinə əsasən Maraqlı şəxsndə pozulmuşdur. X2 xx.xx.2018-ci il tarixdə dünyasını dəyişmişdir. Onun ölümü xx.xx.2018-ci il tarixdə 594 saylı akt qeydinə əsasən 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. Ərizəçi doğum haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydinin aşkar edilməməsi barədə arayış verilmişdir. Həmçinin doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Ərizəçinin doğum haqqında şəhadətnaməsinin alınması bu gün və gələcəkdə yarana biləcək hüquqi münasibətlərin, sənədləşdirmə və digər bu kimi məsələlərin həlli zamanı yarana biləcək problemlərin qarşısının alınması üçün zəruridir. Ərizəçi məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və mülki işə onun iştirakı olmadan baxılıb ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 05/Q-134/69 saylı arayışına əsasən, Ərizəçi barəsində arxiv məlumatları 1991- 1997-ci illərə dair ilkin, 1992-2010-cu illərə dair isə bərpa akt qeydləri üzrə yoxlanılmış və Maraqlı şəxsndə doğum akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli 05/76-269/15 saylı məktubuna əsasən müəyyən olunur ki, Ərizəçi doğum akt qeydinin bərpa edilməsi üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin həmin qeydin əvvəllər mövcud olmasını təsdiq edən sənəd qeydiyyat şöbəsinə təqdim edilmədiyindən akt qeydinin bərpa edilməsi mümkün olmamış və Ərizəçi doğum akt qeydinin bərpa edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-5/413-2327/2023 saylı məktubuna əsasən, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilmiş və Ərizəçi doğumu haqqında hər-hansı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-53/2-23329/2023 saylı məktubuna əsasən məlum olur ki, Ərizəçi qeydiyyata alınma əsaslarının saxlama müddəti bitdiyindən qanuna müvafiq qaydada məhv edilmişdir. Həmin məktuba əlavə edilmiş fərdi uçot kartoçkasından görünür ki, ərizəçiyə ilk dəfə xx.xx.2010-cu il tarixdə AZE seriyalı 08876194 saylı şəxsiyyət vəsiqəsinin verilməsinə əsas onun Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 175658 saylı xx.xx.1994-cü il tarixli doğum haqqında şəhadətnamə olmuşdur. Ərizəçinin doğum yeri Bakı şəhəri, doğum tarixi xx.xx.1994-cü il, valideynləri kimi X3, X5, qeydiyyat ünvanı 2-ci Alatava 24A qeyd olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 162.1. Vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Maddə 162.2. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1 və 305.1.1-ci maddələrinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, tədqiq olunmuş sübutlarla ərizəçinin doğum akt qeydinin məhkəmədən kənar əldə edə bilməməsi, onun doğum faktının müəyyən edilməsinin ərizəçiyə hüquqi rəsmiləşdirmə işləri ilə əlaqədar lazım olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ərizəçinin doğum faktı, yəni xx.xx.1994-cü il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1994-cü il tarixdə Bakı şəhərində doğulması, atasının X3, anasının X5 olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar